Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1728/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı Fəxrədddin qızının Cavabdeh MMC-yə qarşı "Cavabdeh bağlanması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Fəxrədddin qızının Cavabdeh MMC-yə qarşı "Cavabdeh bağlanması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əsassız varlanmaq məqsədi ilə vətəndaşları və xüsusən də yeniyetmə aldadıb saxta müqavilə tərtib edərək, pulunu da əvvəlcədən aldığına, müqavilə şərtlərini bilərəkdən pozaraq yerinə yetirmədiyinə, vergidən yayınmaq məqsədi ilə müqaviləni notariusda qeydiyyatdan keçirmədiyinə və öz müştərilərini daim təhqir edib hədələməklə təhdid etdiyinə görə Nərimanov rayonunun, Fətəlixan Xoyski 83 ünvanında təsis edilmiş Cavabdeh bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş ərizə ilə məhkəməyə müraciət edilərkən, cavabdehə qarşı yönələn tələb aydın göstərilməmişdir, belə ki, iddiaçı belə bir tələblə məhkəməyə müraciət edərkən konkret olaraq hansı pozulmuş hüququnun bərpasına nail olmaq istədiyini qeyd etməmişdir. Hazırki halda iddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsindəki sadalanan hallara əsasən hüquqi şəxsin bağlanmasını tələb edir. Məhkəmə bildirir ki, hüquqi şəxsin bağlanması ilə bağlı qanunvericilikdə başqa prosedurlar müəyyən edilmişdir ki, onunla bağlı tələblərə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmədə baxılır. Digər tərəfdən iddiaçı hüquqi şəxsin hərəkətləri nəticəsində ona hər hansı maddi və mənəvi ziyanın dəyməsini iddia edirsə, bununla bağlı tələblərini dəqiqləşdirməli, yalnız bundan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə olan təqdirdə isə iddiaçının irəli sürdüyü tələbə məhkəmədə baxılması mümkün deyildir. Bundan başqa iddiaçı iddia tələbi ilə bağlı sübutları ərizəsinə əlavə etməmiş, eyni zamanda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməmiş, habelə bu rüsumu ödəməkdən azad olunması ilə bağlı sübutları da əlavə etməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Fəxrədddin qızının Cavabdeh MMC-yə qarşı "Cavabdeh bağlanması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1728/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1728/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver