Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1775/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Dəmirçi kəndində anadan olmasına dair doğum akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1977-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Dəmirçi kəndində anadan olmuşdur. 1988-ci il tarixdə məlum hadisələrdən sonra Ermənistandan Azərbaycana köçmüş və ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ermənistan SSR tərk edən zaman doğum haqqında şəhadətnamə orada qalmış və itirilmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 146A saylı evin, 19 saylı mənzilində yaşayır. Uşaqlarına şəxsiyyət vəsiqəsi almaq üçün onun doğum haqqında şəhadətnaməsi tələb olunur. Ərizəçi doğum akt qeydinin bərpası məqsədilə ilköncə Nərimanov rayon qeydiyyta şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edilərək, akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlərin olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinə əlavə verərək onun xx xxxx 1977-ci il tarixdə Ermənistan SSR, Masis rayonunda anadan olmasına dair doğum akt qeydinin bərpa olunması, ata qrafasında X8, ana qrafasında X6 qeyd olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, işlərin çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistanda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindəm verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistanın, Masis rayonunda anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 63 nömrəli məktubunun məzmunundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx xxxx 1975-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. X9 Rzayeviç, anası X7 qeyd olunub. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxxx 2011-ci il tarixdə xron.aktivvirus qara ciyər hüc.çatm. Bakı şəhərində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun qardaşıdır, o, xx xxxx 1977-ci il tarixdə Ermənistan SSR Masis rayonunda anadan olmuşdur. Atası X8, anası X3r. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan SSR Masis rayonunda anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, onun doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2, 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan SSR Masis rayonunda anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası-“ X13 oglu” , anası-“ X6” kimi göstərilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1775/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1775/2020
06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver