Məhkəmə qərarları › İş №2(005)-176/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-176/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-176/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı – ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul tələbi” nə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi, istifadə hüququna maneçiliyin aradan qaldırılması, əmlakın təyinatının və plan sxemdəki quruluşun dəyişdirilməsinin cavabdehə qadağan edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul tələbi” nə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 31.080 manat alınaraq ödənilməsi barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması, daşınmaz əmlakdan istifadəyə maneçiliyin aradan qaldırlıması və mülkiyyət hüququnun müdafiəsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 37.500 manat pulun iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə (keçmiş F.Ağayev) b.5 ünvanında yerləşən, 137.90 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsindən ½ hissə payının naturada ayrılması və onun istifadəsinə verilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə (keçmiş F.Ağayev) b.5 ünvanında yerləşən, 137.90 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsindən istifadə hüququna cavabdeh tərəfindən olan maneçiliklərin aradan qaldırılması və Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə (keçmiş F.Ağayev) b.5 ünvanında yerləşən, 137.90 kv.m.sahəsi olan qeyri-yaşayış sahəsində əmlakın təyinatını və plan-sxemdəki qurluşunu dəyişməyin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonuncu dəfə qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh İddiaçı 37.500 manat pulun, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə (keçmiş F.Ağayev) b.5 ünvanında yerləşən 137.90 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsindən istifadə hüququna cavabdeh tərəfindən olan maneçiliklərin aradan qaldırılması, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə (keçmiş F.Ağayev) b.5 ünvanında yerləşən, 137.90 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsində əmlakın təyinatını və plan sxemdəki qurluşunu dəyişməyin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mərhum X1nun xüsusi mülkiyyətində olmuşdur. X1 xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 2017-ci ildə notariat kontoruna vərəsəlik hüququnun tanınması ilə bağlı iddiaçı və cavabdeh olan bacısı müraciət etmişdir və notariat kontorunda xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmışdır. Notariat kontorunun xx xxxxx 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsinin 1/2 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir. Dövlət reyestri xidməti tərəfindən həmin əmlakın 1/2 hissəsinə çıxarış verilmişdir. Həmin əmlakın 1/2 hissəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq Cavabdeh miras əmlakı xx.xx.2017-ci il tarixdən bu günədək tək idarə etmiş və bütün gəlirləri tək əldə etmişdir. Bununla bağlı Cavabdeh qarşı "cavabdehin təkbaşına istifadə etdiyi qeyri-yaşayış sahəsinin boşaldılaraq istidəyə verilməsi,obyektdən təkbaşına istifadə müddətini müəyyən edərkən mirasın açıldığı gündən, yəni xx.xx.2017-ci il tarixdən, obyektin cavabdeh tərəfindən boşaldılaraq iddiaçının təkbaşına sahibliyinə veriləcəyi günə, yəni cavabdehin təkbaşına fayda götürdüyü müddətdə bərabər müdət müəyyən edilməsi" tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-166/2019 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin mülki iş üzrə ünvan 4 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gəlirinin əldə edilməsi üçün ekspertiza təyin edilmişdir. “MBA LTD’ konsaltinq və Qiymətləndirmə Şirkətinin 12/032 nömrəli, xx.xx.2019-cu il tarixli ekspertinin rəyindən görünür ki, Cavabdeh ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyriyaşayış sahəsini işlətdiyi dövrdə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdək gəlirləri (dövriyyəsi) 126.718 manat, Cavabdeh ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsini işlətdiyi dövrdə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdək mənfəəti 31 080 manat, qeyd olanan dövrdə orta hesabla aylıq mənfəət 2.590 manat təşkil edir. Cavabdeh ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsini işlətdiyi dövrdə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdək mənfəəti 31.080 manat olmuşdur, hazırda xx.xx.2019-cu il tarixədək mənfəəti 62.160 manat olmuşdur. ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsinə eyni hüquqa malik olduğundan və cavabdehin vərəsəlik işi açıldığı gündən iddiaçının həmin əmlakdan istifadə etməyi imkan vermədiyindən 62.160 manat bölünərək Cavabdeh 31.080 manat alınaraq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabazadə (keçmiş F.Ağayev) b.5 ünvanında yerləşən, 137.90 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi paylı xüsusi mülkiyyət hüququ ilə ½ hissə ilə ona ½ hissə ilə cavabdehə məxsusdur. Cavabdeh həmin qeyri-yaşayış sahəsini zəbt edərək cavabdehi oraya buraxmır və mülkiyyətçi kimi hüquqlarını pozur. Bundan başqa, cavabdeh orada təmir-tikinti, quraşdırma işləri aparmaqla əmlakın təyinatını və plan-sxemdəki quruluşunu dəyişməkdədir. Cavabdeh yarısı iddiaçıya məxsus olan və cavabdehin mülkiyyətində olan həmçinin verilməli olan həmin sahəni cavabdehin mülkiyyətinə vermək əvəzinə qanunsuz və heç bir əsas olmadan üçüncü şəxslərə verib ki, bu da cavabdehin mülkiyyət hüquqlarının birbaşa pozuntusudur. Cavabdeh də eyni hüquq və payla məxsus olan obyektdə cavabdehdən icazəsiz və razılıqsız təmir işləri başaldığı üçün və orada təmir aparan şəxsin təmir aparmaq üçün əşyaları yerləşdiyindən, əmlak boşaldılaraq cavabdehə təhvil verilməlidir. Bu qanunsuz hərəkətləri ilə qarşı tərəf cavabdehə 65.000 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin məbləğin ½ hissəsi, yəni 37.500 manatını ondan cavabdehin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qarışılıqlı iddia üzrə iddiaçı- ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsi, qarışılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı idda qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçı Cavabdeh X4 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair Nəsimi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin surətindən görünür ki, ünvan 8 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2017-ci il tarixdən sahibkarlıq fəaliyyətini həyata keçirdiyini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsələri bacısı İddiaçı miras əmlakdan ½ hissədə, bacısı Cavabdeh miras əmlakdan ½ hissədə pay hüquqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli **********70-05101-083004 saylı saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi, b. 5 ünvanında yerləşən xüsusi mülkiyyət X2 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Cavabdeh ½ hissə pay hüququna və İddiaçı ½ hissə pay hüququna malikdirlər. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-166/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin təkbaşına istifadə etdiyi qeyri-yaşayış sahəsinin boşaldılaraq istifadəsinə verilməsi, iddiaçının obyektdən təkbaşına istifadə müddətini müəyyən edərkən mirasın açıldığı gündən, yəni xx.xx.2017-ci il tarixdən, obyektin cavabdeh tərəfindən boşaldılaraq iddiaçının təkbaşına sahibliyinə veriləcəyi günə qədər, yəni cavabdehin təkbaşına fayda götürdüyü müddətə bərabər müddət müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Yasamal rayonu, B.Vahabzadə, 5 ünvanda yerləşən paylı mülkiyyət üzrə İddiaçı icarəçi X11 ilə icarə müqaviləsi bağlamışdır. İş materiallarında olan Vergilər Nazirlyinin xx xxxxxx 2017-ci il tarixli **********215300 nömrəli məktubun surətindən görünür ki, Zahid Xəlilov küçəsi, ev 533 ünvanda yerləşən obyketdə hal-hazırda fərdi sahibkar Cavabdeh istirahət və əyləncələrin təşkili üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “oyun zalı” adlı təsərrüfat subyektinin xx.xx.2017-ci il tarixdə vergi orqanında uçota alındığı, eləcə də xx.xx.2017-ci il tarixdə sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində nəzarət-kassa aparatının qeydiyyata alındığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli **********01830 nömrəli Vergilər Nazirliyi yanında Bakı şəhəri X16 Departamentinin məktubundan görünür ki, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında yerləşdiyi və həmin ünvanda yerləşən obyektdə Cavabdeh sahibkarlıq fəaliyyəti göstərdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirlyinin xx xxxxxx 2017-ci il tarixli **********414400 saylı məktubun surətindən görünrür ki, fərdi sahibkar Cavabdeh xx.xx.2017-ci il tarixli ərizə əsasında ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsində **********-13001 kodu ilə vergi uçotuna alınmışdır. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli **********255000 saylı məktubdan görünür ki, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında yerləşən oyun zalı adlı obyektdə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən müəyyən edilmişdir. İş materialında olan xx.xx.2019-cu il tarixli ƏXM/519 saylı arayışın surətindən görünür ki, İddiaçı ünvan 11 Vahabzadə küçəsi) 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində 234 nömrəli reyester kitabının 22065 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 25397 nömrəli ekspert rəyinin nəticəsinə əsasən tədqiq olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin binanın zirzəmisində yerləşdiyini bir giriş-çıxış olduğunu nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə (keçmiş F.Ağayev) b.5 ünvanında yerləşən, 137.90 kv.m qeyri yaşayış sahəsinin təcrid şəkilində iki hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən elektrik enerjisinin istifadəyə görə istehlakçı İddiaçı istifadədə olan elektrik enerjisinə görə qarşılıqlı üzləşmə aktı aparılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********708200 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin müraciətə baxılması barədə məktubda qeyd edilmişdir ki, ünvan 12 ünvanında yerləşən Cavabdeh məxsus “oyun zalı” adlı obyektdə aidiyyəti vergi orqanı tərəfindən baxış keçirilmiş, lakin obyektin hal hazırda bağlı olduğu və fəaliyyəti göstərmədiyi aşkar edilmişdir. Uçot məlumat bazasına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə fəaliyyətinin dayandırılması barədə ərizə ilə vergi orqanına müraciət etməsi barədə məlumat mövcud olduğu göstərilmişidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********768400 nömrəli, məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə baş İdarəsi tərəfindən fərdi sahibkar Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan hesabat dövrləri üzrə sadələşdirlimiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləğləri aşağıdakı kimi olmuşdur: İyul 2017-0,00 manat, Avqust 2017-0,00 manat, Sentyabr 2017-550,46 manat, Oktyabr 2017 - 1.739,52 manat, Noyabr 2017-1458,71 manat, Dekabr 2017-1234,26 manat, Yanvar 2018-1634,78 manat, Fevral 2018-1553,86 manat, Mart 2018-2686,36 manat, Aprel 2018-2136,35 manat, May 2018- 1582,16 manat, İyun-2018-967,74 manat, iyul 2018-1164,21 manat, Avqust 2018-1362,78 manat, Sentyabr 2018-1773,46 manat, Oktyabr 2018-1184,20 manat, Noyabr 2018-1392,88 manat, Dekabr 2018-1793,60 manat, Yanvar 2019-1938,15 manat, Fevral 2019-2240,68 manat, Mart 2019-2821,17 manat, Aprel 2019-1228,54 manat, May 2019-2114,60 manat, İyun-2926,88 manat, İyul, Avqust və Sentyabr-0,00 manat. Ümumilikdə 36485,35 manat. İş materiallarında olan xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin 28-ci PB-nin İddiaçı cinayət işinin başalanılmasının rədd edilməsi haqqında qərarının surətində araşdırma zamanı izahatı alınmış X13 2016cı ilin təxminən iyun, iyul ayında dostu Rüfətlə Yasamal rayonu F.Ağayev küçəsi 5 ünvanında üzərində icarəyə verilir sözləri yazılmış obyekti götürüb icarəyə verən şəxslə əlaqə saxlayıb sonradan obyektin sahibi Nizami adlı şəxslə görüşüb ondan həmin obyekti iki il əvvəl şifahi razılıq əsasında icarəyə götürüb istifadə etməyə başladığını bildirmişdir. İzahatında o, həmiçinin bildirmişdir ki, bundan bir müddət sonra, yəni həmin ilin sentyabr ayının 11-də obyektin sahibi Qədirov Nizami yazılı olaraq müqavilə hazırlayıb bacısı Nüşabə ilə birlikdə obyektə gəlib xəstə olduğundan gəldiyi avtomaşının içərisində gətirdiyi müqaviləni əvvəlcə özü sonra onlara imzalatdıraraq bundan sonra fəaliyyətlərini davam edib hər ay 2000 min manat icarə haqqı sahibi Nizamiyə vermişlər. 2017-ci ilin iyul ayının 3-də obyektin sahibi Nizami vəfat etmiş, bundan bir gün sonra Nizaminin bacısı Natavanın obyektə gəlib hər ay qardaşı Nizamiyə verilən 2000 min manat icarə pulu həmin vaxtdan sonra ona verəcəklərini bildirib əks halda obyekti onlardan alacağını söyləmişdir. R.Əsgərov ona obyektlə bağlı sənəd təqdim etməsini bildirsə də Natavanın heç bir sənəd təqdim etmədiyini və obyektə səs küy salıb müştəriləri obyektdən qovduğundan həmin vaxtdan obyektin istifadəsi dayanmışdır. Bundan sonra onlar məhkəməyə müraciət edib təkrar obyekti istifadə etməyə razılıq alıb təxminən 15-20 gün istifadə etdikdən sonra obyektin sənədləri qaydasında olmadığından obyektin fəaliyyətini dayandırmışlar. X9 əlavə bildirmişdir ki, müqavilədə olan imza obyektin sahibi mərhum Nizami Qədirov tərəfindən imzalanmışdır. Araşdırma zamanı X8 eyni məzmunlu izahat verərək xx.xx.2016-cı il tarixdə X5 onlara verdiyi obyektin qarşısına gələrək özü ilə gətirdiyi icarə müqaviləsinə əvvəlcə özü sonra isə onların imzaladığı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mərhum X1nun xüsusi mülkiyyətində olmuşdur. X1 xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 2017-ci ildə notariat kontoruna vərəsəlik hüququnun tanınması ilə bağlı iddiaçı və cavabdeh olan bacısı müraciət etmişdir və notariat kontorunda xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmışdır. Notariat kontorunun xx xxxxx 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsində 1/2 hissəsində tərəflərin payı müəyyən edilmişdir. Dövlət reyestri xidməti tərəfindən həmin əmlakın 1/2 hissəsinə çıxarış verilmişdir. Cavabdeh digər vərəsələrin gəlməsini gözləmədən mirasa sahiblik etməyə və onu idarə etməyə başlamışdır. Miras əmlakı 2017-ci ilin iyul ayından başlayaraq iddiaçının iddia ərizəsində qeyd etdiyi son tarixdə, yəni xx.xx.2019-cu il tarixdə də tək idarə etmiş və bütün gəlirləri tək əldə etmişdir. Sonradan ilkin iddiaçı X6 əmlakın onun razılığı olmadan idarə edilməsindən məlumatlı olmuş və həmin əmlakla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Bundan sonra qarşılıqlı idda üzrə cavabdeh X6 da ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsində olan əmlakda təmir bərpa işləri aparmağa başlamışdır. Bu hal məhkəmə iclasında mübahisələndirildiyindən iddianı təmin etmə tədbiri kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 11 Vahabzadə) 5 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsində təmir-bərpa və yenidən qurma işlərinin aparılması qadağan edilmişdir. Məhkəmə ilkin iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və isitfadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Həmin Məcəllənin 215.3.1-ci maddəsinə görə əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; Həmin Məcəllənin 215.3.2 -ci maddəsinə görə əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydanı geri qaytarma vəzifəsi daşıyır. Həmin Məcəllənin 1249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin 1250-ci madəsinə əsasən əgər qanun üzrə vərəsə vəsiyyətnamənin olduğunu bilmədən mirasa sahiblik etməyə başlayarsa, vəsiyyət üzrə vərəsə isə vəsiyyətnamənin etibarsız olduğunu bilməzsə və ya qanun üzrə və vəsiyyət üzrə vərəsələr qanun üzrə daha yaxın vərəsələrin olduğunu və ya başqa vəsiyyətnamənin olduğunu bilməzlərsə, iddia qaldırılanadək mirasdan aldıqları gəlir onlara qalır; onlar mirasa qoyduqları bütün kapitalı da tələb edə bilərlər. Sadalanan qanunvericlik əsaslarından göründüyü kimi digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. İşin hallarından aydın olur ki, ilkin iddia üzrə Cavabdeh ünvan 8 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2017-ci il tarixdən digər vərəsə X3 gəlməsini gözləmədən mirasa sahiblik etməyə və onu idarə etməyə başlamış, sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə etmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə X6 həmin əmlaka vərəsəlik şəhadətnaməsi almışdır. Bu hal iddiaçı Cavabdeh X4 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair Nəsimi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin surətilə də təsdiqini tapır. Belə ki, ünvan 8 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2017-ci il tarixdən sahibkarlıq fəaliyyətini həyata keçirdiyini etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********768400 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən fərdi sahibkar Cavabdeh tərəfindən təqdim edilmiş VÖEN üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həmin əmlakı idarə etdiyi müəyyən edilmişdir. Həmin məktubla hesabat dövrləri üzrə sadələşdirlimiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləğlərinin ümumi olaraq 36485,35 manat olduğu qeyd edilmişdir. İşin hallarından o da görünür ki, ünvan 8 5 ünvanında yerləşən 137,9 kv.m olan qeyriyaşayış sahəsinə Cavabdeh xx.xx.2019-cu il tarixdə, X6 xx.xx.2019-cu il tarixdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyət hüququ əldə etmişlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilkin iddia üzrə iddiaçı X6 əldə edilmiş gəlirin 2/1 hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 36485,35 manat əldə edilmiş gəlirin 2/1 hissəsi, yəni 18242,67 manat məbləğində pul iddiaçı X3 xeyrinə cavabdehdən tutulmalıdır. Qarşılıqlı iddia tələbinə dair gəldiyi nəticəni məhkəmə aşağıdakılarla əsaslanıdırır. Qarşılıqlı iddia tələbinin Cavabdeh məxsus 2/1 hissənin istifadə edilməsi və təyinatının dəyişdirilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi ünvan 8 5 ünvanında yerləşən 137,9 kv.m olan qeyri-yaşayış sahəsində təmir tikinti işləri cavabdeh İddiaçı tərəfindən aparılmağa başlanmışdır. Bu hal məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapdığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 137,9 kv.m qeyri-yaşayış sahəsində təmir-bərpa və yenidən qurma işlərinin aparılması qadağan edilmişdir. Qarşılıqlı iddia tələbində iddiaçı cavabdehdən 37500 manat məbləğində pulu və maneçiliyin aradan qaldırılmasını tələb etsə də bu barədə iddianın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə görə məhkəmə qarşılıqlı iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumuna dair tələb olmadığından tərəflərə aid edilməli, Cavabdeh tərəfindən ekspertizanın keçirilməsi xahiş edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul ondan tutularaq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia və qarşılıqlı iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 18242,67 (on səkkiz min iki yüz qırx iki manat, 67 qəpik) manat pul məbləği ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi, B5 ünvanda yerləşən 137,9 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 2/1 hissəsinin istifadə edilməsi, təyinatının dəyişdirilməsi cavabdeh İddiaçı qadağan edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar