Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1650/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X27 Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Əliəşrəf və Əliağa Vahid küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binasında 75 kv.m sahədən ibarət iki otaqlı mənzil ilə təmin edilməsi şərti ilə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına və Cavabdeh2 hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Əliəşrəf və Əliağa Vahid küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binasında 95 kv.m sahədən ibarət üç otaqlı mənzil ilə təmin edilməsi şərti ilə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh1 xx.xx.2022ci il tarixdə ürək çatmamazlığından ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında Bakı şəhəri Nərimanov qeydiyyat şöbəsində xx.xx.2022-ci ildə 778 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə Murtuza oğlu hazırki mülki işin icraatının qanun üzrə vərəsəliyə dair şəhadətnamə alanadək dayandırılmasının zəruri olduğunu, bu səbəbdən də icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1650/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Nümayəndə və X3 Cavabdeh1 hüquqi varisləri kimi tanınmışdır. Daha sonra Cavabdeh1 hüquqi varisi Nümayəndə məhkəməyə vəsatət təqdim edərək, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, X4, X17, X11, X6, X7, X18 və X8 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, X4, X17, X12, X9, X14 və X5 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kvjmetrinə 1.500 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hürıdürmərtəbəli yaşayış binasında hazırkl mövcud faktiki sahələrindən 20-30 faiz artıq sahəsi olan mənzil verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər birinə aylıq 500 manat kirayə haqqı ödənilməklə, cavabdeh X13 mülkiyyətində olan cavabdeh X13 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metri üçün 2.000 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırkı mövcud faktiki sahəsindən 20-30 faiz artıq sahəsi olan qeyri-yaşayış sahəsi verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 1.GQÖ manat kirayə haqqı ödənilməklə, cavabdehlər Cavabdeh1, X4, X17, X12, X6, X14 və X5 qəzalı vəziyyətdə ofan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə .Vahid küçələrində yerləşən mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları, həmin mənzillərin və qeyri- yaşayış sahəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnamə, apelyasiya baxışında qalmış hissədə, dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mübahisələndirilən mənzildən çıxarılma barədə tələbə artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 hüquqi varisləri Nümayəndə və X1 qarşı mənzildən çıxarılma tələbinə dair artıq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə münasibət bildirildiyindən, habelə həmin qətnamə qanuni qüvvəsini aldığından mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla mülki işin icraatına xitam verilirsə, qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 hüquqi varisləri Nümayəndə və X1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1650/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1650/2023
04.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver