Məhkəmə qərarları › İş №2(103)-921/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-921/2024

05.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-921/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və digərlərinə qarşı “alqı-satqı müqavilələri və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5, X2, X19, X7, X15, X3, X11, X12, X21, X16, X8, X13 və X25 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, xx.xx.2003-cü il tarixli Sərəncamı ilə "xxxx" Holdinq kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi ilə) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icazə əsasında "xxxx" Holdinq kompaniyasının istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” 13 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Holdinq Kompaniyasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 03/189 nömrəli ayrıc aktı tərtib edilmişdir.

3. 26 yanvar 2012-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4 ünvanındakı 4 otaqlı mənzilin onun paylı mülkiyyətində olan 2 otağını 130 000 manata, X9 isə onun paylı mülkiyyətində olan 1 otağını 70 000 manata Cavabdeh2 satmışdır.

4. 10 oktyabr 2014-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 ünvan 1 ünvanındakı onun 4 otaqlı mənzilin onun paylı mükiyyətində olan 1 otağını 135000 manata İddiaçı satmışdır.

5. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsi ev 32, 4 saylı mənzilin 3 otağı xx.xx.2012-ci il tarixdə Cavabdeh2, 1 otağı isə xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

6. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3vanında yerləşən 7 saylı mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

7. 22 sentyabr 2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzili 80000 manata İddiaçı satmışdır.

8. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3vanında yerləşən 2 saylı mənzil xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsinə görə ona vurulmuş maddi ziyana görə 771.500 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi; Cavabdeh1ndən mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 ilə X5 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mən. 9) arasında bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X2 (Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 8) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-İi, Cavabdeh2 ilə X19 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 4) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X7 (Bakı şəhəri, S.Rəhman küçəsi, ev 32, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X15 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X3 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X11 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X12 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №li, Cavabdeh2 ilə X21 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 13) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ 02280117 №-li, Cavabdeh2 ilə X16 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, AN-İ ******* №-li, İddiaçı ilə X8 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşiski küçəsi, ev 33, mənzil 2) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* №-li alqı-satqı müqavilələrinin; Cavabdeh2 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh1nə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi ziyan” tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən 741.150 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5, X2, X19, X7, X15, X3, X11, X12, X21, X16, X8, X13 və X25 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqavilələrinin və daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh1 MMC-yə aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 450 manat Cavabdeh1 MMC-dən tutularaq “X33” MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 600 manat pulun Cavabdeh1 MMC-dən tutulsun "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan alğı-satqı müqavilələrindən və daşınmaz əmlakın dövlət reyestrlərdən çıxarışlardan görünür ki, İddiaçı ünvan 3vanında yerləşən 7 nömrəli mənzili, ünvan 3vanında yerləşən 2 nömrəli mənzili və Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsiev 32 ünvanında yerləşən 4 nömrəli mənzilin 1 otağını müxtəlif şəxslərlə alğı-satqı müqavilələri bağlayaraq dəyərini ödəməklə almış və həmin mənzillər üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi, alqı-satqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar qüvvədədir və ləğv edilməmişdir. İddiaçı həmin əmlaklara hüquqi marağının olması aşkardır, çünki sonuncu mübahisələndirilən mənzillərin sökülməsinə görə ona həmin mənzillərin yerində bina inşa edən Cavabdeh1 MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyini bildirir. Bu isə onu deməyə əsas verir ki, həmin əmlaklara dair İddiaçı adının rəsmi reyestrdə mövcudluğu mənzillərə görə kompensasiya məsələsinin həllində hüquqi əhəmiyyətə malikdir. Adıçəkilən mənzillərin sökülüb yerində birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən hündür mərtəbəli yaşayış binasının tikilməsi, sökülən mənzillərə görə İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır. Birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC həmin mənzillərin yerləşdiyi torpaq sahəsinin tikinti üçün MMC-nə ayrıldığını, mənzillərin MMC-nin vəsaiti hesabına əldə edildiyini, alqı-satqı müqavilələrinin formal olaraq İddiaçı adına rəsmiləşdirildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı özünə məxsus mübahisəli mənzillərin sökülməsinə görə birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC tərəfindən kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır. Əksinə birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC hazırki iş üzrə üçüncü şəxslər (sakinlər) ilə cavabdehlər Vasif və İddiaçılar arasında bağlanmış müqavilələr üzrə vəsaitin məhz şirkətin kassasından sonunculara verildiyini bildirsə də, bu halı təsdiqedəcək sübutetmə vasitələrini yəni, hər hansı maliyyə sənədini - kassa məxaric oredirini və s. təqdim edə bilməmişdir. Baxılan iş üzrə iddiaçının dəlillərinin əsas hissəsi cavabdehlərlə üçüncü şəxslər (sakinlər) arasında bağlanmış alıq-satqı müqavilələri üzrə vəsaitlərin iddiaçıya (şirkətə) məxsus olması, bu səbəbdən də alqı-satqı müqavilələrinin etibarsız olması, nəticə etibarilə həmin müqavilələrin əsasında cavabdehlərin adına verilmiş çıxarışların etibarsızlığı ilə bağlıdır. Həmin dəlillər öz-özlüyündə əsassızdır. Məhkəmə işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 MMC cavabdehlər Cavabdeh2 və İddiaçı ilə üçüncü şəxslər (sakinlər) arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə olanda məhkəmə hesab edir ki, cavabdehlər ilə üçüncü şəxslər (sakinlər) arasındakı öhdəlik münasibətlərinin mövcudluğu iddiaçının hüquq və mənafelərinə toxuna bilməz, həmin müqavilələrin mövcudluğu məhz müqavilə tərəfləri üçün öhdəliklər yaradır. Bu baxımdan da məhkəmə bildirir ki, iddiaçı Cavabdeh1 MMC cavabdehlər Cavabdeh2 və İddiaçı ilə üçüncü şəxslər (sakinlər) arasında bağlanmış Müqavilələrin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. İddiaçının qeyd etdiyi xüsusatların kontekstində məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdehlərdən mübahisəli alqı-satqı müqavilələrinin dəyərinin şirkətin vəsaiti hesabına ödənilməsinə dair müvafiq sübutlar təqdim etməklə, dəymiş ziyanı tələb etmək hüququndan məhrum olmamışdır. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlərlə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bundan başqa məhkəmə daşınmaz əmlaklara aid çıxarışların etibarsız hesab edilməsi hissəsində iddia tələbinə əlavə qiymət verməyə zərurət görməyərək, özünün bu mövqeyini “prosessual qənaət” prinsipi baxımından əsaslı və qanuni hesab edir. Mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar Cavabdeh2 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 152.3, 152.4, 158.4, 324.1, 324.2, 324.4, 324.5, 337, 339, 1096.1, 1096.2, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-17/2023 saylı qətnaməsinin İddiaçı iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin mənəvi zərərlə bağlı təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində tanışları, qohumları arasında olan nüfuzu itirilmiş, orqanizmində stressdən qaynaqlanan xəstəliklər yaranmışdır. Bu sarsıntılar həmçinin ailə üzvlərinin səhhətinə olduqca mənfi təsir göstərmişdir. Bu hal həm onun, həm ailə üzvlərimin psixoloji vəziyyətini gərgin hala gətirmiş, illərlə sürən əmək fəaliyyətinin nəticəsində tikib qurduğu mənzili məlumatı olmadan sökülməsi psixoloji stabilliyini pozaraq mənəvi iztirab çəkməyinə səbəb olmuşdur. İş materiallarından görünür ki, cavabdeh tərəfindən onun təqsirli hərəkətləri nəticəsində hüquqazidd əməlin törədilməsi və nəticədə ona zərər vurulması sübut edilərək iddia tələbi təmin edilmişdir. Beləliklə, hüquqazidd əməlin törədilməsi, onun törədilməsində cavabdehin təqsiri müəyyən edilmişdir. Lakin Plenum qərarının tələblərinə uyğun olaraq işə baxan məhkəmə tərəfindən bu cür əməlin mənfi psixoloji reaksiya, mənəvi sarsıntı və iztiraba səbəb olma iqtidarında olub-olmaması qiymətləndirilməmiş, əməllə mənəvi zərər arasında səbəbli əlaqənin mövcud olub-ola bilməyəcəyini müəyyənləşdirməmişdir.

16. Qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-17/202 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçıCəlil oğlunun Cavabdeh1 MMCyə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh1MMC-nin İddiaçı və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və İddiaçı və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, işdə olan sübutdan göründüyü kimi "xxxx" Kompani MMC xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən kredit götürmüş və həmin pul vəsaiti götürüldükdən 20 gün sonra 800.000 manat hissəsi X4 Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 33 nömrəli evə görə ödənilmişdir. Birləşdirilmiş işlər üzrə iddiaçı Cavabdeh1 MMC hazırki iş üzrə üçüncü şəxslər (sakinlər) ilə cavabdehlər Vasif və İddiaçılar arasında bağlanmış müqavilələr üzrə vəsaitin məhz şirkətin kassasından sonunculara verildiyini bildirsə də, bu halı təsdiq edəcək sübutetmə vasitələrini yəni, hər hansı maliyyə sənədini-kassa məxaric oredirini və s. təqdim edə bilməmişdir. Lakin iş materiallarında olan, 53 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33 ünvanında yerləşən 25.2 kv.m əraziyə malik 2 otaqdan ibarət yaşayış sahəsinə dair Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) xx.xx.2003-cü il tarixli 000613 saylı orderinin və Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ev 33 mənzil 1a-ya dair Nərimanov RİH-nin xx.xx.2003-cü il tarixli 000613 saylı orderin (sərəncam № 555, verilib xx.xx.2003-cü il) ləğv edilməsi ilə əlaqədar həmin yaşayış sahələrinin icarədarları (mənzil kirayəçiləri) tərəfindən Cavabdeh2 adına etibarnamələr verilmiş və həmin etibarnamələr Bakı şəhəri 11 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli 7E/2235 №-li və xx.xx.2011ci il tarixli 7E/2232 reyestr № ilə təsdiq edilmişdir. Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada ona verilmiş hüquqa əsasən həmin mənzilləri 2012-ci ildə sökmüşdür. Sözügedən yaşayış sahələrinin (mənzillərin) yerləşdiyi ərazi Bakı şəhəri, Nərimanov Rayon 53 №-li MKİS-ninnin xidməti ərazisidir. Həmin mənzillər 2012-ci ildən söküldüyündən, yaşayış sahələri üzrə mənzil-kommunal və istismar yığımı xərcləri üzrə mənzil haqlarının alınması həmin tarixdən dayandırılmışdır və Mənzil Fondu kimi mövcud deyildir. Lakin işdə olan sübutlardan göründüyü kimi icarəyə verilmiş torpaq sahəsində yerləşən mənzillərin söküntüsü əsasən Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. İcarəyə ayrılmış torpaq sahəsində söküntü işlərinin aparılması, tikinti üçün müvafiq razılaşmaların əldə olunması üçün müvafiq dövlət qurumları ilə yazışmalar məhz Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Lakin işə baxan məhkəməişin bu hallarını araşdırmamışdır. İş materiallarından göründüyü kimi mübahisələndirilən əmlaklar bilavasitə Cavabdeh2 tərəfindən sökülməsinə baxmayaraq, həmin əmlaklar üzərində Cavabdeh2 özünün və qardaşı İddiaçı mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırdığından suiistifadə edərək Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Mübahisələndirilən mənzillər əslində mənzillərdən bu və ya digər formada ondan istifadə üçün deyil, məhz sökülüb yerində yeni binaların inşa edilməsi üçün sakinlərdən razılıq alınması məqsədilə alınmışdır. Alqı-satqı müqavilələrinin tarixindən də göründüyü kimi, müqavilələr məhz mənzillər sökülən vaxtda bağlanmışdır. Cavabdeh1 MMC-nin dəlili ondan ibarətdir ki, mübahisələndirilən mənzillər sahiblərindən əslində Cavabdeh1 MMC tərəfindən alınmış, sakinlərin pulları Cavabdeh1 MMC tərəfindən ödənilmişdir. Bu səbəbdən mübahisələndirilən mənzillərin əvvəlki sahibləri mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Lakin məhkəmə mübahisənin hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin məhkəmədə iştirakını təmin etməm iş, məhkəmə prosesində iştirak edən şəxslərə isə öz fikirlərini bildirmələrinə şərait yaratmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 çıxış edərək bildirir ki, Ali Məhkəmə qərarında iddianın iddia müddətinə tabe olması göstərilib. Vasif evin tikintisi ilə bağlı razılıq vermişdi, ona görə qanunusuz söküntüdən söhbət gedə bilməz. İddia tələbini geri götürdülər, nə qədər ki, əvvəlki vəziyyətə gətirilməsi mümkün deyil, dəyəri ödənilsin. Tərəf işin ləğv edilməsini və işin geri qaytarılmasını xahiş edib. Ali Məhkəmə mahiyyəti üzrə qərar çıxarıb. Qanunda qeyd edilir ki,bur cür mübahisələrə iddia müddəti tətbiq oluna bilməz. Bu barədə konkret göstəriş var. Ali Məhkəmə ərizəyə istinad etmədən, iddia müddətinə tabe olmasını qərarda qeyd edib. İddia müddətinin tətbiq edilməsi ilə bağlı Ali Məhkmənin mövqeyi ilə qətiyyən razı deyillər. Əmlaklar onların mülkiyyətindədir, sökülüb, kompensasiya verilməyib, buna görə də iddia əsaslıdır. Digər şəxslər gəlib deməyib ki, Vasifi tanımırlar. Qarşı tərəfin dedikləri mülahizələrdən ibarətdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

20. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 çıxış edərək bildirir ki, əslində bu iş digər işə birləşməli idi. Onlar tərəfindən işlərin birləşdirilməsi barədə vəsatət verilib, amma mümkün olmayıb. İşlərin mahiyyəti eynidir. Vasif MMC-nin direktoru olub. Formal olaraq rəsmiləşdirmə olub. Ali Məhkəmənin digər işin qətnaməsini ləğv edib, bunun da səbəbi protokolda imza olmaması olub. Müqavilələrdə kiminsə adına olmaya bilər, ümumi şirkətlər Vasifin olub, qardaşı mühafizəçi olub. Pul şirkətin olub,etibar olunub ki, alğı-satqı olacaq, mənzillər likvid deyil, bu gün heç kimə satıla bilməz. Etibarda istifadə edilib. Direktor İcra Hakimiyyətinə məktublar yazıb, əmlaklar sökülsün. Deməli burada formal rəsmiıəşdirmə olub. Qarşı tərəfin iddiası rədd edilməlidir. Təsisçilər etibar edib, onlarda etibardan istifadə ediblər, bu gün də əsassız iddia qaldırıblar. Hesab edir ki, müqavilələr bağlandığı andan etibarsızdır. İki işin mahiyyəti eynidir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddia əsassızdır, faktiki pul verilib, mənzil alınmayıb. Vasif direktor olub, şirkətə kredit ayırıb,alğı-satqı olunub. Bir müddət sonra da əsassız iddia qaldırılıb. Nazim orada tikintidə işləyib, birində anbardar da olub, formal adına alıb. Nazim pul verib, nəsə almayıb. Notarial ödənişlər də şirkət hesabına olub. Nazimin məhkumluğu da olub, ona etibar edilib o da etibardan istifadə edib. Mübahisənin olma səbəbi şirkət daxilindəki problemlərə görə olub.

21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı “...Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tələbi qismən təmin edlmiş, Cavabdeh1 MMC-nin tələbi təmin edilməmişdir. Qətnamə İddiaçı tərəfindən İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində, Cavabdeh1 MMC tərəfindən İddiaçı iddia tələbinin təmin edilən, Cavabdeh1 MMC-nin tələbinin təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri təmin edilməməlidir.

29. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 9, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4 -ün 3 otağı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 32, mənzil 5, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 5, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 8, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzillə bağlı Cavabdeh2 Nazim oğlu, Bakı şəhəri, Xan Şuşinski, ev 33, mənzil 2 , Sabit Rəhman küçəsi, ev 32, mənzil 4-ün 1 otağı, Bakı şəhəri, Xan Şuşinski, ev 33, 7 saylı mənzillə bağlı İddiaçı ilə alğı-satqı müqavilələri bağlanmışdır.

30. İşin halları ilə müəyyən edilir ki, İddiaçı qardaşı Cavabdeh2 eyni əsasla eyni cavabdehə qarşı pul tələbinə dair mülki işə baxılaraq iddianın rədd edilməsi baərədə yekun qərar qəbul edilmişdir. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-933/2024 saylı, xx.xx.2024 tarixli qərarından müəyyən olunur ki, işin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunan halları ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə "xxxx" kompaniyasına Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi "xxxx" kompaniyasının istifadəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamı ilə həmin məhəlldə yaşayış binasının tikintisi üçün "xxxx" Kompaniyasına icazə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 1 saylı, 3 otaqlı, 4 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 2 otaqlı, ümumi sahəsi 27,5 kv.m. olan 13 saylı, 2 otaqlı, yaşayış sahəsi 26,56 kv.m. olan 13 saylı, 4 otaqlı, ümumi sahəsi 78,8 kv.m. olan və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Cavabdeh2 mülkiyyətində olmuş və həmin tikililər, sözügedən tikinti işləri ilə əlaqədar mülkiyyətçi Cavabdeh2 razılığı ilə 2013 və 2014-cü illərdə sökülmüşdür.....Mənzillər (tikililər) 2013- 2014-cü il tarixlərdə Cavabdeh2 və İddiaçı iştirakı və razılığı ilə sökülmüşdür. Cavabdeh2 "xxxx" MTK-nın təsisçisidir və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. İddiaçı isə onun qardaşıdır. Cavabdeh2 "xxxx" Kompaniyasının prezidenti olaraq imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldımasının, sakinlərin köçürülməsinin və evlərin sökülməsinin təmin edilməsi, habelə müvəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir.

31. Ali Məhkəmənin qənaəti belə olmuşdur ki, tikililərin sökülməsi mülkiyyətçinin iradəsi xaricində olmamış, onun razılığı və iştirakı ilə sökülmüşdür. Bu halda sökülmənin qanunsuz olması müəyyən edimir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halları odur ki, İddiaçı ilə mənzillərin alğı-satqı müqavilələri bağlandıqdan sonra mənzillər tikinti işləri ilə əlaqədar onun razılığı ilə sökülmüşdür. Göründüyü kimi, Cavabdeh1 MMC İddiaçı qarşı təqsirli hüquqa zidd əməl törətməmişdir. Belə olan halda İddiaçı Cavabdeh1 MMC -yə qarşı maddi və mənəvi zərər tələbi əsassızdır.

34. Cavabdeh1 MMC cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişdir. İddia tələbinin əsası kimi ona istinad etmişdir ki, Cavabdeh2 və İddiaçı ilə mənzil mülkiyyətçiləri arasında imzalanmış müqavilələr formal xarakter daşımış və belə bir müqavilələrin tərtib edilməsinə səbəb Cavabdeh2 "xxxx" MTK-nın sədri olması olmuşdur.

35. Qeyd olunmalıdır ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

36. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).

37. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

38. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alğı-satqı müqavilələrinin etibarlı olması üçün qanunvericiliklə müəyyən edilmiş bütün şərtlər ödənilmişdir.

40. Belə ki, mənzil mülkiyyətçiləri onlara məxsus mənzillərə dair alğı-satqı müqavilələri bağlamışlar. Satıcı qismində müqavilə tərəfi olaraq çıxış edən mənzillərin mülkiyyətçilərinin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq qeydiyyat vəsiqələri və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarışlar iş materiallarına əlavə edilmişdir.

41. Əqdin məzmununa dair şərtlərin yoxlanmasına dair məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan müqavilələr nəzərdən keçirilərkən müəyyən edilir ki, tərəflər daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin məzmununa dair qanunvericilklə müəyyən edilmiş tələblər gözlənilməklə müqavilə tərtib etmiş, müqavilədə alğı-satqı müqaviləsinin mühüm şərti olan predmeti - daşınmaz əmlak barədə, həmçinin qiyməti ilə bağlı razılığa gəlmişlər.

42. İşin halları ilə müəyyən edildiyi kimi, tərəflər daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin yazılı formada bağlanması və notarial qaydada bağlanması ilə bağlı qanunvericiliyin tələbinə əməl etmişlər.

43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh1nə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsinə görə ona vurulmuş maddi ziyana görə 771.500 manat , mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5, X2, X19, X7, X15, X3, X11, X12, X21, X16, X8, X13 və X25 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 ilə X5 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mən. 9) arasında bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X2 (Bakı şəhəri,Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 8) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-İi, Cavabdeh2 ilə X19 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 4) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X7 (Bakı şəhəri, S.Rəhman küçəsi, ev 32, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X15 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X3 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X11 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X12 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X21 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 13) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ 02280117 №-li, Cavabdeh2 ilə X16 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, AN-İ ******* №-li, İddiaçı ilə X8 ((Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* №-li alqı-satqı müqavilələrinin; Cavabdeh2 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1nə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinin sökülməsinə görə ona vurulmuş maddi ziyana görə 771.500 manat, mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5, X2, X19, X7, X15, X3, X11, X12, X21, X16, X8, X13 və X25 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 ilə X5 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mən. 9) arasında bağlanmış xx.xx.2007-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X2 (Bakı şəhəri,Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 32, mənzil 8) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-İi, Cavabdeh2 ilə X19 (Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, mənzil 4) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X7 (Bakı şəhəri, S.Rəhman küçəsi, ev 32, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X15 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X3 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 5) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X11 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X12 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 1) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ ******* №-li, Cavabdeh2 ilə X21 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 13) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AN-İ 02280117 №-li, Cavabdeh2 ilə X16 (Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, mənzil 4) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, AN-İ ******* №-li, İddiaçı ilə X8 (Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 33, mənzil 6) arasında bağlanmış xx.xx.2015ci il tarixli, AN-İ ******* №-li alqı-satqı müqavilələrinin; Cavabdeh2 və İddiaçı adına verilmiş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair RX seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair ******* nömrəli; Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı ******* nömrəli; Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı ******* nömrəli mülkiyyətə dair çıxarışların etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid olunsun. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 450 manat İddiaçı tutularaq “X33” MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ33GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 600 manat pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ01350**********47944, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar