Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1670/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat Ofisinə “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat Ofisinə “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X8 26.09.2011-ci ildə ölmüş X9 (X12) oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi 02.12.2021-ci ildə vəfat etmiş X8 oğludur. Telman Səfərovun ölümündən sonra Bakı şəhəri, Qədirbəyov küçəsində yerləşən 63a nömrəli evin 60 nömrəli mənzili miras qalmışdır. Mərhumun ölümündən sonra 1 saylı ASAN xidmət mərkəzində yerləşən notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işi vaxtı məlum olmuşdur ki, mövcud sənədlərdə uyğunsuzluq var. Belə ki, mərhum Telman Səfərovun doğum şəhadətnaməsində ana qrafasında X20 qeyd edilmişdir. Lakin, Telman Səfərovun anasına məxsus ölüm haqqında şəhadətnaməsində "X14” olaraq qeyd edilmişdir. Həmin uyğunsuzluqların düzəldilməsi üçün Aişə Səfərovanın doğum haqqında akt qeydi tələb edilir. Aişə Səfərova 1928-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuşdur. Lakin, Ucar rayon Qeydiyyat şöbəsinin təqdim etdiyi 17.02.2022-ci il tarixli arayışdan məlum olur ki, Şöbənin arxivində 1928-ci ilə aid doğum akt qeydləri Şöbənin arxivində saxlanılmadığı üçün doğum akt qeydi aşkar olunmamışdır. Eyni zamanda, Milli Arxiv İdarəsinin təqdim etdiyi 02.03.2022-ci il tarixli arayışdan məlum olur ki. 1928-ci ilə dair Ucar rayonu üzrə doğum haqqında akt qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Beləliklə, mərhumun anasının doğum akt qeydi aşkar edilmədiyi üçün “Aşa” və ya “Aişə” olduğunu dəqiqləşdirmək mümkün olmur. Göstərilən səbəblərlə əlaqədar mərhum Telman X1 (X10) oğlu olduğunu təsdiq etmək üçün qohumluq faktının məlikəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli AZ-İİ № 230099 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 02.12.2021-ci il tarixdə hipertoniya xəstəliyi səbəbindən Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0.15112 ha torpaq sahəsində yerləşən 63a nömrəli, 9 mərtəbəli binada 65.93 kv.m ümumi, 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 60 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 301 nömrəli reyestr kitabının 28739 nömrəli vərəqində qeydiyyat alınmışdır; 05.09.2003-cü il tarixdə Yevlax RPŞ tərəfindən verilmiş AZE seriyalı 01094803 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən XX.XX.1928-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində anadan olmuş X4 şəhəri, S.Əliyev küç, ev 6, m 8 ünvanında qeydiyyatdadır; İş materiallarında olan 05 oktyabr 2011-ci il tarixli AZ-İ 487619 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 26 sentyabr 2011-ci il tarixdə Yevlax şəhərində vəfat etmişdir. İş materiallarında olan İ-İE seriyalı 253749 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 28.03.1953-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. X6r. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 02 mart 2022-ci il tarixli DA-00342-2022 saylı məktubunun surətində “Bakı 1 saylı ‘‘Asan Xidmət" Mərkəzindən daxil olan 21 fevral 2022-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, ‘‘Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları İdarəsi”nin 1928-ci ilə dair Ucar rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib” qeyd olunmuşdur; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsi ərizəçinin bəzi hüquqi və sosial problemlərin həll edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında hüquqi əhəmiyyəti olduğundan, lakin 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi şəxslər barəsinə akt qeydinin arxivdə mövcud olmaması səbəbindən imtina etməsi nəticəsində ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 Aişə Məmməd qızının (X12) oğludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, X16 XX.XX.1928-ci il təvəllüdlü X9 (X12) oğlu olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi “qohumluq faktının müəyyən olunması” barədə ərizəsi təmin edilsin. X16 XX.XX.1928-ci il təvəllüdlü X9 (X12) oğlu olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1670/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1670/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver