Məhkəmə qərarları › İş №2(005)-1772/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1772/2024

05.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1772/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli, 1436-VDQ nömrəli Qanununa müvafiq olaraq məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumları yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməldir. Məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz X3 və “Exprespay” Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə müvafiq olmalı, digər hər hansı formalı ödəniş qəbzləri qəbul edilməməlidir. İddia ərizəsindən görünür ki, iddianın qiyməti cəmi 2681,10 manat təşkil edir. Belə olan halda 46,82 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, cəmi 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzi “AZEMİS” Elektron Məhkəmə sisteminə əlavə edərkən, “Qəbz artıq istifadə olunub” yazısı qeyd olunur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 və X2 Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadılar, həmçinin MMMC-nin xidmət göstərdiyi bina Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin cavabdehlərin çox hissəsinin qeydiyyatda olduğu və xidmətlərin yerinə yetirilmiş ərazi üzrə məhkəmə müraciət edilməsi daha məqsədə müvafiqdir. Həmin Məcəllənin 152.2 və 152.4-cü maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMMC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar