Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3924/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə), birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər Cavabdeh3, İddiaçı və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, müqavilənin qanunda və müqavilədə nəzərdə tutulan digər əsaslarla ləğvi, preyudusiallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas o ğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh2nə qarşı (Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3, İddiaçı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X4, X2, X16, X6, X13, X3, X9, X10, X18, X14, X7, X11 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “alğı-satqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli 2(103)-921/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə "xxxx" Holdinq kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq sahəsi yaşa yış binasının layihələşdirilməsi və tikintisi üçün icazə əsasında "xxxx" Holdinq kompaniyasının istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” 13 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Holdinq Kompaniyasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 03/189 nömrəli ayrıc aktı tərtib edilmişdir. 3. 26 yanvar 2012-ci il tarixli, alğı-satqı müqaviləsi əsasında X1 rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4 ünvanındakı 4 otaqlı mənzilin onun paylı mülkiyyətində olan 2 otağını 130.000 manata, X8 isə onun paylı mülkiyyətind ə olan 1 otağını 70.000 manata Cavabdeh3 satmışdır. 4. 10 oktyabr 2014-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi ilə X8 ünvan 1 ünvanındakı 4 otaqlı mənzilin onun paylı mükiyyətində olan 1 otağını 135.000 manata İddiaçı satmışdır.
5. Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32, 4 saylı mənzilin 3 otağı xx.xx.2012-ci il tarixdə Cavabdeh3, 1 otağı isə xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 6. ünvan 2 ünvanında yerləşən 7 saylı mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 7. 22 sentyabr 2015-ci il tarixli, AN-İ seriyalı ******* n ömrəli alğı-satqı müqaviləsi əsasında X7 mülkiyyətində olan ünvan 3 ünvanındakı mənzili 80000 manata İddiaçı satmışdır. 8. ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 9. 23-BİZ-2-0-437-15 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən "xxxx" Kompani MMC-nə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə illik 14 faiz dərəcəsi ilə 5.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh2 MMC-yə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhə rsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsinə görə vurulmuş maddi ziyana görə 771.500 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi; Cavabdeh2ndən mənəvi zərərə görə 200.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 və 2 nömrəli mənzili, habelə Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzili onun mülkiyyətindədir. Cavabdeh2 MMC ona heç bir kompensasiya vermədən, razılığı alınmadan, ondan xəbərsiz mülkiyyətində olan mənzillərin yerləşdiyi binaları sökərək, yerində hündür mərtəbəli yaşayış evlərinin tikintisinə başlamışdır. Cavabdehin rəhbərliyi ilə dəfələrlə danışıqları olmuş, lakin mübahisənin həlli ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən mülkiyyət hüququ kobud şəkildə pozulmuş və bununla da maddi ziyanla yanaşı ona həm də mənəvi ziyan dəymişdir. Hal-hazırda Ali Məhkəmənin Mülki Kollegiyasının icraat ında olan mülki iş üzrə mənzillərin qiymətləndirilməsi barədə ekspertiza rəyi aşağıdakı kimi idi: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mövcud olmuş 33 saylı evin 7 nömrəli mənzili (hazırda sökülmüş) 264.000 manat təşkil edir (051/LBC saylı 07 sentyabr 2020-ci il tarixli rəy); Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində mövcud olmuş 33 saylı evin 2 nömrəli mənzili (hazırda sökülmüş) 126.500 manat təşkil edir (052/LBC saylı 07 sentyabr 2020-ci il tarixli rəy); Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhmanov küçəsində mövcud olmuş 32 saylı evin 4 nömrəli mənzili (hazırda sökülmüş) 381.000 manat təşkil edir (064/LBC saylı 07 sentyabr 2020-ci il tarixli rəy). Həmin mənzillərin ümumi dəyəri 771.500 manat təşkil edir.
12. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 MMC iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə X4 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mən. 9) arasında bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh3 ilə X2 (Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 8) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-İi, Cavabdeh3 ilə X16 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 4) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh3 ilə X6 (Bakı şəhəri, S.Rəhman küçəsi, ev 32, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh3 ilə X13 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh3 ilə X3 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh3 ilə X9 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh3 ilə X10 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh3 ilə X18 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 13) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ 02280117 №-li, Cavabdeh3 ilə X14 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4) arasında bağlanmış xx.xx.2012ci il tarixli, AN-İ ******* №-li, İddiaçı ilə X7 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşiski küçəsi, ev 33, mənzil 2) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* №-li alğısatqı müqavilələrinin; Cavabdeh3 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ****** * nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh2 MMC iddia tələbini onunla əsaslandırmışdır ki, MMC tərəfindən müxtəlif vaxtlarda Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yaşayan sakinlərin mənzilləri alınmışdır. Həmin vaxt Cavabdeh2 MMC-nin direktoru işləyən Cavabdeh3 öz vəzifəsindən sui-istifadə edərək, Cavabdeh2 MMC-nin təsisçilərinin razılığı, xəbəri və məlumatı olmadan bu mənzilləri özünün və qardaşı İddiaçı adına rəsmiləşdirmişdir. Onların adlarına rəsmiləşdirilmiş, faktiki olaraq isə Cavabdeh2 MMC-nə məxsus evlərin Cavabdeh3 tərəfindən sökülməsi onun Cavabdeh2 MMC-nin rəhbəri kimi, rəsmi orqanlara ünvanladığı məktublarla öz təsdiqini tapır. Belə ki Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanladığı 12 mart 2015-ci il tarixli Cavabdeh2 MMC-nin prezidenti kımı imzaladığı məkubunda Cavabdeh3 göstərmişdir: “Nərimanov rayonu, Ak.H.Əliyev prospekti, 945 məhəllədə Cavabdeh2 MMC tərəfindən inşa ediləcək yeni bina üçün ayrılan ərazidə olan evlərin sökülməsi aparılıb, ərazi hasarlanıb, təhlükəsizlik qaydalarına riayət olunub”. Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanladığı 16 mart 2015-ci il tarixli Cavabdeh2 MMC-nin prezident i kimi imzaladığı məkubunda Cavabdeh3 göstərmişdir ki, Nərimanov rayonu, X29 küçəsi, 945-ci məhəllədə inşa ediləcək 18 mərtəbəli (+texmərtəbə) 2 girişli yaşayış binasının tikinti meydançasının Xan Şuşinski küçəsi tərəfindən sərhəddinə bitişik ərazidə yerləşən yaşayış evlərinin boşaldılması, sakinlərin köçürülməsi və evlərin sökülməsi tərəfindən yerinə yetirilmişdir. Bu hal həmçinin Nərimanov rayonu, 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin 04 fevral 2020-ci il tarixli 256322 №-li arayışı ilə də təsdiq olunur. Həmin arayışda göstərilib ki, Cavabdeh2 MMCnin Cavabdeh3 adına olan mənzillər sökülmüşdür, yaşayış yoxdur. 2020-ci ildə Cavabdeh2 MMC Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh3 və İddiaçı adlarına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşins ki küçəsi, ev 33, 2 saylı, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillərə dair, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı, 4 saylı, 1 saylı, 8 saylı, 5 saylı mənzillərə dair çıxarışların ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 MMC-nin iddia tələbləri təmin edilmiş, Cavabdeh3 və İddiaçı adlarına rəsmiləşdirilmiş qeyd olunan mənzillərə dair çıxarışlar ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən Cavabdeh3 və İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir.
14. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyd olunan iddia tələbləri bir icraatda birləşdirilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaç ı Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən 741.150 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər Cavabdeh3, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X4 və qeyriləri müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh2 MMC-yə aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqat ının dəyəri olan 450 manat pulun Cavabdeh2 MMC-dən tutularaq “X30” MMC-nin hesabına keçirilməsi, qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 600 manat pulun Cavabdeh2 MMCdən tutulub "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 7 nömrəli və 2 nömrəli mənzili və Sabit Rəhman küçəsi ev 32 ünvanında yerləşən 4 nömrəli mənzilin 1 otağını müxtəlif şəxslərlə alğı-satqı müqavilələri bağlayaraq dəyərini ödəməklə almış və həmin mənzillər üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Alğı-satqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar qüvvədədir və ləğv edilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, həmin əmlaklara dair İddiaçı adının rəsmi reyestrdə mövcudluğu mənzill ərə görə kompensasiya məsələsinin həllində hüquqi əhəmiyyətə malikdir. Adıçəkilən mənzillərin sökülüb yerində Cavabdeh2 MMC tərəfindən hündür mərtəbəli yaşayış binasının tikilməsi, sökülən mənzillərə görə İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır. Cavabdeh2 MMC həmin mənzillərin yerləşdiyi torpaq sahəsinin tikinti üçün MMC-yə ayrıldığını, müqavilələr üzrə vəsaitin məhz şirkətin kassasından sonunculara verildiyini bildirsə də, mənzillərin MMC-nin vəsaiti hesabına əldə edildiyini, alğı-satqı müqavilələrinin formal olaraq İddiaçı adına rəsmiləşdirildiyini bildirsə də, bu halı təsdiq edəcək sübutetmə vasitələrini yəni, hər hansı maliyyə sənədini - kassa məxaric oredirini və s. təqdim edə bilməmişdir. İddiaçı özünə məxsus mübahisəli mənzillərin sökülməsinə görə Cav abdeh2 MMC tərəfindən kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır.
18. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 MMC cavabdehlər Cavabdeh3 və İddiaçı ilə üçüncü şəxslər (sakinlər) arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Cavabdeh2 MMC cavabdehlərlə üçüncü şəxslər arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığını qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.
19. Məhkəmə prosessual qənaət prinsipi baxımından iddianın daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi hissəsində iddia tələbinə əlavə qiymət verməyə zərurət görməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 158.4, 324.1, 32 4.2, 324.4, 324.5, 337, 339, 1096.1, 1096.2, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “mənəvi ziyanın ödənilməsi” tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində də təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində tanışları, qohumları arasında olan nüfuzu itirilmiş, orqanizmində stressdən qaynaqlanan xəstəliklər yaranmışdır. Bu sarsıntılar həmçinin ailə üzvlərinin səhhətinə olduqca mənfi təsir göstərmişdir. Bu hal həm onun, həm ailə üzvlərimin psixoloji vəziyyətini gərgin hala gətirmiş, illərlə sürən əmək fəaliyyətinin nəticəsində tikib qurduğu mənzilin məlumatı olmadan sökülməsi, psixoloji stabilliyini pozaraq mənəvi iztirab çəkməyinə səbəb olmuşdur. İş materiallarından görünür ki, cavabdeh tərəfindən onun təqsirli hərəkətləri nəticəsində hüquqazidd əməlin törədilməsi və nəticədə ona zərər vurulması sübut edilərək iddia tələbi təmin edilmişdir. Beləliklə, hüquqazidd əməlin törədilməsi, onun törədilməsində cavabdehin təqsiri müəyyən edilmişdir. Lakin işə baxan məhkəmə tərəfindən bu cür əməlin mənfi psixoloji reaksiya, mənəvi sarsıntı və iztiraba səbəb olma iqtidarında olub-olmaması qiymətləndirilməmiş, əməllə mənəvi zərər arasında səbəbli əlaqənin mövcud ol ub-ola bilməyəcəyini müəyyənləşdirməmişdir.
23. Həmçinin Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı tələbinin rədd edilməsi, Cavabdeh2 MMC-nin İddiaçı və Cavabdeh3 qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və İddiaçı və Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli 2(103)-921/2024 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbləri rədd edilmişdir (hakimlər - Günay Axu ndova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).
25. Apellyasiya instansiya məhkəməsi işin halları əsasında müəyyən etmişdir ki, İddiaçı qardaşı Cavabdeh3 eyni əsasla eyni cavabdehə qarşı pul tələbinə dair mülki işə baxılaraq iddianın rədd edilməsi barədə yekun qərar qəbul edilmişdir. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-933/2024 saylı, xx.xx.2024 tarixli qərarından müəyyən olunur ki, işin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunan halları ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə "xxxx" kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, Akad emik H.Əliyev küçəsi, 945 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi "xxxx" kompaniyasının istifadəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı ilə həmin məhəlldə yaşayış binasının tikintisi üçün "Nehrəm Holdinq” Kompaniyasına icazə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 1 saylı, 3 otaqlı, 4 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 2 otaqlı, ümumi sahəsi 27,5 kv.m. olan 13 saylı, 2 otaqlı, yaşayış sahəsi 26,56 kv.m. olan 13 saylı, 4 otaqlı, ümumi sahəsi 78,8 kv.m. olan və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Ca vabdeh3 mülkiyyətində olmuş və həmin tikililər, sözügedən tikinti işləri ilə əlaqədar mülkiyyətçi Cavabdeh3 razılığı ilə 2013 və 2014-cü illərdə sökülmüşdür Mənzillər (tikililər) 2013-2014-cü il tarixlərdə Cavabdeh3 və İddiaçı iştirakı və razılığı ilə sökülmüşdür. Cavabdeh3 "xxxx" MTK-nın təsisçisidir və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. İddiaçı isə onun qardaşıdır. Cavabdeh3 "xxxx" Kompaniyasının prezidenti olaraq imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldımasının, sakinlərin köçürülməsinin və evlərin sökülməsinin təmin edilməsi, habelə mü vəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir.Ali Məhkəmənin qənaəti belə olmuşdur ki, tikililərin sökülməsi mülkiyyətçinin iradəsi xaricində olmamış, onun razılığı və iştirakı ilə sökülmüşdür. Bu halda sökülmənin qanunsuz olması müəyyən edimir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisəsiz halları odur ki, İddiaçı ilə mənzillərin alğı-satqı müqavilələri bağlandıqdan sonra mənzillər tikinti işləri ilə əlaqədar onun razılığı ilə sökülmüşdür. Göründüyü kimi, Cavabdeh2 MMC İddiaçı qarşı təqsirli hüquqa zidd əməl törətməmişdir. Belə olan halda İddiaçı Cavabdeh2 MMC-yə qarşı maddi və mənəvi zərər tələbi əsassızdır.
28. Cavabdeh2 MMC cavabdehlər Cavabdeh3 və İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişdir. İddia tələbinin əsası kimi ona istinad etmişdir ki, Cavabdeh3 və İddiaçı ilə mənzil mülkiyyətçiləri arasında imzalanmış müqavilələr formal xarakter daşımış və belə bir müqavilələrin tərtib edilməsinə səbəb Cavabdeh3 "xxxx" MTK-nın sədri olması olmuşdur.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndir ilən alğı-satqı müqavilələrinin etibarlı olması üçün qanunvericiliklə müəyyən edilmiş bütün şərtlər ödənilmişdir.
30. Belə ki, mənzil mülkiyyətçiləri onlara məxsus mənzillərə dair alğı-satqı müqavilələri bağlamışlar. Satıcı qismində müqavilə tərəfi olaraq çıxış edən mənzillərin mülkiyyətçilərinin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq qeydiyyat vəsiqələri və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışlar iş materiallarına əlavə edilmişdir.
31. Əqdin məzmununa dair şərtlərin yoxlanmasına dair məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilələr nəzərdən keçirilərkən müəyyən etmişdir ki, tərəflər daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin məzmununa dair qanunvericilklə müəyyən edilmiş tələblər gözlənilməklə müqavilə tərtib etmiş, müqavilədə alğı-satqı müqaviləsinin mühüm şərti olan predmeti - daşınmaz əmlak barədə, həmçinin qiyməti ilə bağlı razılığa gəlmişlər.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 337.1-337.5, 1096.1, 1096.2-ci, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına və MPM-nin 14.2,77.1 -ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı cavabdeh “X23" MMC-yə qarşı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassator şikayətini on unla əsaslandırmışdır ki, iddiaçının razılığı ilə mənzillərin sökülməsi iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, mübahisəli mənzillər İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə olan halda, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, məhkəmə kollegiyası İddiaçı mülkiyyətində olmuş əmlakların öz iradəsinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, ona görə kompensasiyanın tələb olunmasının əsassız olduğu nəticəsinə gəlmişdir. Halbuki, iddiaçının mülkiyyətçi olaraq həmin əmlaklara hüquqi marağının itməməsi aşkardır, çünki mülkiyyətçiyə məxsus əmlakların sökülməsinə görə həmin əmlakların yerində bina inşa edən MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyi işin mübahisəsiz halıdır. Belə olan iddia tələbinin rədd olunması mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir.
35. Kassator öz mövqeyini Mülki Məcəllənin 140-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 2.1 və 12-ci və MPM-nin 14.2, 77.1,88.1, 217.1, 217.3, 217.4-4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən onun iddia tələbinin (mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli və 2 nömrəli mənzilinin, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsinə görə vurulmuş maddi ziyana görə 771.500 manat məbləğində pulun ödənilməsi; mənəvi zərərə görə 200.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması) təmin olunmaması hissəsində mübahisələndirildi yindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
40. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilə də zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 337.2. Əqd barəsində mü bahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
46. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
47. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
48. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda is ə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
50. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 82.3. Bir mülki iş üzrə qanun i qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
62. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
63. Baxılan işdən göründüyü kimi bundan əvvəl Cavabdeh2 MMC-nin cavabdehlər Cavabdeh3, İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi” barədə ilkin iddia ərizəsi, Cavabdeh3 və İddiaçı Cavabdeh2 MMC-yə qarşı “mənzillərin dəyərinin və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə baxılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur. Qeyd olunan qarşılıqlı iddia tələbində, başqa mənzillərlə yanaşı İddiaçı mülkiyyətində olmuş Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilin, 33 saylı evin 2 nömrəli mənzilinin və Sabit Rəhman küçəsindəki 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsinə görə vurulan zərərin kompensasiyası tələb olunurdu. Lakin İddiaçı qarşılıqlı iddia üzrə ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)121/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır.
64. Buna baxmayaraq, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmaqla yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mənzillər Cavabdeh3 və İddiaçı iştirakı və razılığı ilə sökülmüşdür. Cavabdeh3 "xxxx" MTK-nın təsisçisidir və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. İddiaçı isə onun qardaşıdır. Cavabdeh3 "xxxx" Kompaniyasının prezidenti olaraq imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldımasının, sakinlərin köçürülməsinin və evlərin sökülməsinin təmin edilməsi, habelə müvəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir.
65. Həmin qətnamədən Cavabdeh3 və İddiaçı ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd və qarşılıq lı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4610/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilərək, ilk iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4610/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 və İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh3 Ca vabdeh2 MMC-yə qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh2 MMC-dən ******* manat pulun tutularaq Cavabdeh3 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişir. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-933/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4610/2023 nömrəli, 10 oktyabr 2023cü il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla Cavabdeh3 qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməmişdir.
66. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələnd irilmir və yenidən sübut edilmir.
67. Bu, 233.3-cü maddəsində müəyyən olunmuş məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədar yaranan hüquqi nəticələrlə bağlıdır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
68. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlm işdir.
69. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
70. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.
71. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
72. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli 2(103)-921/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.