Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1663/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin mərhum əri X4 27 may 1937-ci il tarixdə Zaqatala rayonunda doğulması barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin mərhum əri X7 27 may 1937-ci il tarixdə Zaqatala rayonunda doğulmuşdur. Ərizəçi ilə mərhum əri arasında nikah Maraqlı şəxs tərəfindən 02 dekabr 1992-ci il tarixdə qeydə alınmışdır. X7 16 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. 2021ci ilin oktyabr ayında ərizəçi hazırda Fransada yaşayan qızının həmin ölkədə daimi yaşamaq üçün icazənin verilməsinə görə müxtəlif sənədləri hazırlamalı olmuşdur. Apostil və leqalizasiya ediləcək sənədlər arasında mərhum X4 doğum haqqında şəhadətnaməsi də vardır. Lakin həmin sənəd leqalizasiya edilərkən notarial kontordan bildirilmişdir ki, doğum haqqında akt qeydi "bazada mövcud deyil". Bu məqsədlə ərizəçi Maraqlı şəxsnə müraciət etmişdir. Oradan bildirilmişdir ki, doğum akt qeydi itmişdir və bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, ötən dövrdə ərinin doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Ərizəsində göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 23.06.1978-ci il tarixdə verilmiş, V-JQ seriyalı, 449198 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 27 may 1937-ci il tarixdə Zaqatala rayonunda doğulmuşdur. X11; Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən 02.12.1992-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı, 331587 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X5 arasında 02.12.1992-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 761 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şahbazov, arvada Şahbazova soyadı verilmişdir; 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş X4 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, o, 16.10.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs 05.11.2021-ci il tarixli, 232 nömrəli məktubunun surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. 16.12.2021-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 Ərizəçi əridir. Ərizəçi hazırda ünvan 2 ünvanda yaşayır. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün mərhum ərinin doğum faktının müəyyən edilməsini ehtiyacı vardır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə evin sənədləşdirilməsi üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 27.05.1937-ci il tarixdə Zaqatala rayonunda anadan olması, atasının “X9”, anasının “X12” olması faktı müəyyən edilməli, X4 doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında 27.05.1937-ci il, doğum yeri qrafasında Zaqatala rayonu, atası qrafasında X10, anası qrafasında «X12» göstərilməli, X4 doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçi X1 aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında 27.05.1937-ci il, doğum yeri qrafasında, Zaqatala rayonu, atası “X10” (milliyyətcə türk olan), anası “X6» (milliyyətcə alman olan) göstərilsin. Doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1663/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1663/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver