Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1652/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 48 kv.metrdən ibarət dan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 1 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" QSC-yə təhvil verilməsi və həmin mənzilin iddiaçı "xxxx" QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 48 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 1 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək binada faktiki sahəsinə 20 % sahə əlavə edilməklə 57,6 kv.m ölçüdə təmiri mənzil Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin “Ailə Park" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "Ailə Park” QSC tərəfindən Cavabdeh hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 48 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 30 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 48 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 30 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək binada faktiki sahəsinə 20 % sahə əlavə edilməklə 57,6 kv.m ölçüdə təmirli mənzil Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, “mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair 2(005)-1652/2024 saylı işin məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair 2(005)-1651/2024 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 izahatında vəsatətin digər mülki işlə bağlı verilməli olduğunu bildirdi. Məhkəmə iş materiallarını və iddiaçının vəsatətini araşdırıb hesab edir ki, hazırki 2(005)-1652/2024 nömrəli mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni tərəflər arasında olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1652/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin məhkəmənin icraatında olan 2(005)- 1651/2024 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin. Birləşdirilmiş iş üzrə 2(005)-1651/2024 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1652/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1652/2024
15.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver