Məhkəmə qərarları › İş №2(005)-1732/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1732/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1732/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən müvafiq sənədlərin ona verilməsi barədə üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən müvafiq sənədlərin ona verilməsi barədə üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının və həmin mənzilə dair "Cavabdeh" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış)verilməsi öhdəliyi cavabdeh "Cavabdeh" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "Cavabdeh" MTK arasında bağlanmış 04 aprel 2013-cü il tarixli müqaviləyə əsasən "Cavabdeh" Mənzil Tikinti Kooperativi VÖEN (**********) mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksinin 2-ci binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 121.03 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzili payçıya yəni İddiaçı verməyi, müqaviləninh 2.2-ci bəndinə əsasən payçı isə tikinti işlərinin dəyərinin bu müqavildə nəzərdə tutulmuş qaydada ödənilməsini və mənzili icraçıdan yəni "Cavabdeh" Mənzil Tikinti Kooperativində qəbul edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı tərəfindən icra ediləcək tikinti işlərinin bir kv.metrinin dəyəri 800 manat olmaqla ümumilikdə 96824 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin 3.1-ci bəndində göstərilən vəsaitin ödənilməmiş 59.69 % hissəsi 56824 manat Payçının "xxxx" ASC-nin Mərkəz filialı ilə imzaladığı ipoteka müqvailəsinə əsasən götürdüyü kredit hesabına ödənilə bilər. Bu ipoteka müqaviləsi imzalandıqdan 3 iş günü ərzində mənzilin ümumi dəyəri payçı tərəfindən tam ödənilməlidir. Cavabdeh "Cavabdeh" MTK arasında bağlanmış 04 aprel 2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən onunla "xxxx" ASC- nin Mərkəz filialı arasında 05.04.2013-cü il tarixdə kredit və ipoteka müqaviləsi bağlanmış və mənzilin dəyərindən ödənilməmiş 56824 manat 3 iş günü ərzində "Cavabdeh" MTK-nın hesabına ödənilmişdir. Kredit müqaviləsi üzrə məbləğ vən ona hesablanmış faizləri Banka tam olaraq ödəmiş və həmin kredit müqaviləsi üzrə 01.09.2020-ci il tarixə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Mənzilin dəyəri tam olaraq ödənildiyindən həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edən zaman, ümumi yığıncağın protokoldan çıxarış və maliyyə arayışı tələb olunduğundan, cavabdeh "Cavabdeh" MTK-na müraciət edərək, protokoldan çıxarış və maliyyə arayışının verilməsini tələb etmişdir. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh protokoldan çıxarış və maliyyə arayışının verilməsindən əsassız olaraq imtina edir və müraciətlərini ümumiyyətlə hər hansı formada cavablandırmır. Hesab edir ki, "Cavabdeh" MTK inzibati orqan olmadığından, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı inzibati akt olmadığından, hazırkı iddia tələbinə mahiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılmalıdır. ünvan 1 ünvanında yerləşən mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının və həmin mənzilə dair "Cavabdeh" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış)verilməsi öhdəliyi cavabdeh "Cavabdeh" Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı 25.05.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, ünvan 1 ünvanında yerləşən mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının və həmin mənzilə dair "Cavabdeh" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının qərarından (protokoldan) çıxarış verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, vəkilə hüquqi yardımı üçün ödədiyi 150 (bir yüz əlli manat) məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdeh “Cavabdeh" Mənzil-Tikinti Kooperativindən tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 28 aprel 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 30.04.2013 tarixində 18/04-131 saylı Razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların (Mərkəzi qazanxana və isti su / istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2178.54 AZN məbləğində ödənilməsi, cavabdehdən binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 1885,40 AZN ödənilməsi, zaminlik xidmətləri üçün illik 350 AZN olmaqla muzd - 7 il üçün hesablanmış 2450 manat, idarəedici ilə kommunal xidmətlərin göstərilməsinə dair müvafiq müqavilənin bağlanması öhdəliyinin qoyulması İddiaçı məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili X2 ayrı-ayrılıqda izahat verərək ilk iddia tələbinin təmin edilməsi,qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(005)-1732/2021 saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşıqlılı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-kooperativ ilə İddiaçı -payçı arasında bağlanmış 04 aprel 2013-cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, «İcraçı» mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi - 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 2-cı binanın 1-cu mərtəbəsində öz materiallarından, öz gücü və vəsaiti hesabına «Payçı» üçün ümumi sahəsi 121,03 kv.metr olan, biri birindən tam təcrid edilmiş 3 otaqdan ibarət daxili arakəsmələrin, qiriş dəmir seyf qapısını qoymuş, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya xətlərinin çəkilmiş, pəncərələrini qoymuş və şüşələmiş, divarların suvaqlanmış vəziyyətdə olan 6 nömrəli mənzili (bundan sonra «Mənzil») «Payçı»ya verməlidir (2.1 bənd) «Payçı» aparılan tikinti işlərinin dəyərinin bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsini və «Mənzil»i «İcraçı»dan qəbul edilməsini öhdəsinə götürür (2.2 bənd). «Mənzil»in «İcraçı»dan qəbulu Tərəflərin imzası ilə təsdiq edilən təhvil-təslim aktı ilə rəsmiləşdirilir. «Mənzil»in qəbulu zamanı aşkar edilmiş nöqsanlar «İcraçı» tərəfindən razılaşdırılmış müddət ərzində aradan qaldılılır (2.3 bənd). Bu Müqaviləyə əsasən «İcraçı» tərəfindən icra ediləcək tikinti işlərinin bir kv. metrinin dəyəri 800 (səkkiz yüz) AZN, ümumi dəyəri isə 96.824( doxsan altı min səkkiz yüz iyirmi dörd) AZN məbləğində müəyyən edilir (3.1 b). Müqavilənin 3.1.-ci bəndində göstərilən vəsaitin 41,31 %-ni təşkil edən 40000 AZN payçının şəxsi vəsaiti hesabına nəğd pulla İcraçının xəzinəsinə və ya İcraçının təqdim etdiyi hesabda göstərdiyi hesablaşma hesabına köçürmə yolu ilə ödənilir. Nəğd ödənişlərin həyata keçirilməsi «İcraçı» tərəfindən təqdim edilən qəbzlərlə təsdiq olunur. Bank köçürməsi yolu ilə həyata keçirilən ödənişlər isə Bank tərəfindən verilən qəbzlərin əsli «Payçı» tərəfindən «İcraçı»ya təqdim olunmalıdır (3.2 b). 01.08.2020-ci il tarixli MXK 0385№-li xxxxnın arayışından görünür ki, xxxx ASC Müştəri xidməti departamenti ilə İddiaçı (ş/v: AZF0******* , FİN- xxxxxxx ) arasında bağlanmış 05.04.2013cü il tarixli 4882 saylı kredit müqaviləsinə əsasən (h/n: ********************) Bakı şəhəri, Nərimanov rayonu,Əliyar Əliyev küçəsi 65,1990-cı məhəllə, 2 saylı bina, 6 saylı 3 otaqdan ibarət ümumi sahəsi 121.03 kv.m olan mənzilin əldə edilməsinə görə 56,824.00 (əlli altı min səkkiz yüz iyirmi dörd, 00 ) manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 01.09.2020-ci il tarixinə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. 16.09.2020-ci il tarixli İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, MTK ilə aralarında bağlanmış 04 aprel 2013-cü il tarixli müqaviləyə əsasən MTK-nın Əliyar Əliyev küçəsi 1990-cı məhəllə, bina 2, 6 saylı mənzil onun mülkiyyətinə verilmişdir. Onun tərəfindən həmin mənzilin dövlət reyestrindən çıxarışının əldə edilməsi üçün onu müvafiq protokoldan çıxarış və maliyyə arayışı ilə təmin edilməsini xahiş etmişdir. 03.11.2020-ci il tarixli İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, MTK ilə aralarında bağlanmış 04 aprel 2013-cü il tarixli müqaviləyə əsasən MTK-nın Əliyar Əliyev küçəsi 1990-cı məhəllə, bina 2, 6 saylı mənzil onun mülkiyyətinə verilmişdir. Tərəfindən həmin mənzilin dövlət reyestrindən çıxarışının əldə edilməsi üçün müvafiq protokoldan çıxarış və maliyyə arayışı ilə təmin etməyinizi təkrar olaraq xahiş edir. Əlavə olaraq çatdırır ki, müraciəti təmin edilmədiyi halda digər müvafiq instansiyalara müraciət hüququndan istifadə edəcək. 03 fevral 2021-ci il tarixli 16140 nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. 24 may 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı vəkilə hüquqi yardıma görə 150 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksinin 2-ci binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 121.03 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzili payçıya yəni İddiaçı verməyi, müqaviləninh 2.2-ci bəndinə əsasən payçı isə tikinti işlərinin dəyərinin bu müqavildə nəzərdə tutulmuş qaydada ödənilməsini və mənzili icraçıdan yəni "Cavabdeh" Mənzil Tikinti Kooperativində qəbul edilməsini öhdəsinə götürmüşdür. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının və həmin mənzilə dair "Cavabdeh" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının qərarından (protokoldan) çıxarış verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksinin 2-ci binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 121.03 kv.metr olan 3 otaqdan ibarət 6 saylı mənzilə dair iddiaçı şəxs tərəfindən tam ödəniş edilmiş, lakin cavabdeh kooperativ iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını, maliyyə arayışını verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və maliyyə arayışını təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçınun hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının və həmin mənzilə dair "Cavabdeh" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının qərarından (protokoldan) çıxarış verilməsi cavabdeh kooperativin üzərinə öhdəlik kimi qoyulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddiaçı tərəfindən ödənilmiş 10 (otuz) manat məbləğində dövlət rüsumu və 150 manat məbləğində hüquqi yardıma görə ödənilmiş dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı və həmin mənzilə dair "Cavabdeh" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının qərarından (protokoldan) çıxarış verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Hüquqi yardım üçün ödənilmiş 150 (bir yüz əlli manat) məbləğində pul və 10 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar