Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1636/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilənin, kassa mədaxil orderlərinin ləğv edilməsi, ödənilmiş vəsaitin, mənzilin geri qaytarılması və faiz tutulması” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a.Tələb:
1. İddiaçı QSC Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində "xxxx" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saylı mənzilə dair 107 saylı 15 mart 2023-cü il tarixli müqavilənin və ödənişə dair kassa mədaxil orderlərinin (kötüyünün) ləğv edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində İddiaçı QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131.5 kv.m. olan 4 otaqlı 82 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş - 85000 (səksən beş min) manat məbləğində vəsaiti Cavabdeh geri qaytarılması; İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi; Ödənilməsi nəzərdə tutulan 36000 (otuz altı min) manat məbləğində pulun (borcun) 2023-cü ilin bank uçot dərəcəsini (8.0 %) əsas götürməklə xx.xx.2024-cü il tarixdən qətnamə çıxarılan tarixə kimi müvafiq faizlərin Cavabdeh (borcludan) İddiaçı QSC-nin xeyrinə məcburi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. Cavabdeh ilə İddiaçı QSC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saytı mənzilə dair 107 saylı 15 mart 2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.1, 2.2, 2.3, 2.4, 6.1, (ödəçiliyin 1-ci bəndi) bəndlərinə əsasən mənzilin ümumi dəyəri 341900 (üç yüz qırx bir min doqquz yüz) manat, ilkin ödəniş 55000 (əlli beş min) manat, aylıq ödəniş 6000 (altı min) manat, kreditin müddəti 40 ay təşkil edir. Eyni zamanda bildirilir ki, müqavilənin 2.4, 6.1 və (ödəçiliyin 1-ci bəndi) bəndlərində göstərilən öhdəliklər Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca (aylıq ödəniş qismən ödənildiyi və ya gecikdirildiyi) yerinə yetirilmədiyi üçün cavabdehin xx.xx.2024-cü il tarixə 36000 (otuz altı min) manat məbləğində kəsir borcu yaranmışdır. Borcun ödənilməsi məqsədilə cavabdehlə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına cavabdehə QSC tərəfindən 36/SY saylı 23 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmişdir. 107 saylı 15 mart 2023-cü il tarixli müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin cavabdehdə qalan ödənişə dair kassa mədaxil orderlərinin (kötüyünün) ləğv edilməklə yanaşı ödənilmiş 85000 (səksən beş min) manat məbləğində vəsait geri qaytarılmalıdır. Qeyd etməyi zəruri hesab edirlər ki, “Ailə Park" QSC-yə məxsus “Whitestone Towers" adlı yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi - cavabdehin (Alıcının) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (Alıcıdan) aylar üzrə vəsait daxil olmadığı halda lazımi malmaterialların alınması mümkün olmur, nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və QSC maddi ziyana məruz qalır. Bundan başqa müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən QSC-ni maddi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün ödənişə dair kassa mədaxil orderləri (kötüyü) vaxtından əvvəl ləğv edilməlidir. İddia ərizəsinə qarşı etirazın dəlilləri:
3. Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və iştirakı:
4. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materialları:
8. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 55 nömrəli xx.xx.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Sərəncamının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır;
9. Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində bağlanmış 107 saylı müqavilənin surətindən görünür ki, İddiaçı QSC Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 9-bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində, sahəsi oxdan-oxa 131.5 m2 olan 1 ədəd 4 otaqlı, №82 saylı mənzilin tikintisini, bu Müqavilədə nəzərdə tutulan təminatını, istismara verilməsini, tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərinə götürür.
10. Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, “36000 (otuz altı min) manat məbləğində kəsir borcunuzun 3 (üç) iş günü müddətində ödənilməsini və ya 107 saylı 15 mart 2023-cü il tarixli müqavilənin və ödənişlərə dair bütün kassa mədaxil orderlərinin (kötüyünün) əsillərini QSC-nin ofisinə təqdim edilməsi tələb olunub. Əks təqdirdə tərəfindən mənzilə dair müvafiq məbləğdə cərimənin hesablanaraq tutulması və sözügedən müqavilənin və kassa mədaxil orderlərinin (kötüyünün) ləğv edilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.
11. İddiaçı QSC-nin 327696 saylı, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Blok 2, 82 saylı mənzilə görə 55000 manat ilkin ödəniş etmişdir.
12. İddiaçı QSC-nin 328146 saylı kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Blok 2, 82 saylı mənzilə görə 6000 manat aylıq ödəniş etmişdir.
13. İddiaçı QSC-nin 327947 saylı, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Blok 2, 82 saylı mənzilə görə 12000 manat aylıq ödəniş etmişdir.
14. İddiaçı QSC-nin 328226 saylı, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Blok 2, 82 saylı mənzilə görə 12000 manat aylıq ödəniş etmişdir.
15. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1.Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: Maddə 422.2.1. Müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; Maddə 422.2.2. Şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; Maddə 422.2.3. Müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; Maddə 422.2.4. İşgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Maddə 445.7 Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində bağlanmış 107 saylı müqaviləyə əsasən, İddiaçı QSC Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 9-bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində, sahəsi oxdan-oxa 131.5 m2 olan 1 ədəd 4 otaqlı, №82 saylı mənzilin tikintisini, bu Müqavilədə nəzərdə tutulan təminatını, istismara verilməsini, tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərinə götürür. Həmin müqaviləyə əsasən, Cavabdeh ilkin olaraq 55000 manat məbləği İddiaçı QSC-yə ödəmiş, daha sonra ayrı-ayrı vaxtlarda cəmi 30000 manat mənzilin aylıq ödənişini etmişdir. İlkin ödəniş etdikdən sonra qalan 286900 manat məbləği isə 40 ay müddətinə hər ay 6000 manat ödəmək şərti ilə xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən ilkin ödənişdən sonra cəmi 30000 manat vəsaitin ödənilməsi təmin edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından da görünür ki, öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli 107 saylı müqavilənin 9.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır.
19. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi)
20. Mülki işdən göründüyü kimi, tərəflərin iradəsi aralarında podrat müqaviləsi bağlanmasına yönəlmişdir. Bu halda həmin müqavilənin podrat müqaviləsi kimi qiymətləndirilməsi barədə gəlinən nəticə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsində müəyyən olunmuş müqavilənin təfsiri qaydalarına əsaslanmalıdır.
21. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri).
22. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (Mülki Məcəllənin 404.3-404.5-ci maddələri).
23. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.
24. Baxılan işin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya müqavilə üzrə ilkin ödəniş kimi 55000 manat ödədikdən sonra növbəti 40 ay müddət ərzində qalıq 286900 manat pulu hissə-hissə ödəməli olduğu halda ötən 06 ay ərzində heç bir ödəniş etməmiş, bundan sonra iddiaçı müqaviləyə əsasən müqavilənin icrası barədə cavabdehə xəbərdarlıq məktubu göndərmiş, borcun ödənilmədiyi təqdirdə müqavilənin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmiş və bir neçə ay sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
25. Məhkəmə, cavabdehin hərəkətini Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin əhəmiyyətli pozuntusu hesab edərək müqavilənin ləğvi və mübahisəli mənzilin təhvil verilməsi hissəsində iddianı əsaslı hesab edir.
26. Məhkəmə qeyd edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.
27. Beləliklə, Cavabdeh qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməyərək xx.xx.2023-cü il tarixindən etibarən ödəniş etmir. İddiaçı müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasının davam etməsini müəyyən etdikdən sonra müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərsə də, cavabdeh tərəfindən həmin təklifə heç bir cavab verilməmiş və bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
28. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, ödənişə dair kassa mədaxil orderləri (kötüyü) ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saylı mənzili İddiaçı QSC-yə təhvil verilməlidir.
29. Həmçinin də məhkəmə, mübahisəli mənzil digər müştəriyə satıldıqdan sonra cavabdehin ödədiyi vəsaitin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı müqavilə üzrə ödənilmiş vəsaitin mübahisəli mənzil digər müştəriyə satıldıqdan sonra ödənilməsi tələbini irəli sürür. Lakin tərəflər arasında bağlanmış 15 mart 2023-cü il tarixli 107 saylı müqavilənin 10.2-ci bəndinin tələbinə əsasən, alıcı aldığı mənzili qaytarmaq istədikdə, bu barədə Satıcını 1 ay qabaqcadan yazılı ərizə formasında xəbərdar etməlidir. Alıcı mənzili almaqdan imtina etdikdə, mənzildən notarial imtina etməli (həmçinin həyat yoldaşı), onun ödədiyi pul vəsaiti mənzili başqa şəxsə satıldıqdan və həmin mənzilin dəyəri sonuncu tərəfindən tam ödənildikdən sonra Alıcıya geri qaytarılır. Göründüyü kimi, hazırda iddiaçının mənzili almaqdan imtina etməsi, buna dair notarial imtinanın olması iş materialları ilə müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyindən, cavabdehin mənzilə görə ödədiyi 85000 manat ona geri qaytarılmalıdır.
30. Məhkəmə iddianın “bank uçot dərəcəsinə əsasən faizlərin tutulması” hissəsində iddia tələbinin əsassız olması qənaətinə gəlir. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir, adıçəkilən normanın tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
31. Məhkəmə hesab edir ki, iddiaçı, kreditor olaraq vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı faiz ödənilməsini tələb edirsə, bu zaman o, öz fəaliyyətinin strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir və sübut etməli idi. Belə ki, iddiaçı cavabdehin aylıq ödənişlərini gecikdirməsi ucbatından əldə edə biləcəyi hansı fayda, gəlir və bəhərdən məhrum olmasını lazımi qaydada əsaslandıra bilməmiş, bu məqsədlə o, Mərkəzi Bankın uçot dərəcəsinə istinad etsə də, öz istinadını yuxarıda şərh olunan qaydada əsaslandıra və sübuta yetirə bilməmişdir. Məhkəmə xərcləri:
32. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:
33. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində "xxxx" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saylı mənzilə dair 107 saylı 15 mart 2023-cü il tarixli müqavilə və ödənişə dair kassa mədaxil orderləri (kötüyü) ləğv edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saylı mənzili Cavabdeh tərəfindən boşaldılmalı və İddiaçı QSC-yə təhvil verilməli; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində İddiaçı QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131.5 kv.m. olan 4 otaqlı 82 saylı mənzilə görə cavabdeh tərəfindən ödənilmiş - 85000 (səksən beş min) manat məbləğində vəsait Cavabdeh geri qaytarılmalı, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
34. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində "xxxx" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saylı mənzilə dair 107 saylı 15 mart 2023-cü il tarixli müqavilə və ödənişə dair kassa mədaxil orderləri (kötüyü) ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində “Ailə Park" QSC-yə məxsus 9 bloklu “Whitestone Towers" adlı yaşayış kompleksinin 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən sahəsi 131,5 kv.m. olan 4 otaqlı 82 saylı mənzili Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı QSC-yə təhvil verilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində İddiaçı QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci blokunun 15ci mərtəbəsində yerləşən sahəsi 131.5 kv.m. olan 4 otaqlı 82 saylı mənzilə görə ödənilmiş 85000 (səksən beş min) manat məbləğində vəsait Cavabdeh geri qaytarılsın. Cavabdeh 100 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova