Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-164/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3, İkinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ““mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, ünvan 2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Midhət qızının, Cavabdeh2, Cavabdeh3 ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat rüsum haqqının geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Nərimanov rayonu Çernyayevski küçəsi ev 17 mənzil 3 ümumi sahəsi 43,2 kv.m olan sahəni 14 dekabr 2022ci il tarixdə Cavabdeh1 Midhət qızından Bakı şəhəri 54 saylı notariat ofisində alqı-satqı edərək almışdır. Cavabdeh1 Midhət qızı 14 mart 2023-cü İl tarixə kimi qeydiyyatdan çıxmağı evi təhvil verməyi və bütün kommunalları ödəməyi öz üzərinə götürmüşdür. Qeydiyyatda Cavabdeh2, Cavabdeh3 da vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də evi təhvil verməyib. Hətta ərazinin sahə müvəkkili də Cavabdeh1 xəbərdarlıq edib. Eyni zamanda iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, ünvan 2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 dekabr 2022-ci il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətində olmuşdur. 14 dekabr 2022-ci il tarixdə iddiaçının oğlu Cavabdeh2 ona notariusa getməyini xahiş edərək, bir sıra sənədlərə imza etməyini xahiş etmişdir. Orada bilmişdir ki, oğlu Samir iş üzrə cavabdehin atası Böyükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul almaq barədə onunla razılığa gəlmiş və cavabdehin atası pulun əvəzində ondan təminat istəmişdir. O da təminat olaraq Cavabdeh1 evini təklif etmişdir. Böyükkişi də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım olduğunu ona bildirmişdir. Onlar xx.xx.2022-ci il tarixdə 54 saylı notariat idarəsinə getmiş və orada sənədlər hazırlanmışdır. İddiaçıya həmin sənədlərə imza etməsini bildirmişlər. Sənədlərə imza edən zaman görmüşdür ki. orada mənzilin alqısatqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Samir bildirmişdir ki, narahat olmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O da məcbur qalıb həmin sənədlərə imza etmişdir. Böyükkişi oğluna ümumilikdə 55.000 ABŞ dolları məbləğində pulu faiz kimi vermiş, o həmin vaxtdan 3 ay, hər ay 2000 AZN olmaqla Böyükkişi Əliyevə faizləri ödəmiş, lakin sonradan maliyyə imkanları ilə bağlı işləri yaxşı getmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir, faktiki olaraq ona məxsus mənzillə bağlı cavabdeh İddiaçılə aralarında alqısatqı münasibətləri, onun mənzili satmaq fikri və belə bir iradəsi olmamışdır. Mənzili yalnız oğlu Samir pul qarşılığında girov qoymuşdur. (Göründüyü kimi iddiaçının oğlu hazırkı cavabdehin atası Əliyev Böyükkişidən 55.000 ABŞ dolları (alqı-satqı müqaviləsində göstərilən məbləğ qədər yəni, 93.500 manat) sələmə pul götürmüş və həmin sələm pulun təminatı olaraq evin alqı-satqısını həyata keçirmişdir. Əslində, iddiaçı yaşadığı və uzun illər öyrəşdiyi mənzilini satmaq niyyəti olmamış və yuxarıda göstərdiyi məqsədlə və niyyətlə evin, cavabdehin adına keçirilməsinə razılıq vermişdir. İddiaçının oğlu həmin Böyükkişi adlı şəxslə faizə götürdüyü pulu və ona hesablanmış faizləri qaytaracağı halda hamin mənzilin geri qaytarılmasını planlaşdırmışlar. Mənzilin alqı-satqısını göstərilən niyyətlə həyata keçirilməsini təsdiq edən, oğlu və Böyükkişinin arasında telefon danışıqlarını əks etdirən səs yazıları, yazışmalar və şahidlər var. Həmin danışıqlardan açıq-aydın görünür ki, iddiaçının evini əslində satmaq niyyəti olmayıb, məqsəd, pulun götürülməsi müqabilində görüntü üçün və gələcəkdə pulun təminatı kimi evin alqı satqı müqaviləsinin bağlanması olmuşdur. Eyni zamanda müqaviləni imzalayan tərəflər arasında olan münasibətlər də mənzilin alqı-satqısı ilə bağlı deyil, iddiaçının oğlu ilə cavabdehin atası arasında olan borc münasibətlərini pərdələmək üçün olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, yüksək faizlə həmin pul götürülmüş, hətta pulun götürülməsi zamanı, arada bu adamları tanış etmiş şəxslər öz pullarını əvvəlcədən avans kimi götürmüşdür. Bundan əlavə, 3 ay oğlu Samir tərəfindən Bövükkişiyə əsas və faiz borcları ödənilmişdir ki, bunu təsdiq edən kifayət qədər inandırıcı və mötəbər sübutlar var. Bu yaxınlarda iddiaçıya Nərimanov Rayon Məhkəməsindən çağırış vərəqəsi gələndən sonra bilmişdir ki. hazırda oğlu Samir faizlərin ödənilməsi gecikdirdiyindən, Böyükkişi Əliyev ondan pulları tələb etmiş, oğlu isə ona maliyyə imkanlarının yaxşı olmamasını və hissə-hissə ödəyəcəyini bildirsə də, Böyükkişi buna razı olmamış və Nərimanov Rayon Məhkəməsində evdə olan şəxslərin, o cümlədən iddiaçının istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmasına dair iddia qaldırmışdır. Bir daha bildirir ki, həmin mənzili iddiaçının satmaq fikri olmayıb. Alqı-satqı müqaviləsi görüntü üçün bağlanılıb. Belə ki, işə əlavə etdiyi cavabdehə aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, 2004-cü il təvəllüdlü olmaqla, ikinci kurs tələbəsidir, o heç bir yerdə işləmir və hər hansı bir gəlirə və maliyyə imkanlarına malik deyil. Evin alınmasında onun rolu ola bilməzdir. Atası tərəfindən pul faizə verilməsi müqabilində evi iddiaçının oğluna adına alqı-satqı etdirib. Əslində mənzil, sələm verilmiş pulun qaytarılması müqabilində "girov“ saxlanılmış, hazırda cavabdehin atası məhkəmədə iddia qaldırmaqla girov qoyulmuş əşyanı mənimsəmək fikrindədir. Hesab edir ki, bu cür razılaşma etibarsızdır. Ortada rəsmi şəkildə girov müqaviləsi olmasa da, göstərilən hallar mənzilin bu yolla "girov"da saxlanılmasını müəyyən edir. Hesab edir ki, iddiaçının oğlu Samir cavabdehin atası Böyükkişi qarşısında öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə Böyükkişiyə keçməsi barədə razılaşması etibarsız olmuşdur. Eyni zamanda alqı-satqı predmeti olmuş mənzil Bakı şəhəri Nərimanov rayonunun ən prestijli və bahalı yerində yerləşir. "Stalin" layihəli 4 mərtəbəli daş binanın 2ci mərtəbəsində yerləşir. Mənzilin çıxarışında sahəsi 43.20 kv.m göstərilsə də, mənzilin hazırki ümumi sahəsi 132.3 kv.m təşkil edir, təmirli mənzildir. İddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən görünür ki, hələ 2021-ci ildə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə, həmin vaxt mənzili real bazar dəyəri ilə təqribi dəyəri 230.202.00 manat təşkil edir. Həmin müddətdən iki il keçməsini və mənzil bazarında qiymət artımını nəzərə alınsa, hazırda mənzilin dəyəri göstərilən qiymətdən yuxarıdır. Necə ola bilər ki, həmin mənzilin real qiyməti 250.000 manata yaxın olduğu halda, 93.500 manata satılsın. Mənzilin real bazar qiymətindən qat-qat aşağı satılması dediklərinin doğru olmasını bir daha isbat etmiş olur. Bundan başqa, mənzilin satılması heç bir zərurətdən və ehtiyacdan irəli gəlməmişdir. Həmin vaxt mənzilin satılmasına lüzum olmayıb. Belə ki, yaşlı qadın olaraq həmin ev onu qane edir və həmin mənzildə uzun müddət yaşayıb və ora öyrəşib. Mənzilin satılması üçün heç bir zəzurət olmayıb ki, mənzilini satmaq məcburiyyətində qalsın. Göründüyü kimi, yəni müəyyən faizlə pul götürülməsi səbəbindən, iddiaçının oğlu cavabdehin atası ilə razılaşaraq notariusa aparılmış və qeyd edilən mənzilin alqı-satqısına dair formal müqavilə imzalamışdır. Həmin vaxt müqavilənin məzmununu notarius işçiləri tərtib etdilər. İddiaçı bildirir ki, heç tanış olmadan, oxumadan imza etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin müqavilə hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdır. Həmin mənzilin satılması istəyi, fikri ümumiyyətlə, heç vaxt olmamışdır, yəni müqavilənin bağlanması iddiaçının həqiqi iradəsinin ifadəsi deyildir. Müqaviləni iddiaçının oğlu ona yuxarıda göstərilən səbəblərdən imzalatdırıb və o da onun sözü ilə sənədlərə imza atmışdır. Müqavilə götürülmüş sələm pulun qaytarılmasının təminatı kimi görünüş olaraq bağlanmışdır ki, cavabdehlə iddiaçı arasında belə bir alqı-satqı münasibəti həyala keçirilməmişdir. Mübahisəli mənzilə dair satış məlumatı heç bir yerdə qoyulmamış və cavabdehində bu mənzilin satılması barədə məlumatı olmamışdır. İddiaçı bildirir ki, cavabdehlə heç bir vaxt mənzil barəsində danışıb sövdələşməmişdir, onunla yalnız bir dəfə notariusda rastlaşmışdır. Bütün işləri iddiaçının oğlu ilə onun atası razılaşdırıb, onlar sadəcə həmin sənədlərə imza atmışlar. Göründüyü kimi, həmin müqavilə cavabdehlə iddiaçı arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli mənzillə bağlı cavabdehlə iddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqddir. Hesab edir ki, mübahisənin obyektiv, tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflər arasındakı hüquq münasibətləri aydınlaşdırılmalıdır. Tərəflərin münasibətlərinin nədən qaynaqlandığı ortaya çıxarılmalı, onların münasibətləri araşdırılmalı, alqı-satqının zərurəti üzə çıxarılmalı və bütün bunlara qiymət verilməlidir. Yəni, tərəflərin işgüzar və biznes münasibətləri sorğulansa, alqı-satqının hansı münasibətlərdən irəli gəldiyi araşdırılsa, alqısatqı münasibətlərinin həqiqi münasibətlər yox, uydurma münasibətlər olması üzə çıxarılmış olacaqdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, Bakı şəhəri 54 saylı Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-211/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin məhkəmənin icraatında olan 2(005)-2292/2023 (yeni qeydiyyat nömrəsi 2(005)-164/2024 ) nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi, birləşdirilmiş iş üzrə 2(005)-2292/2023 (yeni qeydiyyat nömrəsi 2(005)- 164/2024 ) qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır. Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Bakı şəhəri 54 saylı Notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 dekabr 2022-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsində qeyd edir ki, “14 dekabr 2022-ci il tarixdə iddiaçının oğlu Cavabdeh2 ona notariusa getməyini xahiş edərək, bir sıra sənədlərə imza etməyini xahiş etmişdir. Orada bilmişdir ki, oğlu Samir iş üzrə cavabdehin atası Böyükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul almaq barədə onunla razılığa gəlmiş və cavabdehin atası pulun əvəzində ondan təminat istəmişdir. O da təminat olaraq onun evini təklif etmişdir. Böyükkişi də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım olduğunu ona bildirmişdir. Onlar xx.xx.2022ci il tarixdə 54 saylı notariat ofisinə getmiş və orada sənədlər hazırlanmışdır. İddiaçıya həmin sənədlərə imza etməsini bildirmişlər. Sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzilin alqı-satqısı yazılmış, buna etiraz olaraq bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. O da məcbur qalıb həmin sənədlərə imza etmişdir. Faktiki olaraq ona məxsus mənzillə bağlı cavabdeh İddiaçılə aralarında alqı-satqı münasibətləri, onun mənzilli satmaq fikri və belə bir iradə olmamışdır”. İddiaçı öz iddiasının əsası kimi bildirir ki, “Girov müqaviləsinin” əvəzinə “Alqı-satqı müqaviləsi” bağlamış, bunu həmin an bilmiş və hətta bağlanmasına etiraz da etmişdir. Bu isə o deməkdir ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. Yəni iddiaçının dediyinə və qanunvericiliyin tələbinə əsaslanaraq bildirir ki, iddiaçı hesab edir ki, vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində “Girov” müqaviləsi əvəzinə “Alqı-satqı” müqaviləsi bağlayıb və müqaviləni imzalayarkən bunu bilib. Yəni iddiaçı 14 dekabr 2022-ci il tarixdə müqaviləni imzalayarkən bu haqda artıq məlumatlı idi. Lakin iddiaçı əqdin etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.' Mülki Məcəllənin 354.2-ci maddəsini rəhbər tutmaqla hesab edirəm ki, iddiaçı 1 ay ərzində müqaviləni mübahisələndirməli idi. Lakin iş materiallarından və iddia ərizəsindən bəlli olur ki, iddiaçı müqavilə bağlandıqdan 7 ay sonra əqdi mübahisələndirməyə başlayıb. Beləliklə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürüb. İkinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 birinci iş üzrə iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iş üzrə cavabdeh İddiaçı vəkili iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlərin qanunda nəzərdə tutulan 1 aylıq iddia müddəti keçdiyindən, hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Həmin ərizənin hüquqi əsasının olmadığını bəyan edir və cavabdeh tərəfin qənaətini düzgün hesab etməyərək qeyd edirik ki, cavabdeh sözügedən alqı-satqı müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına istinad etsə də, işin müəyyən edilmiş hallarına əsasən istinad edilən maddi normaların dispozisiya şərtləri yaranmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin müqavilə bağlanan zaman mənzilin alqı-satqısı məqsədi daşımamış, müqavilə görünüş üçün, amma tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır. Müqavilənin tərəflər arasında pulun təminatı olaraq bağlanması barədə razılığa gəlmiş olsalar belə, bu razılıq tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması ilə əldə edilmiş razılıqdır. Hesab edir ki, iddiaçı cavabdeh İddiaçılə məhz alqı-satqı müqaviləsi bağladığını, lakin formal bağladığını dərk etmişdir. Yəni, nəticədə faizə verilmiş pulun alınması üçün iddiaçı cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanmasına razı olaraq onunla həmin məzmunda müqavilə bağlanmasına razılığını vermiş, onu istəmiş və bağladığı əqdin məzmunu ona izah edilərək, tərəfindən həmin məzmunda bağlanmasını qəbul etmişdir. Bu səbəbdən müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması halı baş verməmişdir. O halda müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab oluna bilərdi ki, cavabdehin istinad etdiyi girov müqaviləsi bağlanmasını istəsin, lakin bağlandıqdan sonra alq-satqı müqaviləsinin olduğu aşkar edilsin. İddiaçı oğlunun alqı-satqı müqaviləsinin bağlandığı halda pulun əldə edilə biləcəyini bildikdən sonra, Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasına könüllü razılıq verərək, alqı-satqı müqaviləsi kimi rəsmiləşdirmişdir. İddia ərizəmizdə də göstərdiymiz kimi Samir alqı-satqı müqaviləsi bu formada imzalanmayacağı halda, pul verilməyəcək kimi anasına təklif etmiş, bundan sonra Ofelya Məmmədova alqısatqı kimi həmin sənədlərə imza etmişdir. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsindən başqa, digər müqavilə-girov müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamışdır. Mübahisələndirilən müqavilə cavabdehlə iddiaçı arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdır. Mübahisəli mənzillə bağlı cavabdehlə iddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alq-satqı müqaviləsi görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqddir. Məhkəmə iclasında birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddianı müdafiə edib, iddianın təmin olunmasını, ikinci iş üzrə iddianın əsassız olduğunu, iddianı əsaslandıran hallara dair mötəbərsübutlar təqdim olunmadığından rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ikinci iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ikinci iş üzrə iddianı müdafiə edərək, hazırda mübahisələndirilən müqavilənin yalnız görüntü üçün bağlandığını, həmin əqdin əhəmiyyətsiz olduğunu, bütün bunların mənzilin alqı-satqı dəyərinin kifayət qədər aşağı olmasından, habelə səs yazılarından məlum olduğunu, bu səbəbdən də ikinci iş üzrə iddianın təmin olunmasını, göstərilənlərə əsasən birinci iş üzrə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci iş üzrə iddia təmin edilməli, ikinci iş üzrə iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. - Cavabdeh1 tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 hal-hazırda subay olduğunu, heç kimlə nikahda olmadığını və əmlakı əldə edərkən subay olduğunu, gələcəkdə bununla bağlı hər hansı bir iddiaya ortaya çıxarsa, məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. - Cavabdeh2 tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. - Cavabdeh3 tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. - Bakı şəhəri 54 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Satıcı - Cavabdeh1 ilə Alıcı - İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin 93500 manat qiymətə satılması ilə bağlı razılığa gəlmişlər. - 14 dekabr 20222-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı - Cavabdeh1, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Alıcı - İddiaçı mülkiyyətin verir. Daşınmaz əmlakın qiyməti 93500 manat müəyyən edilmişdir. - ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2022-ci il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. - AR-nın DİN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. - "xxxx" ASC Dostluq Filialının 14 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə 93500 manat ödəniş etmişdir. - Ödəniş qəbzlərindən görünür ki, İddiaçı kart hesabına 1915 manat və 700 manat köçürülmüşdür. - X1 07 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən 3 saylı mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 230202,00 manat müəyyən edilir. - Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240 000 manat, likvid dəyəri 225 000 manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/8378 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17, 3 saylı mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzili İddiaçı mülkiyyətinə vermişdir. Hazırda məhkəmədə İddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, mənzilin onun mülkiyyətində olmasına baxmayaraq, əvvəlki sahibi olmuş cavabdehlər Cavabdeh1 və həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzili zəbt etdiyindən, iddiaçı bu gün faktiki olaraq mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Birinci iş üzrə Cavabdeh1 isə iddianı qəbul etmir, həmin müqavilənin görüntü üçün bağlandığını, bu səbəbdən əhəmiyyətsiz əqd olduğunu, müqavilənin əslində oğlu Cavabdeh2la iddiaçının atası Böyükkişi Əliyev arasında olan faizlə verilmiş borcun təminatı olaraq, ona məxsus evin girov məqsədilə formal alqı-satqı müqaviləsinin bağlanmasını bildirir. Məhkəmə hesab edir ki, ilk növbədə alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisəyə hüquqi qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1, onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmiş, həmin müqaviləni əslində “girov” müqaviləsi niyyəti ilə bağladığını, mənzili satmaq fikri olmadığını, onun həqiqi iradə ifadəsinin əks olunmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqısatqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. ... 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı barədə iddialara baxılarkən məhkəmə ilk növbədə tərəflərin əsl niyyətinin hansısa hüquqi nəticə əldə etməyə yönəlib-yönəlmədiyini aydınlaşdırmalı, müqavilədəki iradə ifadələrinin həqiqi məzmununu müəyyən etməli, bu zaman tərəflərin müqavilədən öncəki və sonrakı davranışları nəzərə alınmalıdır. Hazırda iddiaçı Cavabdeh1 iddia tələbinin dəlillərində “faktiki olaraq ona məxsus mənzillə bağlı cavabdeh İddiaçılə aralarında alqı-satqı münasibətləri olmamış, habelə onun mənzili satmaq fikrinin və belə bir iradəsinin olmadığını”, “mənzil yalnız oğlu Samirin götürdüyü pulun qarşılığında girov qoyulmuşdur”, “Böyükkişi oğluna pulu faiz kimi vermiş, o həmin vaxtdan 3 ay, hər ay 2000 AZN olmaqla faizlər ödəmiş”, “mənzilin alqı-satqısını göstərilən niyyətlə həyata keçirilməsini təsdiq edən, oğlu və Böyükkişinin arasında telefon danışıqlarını əks etdirən səs yazıları, yazışmaların və şahidlərin olduğunu”, “bu müqavilənin iddiaçının oğlu ilə cavabdehin atası arasında olan borc münasibətlərini pərdələmək üçün bağlandığını”, “əslində mənzil, sələm verilmiş pulun qaytarılması müqabilində "girov“ saxlanılmış”, “mənzil real bazar qiymətindən qat-qat aşağı satılmışdır”, “müqavilə götürülmüş sələm pulun qaytarılmasının təminatı kimi görünüş olaraq bağlanmışdır”, “həmin müqavilə hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdır” qeyd olunmuşdur. Məhkəmə sadalanan dəlillərə münasibətdə bildirir ki, iddiaçı gah müqavilənin başqa əqdi pərdələmək üçün bağlandığını, gah da görünüş üçün bağlandığını bildirsə də, hazırda iddiaçı mübahisəli alğı-satqı müqaviləsini oğlu Cavabdeh2 götürdüyü borc pulun müqabilində cavabdehin atasına borcun təminatı olaraq girov niyyəti ilə bağladığını mübahisələndirir, yəni iddiaçının iddia etməsinə görə tərəflər bu müqaviləni bağlayarkən əsil niyyətləri, o cümlədən iddiaçının iradə ifadəsi mənzilin satılmasına deyil, məhz borcun təminatı olaraq girov qoyulmasına yönəlmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırda iddiaçı məhkəmədə 14 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin yalan əqd olmasını mübahisələndirir. Beləliklə, iddia tələbinin müqavilənin etibarsız hesab olunması ilə bağlı dəlillərinə dair məhkəmə qeyd edir ki, həmin iddia tələblərinin qanuni əsasını MM-in 340.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə işin faktiki hallarının araşdırılması zamanı məhkəmə tərəfindən mübahisələndirilən müqavilənin yalan əqd olması müəyyən olunmamışdır. Çünki iddiaçı qeyd olunan halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Nəticə etibarilə işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı mənzilin alqı-satqısını girov niyyətilə həyata keçirilməsini təsdiq edən, oğlu və cavabdehin atası arasında telefon danışıqlarını əks etdirən səs yazıları, yazışmaların və şahidlərin olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, qeyd olunan tərəflərin əsl niyyətinin aydınlaşdırılması, müqavilədəki iradə ifadələrinin həqiqi məzmunu, tərəflərin müqavilədən öncəki və sonrakı davranışları barədə məlumat verə biləcək hər hansı şahidin ifadə verməsi təmin edilməmiş, bundan başqa iddiaçının oğlu və cavadehin atası arasında olan yazışmaları, o cümlədən sonuncuların telefon danışıqları ilə bağlı səs yazılarını təqdim etməmişdir. Təqdim edilmiş yazışmalarda yalnız 1915 manat, 700 manat və 1000 manat məbləğində pulun Böyükkişi Əliyevin bank kartına köçürülməsi barədə ödəniş qəbzlərinin ekran görüntüləri müəyyən edilir. Lakin bu qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələr əks olunmamış, həmçinin də həmin qəbzlər özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır. Bundan əlavə iddiaçının qeyd etdiyi “oğlu və cavabdehin atası” arasında telefon danışıqlarını əks etdirən səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, həmin yazıların cavabdehin atasına aid olmaması, yalnız iddiaçının oğlu Cavabdeh2 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu müəyyən olunmuşdur. Yuxarıda sadalananları məcmu halda qiymətləndirib məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 cavabdehin atası ilə oğlu Cavabdeh2 arasında borc münasibətləri olduğuna istinad etsə də, bunu məhkəmədə sübut edə bilməmişdir. Beləliklə də məhkəməyə sübut qismində təqdim olunmuş ödəniş qəbzlərinin isə onlar arasında olan borcla bağlı olması müəyyən edilməmişdir. Məhkəmə iddiaçı Cavabdeh1 iddia tələbini əsaslandırarkən əmlakın qiymətinin aşağı olmasına istinad etməsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri 54 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən aydın olur ki, tərəflər arasında ünvan 1 ünvanında yerləşən mənzilin 93500 manat qiymətə satılması ilə bağlı razılıq əldə olunmuşdur. MM-in 390.3-cü maddəsində birbaşa təsbit olunmuşdur ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu baxımdan qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin bağlanması zamanı onun şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını, yuxarıda qeyd olunan hallar istisna olmaqla ümumiyyətlə müqavilə bağlamağa məcburetməyə yol verilmədiyini müəyyən etmişdir. Əks yanaşma, MM-in 6.1.2 və 6.1.5-ci maddələrində təsbit olunan müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinin inkarı ilə nəticələnərdi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilin dəyərinin aşağı qiymət müəyyən edilməsinin həmin müqavilənin əhəmiyyətsizliyini sübut edən hal olması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olması həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməz. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşlıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Başqa sözlə, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin yalan əqd və ya başqa motivlər nəticəsində bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Birinci iş üzrə iddiaçı isə mübahisələndirilən yazılı müqavilənin yalan əqd olması o cümlədən başqa əqdi pərdələmək üçün bağlanması barədə nəticəyə gəlməyə əsas verən əsaslı sübutlar təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh1 öz iradə ifadəsini əks etdirərək alqı-satqı müqaviləsini bağlamış, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 əqdin etibarsızlığı tələbi sübuta yetirilmədiyindən, iddia tələbi təmin olunmamalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə bildirir ki, birinci iş üzrə İddiaçı tərəfindən birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbinə qarşı məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunmuşdur. Məhkəmə, birinci iş üzrə İddiaçı vəkilinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verməyə lüzum görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab edir. Belə ki, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı gətirdiyi dəlilləri sübuta yetmədiyindən, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsi zərurəti də yaranmamışdır. Məhkəmə, birinci iş üzrə İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan alqı-satqı müqaviləsindən və daşınmaz əmlakın dövlət reyestrlərdən çıxarış dan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzili Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlayaraq dəyərini ödəməklə almış və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, mülki işin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzil xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsusdur. Birinci iş üzrə İddiaçı ona mülkiyyət hüququ ilə məxsus olan mənzildən sərbəst və maneəsiz istifadəsinə maneələr törətməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehin mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, birinci iş üzrə İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının mənzilə mülkiyyət hüququ mövcuddur və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci iş üzrə Cavabdeh1 mənzilin keçmiş mülkiyyətçisidir, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ailə üzvləridir və hazırda mübahisəli mənzili iddiaçıya təhvil verməyərək, orada yaşayırlar, iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehlərin mənzildə yaşaması səbəbindən oradan istifadə edə bilmir. Cavabdehlərin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzilə birinci iş üzrə İddiaçı mülkiyyət hüququ mövcuddur. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdehlər tərəfindən istifadə edilir. İddiaçının mülkiyyət hüququ olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzil İddiaçı mülkiyyətindədir O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Bundan başqa məhkəmə, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi hissəsində də iddianı əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin 13-cü bəndindən göründüyü kimi, “Satıcı” Cavabdeh1 xx.xx.2023-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəlik götürmüşdür. Məhkəmə, yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbi əsaslıdır və təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzildən istifadə hüquqlarına xitam verilməli, həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq birinci iş üzrə İddiaçı təhvil verilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, birinci iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, habelə Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri olan 100 manat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və 200 manat "xxxx" MMC-yə ödənilməli, ikinci iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, ünvan 2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 17 ünvanda yerləşən 3 saylı mənzildən çıxarılsın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xeyrinə tutulsun. İkinci iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat pul cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulsun, "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-164/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-164/2024
13.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver