Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6162/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X14 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3, X1, X15, X4, X11, X2, X7, X8, X17, X12, X5, X9 və X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikintinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə inşa olunmaqda olan tikintinin sökülməsi; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin Cavabdeh1 hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi; Cavabdeh1ndən mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 MMCdən 741.150 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3, X1, X15, X4, X11, X2, X7, X8, X17, X12, X5, X9 və X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh1 MMC-yə aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 450 manatın Cavabdeh1 MMC-dən tutularaq “X28” MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 600 manat pulun Cavabdeh1 MMCdən tutulsun "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən xx.xx.2023-ci il tarixdə daxil olmuş məktubda, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edildiyi, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar olaraq 2(005)- 17/2023 saylı mülki işin məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6162/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6162/2023
23.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver