Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1670/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: mənzilə köçürmə) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı1, Cavabdeh Cavabdeh2, Cavabdehlərin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onlara qoyulmuş məhdudiyyətin qadağan olunması və iddiaçıların ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “ünvan 2 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyətçisiyəm. Mənzil üzərində mülkiyyət hüquqlarım xx.xx.2020-ci ildə anam - X2 vəfatından sonra vərəsəlik qaydasında mənə keçmişdir. Hüquqlarım xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin hazırda atam ilə mülkiyyətimdə olan mənzildən istifadə edə bilmirəm. Belə ki, cavabdeh şəxslər mənzilimi qanunsuz şəkildə istismar edir, məni və atam İddiaçı2 evimə buraxmırlar. Bunun üçün hər cür maneəni yaradırlar. Cavabdehlər öz mülkiyyətimdə olan mənzildən məni məhrum ediblər. Diqqətə almağınızı istəyərdim ki, mülkiyyətimdən məhrum olmağım mənim gündəlik həyatımı və sosial vəziyyətimi ağırlaşdırır. Evimdə yaşaya bilməmək mənim sağlamlığıma və psixoloji vəziyyətimə mənfi şəkildə təsir göstərir. Həmçinin mülkiyyət hüququmuzun pozulması ciddi şəkildə maddi sıxıntılar yaradır. Kirayədə yaşamaq məcburiyyətində qalırıq və kirayə ödənişlərini çatdırıb ödəyə bilmirik. Cavabdehlərin evimə girməyimə icazə verməməsi, nə oradan qazanc, üzərində istifadə hüququmu həyata keçirməyə icazə verir. Bu səbəbdən ciddi problemlərlə üzləşirəm. Atamla birlikdə mülkiyyətimdə evim olduğu halda, nə üçün kirayədə yaşamaq məcburiyyətində qalmalıyam? nəzərinizə çatdırıram ki, bu sayədə, qanunverciliklə nəzərdə tutulmuş konstitusion hüquqlarım kobud şəkildə pozulmağa davam edir. Odur ki, mübahisənin məhkəmə qaydasında həllinə nail olmaq üçün iddia tələbləri ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Bu səbəbdən çəkilmiş xərclər və ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən tutulmalı olduğunu hesab edirik. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bizə qoyulan maneənin aradan qaldırılmasına, mənim və atamın ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməyimiz üçün müvafiq şəraitin yaradılmasına dair qətnamə qəbul etməyinizi xahiş edirəm.” II. Tərəflərin mövqeləri: Cavabdehlərin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək hazırki iş üzrə iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqədar məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. İddiaçının hazırki iddia predmeti olan mübahisəli mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1oviç və Cavabdeh2, 2000-ci ilin əvvəllərindən mübahisəli mənzildə - yaşayırlar. Bu xüsusatlar, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Həmin Ali Məhkəmənin qərarı iş materiallarına əlavə edilmişdir. Belə ki, iddiaçıya cavabdehlərin onun mülkiyyətində olan mənzildə yaşamaları 2000-ci ilin əvvəllərindən məlumat olmuşdur. Bununla da iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumi iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, mənzil anası Tahirə Həsənsoyun adına olub. Cavabdeh1 anasının dayısı nəvəsidir. Anası mənzili Cavabdeh1 anasına yaşaması üçün verib. 2013-cü ildə anasının mülkiyyətində olan həmin mənzil söküldü. Həmin sökülən mənzildə 4 nəfər ailə üzvləri qeydiyyatda idilər və 2013-cü ildə bina söküldü yerinə başqa yeni bina tikildi. Bundan sonra yeni evə dair çıxarış verildi və anası ora qeydiyyata düşdü. Bundan sonra onlar xahiş etdilər ki, yeni ev tikdirdiyinə görə bir müddət həmin evdə qalaq və anasının ehtiyacı olmadığına görə razılaşdı. Anası ağır xəstəlikdən sonra 2020-ci ildə vəfat etdi. Anası vəfat etdikdən sonra atası və qardaşı payından imtina edərək, vərəsəlik üzrə ev öz adına rəsmiləşdirildi. Bundan sonra cavabdehlərin evdən çıxarılmaları üçün iddia tələbi ilə müraciət etmişdir və üç ildir ki, evindən məhrumdur. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olundu və Bakı Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxladı, lakin Ali Məhkəmə cavabdehlərin yaşama hüquqlarının olmasını qeyd edərək qətnaməni ləğv edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytardı. Həmin mənzildə özü və atası qeydiyyatdadır. Cavabdehin Binəqədi rayonu ərazisində iki mərtəbəli evi var və qeydiyyatda olduqları Nərimanov rayonu ərazisində iki otaqlı mənzilləri var. Həmin mənzilləri cavabdeh kirayə verib, lakin evindən çıxmır. Üç ildir ki, məhkəmələrdə sürünür və yaşlı atası ilə kirayə mənzildə yaşayırlar. Hazırda ailə qurmuşdur və yoldaşı 20 ildir hərbi qulluqçu olmasına baxmayaraq ona da ev vermirlər. 4-5 ildir ki cavabdehlər orada yaşayırlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Mənzildə çıxarılma barədə iddia tələbinin rədd olunması barədə qanuni qüvvəyə minmiş qətnamə var. Cavabdehlərin həmin məhkəmə qərarı ilə mənzilə istifadə hüquqları yaranmışdır. Bu hal məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində öz əksini tapmışdır. Hal-hazırda cavabdehlər kompensasiya ödənilməklə həmin mənzildən çıxmağa razıdırlar. Qeyd edir ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı cavabdeh barəsində müvafiq orqanlara şikayətlər etdi və işlədiyi iş yerinin rəhbərliyinə də müvafiq şikayətlər ünvanladı. Hazırda şəxsin istəyi mənzilə köçürülmək deyil, sadəcə mülkiyyətçi olduğundan hüququndan sui-istifadə etməkdir. Ali Məhkəmənin qərarında da qeyd olunub ki, mülkiyyət hüququ mütləq hüquq deyil və mülkiyyət hüququ mənzildə olan digər şəxslərin hüquqlarına maneələr törətməməlidir. Hazırki iddia mahiyyəti üzrə baxılıb təmin olunarsa belə iddiaçıların həmin mənzildə yaşamaq məqsədi deyil, sadəcə “mən mənzilin mülkiyyətçisiyəm və mən yaşamalıyam” anlamına gəlir. Mənzil 2000-ci ildə iddiaçının anasının adına olub və ondan sonra həmin mənzil köçürülüb və ləğv olunaraq hazırki mübahisəli ünvanda olan mənzillə əvəzləşdirilib. Köhnə mənzilin sahəsi 16 kv.m təşkil edirdisə, hazırki əvəzləşdirilən mübahisəli mənzilin sahəsi 37 kv.m təşkil edir. İddiaçının anası 2020-ci ildə vəfat etmişdir və cavabdehlər həmin mənzildə yaşayıblar. Lakin 20 il ərzində iddiaçı tərəfindən həmin mənzildən çıxarılmaları ilə bağlı müraciət olunmayıb. Tərəflər arasında qohumluq münasibətləri olub və o vaxtki mənzil formal olaraq iddiaçının anasının adına rəsmiləşdirilmişdir. İddiaçının anası vəfat etdikdən sonra o, vərəsəlik şəhadətnaməsi almış və 2022-ci ildə cavabdehlərin mənzildən çıxarılmaları barədə məhkəməyə müraciət etmişdir. Mübahisəli mənzildə cavabdehlər və onların iki övladları yaşayırlar. Mənzil 38 kv.m sahədən ibarətdir və bir otaqlı mənzildir. İddia təmin olunarsa və iki nəfərin də ora köçürülməyi hesab edir ki, absurddur. Tərəflər arasında bu cür münaqişənin olmağı onların orada yaşamasına və gələcəkdə digər nüqativ halların baş verməsinə gətirib çıxardacaq. Bu səbəbdən kompensasiya ödənilməklə cavabdehlər mənzildən çıxmağa razıdırlar. Tərəflər qohumdurlar və həmin mənzil Cavabdeh1oviçin anasının vəsaiti hesabına alınmışdır, lakin iddiaçının anasının adına rəsmiləşdirilmişdir. Bu halla bağlı tərəflər arasında danışıqlıqlar olub və həmin səs yazıları qeydiyyata alınıb. Hüquqi cəhətdən mənzil iddiaçının adında olsa da, faktiki olaraq cavabdehin anasının vəsaiti hesabına alınmışdır. Həmin şəxslər vəfat etmişlər və 2021-ci ildən sonra iddia qaldırılıb. Səs yazıda iddiaçı ”mənzil sizin mənzildir, sadəcə mənim yaşamağa yerim yoxdur və nə vaxt mənzil alaram rəsmiləşdirilməni sizin adınıza həyata keçirərəm” deyə bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bidlirmişdir ki, ev öz vəsaitləri hesabına alınmışdır, həmin evdə yaşamaq hüquqları məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1oviç bildirmişdir ki, özü və digər cavabdeh Ak. Həsən Əliyev ev 92, mənzil 4 ünvanında qeydiyyatdadırlar. Həmin mənzil öz mülkiyyətindədir. Özünün başqa əmlakı yoxdur. Orada hazırda qohumları yaşayır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin müdafiə edərək bildirmişdir ki, faktiki olaraq cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozurlar və iddiaçı hazırda mənzilindən istifadə edə bilmir. İddiaçı1 mənzilin mülkiyyət hüquqları əsasında mülkiyyətçisidir, yəni Dövlət Reyestr Xidmətində hüquqları qeydiyyata alınıb və çıxarış iş materiallarına əlavə edilmişdir. Lakin bugünədək iddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Cavabdehlər hazırda orada yaşayırlar və qeydiyyatları başqa ünvandadır. Cavabdehlərin iddiaçının anası ilə uzaq qohumluq münasibətləri olub. III. İşin faktiki halları: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti ev 89A, mənzil 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2021-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2(005)- 848/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X6 prospekti ev 89A, mənzil 4 ünvanda yerləşən mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi təmin edilərək, cavabdehlərin və onların ailə üzvlərinin iddiaçıya məxsus mübahisəli mənzildən çıxarılması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2022 nömrəli, 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(102)-483/2023 saylı qərarı ilə, Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. -Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(103)- 3179/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayət təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-848/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehlərə qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4250/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3179/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 6 ünvanlanmış məlumatım verilməsi barədə xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 92, mənzil 4 ünvanı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 2V-953 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh2 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -6-cı maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; -146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinəəsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol. Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti ev 89A, mənzil 4 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam payla İddiaçı1 adına qeydə alınmışdır və hazırda da onun adına qeydiyyatdadır. Digər İddiaçı2 İddiaçı1 atasıdır. Cavabdehlər iddiaçıların qeyd olunan mənzildən istifadəsinə məhdudiyyətlər yaradır. Bu səbəbdən hazırda iddiaçılar İddiaçı1 mülkiyyətində olan mənzilə köçürülmələri barədə tələblə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, ilk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd edir ki, hazırkı tələb üzrə İddiaçı1 mübahisəli mənzilə dair mülkiyyət hüququ olduğundan həmin mənzildən istifadə ilə bağlı subyektiv hüququ vardır. Bununla belə hüquqi nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan evdən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzildə yaşayan və istifadə hüquqları olan cavabdehlərin hüquqa zidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə iddiaçı mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdir. İddiaçı həmin əmlaka sahibliyini itirmiş mülkiyyətçidir, sahiblikdən məhrum edilmişdir və ona məxsus mənzil hazırda faktiki olaraq cavabdehlərin istifadəsindədir. Bu səbəbdən iddiaçının mülkiyyətçi olaraq pozulmuş hüquqları bərpa edilməli, onun evə köçürülməsinə dair iddiası təmin edilərək, İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti ev 89A, mənzil 4 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə digər iddiaçıya münasibətdə isə qeyd edir ki, İddiaçı2 mənzilin mülkiyyətçisi İddiaçı1 doğma atasıdır və həmin ünvanda qeydiyyatdadır. Mülkiyyətçi mənzilinə sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmçinin mənzil barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı1 ailə üzvü olan atasını mülahizəsinə əsasən mülkiyyətində olan mənzilə köçürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: -384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə qeyd edir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia mülkiyyətçinin hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı olduğundan iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehlərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti ev 89A, mənzil 4 ünvanında yerləşən mənzilə köçürülməli, bununla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış məhdudiyyətlər qadağan olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti ev 89A, mənzil 4 ünvanında yerləşən mənzilə köçürülsünlər, bununla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış məhdudiyyətlər qadağan olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1670/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1670/2025
24.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver