Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-92/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Abşeron rayon İH Mənzil Kommunal X1 və Kommunal Xidmətlər İdarəsinin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə (VÖEN: **********) və Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X1 və Kommunal Xidmətlər İdarəsinə qarşı tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilməsi və mənəvi ziyan tələbinə dаir mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X1 və Kommunal Xidmətlər İdarəsinə qarşı tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilməsi və mənəvi ziyan tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 32 saylı notariat ofisində X2 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0156 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən hüdudlarda tikilmiş qanunsuz tikilinin sökülməsi, cavabdehlər tərəfindən həmin hüdudlarda sökülmüş daş hasar və darvazanın onlar tərəfindən yerində inşa edilərək ona məxsus ərazinin əvvəlki vəziyyətə gətirilməsi və 10000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Abşeron rayon İH Mənzil Kommunal X1 və Kommunal Xidmətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 ərizəyə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər Cavabdeh1 MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçnücü şəxs Abşeron rayon İH məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 260.3. maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə görə cəmi 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X1 və Kommunal Xidmətlər İdarəsinə qarşı tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilməsi və mənəvi ziyan tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına ona geri qaytarılsın. Məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə görə tələb edilən 50 manat pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov