Məhkəmə qərarları › İş №2(005)-1773/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1773/2021

29.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1773/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “xxxxnin ləğvi və yenidən bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus yaşayış sahəsinin düzgün ölçülüb hesablanmamasını nəzərə alaraq, aylıq kirayə pulunu 1000 (min) AZN, 150 (yüz əlli) kv.m yaşayış sahəsi, 100 (yüz) kv.m qeyri-yaşayış sahəsi "Cavabdeh" ASC ilə bağlanmış 15 may 2018-ci il tarixli "xxxx"nə əlavə olunmaqla yenidən bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında xüsusi mülkiyyətində evi olmuşdur. Ona məxsus evin texniki pasportu çıxarışı olmaqla, 600,0 kv.m həyətyanı sahəsi, həyətində 60(altmış)ədəd bar verən ağac,avtomobil qarajı,evimin yaşayış sahəsi 325,26 kv.m, 60kv.m, daş hasarla əhatələnmiş 12(on iki) yaşayış otağı olmuşdur. 15 may 2018-ci ildə "Cavabdeh" ASC-nın nümayəndələri Rofət Qafarov və Taleh İbrahimov onun yaşadığı mənzilə gələrək psixoloji və fiziki təzyiqlər göstərməklə, evdən çıxmağını tələb etdilər. Yaşadığı evin yaşayış sahəsini, köməkçi otaqları, həyətyanı sahəni, daş hasarı, avtomobil qarajını, bar verən ağaclarını ölçmə prosesində nəzərə almadılar və onun şəxsiyyətini alçaldan ifadələrlə təhdid etmişlər. Belə ki, "xxxx" ASC-nin nümayəndələri Rüfət Qafarov və Taleh İbrahimov bildirdilər ki, bu ərazini Şahmar Vəliyev alıb, sən ona heç nə edə bilməzsən, gecənin birində evini başına uçurdarıq, kimsəsiz adamsan meyitini də tapa bilməzlər. Adı çəkilən nümayəndələr psixoloji və fiziki təsir göstərdilər, 3 nəfər tanımadığı kişini də bu "mübarək" işə qoşmuşdular. Beləliklə, onu sürüyərək evdən çıxardılar. Onu tanımadığı yerə apardılar, ona məlum olmayan vərəqə imzaf atdırdılar. Sonradan bildi ki, həmin vərəq “Əvəzləşdirmə" müqaviləsidir. Həmin müqavilə təsdiq olunarkən notariusun yanında olmamışdur. Sonradan öyrəndi ki, xxxxni təsdiq edən Qafarov Rofətin qonşusudur. Hesab edir ki, onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun yazılı izahat verərək, ünvan 2 ünvanında, ona məxsus həyət evində yaşamışdır. Onun evi 06 ha torpaq sahəsində yerləşmişdir. Psixoloji və fiziki təzyiqləri nəticəsində ona məxsus evindən çıxarmışlar. Həmin şəxslər tərəfindən evində yaşamaq hüququ pozulmuş, iddiaçının zor tətbiq etməklə çıxarılacağı dəfələrlə nəzərinə çatdırılmışdır.Belə ki, onun 06 ha torpaq sahəsi olmuş, həyətində bar verən ağac olmuş, 12 (on iki) otağı və maşın qarajı olmuşdur. Cavabdeh ASC-tərəfindən bağlanmış müqavilədə yuxarıda göstərdiyi həyətyanı sahə,ev və maşın qarajı 60 (altmış) ədəd bar verən ağac müqavilədə düzgün göstərilməmişdir. Belə ki, ona zorla müqaviləyə imza atdırıblar. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddiasını əsassız sayır. Nərimanov RİH, Cavabdeh ASC və İddiaçı mövcud mübahisə ilə bağlı qarşılıqlı razılığa gələrək İddiaçı və Cavabdeh ASC arasında 15.05.2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat Kontorunda “xxxx” bağlanmışdır. Bundan sonra Nərimanov RİH və İddiaçı məhkəməyə verdikləri iddia tələblərindən imtina etmişlər. Nərimanov RİH-nin iddiadan imtinası Bakı Apellyasiya Məhkəməsinin 16 may 2018-ci il tarixli qərardadı ilə, İddiaçı iddiadan imtinası isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli qərardadı ilə, qəbul edilmiş, hər iki iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə proseslərində İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur. "Cavabdeh” ASC və İddiaçı arasında bağlanmış “xxxx” üzrə ASC öz üzərinə götürdüyü öhdəlikləri aşağıdakılar olmuşdur: İddiaçı mənzili boşaltdığı gündən etibarən həmin ünvanda tikiləcək binada 3 ədəd mənzili tam təmirli vəziyyətdə ona təhvil verilənə qədər İddiaçı hər ay 700 manat kirayə haqqını ödəyir. Bir illik kirayə haqqı məbləği, yəni 8.400 manat müqavilə imzalanan gün Cavabdeh ASC tərəfindən İddiaçı verilir (bənd 2.2.2); İddiaçı mənzildən köçüb getməsi və həmin ünvanda yeni tikiləcək binada ona təhvil veriləcək mənzilə qayıdıb köçmə və daşınma xərcləri olaraq cəmi 2.000 manat məbləğində pul ödəyir (bənd;2.2.3). Qeyd edilən öhdəliklər Azneflemaş ASC tərəfindən lazımınca icra edilmiş, kirayə haqqı kimi ödənilməsi nəzərdə tutulan məbləğdən də artıq pul vəsaiti iddiaçıya ödənilmişdir. Belə ki, bu günədək İddiaçı "Cavabdeh” ASC tərəfindən həm 2000 manat daşıma xərci, həm də aylıq 700 manat kirayət haqqı üzrə cəmisi bu günədək 28.332.00 manat pul ödənilmişdir. Cavabdeh ASC öz öhdəliklərini yerinə yetirmişdir. Lakin Cavabdeh ASC tərəfindən müqavilə nəinki əhəmiyyətli dərəcədə, hətta cüzi şəkildə belə pozulmamışdır. Əslində iddiaçının “Cavabdeh" ASC-yə qarşı hazırki iddianı qaldırmaqda məqsədi şantaj yolu ilə Cavabdeh ASC-dəıı razılaşdırılmış məbləğdən əlavə pulun alınmasıdır. Bu hal İddiaçı Cavabdeh ASC-yə ünvanladığı 11.03.2020-ci il tarixli ərizəsi ilə də təsdiq olunur. İddiaçı ilə bağlanmış xxxxnin dəyişdirilməsi və ya müqaviləyə əlavə edilməsi üçün heç bir hüquqi və qanuni əsas yoxdur. Lakin İddiaçı müqavilə bağlanan an mövcud olan hansı faktorların hazırda əhəmiyyətli dərəcədə dəyişməsini ümumiyyətlə iddia ərizəsində göstərə bilməmişdir, çünki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş verməmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar, yəni müqaviləni fiziki və psixoloji təzyiq altında bağlanması müqavilənin etibarlılığına təsir edən əsaslardır. Lakin iddiaçı müqavilə bağlanmasına məcbur edilməmiş, ona təzyiq göstərilməmiş, hədə-qorxu gəlinməmişdir. Əksinə iddiaçı özü əvvəllər tərəflər arasındakı məhkəmə mübahisələrindən imtina edərək, mübahisəni qarşılıqlı razılaşma yolu həllinə razılıq vermiş və Notariat Kontorunda notarius tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra şərtlərini bəyəndiyi "xxxx”ni könüllü imzalamışdır. İddiaçı ilə müqavilənin bağlanmasından 3 il vaxt keçib. İddiaçı Cavabdeh ASC-dən mütəmadi olaraq hər ay kirayə haqqı kimi pul vəsaitini qəbul etməklə, həmçinin müqavilə bağlanarkən daşıma xərclərini və əlavə pulları almaqla Cavabdeh ASC-yə qarşı hər haıısı etirazının olmadığını, müqavilənin şərtləri ilə razı olduğunu nümayiş etdirmişdir. İddiaçıya məxsus olmuş mənzilin ölçülərinin müqavilə bağlanması zamanı düzgün hesablanmaması da müqavilənin ləğvi ücün əsas ola bilməz. Çünki, sökülmüş mənzilin ölçüləri iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışda göstərildiyi kimi müqavilədə əks olunmuşdur. İddiaçının buna etiraz etməməsi isə onun tərəfindən müqaviləni imzalaması ilə təsdiq olunur. Mənzilin yerləşdiyi torpaq sahəsinin isə İddiaçı heç bir aidiyyəti yoxdur. Çünki, həmin torpaq sahəsi və ətrafda yerləşən 0.34 ha torpaq sahələri dövlətə məxsus olmaqla yanaşı çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə Nərimanov RİH-nin 07.07.2017-ci il tarixli sərəncamı ilə Cavabdeh ASC-nin daimi istifadəsinə verilmişdir. İddiaçı ünvan 3 ünvanda yerləşən mənzilin sahəsi cəmisi 32 kv.m olmuşdur. 32 kv.m iki otaqlı bir ədəd mənzilin əvəzinə “Az-neftemaş’' ASC cəmisi 205 kv.m olan 3 ədəd mənzili İddiaçı təmirli vəziyyətdə təhvil verəcəkdir. Göründüyü kimi, İddiaçı 32 kv.m mənzil əvəzinə 205 kv.m (yəni öz mənzilinin həcmindən 173 kv.metr çox yaşayış sahəsi) 3 ədəd mənzil (2 ədəd artıq və müasir tipli təzə tikilmiş binada) alır, aylıq 700 manat kirayə haqqı alır, yenə də əsassız olaraq narazılıq nümayiş etdirir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh “Cavabdeh" ASC-yə qarşı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmiş 15.05.2018-ci il tarixli xxxxnin surətinə əsasən Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07.07.2017-ci il tarixli, 289 saylı sərəncamına əsasən “Cavabdeh" ASC-nin ünvan 4 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 6-cı mərtəbəsində yerləşən 79.9 kv.m (eyvanda daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 3-cü mərtəbəsində yerləşən 52.4 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili təmirli vəziyyətdə İddiaçı təhvil verilməsini, İddiaçı isə öz növbəsində 07.06.2018-ci il tarixədək ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsi 19 saylı evin 32.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 saylı mənzilini boşaltmağı, mənzildən köçüb getməyi, əşyalarını mənzildən çıxarmağı, mənzilin həyətyan sahəsində yerləşən tikililəri və mənzili boş vəziyyətdə "Cavabdeh" ASC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür; İddiaçı tərəfindən "Cavabdeh" ASC-yə ünvanlanmış pretenziyanın məzmununda “Bildirirəm ki, mənimlə "Cavabdeh" ASC arasında 15 may 2018-ci ildə "xxxx" bağlanmışdır. "xxxx"-nin bağlanması zamanı mənə məxsus mənzilin 0,6 ha həyatyanı sahəsi, 8 köməkçi otağım, maşın qarajı, 50 m uzunluğunda daşdan hörülmüş hasar, həyətdə 60 ədəd bar verən ağac və ğül kolları, olmuşdur. Adı çəkilən əmlaklar ölçülməmiş, hesaba alınmamışdır. Adı çəkilən şirkətin əməkdaşları Qafarov Rüfət və İbrahimov Taleh mənə psixoloji təzyiq göstərərək, "xxxxnə" imza atmağa məcbur etdilər. Bütün bunlar natariat kontorundan kənarda baş vermişdi, mən ümumiyyətcə notariusun yanında olmamışam, kirayə pulum mənə bəs eləmir. AR MPM-nin 259.0.lm-nin tələbinə uyğun olaraq, yuxarıdakılara əsasən: Aylıq kirayə pulumu 1000 manat, 150 k.m yaşayış sahəsi, 100 k.m qeyri yaşayış sahəsinin,mənə verilməsi öhdəliyinin "xxxxndə" öz təsbitini tapması şərtini irəli sürürəm” göstərilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7298/2017 saylı, 20.11.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin cavabdehlər İddiaçı, X3 və Cavabdeh ASC-yə qarşı digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia təmin edilərək, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçıs nın 07.07.2017-ci il tarixli, 289 nömrəli sərəncamı ilə yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş tikinti sahəsində - İddiaçı qizının Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 19 saylı evin 32,0 m2 yaşayış sahosindon ibarət 2 otaqlı 1 saylı mənzilindən, X2 Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 19 saylı evin 93,5 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 2 saylı mənzilindən çıxarılmaları, həmin sərəncamla ayrılmış torpaq sahəsində yerləşən cavabdehlərə məxsus tikililərin sökülməsi, cavabdehlər İddiaçı və X3 “Cavabdeh" ASC-nın maddi vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında 25 % əlavə sahə verilməklə tam təmirli mənzillərin verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, cavabdehlər İddiaçı və X2 “Cavabdeh’' ASC-nin maddi vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək onların mənzillərində olan otaqların sayına müvafiq oiaraq 300-500 manat kirayə haqqının ödənilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi və cavabdehlərdən 10 manat məbləğincə dövlət rüsumunun müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4031/2018 saylı, 16.05.2018-ci il tarixli qətnaməsinin surətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7298/2017 saylı mülki iş üzrə qəbul etdiyi 20 noyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinin cavabdehlər İddiaçı, X3 və Cavabdeh ASC-yə qarşı digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə iddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh ASC-yə aid hissədə öz iddiasından imtinası qəbul edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7298/2017 saylı mülki iş üzrə qəbul etdiyi 20 noyabr 2017-ci il tarixli qətnaməsi cavabdehlər İddiaçı və Cavabdeh ASC-yə aid hissədə ləğv edilməsi qərara alınmışdır; 22.05.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 15.05.2018-ci il tarixli xxxxnə əsasən ünvan 4 ünvanlarında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 72.7 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 6-cı mərtəbəsində yerləşən 79.9 kv.m (eyvanda daxil olmaqla) sahəsi olan mənzili, həmin binanın 3-cü mərtəbəsində yerləşən 52.4 kv.m (eyvan da daxil olmaqla) sahəsi olan mənzili təmirli vəziyyətdə İddiaçı təhvil verilməsini, İddiaçı isə öz növbəsində 07.06.2018-ci il tarixədək ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsi 19 saylı evin 32.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 saylı mənzilini boşaltmağı, mənzildən köçüb getməyi, əşyalarını mənzildən çıxarmağı, mənzilin həyətyan sahəsində yerləşən tikililəri və mənzili boş vəziyyətdə "Cavabdeh" ASC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Hazırda cavabdeh müqavilənin ləğv olunmasını, yeni şərtlərlə onunla müqavilə bağlanılmasını tələb edir. Məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə ki, bu hissədə iddia tələbinin (müqavilənin ləğvi hissəsində ) qanuni əsasını Mülki Məcəllənin 422-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur (maddə 421.1). Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələr). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar müqavilənin ləğvinə əsas ola biləcək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbinin «İddiaçı məxsus yaşayış sahəsinin düzgün ölçülüb hesablanmamasını nəzərə alaraq, aylıq kirayə pulunu 1000 (min) AZN, 150 (yüz əlli) kv.m yaşayış sahəsi, 100 (yüz) kv.m qeyri-yaşayış sahəsi "Cavabdeh" ASC ilə bağlanmış 15 may 2018-ci il tarixli "xxxx"nə əlavə olunmaqla yenidən bağlanması” tələbinə münasibətdə qeyd edir ki, bu tələblə iddiaçı cavabdehin üzərinə onunla yeni müqavilənin bağlanması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1 -ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. İddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin bağlanması zamanı cavabdehin müqavilə şərtlərini pozması müəyyən edilmir və müqavilə tərəfi olaraq İddiaçı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirilməsi barədə tələbi yoxdur. Mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etməklə, müqavilə şərtləri onun razılığı çərçivəsində müəyyənləşdirilmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “xxxxnin ləğvi və yenidən bağlanması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “xxxxnin ləğvi və yenidən bağlanması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar