Məhkəmə qərarları › İş №2(005)-1694/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1694/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1694/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı notariat ofisi cəlb edilməklə) qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmin tədbiri barədə ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-1694/2021 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən 30 saylı, 4 otaqlı mənzilinin; Bakı şəhəri, Əlyar Əliyev küçəsi, ev 67 ünvanında yerləşən 61 saylı, 1 otaqlı mənzilinin; ünvan 3erləşən 239 saylı 4 otaqlı mənzilin; ünvan 4 ünvanda yerləşən 104 saylı 2 otaqlı mənzilin; Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prosepekti 57 ünvanda yerləşən sahəsi 316.4 kv.m olan qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti 57 ünvanda yerləşən sahəsi 316 kv.m olan qeyri yaşayış sahəsinin; Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti 57 ünvanda yerləşən sahəsi 145 kv.m olan qeyri yaşayış sahəsinin ; Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti 57 ünvanda yerləşən sahəsi 221 kv.m olan qeyri-yaşayış sahəsinin; ünvan 7ində yerləşən 0.1 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər yaranmış mübahisəni sülh yolu ilə həll etmək qərarına gəldikləri üçün hazırki iş üzrə yuxarıda göstərilən tələblərə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddianın təmin etmə tədbirinə dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-1694/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil ərizəsinə uyğun olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddianın təmin etmə tədbirinə dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-1694/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada digər tərəflər xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu halda məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, zərurət aradan qalxdığından ərizə təmin olunmalı, iddia baxılmamış saxlanılmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin mülki işlə bağlı iddianın təmin tədbiri ləğv olunmalı, tərəflər yaranmış mübahisəni sülh yolu ilə həll etmək qərarına gəliblər və bu səbəbdən hazırki iş üzrə iddianın təmin tədbirinə dair qərardadı ləğv olunmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştriak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 162-163 və 263-268,269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı notariat ofisi cəlb edilməklə) qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1694/2021 saylı qərardadı ilə ünvan 8 ünvanında yerləşən 30 saylı, 4 otaqlı mənzilinin; Bakı şəhəri, Əlyar Əliyev küçəsi, ev 67 ünvanında yerləşən 61 saylı, 1 otaqlı mənzilinin; ünvan 3erləşən 239 saylı 4 otaqlı mənzilin; ünvan 4 ünvanda yerləşən 104 saylı 2 otaqlı mənzilin; Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prosepekti 57 ünvanda yerləşən sahəsi 316.4 kv.m olan qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 57 ünvanda yerləşən sahəsi 316 kv.m olan qeyri yaşayış sahəsinin; Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 57 ünvanda yerləşən sahəsi 145 kv.m olan qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 57 ünvanda yerləşən sahəsi 221 kv.m olan qeyri-yaşayış sahəsinin; ünvan 7ində yerləşən 0.1 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsinə dair iddianın təmin tədbiri ləğv edilsin. Qərardadın icrası Bakı şəhər Nərimanov rayon İcra və probasiya şöbəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən.İmza Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar