Məhkəmə qərarları › İş №2(005)-1634/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1634/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1634/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx’' ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Ə.Əliyev küçəsi, bina 8, blok 1, 17-ci mərtəbə, 118 saylı mənzilin alqı-satqısına dair bağlanmış 13 avqust 2013-cü il tarixli 17400 saylı müqavilənin və 13 aprel 2016-cı il tarixli Əlavə razılaşmanın ləğv edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Ə.Əliyev küçəsi, bina 8, blok 1, 17-ci mərtəbə, 118 saylı mənzilin boşaldılması və mənzilin iddiaçı “xxxx” ASC-уэ təhvil verilməsi; və Cavabdeh iddiaçı ‘'xxxx” ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ‘"xxxx” ASC (bundan sonra - İddiaçı) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə. Ə.Əliyev küçəsi, bina 8. blok 1, 17-ci mərtəbə, 118 saylı mənzilin (bundan sonra - Mənzil) alqı-satqısına dair 13 avqust 2013-cü il tarixli 17400 saylı müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 109607,6 manat müəyyən edilmiş və Cavabdeh həmin məbləği 120 ay müddətində hər ay 496,73 manat olmaqla hər ayın 6-sınııdək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə öhdəliklərini icra edərək Mənzili Cavabdehə təhvil vermişdir. Lakin Cavabdeh tərəfindən uzun müddət aylıq ödənişlər edilməmiş. Müqavilənin tələbləri pozulmuşdur. Daha sonra gecikdirilmiş məbləğin ödənilməsi üçün Cavabdehin xahişi nəzərə alınmış, onunla İddiaçı arasında 13 aprel 2016-cı il tarixdə əlavə razılaşma bağlanılmışdır. 13 aprel 2016-cı il tarixli Əlavə razılaşmanın 1-ci bəndinə əsasən Cavabdehin mənzilə görə İddiaçıya olan borcunun 48713,27 manat təşkil etdiyi müəyyən edilmişdir. Əlavə razılaşmanın 2-cü bəndinə əsasən Cavabdehin müqavilə üzrə bu günədək ödəmədiyi aylıq ödənişlər 4520,36 manat, Satıcıya əldən çıxmış fayda məbləği üzrə borcu 480,67 manat, cəmi borcu 5001,03 manat təşkil edir. Əlvə razılaşmanın 3-cü bəndinə əsasən Alıcı razılaşır və qəbul edir ki. Satıcıya olan 5001,03 manat borcundan 2500,00 manat məbləği nağd şəkildə, qalıq 2501,03 manat məbləğində hissəsini isə 18 ay müddətinə hər ayın 13-də 139,95 manat olmaqla Satıcıya ödəməyi öz öhdəsinə götürür Ödənişlər 13 may 2016-ci il tarixdən başlayır. Əlavə razılıaşmanın 4-ci bəndinə əsasən Alıcı müqavilə üzrə aylıq 496,73 manat təşki edən ödənişlərini müqavilə müddətinin sonuna kimi, hər ayın 13-də ödəməyi öz öhdəsinə götürür. Ödənişlər 13 aprel 2016-cı il tarixdən başlayır. Cavabdeh Əlavə razılaşma üzrə üzərinə götürdüyü öhdəliklərini də pozmaqda davam edir. Alıcıya edilmiş şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq onun tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilmir. Bu hal iddiaçıya Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Əlavə razılaşmanın 7-ci bəndinə əsasən Alıcı razılaşır və qəbul edir ki, bu Razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, bu Razılaşma Satıcı tərəfindən Alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil Satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin əsassız olduğunu bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13.08.2013-cü il tarixli, 17500 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzili satıcı “xxxx” ASC-i tərəfindən alıcı Cavabdeh satılmışdır. Tərəflərin razılığı ilə mənzilin dəyəri 109607.6 manat məbləğində müəyyən edilmiş və alıcı mənzilin dəyərini 120 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13.08.2013-cü il tarixli, 17500 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqqında əlavə razılaşmanın surətindən görünür ki, alıcının razılaşmanın imzalandığı gün satıcıya olan borcu 48713.27 manat təşkil edir. Ödənişlər 13 may 2016-cı ildən başlayır və hər ayın 13-ü ödənilir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən mənzilin dəyəri olan 109.607.60 manat məbləğdən sahə üzrə 50000 manat, kredit üzrə 29.106.08 manat ödənilib, 30.501.52 manat qalıq borcu vardır. İş materiallarında olan 08.11.2013-cü il tarixli aktın surətindən görünür ki, , Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzil satıcı tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Akkord Sənayev Tikinti İnvestisiya Korporasiyası” tərəfindən Cavabdeh ünvanlanmış müqavilənin ləğv edilməsinə dair 23.10.2016-cı il tarixli təklifin surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13.08.2013-cü il tarixli, 17500 nömrəli nömrəli müqavilənin ləğv edilməsi barədə razılaşmanın 5 gün müddətində bağlanması təklif edilmiş, əks təqdirdə ona qarşı iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-i 26.12.2006-cı ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 01 fevral 2017-ci il tarixli, № ********** nömrəli “xxxx” ASC-nin Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X4 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin 08.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Alıcı Müqavilə bağladığı tarixdən 05.04.2021-ci il tarixinə qədər 45699,16 AZN (qırx beş min altı yüz doxsan doqquz manat on altı qəp.) və ya 92 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 29106,08 AZN (iyirmi doqquz min yüz altı manat səkkiz qəp.) və ya 58 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 16593.08 AZN (on altı min beş yüz doxsan üç manat səkkiz qəp.) və ya 34 aylıq ödəniş məbləği və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 12.07.2018-ci il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 2 il 10 ay təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi üçün cavabdehdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 13.08.2013-cü il tarixli, 17500 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzili Cavabdeh satılmışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən əvvəlcə cavabdeh X1 mənzilin dəyərini 109607.6 manatı 120 ay müddətində ödəməyi öhdəsinə götürmüş, daha sonra onlar arasında 13.04.2016-cı ildə imzalanmış əlavə razılaşmaya görə Cavabdeh mənzilin dəyərindən qalıq borc 48713.27 manatı 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 05.04.2021-ci il tarixədək cəmi 29106.08 manat məbləğində ödəniş edilmişdir. Belə ki, Cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməyərək 12.07.2018-ci il tarixindən etibarən ödəniş etmir. İddiaçı müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasının davam etməsini müəyyən etdikdən sonra müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərsə də, cavabdeh tərəfindən həmin təklifə heç bir cavab verilməmiş və bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzilin alqı-satqısına dair bağlanmış 13.08.2013-cü il tarixli, 17500 nömrəli müqavilə və bu Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 13.04.2016-cı il tarixli Əlavə razılaşma ləğv edilməli, Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzili boşaldılmalı, mənzil iddiaçı “xxxx” ASC-yə təhvil verilməli və Cavabdeh iddiaçı “xxxx” ASCnin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “xxxx” ASC ilə Cavabdeh arasında Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzilin alqı-satqısına dair bağlanmış 13.08.2013-cü il tarixli, 17500 nömrəli müqavilə və bu Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 13.04.2016-cı il tarixli Əlavə razılaşma ləğv edilsin. Cavabdeh tərəfindən Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa edilən 8 saylı binanın, 1 blok, 118 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.metr olan mənzil boşaldılsın, həmin mənzil “xxxx” ASC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar