Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1737/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024cti il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmri və onun əsasında verilmiş Laçın rayon 9 nömrəli tam orta məktəbin xx.xx.2024-ci il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Laçın rayon 9 nömrəli tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə işə bərpa edilməyi və onu məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Laçın rayon 9 nömrəli tam orta məktəbdə dil ədəbiyyat ixtisası üzrə müəllim təyin edilmişdir. Lakin Laçın rayon 9 nömrəli tam orta məktəbin 34 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmrin əsası kimi xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və AR Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmri göstərilmişdir. Sertifikatlaşdırma pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlı lığının yoxlanılması prosedurunu tənzimlənməsinə xidmət edir. O qeyd edir ki,2000-ci ildən dil ədəbiyyat müəllimi işləyir, bütün peşə fəaliyyəti zamanı əmək vəzifələrini ən yüksək səviyyədə icra etmiş, əzmlə çalışmışdır. Sertifikallaşdırmanın keçirildiyi tarixdən 3 gün əvvəl barmağında əməliyyat aparılmışdır. Bundan əlavə, anadangəlmə ürək qüsuru, ürəkqan dövranı çatışmazlığı səbəbi ilə açıq ürək əməliyyatı keçirmişdir.İmtahan zamanı müvəffəqiyyət qazanmağına təsir edərək, müəyyən olunmuş keçid balını toplaya bilməmişdir. O, Laçın rayonundan məcburi köçkün düşərək, Xəzər rayonu. Şüvəlan qəsəbəsi. “Ay işığı” sanatoriyasında 4 nəfər ailə üzvü ilə müvəqqəti məskunlaşmışdır. 2012, 2014 və 2016-cı il təvəllüdlü 3 azyaşlı övladı var. Həyat yoldaşı kitabxanada işləyir və 345 manat məbləğində əmək haqqı alır. Başqa gəlir yeri yoxdur.Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifıkatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifıkatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Hesab edir ki, peşə fəaliyyəti zamanı qazandığı 24 illik iş təcrübə, yuxarıda göstərilənlər üzrlü səbəb kimi nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə keçirilmiş sertifikallaşdırmanın nəticələri, AR Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-69/3- 2-13 172024 nömrəli və onun əsasında verilmiş Laçın rayon 9 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 34 nömrəli əmrləri ləğv edilərək onun pedaqoji fəaliyyəti bərpa edilə və yenidən sertifıkatlaşdırmada iştirakı təşkil edilməsi üçün şərait yaradıla bilər. Cavabdehin etiraz ərizəsi və onun dəlilləri Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuş, bildirmişdir ki, iddiaçı öz ərizəsində sertifikatlaşdırmanın keçirildiyi tarixdən üç gün əvvəl barmağında cərrahi əməliyyat aparıldığını və anadangəlmə ürək qüsuru səbəbilə açıq-ürək əməliyyatı keçirdiyini qeyd etmişdir. İddiaçının bildirdiyinə görə, bu tibbi müdaxilələr onun sertifikatlaşdırma imtahanında müvəffəqiyyət qazanmasına mane olmuş və nəticədə keçid balını toplaya bilməməsinə səbəb yaratmışdır. İddiaçı birinci sertifikatlaşdırma imtahanında 30 baldan aşağı, – 26 bal toplayaraq imtahandan keçməmişdir, daha sonra ikinci dəfə, yəni xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında isə 22 bal toplamış və bununla da təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. İşçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. 08 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşdırma keçirilmiş, iddiaçı isə təkrar sertifikatlaşdırmada iştirak etmişdir. Beləliklə, təkrar sertifikatlaşdırma imtahanı məcburi bir prosesdir və iddiaçının bu imtahanda iştirak etməsi məcburi olmalıdır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi QAYDANİN 5.2-ci bəndi ilə xəstəlik vərəqəsi müddətində olan təhsilverənlərə bir dəfə xüsusi güzəşt nəzərdə tutulmuş və vurğulanmışdır ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən və iştirak edib uğursuz olan şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. QAYDADA istənilən səbəbdən təkrar sertifikatlaşdırmada iştirak etməyən və iştirak edib uğursuz olan şəxslərin sertifikatlaşdırmadan keçməmiş hesab olunduğu qeyd olunmuşdur ki, iddiaçı da təkrar sertifikatlaşdırmada iştirak etmiş və onun barəsində sertifikatlaşdırmanın nəticələrinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barəsində xx.xx.2023-cü il tarixli 3-29/3-2- 537F/2023 nömrəli əmri tamamilə qanuni olmuşdur. Həmin qərarın 5.3-cü maddəsinə əsasən ki, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. İşçilərin üzrlü səbəblərdən sertifikatlaşdırma imtahanında müvəffəqiyyət qazanmasına mane olan hər hansı bir problemi sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması və onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70- ci maddəsinin “c” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmrinə əsaslanaraq, Laçın rayonu 9 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə ləğv edilməsi əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-13F/2024 saylı, 27 iyun 2024-cü il tarixli əmrinin ləğv edilməsi və onun Laçın rayonu 9 nömrəli tam orta məktəbdə azərbaycan dili və ədbiyyat müəllimi ixtisası üzrə işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul etməklərini xahiş etmişdir. Eyni zamanda cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur. Ərizədə bildirilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin surəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ona verilməsi üçün tədbirlər görülmüşdür. Həmçinin “Əmək və məşğulluq” alt sistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş qeydiyyata alınmış və işçiyə bu barədə dərhal məlumat göndərilmişdir. İddiaçı 27 iyun 2024-cü il də tarixdə əmrin surətini və əmək kitabçasını götürməsinə, mediasiya arayışını 19 avqust 2024-cü il tarixdə, Abşeron Rayon Məhkəməsindən aidiyyət qaydalarının pozulmasına görə iddia ərizəsinin geri qaytarılması ilə bağlı qərardadını isə 24 sentyabr 2024-cü il tarixdə almasına baxmayaraq 07 fevral 2025-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296- cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə görə isə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X7 iddia tələbini qəbul etməmiş nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, iddiaçının iddia müddətini ötürdüyünü bildirdi. Qeyd etdi ki, iddia mahiyyəti üzrə əsaslı deyil, iddiaçını işəgötürən kimi direktor işə götürüb və işəgötürmə ilə bağlı əmr direktor tərəfindən verilib. Həmçinin qeyd etdi ki, əmək bildirişini və əmək müqaviləsinə xitam verilmə barədə əmr direktor tərəfindən imzalanıb. Bundan başqa, iddiaçıya sertifikasiyada iştirak üçün iki dəfə şans verildiyini qeyd etdi. Qeyd edilənlərin nəzərə alınmasını, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavadeh Cavabdeh2 nümayəndəsi X8 iddia tələbini qəbul etmədiklərini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İdiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin mahiyyətinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materialları - Laçın rayonu 9 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” barədə 34 №-li Əmrdən görünür ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü ıl tanxındə keçirilmiş təkrar sertifikatlaşdırmada Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilvərənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhisl-verənlərin sertifikatlaşdırma Qaydası» ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Laçın rayonu 9 nömrəli tam orta məktəbin azərbaycan dili, ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 İyun 2024-cü il tarixdən ləğv edilmişdir. - Laçın rayonu 9 nömrəli tam orta məktəbin direktoru X4 tərəfindən xx.xx.2024-cü il tarixli,Əmək müqaviləsinə xitam verilməsi barədə Əmr №34 görünür ki, Laçın rayonu üzrə təhsil sektoru/Ümumi təhsil müəssisələri/Laçın rayonu 9 nömrəli tam orta məktəbi bölməsində "Ədəbiyyat Müəllimi" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə.«AR ƏM min 70. "c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbuledildikdə» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmiş,işçinin xx.xx.2022 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 45 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi,İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi barədə əmr vermişdir. - ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı ali təhsillidir. Əmək kitabçası xx.xx.2000-ci ildə təsdiqini tapmışdır. - ******* nömrəli Əmək Kitabçasına əlavə olaraq iş haqqında məlumatdan görünür ki,xx.xx.2000-ci il Əmr №91 əsasən Qədirova X5 rayonu 126 saylı məktəbə ədəbiyyat müəllimi təyin edilmişdir. - ******* nömrəli Əmək Kitabçasına əlavə olaraq iş haqqında məlumatdan görünür ki, xx.xx.2002-ci il tarixində İddiaçı Əmr №184 əsasən yaşayış yerini dəyişdiyi üçün Kəlbəcər rayonu 126 saylı məktəbdə ədəbiyyat müəllimi vəzifəsindən öz ərizəsi ilə işdən azad edilmişdir. - ******* nömrəli Əmək Kitabçasına əlavə olaraq iş haqqında məlumatdan görünür ki,Əmr№1 əsasən, İddiaçı xx.xx.2002-ci il tarixdə Ağdam rayonu RTS-nin 01 saylı 2002-ci il tarixli əmrinə əsasən 149 saylı Ağdam köçkün orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin edilmişdir. - ******* nömrəli Əmək Kitabçasına əlavə olaraq iş haqqında məlumatdan görünür ki,xx.xx.2005-ci il tarixdə Əmr№ 157 əsasən,öz ərizəsinə əsasən 149 saylı Ağdam köçkün orta məktəbinə dil-ədəbiyyat müəllimi vəzifəsindən azad edilmişdir. - ******* nömrəli Əmək Kitabçasına əlavə olaraq iş haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2005-ci ildə Əmr№116 Laçın rayonu T.Ş.dən sərəncama göndərilmiş ali təhsilli dil ədəbiyyat müəllimi ixtisası üzrə müəllim təyin edilmişdir. - Silahlı Qüvvələrin Baş X15-Damar şöbəsi xx.xx.2018-ci il tarixli,çıxarış epikrizindən görünür ki, İddiaçı ürək-qan dövranı çatışmazlığı İİİ-İV sinif xəsətliyi səbəbi ilə fizoloji funksiyalarının bərpası üçün 3 (üç) ay mütləq məzuniyyət verilməli olduğu qeyd edilmişdir. - Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən ilkin medasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/10/2024- 00462 nömrəli arayışa əsasən, İddiaçı ilkin medasiya prosesində iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. - xx.xx.2024-cü il tarixli,Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzər bölməsi tərəfindən verilən 158/10 nömrəli arayışa əsasən İddiaçı ondan ötrü verilir ki,həqiqətən o,Xəzər rayonu,Şüvəlan qəsəbəsi,”Ay işığı” sanatoriyasında müvəqqəti məskunlaşmışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi 27 iyun 2024-cü il tarixli Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə əmrindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayevə), X11 Təhsii idarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil idarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X16 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil idarəsi (Günay Mahmudova), Cavabdeh2 (Fuad Bədəlov) və X1 İdarəsinə (Sənan Mənsimli) 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 İyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən ləğv edilməsini və bununia bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılmışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2 Hissə İ. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2. Hissə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Maddə 67, 1-ci hissə. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-c maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67-2, 1-ci hissə. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
20. Maddə 67-2, 4-cü hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76, 1-ci hissə. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83, 2-ci hissə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 84. Hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 84. Hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası Bənd 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36- 2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir; Bənd 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər; Bənd 4.3. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10- 1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. 1 Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, Məhkəmə iddia müddətinin tətbiqiqə etirazla bağlı cavabdehin ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin ərizəsi əsasladırılmamışdır. Cavabdeh iddia müdddətinin ötürülülməsini hər hansı üzrlü halla əlaqələndirə bilməmişdir.
İşə baxan məhkəmənin mövqeyi
Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Laçın rayon 9 nömrəli tam orta məktəbdə dil ədədbiyyat ixtisası üzrə müəllim təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş 8 iyun 2024-cü il tarixdə təkrar sertifikatlaşmadan iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2- 13F/2024 nömrəli əmri ilə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə əmr verilmişdir. Laçın rayon 9 nömrəli tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli 34 nömrəli əmri ilə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaradıcılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balı toplamaya bilməyən İddiaçı məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi kimi təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Hazırda İddiaçı AR Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-ci il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmri və onun əsasında verilmiş Laçın rayon 9 nömrəli tam orta məktəbin xx.xx.2024-ci il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, Laçın rayon 9 nömrəli tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə işə bərpa edilməyi və onu məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilmişdir. Həmin norma, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Bu normanın məzmunundan göründüyü kimi, həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: - a) müəssisə ləğv edildikdə; - b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; - c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; - ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; - d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; - e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə ilk növbədə iddia tələbinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmrinin ləğv edilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən əmr verilərkən əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Belə ki, mülki işin materiallarından görünür ki, iddiaçı 08 iyun 2024-cü il tarixdə keçirilmiştəkrar sertifikatlaşdırılma imtahanından keçə bilməmişdir. İddiaçı iddia ərizəsində xəstəliyi ilə bağlı imtahanda uğur qazanmamasına istinad etsə də, ilk növbədə qeyd edilməlidir ki, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normalardan görünür ki, pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasını tənzimləyən normalar (yəni “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” qaydası) yalnız bir dəfə üzürlü səbəblərdən sertifikatlaşdırma imtahanında iştirak etməməyi nəzərdə tutulmuşdur. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər isə üzürlü və üzürsüz olmasından asılı olmayaraq sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı isə təkrar sertifikatlaşdırma imtahanında iştirak etsə də, müvəfəqiyyət qazana bilməmişdir. Nəticədə iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmri qanuni və əsaslı olmuşdur. İddiaçının tələbinin dəlilləri isə subyektiv xarakter daşıyan formal mülahizələrdən ibarətdir və iddianın təmin edilməsi üşün əsas ola bilməz. Məhkəmə daha sonra Laçın rayon 9 nömrəli tam orta məktəbinin 27 iyun 2024-cü il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edilir ki, yuxarıda qeyd edilənlər tələbin bu hissədə də rədd edilməsi üçün əsasdır. Belə ki, orta məktəbinin direktoru tərəfindən qəbul edilən əmrdə Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13 F/2024 nömrəli əmrinə istinad edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi bu hissədə həm də ona görə təmin edilə bilməz ki, Laçın rayon 9 nömrəli tam orta məktəbi cavabdeh qismində cəlb edilməmiş, məktəbin əmri mübahisələndirilsə də, tələb həmin əmri qəbul etmiş məktəbə qarşı yönəlməmişdir. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqınının ona ödənilməsidir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının məcburi iş buraxmaya görə əmək haqq tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. İddia tələbləri rədd edildiyindən, məhkəmə “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibət bildirməyə zərurət olmadığı qənaətinə gəlir. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə və Cavabdeh2nə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə