Məhkəmə qərarları › İş №2(005)-17/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-17/2023

12.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-17/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X89 Mehdi qızının katibliyi, İddiaçı-birləşdirilmiş işlər üzrə cavabdeh İddiaçı və birləşdirilmiş ikinci iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X25, X11, X54, X33, X48, X18, X40, X41, X61, X49, X34, X42 və X68 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqısatqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikintinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə inşa olunmaqda olan tikintinin sökülməsi; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin Cavabdeh1 hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi; Cavabdeh1ndən mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzili onun mülkiyyətindədir. Cavabdeh1 ona heç bir kompensasiya vermədən, razılığı alınmadan, ondan xəbərsiz mülkiyyətində olan mənzillərin yerləşdiyi binaları sökərək yerində hündür mərtəbəli yaşayış evlərinin tikintisinə başlamışdır. Cavabdeh1 rəhbərliyi ilə dəfələrlə danışıqları olmuş, lakin hal-hazıra kimi mübahisənin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Hesab edir ki, Cavabdeh1 tərəfindən mülkiyyət hüququ kobud şəkildə pozulmuş və bununla da maddi ziyanla yanaşı ona həm də mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh1 qanunsuz və təqsirli hərəkətləri nəticəsində dost-tanış, qohumlar arasında malik olduğu nüfuz heçə enmiş, bu sarsıntılar onun və ailəsinin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmiş, müxtəlif xəstəliklərə düçar olmuşlar. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmiş və onunla yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyətləri kritik həddə çatmışdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə inşa olunmaqda olan tikintinin sökülməsi; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilin Cavabdeh1 hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi; mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilin sökülməsinə görə ona vurulmuş 771.500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi; Cavabdeh1ndən mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddianın verilməsinə əsas o olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzili onun mülkiyyətindədir. Cavabdeh1 ona heç bir kompensasiya vermədən, razılığı alınmadan, ondan xəbərsiz mülkiyyətində olan mənzillərin yerləşdiyi binaları sökərək yerində hündür mərtəbəli yaşayış evlərinin tikintisinə başlamışdır. Cavabdeh1 rəhbərliyi ilə dəfələrlə danışıqları olmuş, lakin hal-hazıra kimi mübahisənin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Buna görə də, cavabdeh “X75” MMC ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. İlkin iddia ərizəsində mülkiyyətində olan mənzillərin cavabdeh tərəfindən qanunsuz şəkildə söküldüyünə görə cavabdeh tərəfindən sökülmüş ərazidə qanunsuz inşa etdiyi tikilinin sökülməsi, mülkiyyətində olan mənzillərin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi zərər ilə bağlı tələb irəli sürsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu zərər və həmin zərərin əvəzi tələb olunmurdu. Düşünür ki, iddia tələbinin həcminin artırılmasına və cavabdeh tərəfindən mülkiyyətində olan mənzillərin qanunsuz sökülməsinə görə ona dəymiş maddi zərərin əvəzi cavabdehdən xeyrinə tutulmalıdır. Hal-hazırda Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında olan mülki iş üzrə məhkəmə birinci instansiyasının baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində həmin əmlaklar qiymətləndirilsə də, sonradan həmin mülki iş üzrə qarşılıqlı iddia ərizəsini ona aid hissədə geri götürmüş və hazırkı iddia ərizəsi ilə məhkəməyə ayrıca müraciət etmişdir. Həmin mülki iş üzrə mənzillərin qiymətləndirilməsi barədə ekspertiza rəyi aşağıdakı kimi idi: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mövcud olmuş 33 saylı evin 7 nömrəli mənzili (hazırda sökülmüş) 264 000 (iki yüz altımış dörd min) AZN təşkil edir (051/LBC saylı 07 sentyabr 2020-ci il tarixli Rəy); Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mövcud olmuş 33 saylı evin 2 nömrəli mənzili (hazırda sökülmüş) 126 500 (bir yüz iyirmi altı min beş yüz) AZN təşkil edir (052/LBC saylı 07 sentyabr 2020-ci il tarixli Rəy); Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhmanov küçəsində mövcud olmuş 32 saylı evin 4 nömrəli mənzili (hazırda sökülmüş) 381 000 (üç yüz səksən bir min) AZN təşkil edir (064/LBC saylı 07 sentyabr 2020-ci il tarixli Rəy). Həmin mənzillərin ümumi dəyəri 771.500 (yeddi yüz yetmiş bir min beş yüz) manat təşkil edir. Eyni zamanda iddiaçı Cavabdeh1 MMC cavabdehlər Azərbaycan Respublikası ƏMDK- yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və İddiaçı qarşı “daşınmaz əmlaka aid çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 7 saylı mənzilə dair ******* №-li çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003cü il tarixli 466 saylı sərəncamı, Bakı İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/157 saylı ayrıc aktı, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 13 saylı sərəncamı ilə olan Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 0.386+0.08 ha torpaq sahəsi Cavabdeh1 MMC-nə icarəyə verilmiş, həmin torpaq sahəsində 3 ədəd 18 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Cavabdeh1 MMC tərəfindən müxtəlif vaxtlarda Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yaşayan sakinlərin mənzilləri alınmışdır. Həmin vaxt Cavabdeh1 MMC-nin direktoru işləyən Cavabdeh2 öz vəzifəsindən sui-istifadə edərək, Cavabdeh1 MMC-nin təsisçilərinin razılığı, xəbəri və məlumatı olmadan bu mənzilləri özünün və qardaşı İddiaçı adına rəsmiləşdirmişdir. Onların adlarına rəsmiləşdirilmiş, faktiki olaraq isə Cavabdeh1 MMC-nə məxsus evlərin Cavabdeh2 tərəfindən sökülməsi onun Cavabdeh1 MMC-nin rəhbəri kimi, rəsmi orqanlara ünvanladığı məktublarla öz təsdiqini tapır. Belə ki Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Hacıbala Abutalıbova ünvanladığı 12 mart 2015-ci il tarixli Cavabdeh1 MMC-nin prezidenti kımı imzaladığı məkubunda Cavabdeh2 göstərmişdir: Sitat: “Nərimanov rayonu, Ak.H.Əliyev prospekti, 945 məhəllədə Cavabdeh1 MMC tərəfindən inşa ediləcək yeni bina üçün ayrılan ərazidə olan evlərin sökülməsi aparılıb, ərazi hasarlanıb, təhlükəsizlik qaydalarına riayət olunub”. Sitatın sonu. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Hacıbala Abutalıbova ünvanladığı 16 mart 2015-ci il tarixli Cavabdeh1 MMC-nin prezidenti kimi imzaladığı məkubunda Cavabdeh2 göstərmişdir ki, Nərimanov rayonu, X82 küçəsi, 945-ci məhəllədə inşa ediləcək 18 mərtəbəli (+texmərtəbə) 2 girişli yaşayış binasının tikinti meydançasının Xan Şuşinski küçəsi tərəfindən sərhəddinə bitişik ərazidə yerləşən yaşayış evlərinin boşaldılması, sakinlərin köçürülməsi və evlərin sökülməsi tərəfindən yerinə yetirilmişdir. Bu hal həmçinin Nərimanov rayonu, 53 saylı Mənzil Komunal İstismar Sahəsinin 04 fevral 2020-ci il tarixli 256322 №-li arayışı ilə də təsdiq olunur. Həmin arayışda göstərilib ki, Cavabdeh1 MMCnin Cavabdeh2 adına olan mənzillər sökülmüşdür, yaşayış yoxdur. 2020-ci ildə Cavabdeh1 MMC Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 və İddiaçı adlarma rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair; Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair; Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair; Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair; Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair; ünvan 6, 13 saylı mənzilə dair; ünvan 6, 4 saylı mənzilə dair; ünvan 6, 1 saylı mənzilə dair; ünvan 6, 8 saylı mənzilə dair; Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair; ünvan 6, 5 saylı mənzilə dair çıxarışların ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.F.Əmirxanova) 08 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin iddia tələbləri təmin edilmiş, Cavabdeh2 və İddiaçı adlarına rəsmiləşdirilmiş qeyd olunan mənzillərə dair çıxarışlar ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən Cavabdeh2 və İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2020-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman Cavabdeh1 MMC tərəfindən mexaniki olaraq İddiaçı adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 7 saylı mənzilə dair çıxarışın ləğv edilməsi haqqında tələb iddia ərizəsinə daxil edilməmişdir. Bu səbəblərdən də İddiaçı adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 33, 7 saylı mənzilə dair ******* №-li çıxarışın ləğv edilməsi haqqında Nərimanov Rayon Məhkəməsinə venidən müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4483/2021 №-li xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi və İddiaçı qarşı “daşınmaz əmlaka aid çıxarışın ləğv edilməsi” tələbinə dair 2(005)-4483/2021 nömrəli mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-839/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh1 MMC cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və İddiaçı qarşı “daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin təsisçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində (Xan Şuşinski küçəsi 33) yerləşən ərazidə köhnə tikililərdən ibarət məhəllədə bir neçə birmərtəbəli yaşayış mənzillərini dəyəri tam ödənilmək şərti ilə satın alınmışdır. Mənzillərə dair alqı-salqı "xxxx" MTK-nin direktoru olmuş Cavabdeh2 həvalə edilmişdir. Cavabdeh2 Cavabdeh1 MMC-nin əsas təsisçilərindən Tağı İbrahimovun yaxın adamı olduğu üçün onu formal olaraq təsis edilən həvalə edilmiş və həmin dövrdə MTKnin direktoru və onun qardaşı İddiaçı adına rəsmiləşdirilmiş, daşınmaz əmlakın dövlət reyestri xidmətindən mənzillərə dair çıxarış alınmışdır. Mənzillərin Vasif və İddiaçı qardaşlarının adına rəsmiləşdirilməsi tamamilə formal xarakter daşımış və Cavabdeh2 “Nehrəm MTK-nin sədri olması səbəb olmuşdur. Həmin mənzillər, həddindən artıq köhnəlmiş və istifadə müddəti başa çatmış olması, şəhər mərkəzində vaxtı keçmiş və görünüşünə görə qənaətbəxş olmayan birmərtəbəli mənzillərin sökülərək yerində hündürmərtəbəli yaşayış binası tikilməsi üçün cəmiyyət tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1591 nömrəli reyestr kitabının 145707 nömrəli vərəqində; MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1547 nömrəli reyestr kitabının 141367 nömrəli vərəqində; MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 307 nömrəli reyestr kitabının 29243 nömrəli vərəqində; MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1590 nömrəli reyestr kitabının 145599 nömrəli vərəqində; RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32. 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1598 nömrəli reyestr kitabının 146298 nömrəli vərəqində; MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 Cəlil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1597 nömrəli reyestr kitabının 146209 nömrəli vərəqində; MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1597 nömrəli reyestr kitabının 146206 nömrəli vərəqində; MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1592 nömrəli reyestr kitabının 145763 nömrəli vərəqində; MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adma daşınmaz əmlakın dövlət reyestrində 1594 nömrəli reyestr kitabının 145941 nömrəli vərəqində; RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adma daşınmaz əmlakın dövlət reyestrində 2416 nömrəli reyestr kitabının 224915 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin mənzillər 2013-2014-cü il tarixində müvafıq sənədləşmələr aparılmaqla Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin icazəsi ilə, eyni zamanda mənzillərin sahibləri olan Cavabdeh2 və İddiaçı yazılı icazəsi və iştirakı ilə sökülmüşdür. Sökülmüş mənzillərin bütün yararlı və yarasız materialları qeyd edilən ərazidən Cavabdeh2 rəhbərliyi və birbaşa iştirakı ilə kənarlaşdırılmışdır. Cavabdeh2 mənzillərin sökülməsinə razılıq verməsi barədə ərizəsi həm Bakı Şəhər İcra Hakimiyyətinə həm də Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinə təqdim edilmişdir ki, bunun da əsasında söküntü işləri aparılmışdır. Eyni zamanda Bakı Şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 53 saylı Mənzil Kommunal İstismar sahəsinin də bu barədə məlumatlı olmuşdur. Belə ki, Bakı Şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 53 saylı Mənzil Kommunal İstismar sahəsinin Cavabdeh1 MMC-nə vermiş olduğu, qeydiyyat nömrəsi 53/324 olan, xx.xx.2019-cu il tarixli 242910 saylı arayışdan da məlum olur ki, Xan Şuşinski küçəsi 33 ünvanında Cavabdeh2 adına olan mənzillər 2013-2014-cü il tarixlərdə Cavabdeh2 iştirakı ilə sökülmüş və çoxmərtəbəli bina tikilmiş və tikilməkdədir. Cavabdeh2 və İddiaçı mülkiyyətindəki, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 4 otaqlı, 135.5 kv.m ümumi, 101.6 kv.m yaşayış, 33.9 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzili; Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 26.8 kv.m ümumi, 17.6 kv.m yaşayış, 9.2 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 4 nömrəli mənzili; X26 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57.5 kv.m ümumi, 14.8 kv.m yaşayış, 42.7 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 5 nömrəli mənzili; Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 1 otaqlı, 57.8 kv.m ümumi, 15.6 kv.m yaşayış, 42.2 kv.m yardımçı sahədən ibarət 53 nömrəli evin 9 nömrəli mənzili; Cavabdeh2 miilkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 67.1 kv.m ümumi, 46 kv.m yaşayış, 21.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 1 nömrəli mənzili; Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 1 otaqlı, 16 kv.m ümumi, 12 kv.m yaşayış, 4 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 8 nömrəli mənzili; Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən, 2 otaqlı, 27.5 kv.m ümumi, 24.4 kv.m yaşayış, 3.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 13 nömrəli mənzili; Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 2 otaqlı, 41.5 kv.m ümumi, 29.1 kv.m yaşayış, 12.4 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 6 nömrəli mənzili; Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 2 otaqlı, 59.74 kv.m ümumi, 27.35 kv.m yaşayış, 32.39 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 5 nömrəli mənzili; İddiaçı mülkiyyətindəki Bakı şəhəri Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 2 otaqlı, 45 kv.m ümumi, 29 kv.m yaşayış, 16 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 2 nömrəli mənzili; mənzilin mülkiyyətçisi tərəfindən sökülmüşdür. Cavabdeh2 xx.xx.2015-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Hacıbala Abulalıbova və xx.xx.2015-ci il tarixdə Bakı şəhərinin Baş memarı Akif müəllimə ünvanladığı məktubunda bildirmişdir ki. qeyd edilən mənzillər tərəfindən sökülmüş, inşaat tullantıları ərazidən təmizlənmiş və tikinti üçün tam hazır vəziyyətə gəlirilmişdir. Mənzillərin sökülməsi faktı "xxxx" MMC tərəfindən verilmiş 23 aprel 2018-ci il tarixli arayışı ilə təsdiq olunmuşdur. Həmin arayışdan görünür ki, Cavabdeh2 adına qeydiyyatdan keçmiş məxsus Bakı şəhəri, Nərimanov rayonu Xan Şuşinski küçəsində yerləşən 33 nömrəli evin 4 nömrəli mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 nömrəli evin 5 nömrəli mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 nömrəli evin 9 nömrəli mənzili, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 nömrəli evin 1 nömrəli mənzili və Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 nömrəli evin 8 nömrəli mənzili söküldüyündən həmin mənzillərin bu günə olan bazar dəyərlərini müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin rəisi cənab Zəfər Abdulova 16 aprel 2019-cıı il tarixdə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski 33 ünvanında vətəndaş Cavabdeh2 məxsus mənzillər onun özü tərəfindən söküldüyü üçün mənzillərə aid verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişlər. Lakin bu günə kimi Daşınmaz Əmlakın Dövləı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi onların məktubun heç bir münasibət bildirməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, sadalanan xüsusi mülkiyyət üzrə çıxarışlar etibarsızdır və ləğv edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi və həmin çıxarışların verilməsinə əsas olmuş alqısatqı müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin təsisçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində (Xan Şuşinski küçəsi 33) yerləşən ərazidə köhnə tikililərdən ibarət məhəllədə bir neçə birmərtəbəli yaşayış mənzillərini dəyəri tam ödənilmək şərti ilə satın alınmışdır. Mənzillərə dair alqı-satqı "xxxx" MTK-nın direktoru olmuş Cavabdeh2 həvalə edilmişdir. Cavabdeh2 Cavabdeh1 MMC-nin əsas təsisçilərindən Tağı İbrahimovun yaxın adamı olduğu üçün onu formal olaraq təsis edilən hüquqi şəxsə rəhbər təyin etmişlər. Cavabdeh2 həmçinin Cavabdeh1 MMC-nin rəhbəri kimi də müvafiq qurumlarla yazışmalar aparmaq, MMC-nin adından sənədlər tərtib etmək səlahiyyəti də verilmişdir. Yuxarıda sadalanan işlərin görülməsi, cavabdehlərin adlarına sənədləşdirilmiş evlərin alqı-satqısı da Cavabdeh2 həvalə edilmiş və Cavabdeh2 ona edilmiş etibardan sui-istifadə edərək Cavabdeh1 MMCnin adına alınmalı olan əmlakları özünün və qardaşı İddiaçıhun adına rəsmiləşdirmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestri xidmətindən mənzillərə dair çıxarışlar da almışlar. Mənzillərin Vasif və İddiaçı qardaşlarının adına rəsmiləşdirilməsi tamamilə formal xarakter daşımış və Cavabdeh2 "xxxx" MTK-nin sədri olması səbəb olmuşdur. Həmin mənzillər, həddindən artıq köhnəlmiş və istifadə müddəti başa çatmış olması, şəhər mərkəzində vaxtı keçmiş və görünüşünə görə qənaətbəxş olmayan birmərtəbəli mənzillərin sökülərək yerində hündürmərtəbəli yaşayış binası tikilməsi üçün cəmiyyət tərəfindən alınmışdır. Həmin mənzillər 2013-2014-cü il tarixində müvafiq sənədləşmələr aparılmaqla Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin icazəsi ilə, eyni zamanda mənzillərin sahibləri olan Cavabdeh2 və İddiaçı yazılı icazəsi və iştirakı ilə sökülmüşdür. Sökülmüş mənzillərin bütün yararlı və yararsız materialları qeyd edilən ərazidən Cavabdeh2 rəhbərliyi və birbaşa iştirakı ilə kənarlaşdırılmışdır. Cavabdeh2 mənzillərin sökülməsinə razılıq verməsi barədə ərizəsi həm Bakı Şəhər İcra Hakimiyyətinə həm də Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinə təqdim edilmişdir ki, bunun da əsasında söküntü işləri aparılmışdır. Hesab edir ki, sadalanan xüsusi mülkiyyət üzrə çıxarışlar etibarsızdır və həmin çıxarışların verilməsinə əsas olmuş alqı-satqı müqavilələri ləğv edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2704/2022 №-li xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı X71” MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı çıxarışların etibarsız hesab edilməsinə və alqı-satqı müqavilələrin ləğv edilməsinə dair 2(011)-2704/2022 nömrəli mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 MMC-nə qarşı qanunsuz tikilinin sökülməsinə və sair tələblərə dair mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsinə görə ona vurulmuş maddi ziyana görə 771.500 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi; Cavabdeh1ndən mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 ilə X25 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mən. 9) arasında bağlanmış xx.xx.2007ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X11 (Bakı şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 21, mən.45) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-İi, Cavabdeh2 ilə X54 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X33 (Bakı şəhəri, S.Rəhman küçəsi, ev 32, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X48 (Zəngilan şəhəri, N.Nərimanov küçəsi, ev 8) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X18 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X40 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X41 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X61 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 13) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ 02280117 №-li, Cavabdeh2 ilə X49 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, AN-İ ******* №-li, İddiaçı ilə X34 (Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, ev 7/23, mənzil 40) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* №-li alqı-satqı müqavilələrinin; Cavabdeh2 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MMC-nə qarşı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilin sökülməsinə görə ona vurulmuş maddi ziyana görə 771.500 manat məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, Cavabdeh1ndən mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 MMC “İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq “mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh1 MMC İddiaçı və Cavabdeh2 Cəmil oğluna qarşı Xətai Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh2 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı 0353341nömrəli; Xan Şuşinski küçəsi, ev 33,2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi və həmin çıxarışların verilməsinə əsas olmuş alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2022 saylı xx.xx.2022ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı çıxarışların etibarsız hesab edilməsinə və alqı-satqı müqavilələrin ləğv edilməsinə dair 2(011)-2704/2022 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 MMC-nə qarşı qanunsuz tikilinin sökülməsinə və sair tələblərə dair mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda hər üç iddia tələbi üzrə mülki iş bir icraatda birləşdirilərək araşdırılır. Hesab edir ki, Cavabdeh1 MMC-nin İddiaçı və Cavabdeh2 qarşı iki iddiası bir iddia tələbi kimi birləşdirilərək, iddia tələbinin həcmi artırılmalıdır. İddia ərizələrində göstərilənlərə əlavə olaraq bir daha məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 466 saylı, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə bağlanmış 15 yanvar 2004-cü il tarixli 0260 nömrəli “torpaq icarə müqaviləsi”nə əsasən mübahisələndirilən əmlakların yerləşdiyi torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün 49 il müddətinə Cavabdeh1 MMC-nin icarəsinə verilmişdir. 2010-2015-ci illər ərzində icarəyə ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binalarının inşa edilməsi üçün müvafiq dövlət orqanlarından razılıqlar alındıqdan sonra ərazidə yaşayan sakinlərdən mülkiyyətlərində olan mənzillər Cavabdeh1 MMC tərəfindən qarşılıqlı razılıqla alınaraq sökülmüşdür. Həmin vaxtlar iş üzrə Cavabdeh2 Cavabdeh1 MMC-nin prezidenti kimi həm müxtəlif qurumlarla yazışmaları həyata keçirmiş, həm də ki, ərazidə yaşayan sakinlərin köçürülməsi ona həvalə olunduğundan sakinlərlə alqı-satqı müqavilələri bağlamışdır. Bundan sui-istifadə edən Cavabdeh2 söküntüyə düşən ərazidəki sakinlərdən aldığı evləri öz adına və qardaşı, iş üzrə cavabdeh İddiaçı adına sənədləşdirmişdir. Məhkəmə iclasında iddiaçı-birləşdirilmiş işlər üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, cavabdehin iddiasını qəbul etmədi, iddia ərizəsi və ona əlavədə göstərilənlərə uyğun izahat verərək, iddianın təmin, Cavabdeh1 MMC-nin iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh-birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iddia tələblərini müdafiə etmiş, cavabdehin iddiasını qəbul etməyərək, iddia ərizələri və ona əlavələrdə göstərilənlərə uyğun izahat verərək, iddianın təmin, cavabdeh İddiaçı iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X11, X54, X33, X48, X18, X40, X41, X61, X49, X34, X42 və X68 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdeh-birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMCnin nümayəndəsi və vəkili Vəkil3 EMİS vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də mülki işə baxılmasının təxirə salınmasını xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh1 MMC-nin iddiaları isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32, 4 saylı mənzilin 3 otağı xx.xx.2012-ci il tarixdə Cavabdeh2, 1 otağı isə xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 7 saylı mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 2 saylı mənzil xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - 53 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 12vanında yerləşən 25.2 kv.m əraziyə malik 2 otaqdan ibarət yaşayış sahəsinə dair Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) xx.xx.2003-cü il tarixli 000613 saylı orderinin və Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi ev 33 mənzil 1a-ya dair Nərimanov RİH-nin xx.xx.2003-cü il tarixli 000613 saylı orderin (sərəncam № 555, verilib xx.xx.2003cü il) ləğv edilməsi ilə əlaqədar həmin yaşayış sahələrinin icarədarları (mənzil kirayəçiləri) tərəfindən Cavabdeh2 adına etibarnamələr verilmiş və həmin etibarnamələr Bakı şəhəri 11 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 7E/2235 №-li və xx.xx.2011-ci il tarixli 7E/2232 reyestr № ilə təsdiq edilmişdir. Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada ona verilmiş hüquqa əsasən həmin mənzilləri 2012-ci ildə sökmüşdür. Sözügedən yaşayış sahələrinin (mənzillərin) yerləşdiyi ərazi Nərimanov Rayon 53 №-li MKİS-nin xidməti ərazisidir. Həmin mənzillər 2012-ci ildən söküldüyündən, yaşayış sahələri üzrə mənzil-kommunal və istismar yığımı xərcləri üzrə mənzil haqlarının alınması həmin tarixdən dayandırılmışdır və Mənzil Fondu kimi mövcud deyildir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi” tələbinə dair ilk iddiasının təmin edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 4 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 9 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 13 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 4 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 1 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 8 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı, 6 saylı mənzillərə dair Cavabdeh2 və Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 2 saylı mənzilinə dair cavabdeh İddiaçı mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş müvafiq olaraq MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi, iddiaçı Cavabdeh2 Cavabdeh1 MMC-nə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6912/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6886/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X69r. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********83 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 48 kv.m olan mənzil xx.xx.1995-ci il tarixdə X19 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 3M-A-117 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 3M-A-181 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.1997-ci il tarixdə X50 qeydiyyatdan keçmişdir. Bakı şəhər 9 saylı DNK-nın 4Ə-4/524 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 2 otağı xx.xx.2005-ci il tarixdə X35 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 9 saylı DNK-da təsdiqlənmiş 3-M-5/1433 reyestr nömrəli xx.xx.2013cü il tarixli sazişə əsasən mənzilin 2 otağı xx.xx.2013-cü il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 32 saylı notariat kontorunun 4Ə-160 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 2 otağı (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 2 ünvanı ilə) xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat ofisinin 4Ə-549 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı (ünvan 5 ünvanı ilə) xx.xx.2021-ci il tarixdə X20 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzil İddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 2A saylı mənzil X20 mülkiyyətlərindədir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzil xx.xx.2003-cü il tarixdə X36 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-144 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzil xx.xx.1997-ci il tarixdə X5 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 3 saylı DNK-nın 3m-a-195 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 3M-A-845 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-177 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzil xx.xx.1999-cu il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 4Ə-305 reyestr nömrəli xx.xx.2001ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2001-ci il tarixdə X27 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-179 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzil xx.xx.2003-cü il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-135 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6, 1 saylı mənzil xx.xx.1998-ci il tarixdə X21 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 4Ə-260 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 2 otağı xx.xx.2001-ci il tarixdə X22 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-180, 4Ə/1-181 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən sözügedən mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6, 5 saylı mənzil xx.xx.2001-ci il tarixdə X15 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 4-Ə-596 reyestr nömrəli xx.xx.2001-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.2001-ci il tarixdə X37 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-142, 4Ə/143 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən sözügedən mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6, 13 saylı mənzil xx.xx.2003cü il tarixdə X43 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-205 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanında yerləşən (4 saylı) 2 otaqlı, yaşayış sahəsi 26 kv.m olan mənzil xx.xx.2002-ci il tarixdə X23 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 4Ə-04-369 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2002-ci il tarixdə X28 adına qeydiyyatdan keçmişdir. ünvan 6, 8 saylı 2 otaqlı mənzil xx.xx.1998-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 3-M-252 reyestr nömrəli xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.2000-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 9 saylı DNK-nın 4-Ə-2/220 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.2002-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. ünvan 6, 9 saylı 2 otaqlı mənzil xx.xx.1993-cü il tarixdə X16 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 42 saylı DNK-nın 3MA-103 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.2000-ci il tarixdə X24 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 9 saylı DNK-nın 4-Ə-/223 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqısatqı müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.2002-ci il tarixdə X17 adına qeydiyyatdan keçmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 158 nömrəli xx.xx.2003-cü il tarixli, 175 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamlarına, X28, X8, X17 ərizələrinə əsasən onlara məxsus (ünvan 6 ünvanında yerləşən 4 saylı 2 otaqlı mənzil, ünvan 6, 8 saylı mənzilin 1 otağı, ünvan 6, 9 saylı mənzilin 1 otağı) mənzillərdə aparılmış müvafiq dəyişikliklər sənədləşdirilmiş və birləşdirilərək (mənzil 4 olaraq) qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-57 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 6, 4 saylı 4 otaqlı mənzilin 3 otağı xx.xx.2012ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Notarius İ.A.Məmmədov tərəfindən təsdiqlənmiş 2V-38 reyestr nömrəli xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzilin 1 otağı xx.xx.2012-ci il tarixdə X17 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə-466 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Hazırda ünvan 6, 4 saylı mənzilin 3 otağı Cavabdeh2, 1 otağı İddiaçı mülkiyyətlərindədir. ünvan 6, 8 saylı mənzil (yerdə qalan 1 otaqlı) Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-137 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6, 9 saylı mənzil (yerdə qalan 1 otaqlı) Bakı şəhər 11 saylı notariat kontorunun 4Ə/1-178 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 039-3639-1219 nömrəli xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı məxsus olan ünvan 7 ünvanına verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 7 saylı mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X42 və X68 ünvan 12vanında yerləşən 7 saylı mənzili 400.000 manata İddiaçı satmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-739/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Cavabdeh1 MMC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “Sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizəsinin təmin edilməməsi, İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. - “X53” MMC tərəfindən verilmiş 048/20 nömrəli xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Nərimanov küçəsi Sabit Rəhman küçəsində mövcud olmuş 32 saylı evin 4 nömrəli mənzilinin (ümumi sahə 135.5 kv.m) hazırkı dövrə olan orta bazar qiyməti 381.000 manat təşkil edir. - “X53” MMC tərəfindən verilmiş 036/20 nömrəli xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsində mövcud olmuş 33 saylı evin 2 nömrəli mənzilinin (ümumi sahə 45 kv.m) hazırkı dövrə olan orta bazar qiyməti 126.500 manat təşkil edir. - “X53” MMC tərəfindən verilmiş 035/20 nömrəli xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsində mövcud olmuş 33 saylı evin 7 nömrəli mənzilinin (ümumi sahə 94 kv.m) hazırkı dövrə olan orta bazar qiyməti 264.000 manat təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş ƏEM/Y 60-060/22 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsi 33 saylı evin 7 nömrəli mənzilinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 95.000 manat, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsi 33 saylı evin 2 nömrəli mənzilinin bazar dəyəri 46.000 manat, Bakı şəhəri Nərimanov küçəsi Sabit Rəhman küçəsi 32 saylı evin 4 nömrəli mənzilinin bazar dəyəri 134.000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 600 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 6 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 13 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, Nərimanov rayonu Ak.H.Əliyev küçəsi 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Kompaniyasına icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 446 saylı sərəncamının 5-ci bəndi, 11311 saylı inşaat pasportu və xx.xx.2014-cü il tarixli 18/04-394 saylı məktub əsasında Nərimanov rayonu Akademik H.Əliyev küçəsi 945-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq (2 girişli 18 mərtəbəli, 1-ci və 2-ci mərtəbələri qeyriyaşayış sahəsi, zirzəmi mərtəbəsi – yeraltı avtodayanacaq və texniki sahə; "xxxx" MMCnin işi, LMB S.Əhməddova) onun memarlıq hissəsi razılaşdırılır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 466 saylı xx.xx.2003-cü il tarixli sərəncamından görünür ki, Nərimanov rayonu Akademik H.Əliyev küçəsi 945-ci məhəllədə 0.386 0.08 ha torpaq sahəsi (0.08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında "xxxx" Kompaniyasının istifadəsinə verilmişdir. - 23-BİZ-2-0-437-15 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən "xxxx" Kompani MMC-nə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə illik 14 faiz dərəcəsi ilə 5.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 2A saylı mənzil X20 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X70 ünvan 12vanında yerləşən 2A saylı mənzili 100.000 manata X1. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 2A saylı mənzil xx.xx.2015-ci il tarixdə X50 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 2 saylı mənzil xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X34 Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 33 nömrəli evi 800.000 manata İddiaçı satmışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 33 nömrəli ev xx.xx.2013-cü il tarixdə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - 214377 nömrəli xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, X34 Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 33 nömrəli evi 120.000.000 manata X2. - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 76/13 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanununa əsasən X.Şuşinski küçəsi 33 nömrəli ev əvəzsiz olaraq şəxsi mülkiyyət kimi F.İ.Bəşirovaya verilmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 4 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X54 Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 33 nömrəli evi 41.120 manata Cavabdeh2 satmışdır. - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 67 nömrəli xx.xx.2002-ci il tarixli sərəncamından görünür ki, Xan Şuşinski küçəsindəki 33 saylı evin yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilində yaşayan vətəndaş A.İ.Məmmədova 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu) daimi order verilmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 5 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X30 Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 33 nömrəli evin 5 nömrəli mənzilini 112.200 manata Cavabdeh2 satmışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 5 saylı mənzil xx.xx.2011-ci il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 6 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 039-3576-1219 nömrəli xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus olan ünvan 9 ünvanına verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 6 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X48 Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 33 nömrəli evin 6 nömrəli mənzilini 112.000 manata Cavabdeh2 satmışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12vanında yerləşən 9 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X25 Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 33 nömrəli evin 9 nömrəli mənzilini 67.680 manata Cavabdeh2 satmışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 1 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X40 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 1 nömrəli mənzilin 2 otağını 269.000 manata Cavabdeh2 satmışdır. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X41 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 1 nömrəli mənzilinin 2 otağını 94.000 manata Cavabdeh2 satmışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 039-3576-1219 nömrəli xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus olan ünvan 10 ünvanına verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X33 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 5 nömrəli mənzilinin 1 otağını 42.500 manata Cavabdeh2 satmışdır. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X55 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 5 nömrəli mənzilinin 1 otağını 56.800 manata Cavabdeh2 satmışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 13 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X61 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 13 nömrəli mənzilinin 2 otağını 46.000 manata Cavabdeh2 satmışdır. - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 603 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamından görünür ki, S.Rəhman küçəsindəki 32 saylı evin yaşayış sahəsi 26 kv.m olan 2 otaqlı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) yaşayan vətəndaş S.M.Musayevə daimi order verilmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 4 saylı mənzilin 3 otağı Cavabdeh2, 1 otağı X8 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X49 və X38 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 4 nömrəli mənzilinin 3 otağını 200.000 manata Cavabdeh2 satmışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 4 saylı mənzilin 3 otağı xx.xx.2012-ci il tarixdə Cavabdeh2, 1 otağı xx.xx.2012-ci il tarixdə X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X38 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 4 nömrəli mənzilin 1 otağını 135.000 manata İddiaçı satmışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 4 saylı mənzilin 3 otağı xx.xx.2012-ci il tarixdə Cavabdeh2, 1 otağı xx.xx.2012-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 8 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X11 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 8 nömrəli mənzilin 1 otağını 14.640 manata Cavabdeh2 satmışdır. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 9 saylı mənzil xx.xx.2011-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 9 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X31 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 9 nömrəli mənzili 56.800 manata Cavabdeh2 satmışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 9 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 039-6194-1219 nömrəli xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus olan ünvan 11 ünvanına verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 4 saylı mənzilin 3 otağı xx.xx.2012-ci il tarixdə Cavabdeh2, 1 otağı xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X38 Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi 32 nömrəli evin 4 nömrəli mənzilin 1 otağını 135.000 manata İddiaçı satmışdır. - “X85” MMC tərəfindən verilmiş SEM/F 01-010/23 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsi 33 saylı evin 7 nömrəli mənzilinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 253.800 manat, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsi 33 saylı evin 2 nömrəli mənzilinin bazar dəyəri 121.500 manat, Bakı şəhəri Nərimanov küçəsi Sabit Rəhman küçəsi 32 saylı evin 4 nömrəli mənzilinin bazar dəyəri 365.850 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 450 manat təşkil edir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6886/2021 №-li xx.xx.2021-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2366/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və ilk iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı mülki iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsinin qismən, yəni ilk iddianın İddiaçı adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, İddiaçı adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində iddia rədd edilməsi, ilk iddianın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 2 saylı mənzilinə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində rədd edilməsi, Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı mənzillərin dəyərinin ödənilməsi barədə qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən ******* manat pul tutularaq Cavabdeh2 ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1719/2023 №-li xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə, İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş materiallarında olan alqı-satqı müqavilələrindən və daşınmaz əmlakın dövlət reyestrlərdən çıxarışlardan görünür ki, İddiaçı ünvan 12vanında yerləşən 7 nömrəli mənzili, ünvan 12vanında yerləşən 2 nömrəli mənzili və Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsiev 32 ünvanında yerləşən 4 nömrəli mənzilin 1 otağını müxtəlif şəxslərlə alqı-satqı müqavilələri bağlayaraq dəyərini ödəməklə almış və həmin mənzillər üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi, alqı-satqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar qüvvədədir və ləğv edilməmişdir. İddiaçı həmin əmlaklara hüquqi marağının olması aşkardır, çünki sonuncu mübahisələndirilən mənzillərin sökülməsinə görə ona həmin mənzillərin yerində bina inşa edən Cavabdeh1 MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyini bildirir. Bu isə onu deməyə əsas verir ki, həmin əmlaklara dair İddiaçı adının rəsmi reyestrdə mövcudluğu mənzillərə görə kompensasiya məsələsinin həllində hüquqi əhəmiyyətə malikdir. Adıçəkilən mənzillərin sökülüb yerində birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən hündür mərtəbəli yaşayış binasının tikilməsi, sökülən mənzillərə görə İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır. Birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC həmin mənzillərin yerləşdiyi torpaq sahəsinin tikinti üçün MMC-nə ayrıldığını, mənzillərin MMC-nin vəsaiti hesabına əldə edildiyini, alqı-satqı müqavilələrinin formal olaraq İddiaçı adına rəsmiləşdirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı özünə məxsus mübahisəli mənzillərin sökülməsinə görə birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, hesab edir ki, maddi ziyanın ödənilməsi hissəsində iddia tələbi qismən əsaslıdır maddi ziyanın məbləği “X85” MMC tərəfindən verilmiş SEM/F 01-010/23 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilməli, Cavabdeh1 MMC-dən 741.150 (253.800 manat + 121.500 manat + 365.850 manat) manat məbləğində maddi ziyan tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X32rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X39 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsi 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri Nərimanov küçəsi Xan Şuşinski küçəsi 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri Nərimanov küçəsi Sabit Rəhman küçəsi 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsi nəticəsində vurulmuş 741.150 (253.800 manat + 121.500 manat + 365.850 manat) manat məbləğində maddi ziyan Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC-nin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC iddia tələblərində Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində (Xan Şuşinski küçəsi 33) yerləşən ərazidə köhnə tikililərdən ibarət məhəllədə bir neçə birmərtəbəli yaşayış mənzillərini dəyərinin tam ödənilmək şərti ilə satın alındığını, mənzillərə dair alqı-satqı müqavilələrinin formal olaraq "xxxx" MTK-nin direktoru olmuş Cavabdeh2 həvalə edildiyini, Cavabdeh2 mənzilləri özünün və qardaşı İddiaçı adına rəsmiləşdirdiyini, həmin vaxtlar iş üzrə Cavabdeh2 Cavabdeh1 MMC-nin prezidenti kimi həm müxtəlif qurumlarla yazışmaları həyata keçirdiyini iddia edərək, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 2.1-ci və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar Cavabdeh2 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə, iddia tələbinin “cavabdehin şirkətdə prezident olması, sonuncunun öz adına və qardaşının adına əmlakları əldə etməsi və s.” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 MMC və "xxxx" MTK ayrı-ayrı hüquqi şəxslərdir. Bu iki hüquqi şəxs arasında hansı hüquqi bağlılığın olması, Cavabdeh2 Cavabdeh1 MMC prezidenti və ya direktoru olması barədə mülki işdə hər hansı sübutlar müəyyən olunmur. Cavabdeh1 MMC-yə bina tikintisi üçün ayrılmış torpaq sahəsində yaşayan sakinlərin köçürülməsi işlərinin Cavabdeh2 öz hesabına deyil, məhz MMC-nin vəsaiti hesabına görülməsi, həmin mənzillərin alınmasına görə Vasif və İddiaçılara hər hansı pul məbləğinin ödənilməsi barədə Cavabdeh1 MMC tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC hazırki iş üzrə üçüncü şəxslər (sakinlər) ilə cavabdehlər Vasif və İddiaçılar arasında bağlanmış müqavilələr üzrə vəsaitin məhz şirkətin kassasından sonunculara verildiyini bildirsə də, bu halı təsdiqedəcək sübutetmə vasitələrini yəni, hər hansı maliyyə sənədini - kassa məxaric oredirini və s. təqdim edə bilməmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, baxılan iş üzrə iddiaçının dəlillərinin əsas hissəsi cavabdehlərlə üçüncü şəxslər (sakinlər) arasında bağlanmış alıq-satqı müqavilələri üzrə vəsaitlərin iddiaçıya (şirkətə) məxsus olması, bu səbəbdən də alqı-satqı müqavilələrinin etibarsız olması, nəticə etibarilə həmin müqavilələrin əsasında cavabdehlərin adına verilmiş çıxarışların etibarsızlığı ilə bağlıdır. Həmin dəlillər öz-özlüyündə əsassızdır. Məhkəmə qeyd edir ki, iddianın (onun dəlillərinin) özü-özlüyündə əsassız olması onu nəzərdə tutur ki, iddiaçının özünün bildirdiklərinə görə iddia (iddianın dəlilləri) əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının (iddianın qanuni əsasının) dispozisiya şərtləri mövcud olmursa əlavə araşdırma aparılmadan iddia (dəlillər) rədd olunur. Çünki əgər iddiaçının bildirdiyi faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə iddia (dəlillər) əsassızdırsa həmin hallara dair təqdim edilmiş sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir. Mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin dəyərinin başqa şəxsin vəsaiti hesabına ödənilməsi həmin müqavilənin etibarsızlığı əsasları sırasında olmamaqla, həmin şəxsdən vurulmuş ziyanın tələb edilməsi və s.-nin əsası kimi çıxış edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, həmin dəlilləri irəli sürməklə bağlı subyektiv hüquqa iddiaçı deyil, həmin müqavilənin tərəfi olan üçüncü şəxslərə (sakinlərə) məxsusdur. Beləliklə, məhkəmə işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 MMC cavabdehlər Cavabdeh2 və İddiaçı ilə üçüncü şəxslər (sakinlər) arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə olanda məhkəmə hesab edir ki, cavabdehlər ilə üçüncü şəxslər (sakinlər) arasındakı öhdəlik münasibətlərinin mövcudluğu iddiaçının hüquq və mənafelərinə toxuna bilməz, həmin müqavilələrin mövcudluğu məhz müqavilə tərəfləri üçün öhdəliklər yaradır. Bu baxımdan da məhkəmə bildirir ki, iddiaçı Cavabdeh1 MMC cavabdehlər Cavabdeh2 və İddiaçı ilə üçüncü şəxslər (sakinlər) arasında bağlanmış Müqavilələrin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. İddiaçının qeyd etdiyi xüsusatların kontekstində məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdehlərdən mübahisəli alqı-satqı müqavilələrinin dəyərinin şirkətin vəsaiti hesabına ödənilməsinə dair müvafiq sübutlar təqdim etməklə, dəymiş ziyanı tələb etmək hüququndan məhrum olmamışdır. Eyni zamanda qeyd olunur ki, əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır. Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından görünür ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin bağlanmasında lazımi subyektlər iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (AR MM-nin 390-cı maddəsi) müqavilələri bağlamış, müqavilələrin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Müqavilələr bağlandıqdan sonra həmin əmlaklar Vasif və İddiaçıların xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə göstərilmiş əsasların heç biri mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC-nin iddia tələbləri rədd edilməlidir. Məhkəmə habelə bildirir ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlərlə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Bundan başqa məhkəmə daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi hissəsində iddia tələbinə əlavə qiymət verməyə zərurət görməyərək, özünün bu mövqeyini “prosessual qənaət” prinsipi baxımından əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericilyin tələblərini nəzərə alıb belə nitəcəyə gəlir ki, İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 741.150 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X25, X11, X54, X33, X48, X18, X40, X41, X61, X49, X34, X42 və X68 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, birinci iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 450 manat “X85” MMC-yə və 600 manat "xxxx" MMC-yə ödənilməli, Cavabdeh1 MMC tərəfindən ödənilmiş dövlət rüsumları MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 741.150 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X25, X11, X54, X33, X48, X18, X40, X41, X61, X49, X34, X42 və X68 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqısatqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMC-yə aid edilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 450 manat Cavabdeh1 MMCdən tutularaq “X85” MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 600 manat pul Cavabdeh1 MMC-dən tutulsun "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA**********9000000000, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar