Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1647/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X13 adına Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 17 ünvanında yerləşən evin 1/32 hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.1996cı il tarixdə verilmiş, 9472 reyestr nömrəli X5 Talehə Hüseyn qızına məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Xalq Məhkəməsinin 22 yanvar 1996-cı il, 2-183/1996 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evin 1/32 hissəsinə Ərizəçi payı müəyyən edilməklə, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qətnamənin nəticə hissəsində müəyyən edilmiş şəxslərə qətnamədə qeyd edilmiş paylar üzrə qeydiyyat vəsiqələrinin verilməsi həvalə edilmişdir. Həmin qətnamədə Ərizəçi ad soyad ata adı-X3 qeyd olunsa da, qətnaməyə əsasən Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş, 9472 reyestr nömrəli “Qeydiyyat Vəsiqəsi”ndə ad, soyad, ata adı- X7raq qeyd edilmiş və S.Rəhman küçəsində 17 nömrəli fərdi yaşayış evinə 1/32 hissədə payı qeydiyyata alınmışdır. Göründüyü kimi həm qətnamədə, həm də qeydiyyat vəsiqəsində ad, soyad, ata adı birbirindən fərqli olmaqla hər ikisi də səhv yazılmışdır. Bu fakt Ərizəçi bu yaxınlarda aydın olduğundan həmin səhvin düzəldilməsi üçün ƏMDX DODKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumdan Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli, 3-21- 3- 30/2-4175/**********204175 №-li cavabla bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/32 hissəsi daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. Bu cavabdan da görünür ki, 1996-cı il tarixli Qeydiyyat vəsiqəsindəki Hüseynovna soyadı da dəyişdirilmiş, dövlət orqanları Ərizəçi artıq kişi kimi təqdim etmişlər. Hazırda Ərizəçi çıxılmaz vəziyyətdə qalmışdır, 1996-cı ildə Nərimanov Xalq Məhkəməsi tərəfindən başlanılmış yalnışlıq digər qurumlar tərəfindən daha fərqli formada inkişaf etdirilərək əlavə yalnışlıqlara da yol verilmiş və nəticədə mülkiyyət hüquqları əsassız olaraq pozulmuşdur. Ərizəçi mərhum atasının işi ilə əlaqədar Krım Muxtar Respublikasında anadan olduğundan, doğum haqqında şəhadətnamədə ad, soyad, ata adı X7raq qeyd edilmişdir. Müstəqillik əldə etdikdən sonra verilmiş şəxsiyyət vəsiqəsində ad, soyad, ata adı Ərizəçi kimi qeyd edilmişdir. Nikahın pozulması haqqında AZ-1 №081206 saylı, xx.xx.2008-ci il tarixli şəhadətnamədə ad, soyad, ata adı Ərizəçi kimi qeyd edilmişdir. ünvan 3 ünvandakı bütün kommunal xidmətlərdən istifadə ilə əlaqədar hesablar Ərizəçi adındadır və bu günədək həmin xərclər Ərizəçi tərəfindən ödənilmişdir. Belə ki, "xxxx" ASC Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, ******* №-İi Arayışda qeyd edilir ki, verilir Nərimanov, Sabit Rəhman küç, ev-17 ünvanında yaşayan Ərizəçi ondan ötrü ki, onun xx/xx/2019 tarixinə sudan istifadə və tullantı sularının axıdılması xidmətinə borcu yoxdur. "xxxx" ASC-dən əldə edilmiş çıxarışda görünür ki, həmin evlə bağlı abunə müqaviləsi Ərizəçi ilə bağlanmış və işıq xərcləri Ərizəçi tərəfindən ödənilmişdir. “Azəriqaz” İstehsalat Birliyi “Asan” xidmət mərkəzi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Sabit Rəhman küçəsi ev 17, mənzil 12 ünvanında abonent olaraq Ərizəçi adı qeyd edilmiş və xx.xx.2023-cü il tarixə qədər borcunun olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, Nərimanov Xalq Məhkəməsinin 1996-cı ildə çıxardığı qətnaməsində qeyd edilən Bakı şəhəri. Nərimanov rayonu, S.Rəhman küçəsindəki 17 saylı fərdi yaşayış evinin 1/32 pay hissədə mülkiyyətçisi həqiqətən Ərizəçidır. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının tyeri və vaxtı barədə məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X25 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi X8 qonşusu olmuşdur. Ərizəçi əmisinin evində yaşadığı zaman tanımışdır. Ərizəçi ona xarici dil üzrə hazırlıq kursları keçmişdir. Ad, soyad, ata adı həqiqətən də Ərizəçidır, onun Taleh adında hər hansı qohumunu tanımır. Qardaşı var və qardaşını X4 tanıyır. Məhkəmə iclasında iştirak etmiş şahid X17 ifadəsində bildirmişdir ki, Ərizəçi 33 ildir ki onun qonşusudur. Abbasova X12 Rayonu, Sabir Rəhman küçəsində ailəsi ilə birlikdə yaşayır. Ərizəçi Taleh adlı qohumunu tanımır. Məhkəmə iclasında iştirak etmiş şahid X18 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 17 ünvanında yerləşən evdə yaşamışdır. Taleh adlı yaxın qohumları yoxdur. Bir qardaşları var, adı İdrisdir. Məhkəmə iclasında iştirak etmiş şahid X31 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi ünvan 5 ünvanda Taleh adlı şəxs yaşamır. Ərizəçi Taleh adlı yaxın qohumu yoxdur. İş materiallarında olan; - Nərimanov RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 17 ünvanında yaşayır. - Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ 081206 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Ərizəçi arasında olan nikah xx.xx.2008-ci il tarixdə pozulmuşdur. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X23 Xidməti şöbəsi 1 saylı Asan kommunal mərkəzi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi yaşadığı ünvan olaraq ünvan 1, mənzil 12 ünvanı göstərilmişdir. - "Azərişıq” ASC tərəfindən verilmiş abunə haqqında saldoda Ərizəçi yaşadığı ünvan olaraq ünvan 8u” ASC tərəfindən verilmiş arayışda Ərizəçi yaşayığı ünvan olaraq ünvan 1 ünvanı qeyd olunmuşdur. - Nərimanov Rayon Xalq Məhkəməsinin 22 yanvar 1996-cı il, 2-183/1996 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən evin 1/32 hissəsinə X10 payı müəyyən edilmiş, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə X16 1/32 pay üzrə qeydiyyat vəsiqələrinin verilməsi həvalə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindn Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 17 ünvanında yerləşən fərdi yaşayış evinin 1/32 hissəsi daşınmaz əmlakın dövlət reyestrində X15 adına qeydiyyata alınmışdır. X15 Ərizəçi ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə Ərizəçi müraciətinə baxılacağı qeyd edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daçınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X46 tərəfindən verilmiş çıxarışlardan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2/32 hissədə X19, 1/32 hissədə X1, 3/32 hissədə X20, 1/32 hissədə X26, 1/32 hissədə X21, 1 yaşayış otağı-19.2 kv.m hissədə Tanrıverdiyev Elnur bayram oğluna, 2/32 hissədən 2y/ot.-30 kv.m X6, 3/32 hissədən 2 otaq (30 kv.m) X22, 2Ə32 hissədə X27, 1Ə32 hissədən 1y/ot.-22 kv.m X11, qalan hissədə X2 məxsusdur. - Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 17 ünvanında yerləşən ev üzərində X13 1/32 hissədə pay hüququ vardır və bu barədə xx.xx.1996-cı il tarixdə 4917 nömrəli qeyd aparılmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi adı Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsində yanlışlıqla “X33” kimi qeyd edilmişdir. Belə ki, iş materiallarından Ərizəçi ünvan 12 ünvanda “Taleh” adlı şəxsin yaşamaması, Ərizəçi “Taleh” adlı yaxın qohumunun omaması sübut olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X13 adına Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 17 ünvanında yerləşən evin 1/32 hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.1996-cı il tarixdə verilmiş, 9472 reyestr nömrəli X5 Talehə Hüseyn qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X13 adına Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 17 ünvanında yerləşən evin 1/32 hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.1996-cı il tarixdə verilmiş, 9472 reyestr nömrəli X5 Talehə Hüseyn qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1647/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1647/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver