Məhkəmə qərarları › İş №2(005)-1770/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1770/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1770/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X13, İddiaçı1, onun vəkili X42 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Cavabdeh2na qarşı (LPO “xxxx” ASC, “xxxx” İstehsalat Müəssisəsi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək,"xxxx" MMC-nin 24.01.2024-cü il tarixli Qiymətləndirmə Hesabatının ləğv edilməsi, Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, həmin protokolun nəticəsinə tələbkar banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 fevral 2015-ci il tarixində Cavabdeh2 sifarişi ilə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçılara məxsus olan 5 adda daşınar əmlakın və ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin (Xanlar rayon İstehsalat kombinatı) Cavabdeh3 açıq hərracda satılması təşkil edilmişdir. Aşağıda göstərilənlərə əsasən Hərrac təşkilatının açıq hərracın yekunları barədə 26 fevral 2015-ci il tarixli 11/01 və 11/02 nömrəli protokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, "xxxx" SKB ilə bağlanmış 08 dekabr 2006-cı il tarixli 26 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" İstehsalat Müəssisəsi 300.000 (üç yüz min) manat kredit götürülmüşdür. Kreditin təminatı kimi iddiaçı Orucov X59 bağladığı 10 yanvar 2007-ci il tarixli 26A nömrəli ipoteka müqaviləsinə əsasən Xanlar şəhəri H.Əliyev küçəsi 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksi girov qoyulmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4((84)-750/2012 saylı 19 iyun 2012-ci il tarixli qətnaməsinə və 06 may 2013-cü il tarixli icra vərəqəsinə əsasən hərrac təşkil olunmuşdur. Hərrac təşkil olunarkən iddiaçıya məxsus daşınmaz əmlakda yerləşən daşınar əmlaklar icra məmuru tərəfindən siyahıya alınmış və daşınar əmlakların üzərinə həbs qoyulması üçün Göygöl Rayon Məhkəməsinə təqdimat verilmişdir. Göygöl Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli 8(066)-214/2013 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Buna baxmayaraq iddiaçıya məxsus olmayan daşınar əmlak hərraca çıxarılaraq dəyərindən çox aşağı qiymətə satılmışdır. İddiaçı daşınar əmlakaları icarə əsasında istifadə etdiyini və bu barədə icarə müqavilələri Cavabdeh2na təqdim etməsinə baxmayaraq icra məmuru Anar Zeynalov hərracı davam etdirmişdir. Həmçinin hərracın keçirilməsi barədə bildirişlər bizə göndərilməmişdir. Buradanda bu nəticəyə gəlmək olar ki hərrac Mərkəzi və Bank bizim məlumatsız qalmağımızda marağı olmuşdur. Birinci instansiya məhkəməsi "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununun 28, 45.1, 51.1-ci maddələrinin tələblərini pozaraq iddiaçıların qanuni qüvvəyə minmiş qətnaməyə əsasən verilmiş icra sənədi üzrə borclu olmasına, mübahisəli əmlaklrın "xxxx" MMC tərəfindən qiymətləndirilməsi zamanı onların iştirakının təmin edilməməsinə, onlara bu barədə hər hansı yazılı bildiriş göndərilməməsinə, qoyulmuş qiymətin real bazar qiymətini əks etdirməməsinə əhəmiyyət verməmiş, bu barədə ekspertiza keçirib rəy alınmamışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdehlərə, habelə üçüncü şəxslər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh və üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı, 19 iyun 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” SKB-nin cavabdeh “xxxx” istehsalat müəssisəsinə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, “xxxx” istehsalat müəssisəsindən 08 dekabr 2006-cı il tarixli kredit müqaviləsinə əsasən 299.999,36 manat əsas borcun, 109.463,09 manat faiz borcunun, cəmi 409.462,45 manat məbləğində kredit pulunun, ödənilmiş dövlət rüsumu olaraq 20 manat pulun iddiaçı “xxxx” X39 xeyrinə tutulması və tutmanın cavabdehin hesablarında vəsait mövcud olmadıqda cavabdehin gəlirlərinə və əmlakına yönəldilməsi qət edilmişdir. İşin materiallarından aydın olur ki, həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Cavabdeh2na göndərilmişdir. Cavabdeh2 qiymətləndiricinin dəvət edilməsi haqqında 03 dekabr 2013-cü il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2- 4(84)-750/2012 saylı, 06.05.2013-cü il tarixli icra sənədi üzrə icraatda borclunun siyahıya alınmış əmlakının qiymətləndirilməsi məsələsinə baxılmış, Göygöl şəhəri, H.Əliyev prospekti 01-də yerləşən “xxxx” istehsalat müəssisəsinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi üçün mütəxəssis dəvət olunması, qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclərin borclunun üzərinə qoyulması qərara alınmışdır. Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin 03.03.2014-cü tarixli, 01/680 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən 5 adda daşınar əmlakın ilkin satış qiyməti 17.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 850 manat olmaqla hərraca çıxarılması və hərracın 14 mart 2014-cü il tarixdə saat 10:00- 13:00 və 14:00-17:00-da ünvan 3 ünvanında keçiriləcəyi barədə Cavabdeh2na, “xxxx” SKB-na və “xxxx” İstehsalat Müəssisəsinə məlumat verilmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətində “Xanlar şəhəri, H.Əliyev küçəsi, 1 ünvanında istifadədə olan 0.73864 ha toppaq sahəsində yerləşən 5865.5 kv.m ümumi, 4363.8 kv.m əsas, 1501.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Xanlar rayonu istehsalat kombinatı) ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, X43, X44, X45, X14, X1, X36, X50, X4, X46, X19, X20, X21, İddiaçı3 Sadiq oğlunun, X22. X29, X23, X24, X30, X2, X15, X31, X32, X33, X5, X51, X47, X37, X25, X38, X8, X48, X16, X17, X57, X34. X6, X7, X3, X26, X18, X9, X10, X27, X11, X35, X52 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır” qeyd olunmuşdur; “xxxx” MMC-nin 24.01.2014-cü il tarixli, 05 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Cavabdeh2 444/13 saylı, 03.12.2013-cü il tarixli sifariş məktubu, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı, 06.05.2013-cü il tarixli icra vərəqəsinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən “xxxx” MMC tərəfindən İddiaçı1 məxsus ünvan 5 ünvanda yerləşən əmlak kompleksinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 408.000 (dörd yüz səkkiz min) manat təşkil edir; Açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli, 11/01 nömrəli protokolunun surətinə əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı «19» iyun 2012-ci il tarixli, qətnaməsinə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı, «06» may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-10/15 saylı, 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 408.000 (dörd yüz səkkiz min) manat olan İddiaçı1 mülkiyyətindəki ünvan 5 ünvanda yerləşən istifadəsində olan 0.73864 ha torpaq sahəsində, yerləşən 5 865.5 kv.m ümumi, 4 363.8 kv.m əsas, 1 501.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Xanlar rayon istehsalat kombinatı) qeyri-yaşayış sahəsini 408.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir; Açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli, 11/02 nömrəli protokolunun surətinə əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı «19» iyun 2012-ci il tarixli, qətnaməsinə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı, «06» may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-10/15 saylı, 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 17.000 (on yeddi min) manat olan İddiaçı1 məxsus 5 adda daşınar əmlakı 17.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir; İddiaçı “xxxx” istehsalat müəssisəsi cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair qiymətləndirmə hesabatını mübahisələndirərək, iddiaçının əmlakının yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-1374/2014 saylı 30 may 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-424/2014 saylı, 16 sentyabr 2014-cü il qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(102)-10/2015 nömrəli, 16 sentyabr 2014-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X64-məruzəçi, X58 və X28, 2- 2(103)-424/2014 saylı iş 16 sentyabr 2014-cü il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 22.10.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli protokoluna əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)- 750/2012 saylı «19» iyun 2012-ci il tarixli, qətnaməsinə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2- 4(84)-750/2012 saylı, «06» may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-10/15 saylı, 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 408.000 (dörd yüz səkkiz min) manat olan İddiaçı1 mülkiyyətindəki ünvan 5 ünvanda yerləşən istifadəsində olan 0.73864 ha torpaq sahəsində, yerləşən 5 865.5 kv.m ümumi, 4 363.8 kv.m əsas, 1 501.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Xanlar rayon istehsalat kombinatı) qeyri-yaşayış sahəsini 408.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir; Açıq hərracın yekunları barədə 26.02.2015-ci il tarixli, 11/02 nömrəli protokolunun surətinə əsasən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı «19» iyun 2012-ci il tarixli, qətnaməsinə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-4(84)-750/2012 saylı, «06» may 2013-cü il tarixli icra vərəqəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-10/15 saylı, 07.02.2015-ci il tarixli qərarına, Göygöl rayon İQ-nun 444/13 saylı, 06.02.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 17.000 (on yeddi min) manat olan İddiaçı1 məxsus 5 adda daşınar əmlakı 17.000 manata qalib (alıcı) Cavabdeh3 əldə etmişdir; İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki olduğu yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən borclu “xxxx” istehsalat müəssisəsinin hüquqi ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki olduğu ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Şərh olunanlarla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İşin hallarından mübahisəsiz şəkildə aydın olur ki, iddiaçı mübahisələndirdiyi əqdlərin bağlamasından və onun mahiyyətindən məhz müqavilə bağlanan tarixdə yəni, 2015-ci il tarixdə xəbərdar olmuşdur; belə olan halda iddiaçının müvafiq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etdiyi qəbul edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Şərh olunanlara əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, mübahisələndirilən hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi hərracda əmlakı əldə edən şəxsin əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər Hazırkı iddia üzrə iddiaçı tərəf Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Buna görə də, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Cavabdeh2na qarşı (LPO “xxxx” ASC, “xxxx” İstehsalat Müəssisəsi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Cavabdeh2na qarşı (LPO “xxxx” ASC, “xxxx” İstehsalat Müəssisəsi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar