Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1729/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1929-cu il təvəllüdlü 1-ci qrup əlil olmuş X1na 1999-cu ildən, onun dünyasını dəyişənədək, yəni xx.xx.2013-cü il tarixədək qulluq göstərməyi faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası - 1929-cu il təvəllüdlü X8 hərbi xidmət öhdəliyini icra edərkən aldığı xəsarətdən sağ göz almasının itirilməsi, sol gözün katarakta fəsadı, nevrostaniya və qipotoniya nəticəsində müddətsiz İ (birinci) qrup əlillik dərəcəsi alaraq kənar şəxsin köməyinə ehtiyacı olması müəyyən edilmişdir. Atasına daimi olaraq anası X6 qulluq göstərmişdir. Lakin anası 1999-cu ildə xəstələnərək yatağa düşmüş və xx.xx.2000-ci il tarixdə dünyasını dəyişmişdir. 1999-cu il tarixdən köməksiz qalan atasına qulluq göstərmək məcburiyyətində qalmışdır. Köməksiz qalan atasına qulluq göstərməsi ilə əlaqədar 1999-cu il tarixdən 2013-cü ilədək, yəni o dünyasını dəyişənədək övladlıq borcunu yerinə yetirmiş və atası ilə eyni ünvanda yaşamışdır. Ailəli də deyildir. Qeyd olunan müddətdə öz hesabına işlədiyi müəssisədən ödənişsiz məzuniyyətdə olmuşdur. Bu dövrdə dolanışıq atanın təqaüdü hesabına təmin edilmişdir. Atası xx.xx.2000-ci il tarixdə Nərimanov rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edərək qızının ona quluq göstərməsi ilə əlaqədar pensiya təminatının verilməsini xahiş etmişdir. Atasına qulluq göstərməyi Nərimanov rayonu 20 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışda da öz əksini tapmışdır. Həmçinin həmin halı qonşuları da təsdiq edə bilər. Atasına qulluq etmə faktının müəyyən edilməsində niyyət sığorta stajına qulluq müddətini daxil edilməsi məqsədi daşıyır. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi (qardaşı) Nümayəndə ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə 2011-ci ildə qonuşu olmuş və Ərizəçi 2011-ci ildən 2013-cü ilədək, yəni ərizəçinin atası vəfat edənədək atasına qulluq etmişdir. Ərizəçinin atası gözdən əlil idi. İş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə 2005-ci ildən qonşu olmuş, daha sonra ərizəçi təqribən 200 metr irəliyə köçmüşdür. Ərizəçi atasına baxmış, həyətdə gəzdirmiş və qulluq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. Anaları 2000-ci ildə vəfat etdikdən sonra atalarına Ərizəçi baxmış, həyətdə gəzdirmiş, dərmanların vermiş və qulluq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun bacısıdır. Ataları müharibə əlili olmuşdur. Bacısı Ərizəçi ərə getməmiş və atalarına qulluq etmişdir. İş materiallarında olan: "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Ərizəçi 1998-ci ilin dekabr ayı da daxil olmaqla əmək haqqı almış, 1999-cu ildən əmək haqqı almamışdır; Ərizəçi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.2007-ci il tarixdən "xxxx" ASC-dən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir; İ-ИЕ seriyalı, 646808 nömərli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Ağsu rayonunda doğulmuşdur. X1, anası X3r; 007691 nömrəli vəsiqənin surətindən görünür ki, X8 1-ci qrup əlildir; V-ЖГ seriyalı, 342584 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir; AZ-İ seriyalı, 601158 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir; X4 Nərimanov rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanladığı ərizənin surətindən görünür ki, arvadının vəfatını nəzərə alaraq, ona qulluq etdiyinə görə onunla bir ünvanda yaşayan qızı Ərizəçi təqaüd verilməsinin təmin edilməsini xahiş etmişdir; 20 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2000-ci il tarixli arayışının surətindən görünür ki, Ərizəçi X1 ilə birgə yaşayır və atasına qulluq edir; xx.xx.1961-ci il tarixli arayışdan görünür ki, X8 1-ci qrup gözdən əlildir, əmək qabiliyyətli deyil və kənar şəxslərin köməyinə ehtiyyacı var. Beləliklə, məhkəmə iclasında ərizəçinin, onun nümyəndəsinin izahatlarından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək atası 1-ci qrup əlil və qulluğa ehtiyyac olan şəxs X5 qulluq etmişdir. Ərizəçi pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin iş stajı müəyyən edilmədiyi üçün pensiyanın təyin edilməsindən imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.2-ci maddəsinə əsasən şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:1) həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); 2) həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); 3) hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). Sadalanan normaların və qeyd edilən hüquqi mövqenin hazırki mübahisəyə tətbiqi baxımından qeyd edilməlidir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, ərizəçinin qulluğa ehtiyyacı olan atasına qulluq etməsi onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi üçün əsas təşkil edir. Maraqlı şəxsin hüquqları qeydiyyatda almaqdan imtinasının əsaslarından biri də məhz ərizəçinin 25 il sığorta stajının olmamasıdır. Bu səbəbdən məhkəmə ərizənin məhkəmə icraatını mümkün hesab etmişdir. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində 1999-cu il tarixdən xx.xx.2013-cü il tarixədək atasına qulluq etməsi faktının müəyyən edilməsini xahiş etsə də, lakin şahid ifadələrindən və ərizəsindən müəyyən olur ki, ərizəçinin atasına əvvəllər arvadı qulluq etmiş, xx.xx.2000-ci il tarixdə vəfat etdikdən sonra isə, ərizəçi özü atasına qulluq etmişdir. Ərizəçi tərəfindən atasına qulluq etməsinin daha əvvəl baş verməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1929-cu il təvəllüdlü 1-ci qrup əlil olmuş X1na qulluq etməsi (göstərməsi) faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1929-cu il təvəllüdlü 1-ci qrup əlil olmuş X1na qulluq etməsi (göstərməsi) faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1729/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1729/2024
24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver