Məhkəmə qərarları › İş №2(005)-1707/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1707/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1707/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Əli Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 840 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. xx.xx.2024-cü il tarixdə cavabdehlə aralarında avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarəçi nəqliyyat vasitəsinin 1 təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 30 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir və 840 manat borcu yaranmşdır. O, cavabdehə borcun ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh dəymiş ziyanın ödənilməsindən boyun qaçırmışıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilsə də, bir müddət ödəniş etmiş, lakin 28 günün ödənişini etməmişdir. 17 sentyabr 2024-cü il tarixə 840 manat borcu yaranmışdır. Sonra maşın ona qaytarılmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli avtomobil icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” İddiaçı tərəfindən “Toyota Prius” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılış tarixli nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixədək “İcarəçi” Cavabdeh xidməti ehtiyacları üçün icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin 1 təqvim günü müddətinə icarəsi üçün icarə haqqı 30 manat müəyyən olunmuşdur. Müqavilənin 2.1.8-ci bəndinə görə icarəçi müqavilədə nəzərdə tutulan ödənişi 5 (beş) gündən çox gecikdirərsə, avtomobil icarəyəverən tərəfindən geri alınır və müqaviləyə birtərəfli qaydada xitam verilir; - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, icarə müqaviləsinə əsasən “İcarəyəverən” İddiaçı tərəfindən “Toyota Prius” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılış tarixli nəqliyyat vasitəsi “İcarəçi” Cavabdeh icarəyə verilmiş, “İcarəçi” isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir; - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 17 sentyabr 2024-cü il tarixinə 840 manat borcunun olması və 3 iş günü ərzində ödənilməsi barədə xəbərdar edilmişdir; - Qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə avtonəqliyyat vasitəsinin icarə (kirayə) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı nəqliyyat vasitəsini icarəçinin sahibliyinə və istifadəsinə verməyi, Cavabdeh isə günlük 30 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı nəqliyyat vasitəsinin cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, onun tərəfindən müqavilənin şərtlərinin pozulduğuna, 28 gün üçün icarə haqqının ödənilmədiyinə istinad edərək, icarə haqqına görə 840 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin maddələrinə uyğun olaraq, günlük 30 manat icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Hazırkı iddia tələbində iddiaçı cavabdehlə arasında avtomobilin icarəsi barədə xx.xx.2024-cü il tarixli müqaviləyə istinad edərək qeyd edir ki, onun tərəfindən öhdəlik icra edilmiş, avtomobil cavabdehin istifadəsinə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə verilmiş, lakin cavabdeh öz öhdəliklərini, yəni müqavilənin 3.1-ci bəndinə əsasən avtomobilin onun istifadəsində olduğu hər gün üçün ödəməli olduğu 30 manat icarə məbləğini ödəməmiş, odur ki, cavabdehin ona xx.xx.2024-cü il tarixə cəmi 840 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyanın dəyərini ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli avtomobil icarə müqaviləsinə əsasən 1 təqvim günü üçün icarə haqqı 30 manat müəyyən edilmişdir. İddiaçı təhvil-təslim aktına əsasən avtomobili cavabdehə xx.xx.2024cü il tarixdə vermişdir. Cavabdehin isə həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Cavabdehə məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməsinə dair hər hansı sübut təqdim edilmədiyindən və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından iddia təmin edilməlidir. İcarə haqqının məbləğinə gəlincə məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alaraq qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə görə 1 təqvim günü üçün icarə haqqının 30 manat olduğu göstərilmişdir. Bağlanmış icarə müqaviləsindən və təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən avtomobil cavabdehə icarəyə verilmişdir. Həmçinin avtomobilin 18 sentyabr tarixindən iddiaçıya geri qaytarılması müəyyən edilmişdir. İddiaçı 28 günün icarə haqqının ödənilmədiyini bildirir. Cavabdeh tərəfindən isə icarə haqqı olaraq pulun ödənilməsi iş materialları ilə müəyyən edilməmiş, eləcə də cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddia təmin edilməli, avtomobilin cavabdehin istifadəsində olduğu 28 gün üçün x 30 manat=840 manat məbləğində icarə haqqı barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsi üzrə 840 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 840 (səkkiz yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar