Məhkəmə qərarları › İş №2(005)-1786/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1786/2020

03.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1786/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh qarşı “mənzil bölgüsünün aparılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacıları İddiaçı1 adına xx xxxxxx 2018-ci il tarixli vəsiyyətnamə ilə verilmiş Bakı şəhəri, N.Nərimanov rayon, Ə.Əliyev küçəsi, Çermet qəs, 7 saylı evin-mənzilin, cavabdeh - Cavabdeh tərəfindən zəbt edildiyindən, həmin mənzilin bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışdır ki, onların anaları X9, 1926-cı ildə İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olmuş mərhum atası X7 ilə rəsmi nikaha girib evlənmişlər. Bu nikahdan yeddi övladları anadan olmuşdur. Onlar1987-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi, (keçmiş 16 Zavağzalnaya küç.) hazırkı Əliyar Əliyev küçəsi, 7 saylı sahədə cəmi 86,4 kv.m olan 5 otaqdan ibarət mənzilin tikilməsində şəxsən iştirak etmişlər. Sonrakı illərdə mənzilin təmirini, bərpasını həyata keçirmişlər. Bu mənzil “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizayası və qiymətləndirilməsinə aid” Pasportla ataları X10 adına rəsmiləşdirilmişdir. İddiaçı1 və Ələşrəf Əhmədov öz ailələri və uşaqlarıyla birlikdə anaları Fatma Əhmədovanın yaşadığı evin qonşuluğunda, İddiaçı3 da öz ailəsi birlikdə yaxın qonşuluqda yaşayırlar. İddiaçı2 öz ailəsi ilə birlikdə qonşuluqda yaşayırlar. Bacıları Rahilə öz ailəsi və uşaqlarıyla birlikdə Xırdalan şəhərində yaşayır. İddiaçı1 isə xx.xx.2018-ci ildə rəsmi nikah münasibətinə girdiyi 1960-cı ildə anadan olmuş, müxtəlif daxili xəstəliklərdən əziyyət çəkən həyat yoldaşı X5 ilə cavabdeh qardaşı öz şəxsi mənzillərində yaşamağa imkan vermədiyindən, məcbur olub həmin Çermet qəsəbəsində çox əlverişsiz şəraitdə kirayədə yaşayırlar. Ataları X7 xx xxxxxxxx 2005-ci ildə vəfat etmişdir. Həyat yoldaşı işləmir, aldığı 200 manat əmək haqqı ilə çox çətin iqtisadi durumda yaşayır və olduqca çıxılmaz vəziyyətdədirlər. Cavabdeh qardaşları Cavabdeh çox azğın hərəkətlər edir, doğma analarını da özünün halal evindən çıxarmış, hazırda xəstə anaları İddiaçı3 yanında yaşayır. Anaları X9 tərəfindən beş otaqdan ibarət yaşayış evi Dilşad Əhmədovun adına xx xxxxxx 2018-ci il tarixli vəsiyyətnamə ilə verilmişdir. Lakin, qardaşları Cavabdeh həmin mənzilə bitişik özünün şəxsi həyəti və mənzili olduğu halda onun və anasınında yaşadıqları evidə zəbt edilmişdir. X19 sağ ikən artırılmış 9 otaqdan ibarət mənzilin 3 otağını Cavabdeh ailəsi ilə birlikdə yaşamaq üçün verəcəyini vəd etmişdir. Orada təmir işləri aparmış, evini həyət tərəfindən daş hasara almış, özünə ayrıca giriş qapısı açmışdır. Mənzillərin giriş-çıxış qapıları dəhlizə açılır. Dəhlizdən onun şəxsən yaşadığı mənzilə açılan qapıya nəzarət edir. Heç bir bacı-qardaşını, habelə İddiaçı1 yanına gəlmək istəyən digər qohum-qonşunu səs-küy salaraq söyüb təhqir edir, yanına buraxmağa imkan vermir. Bununla belə o, ataları öləndən sonra bütün mənzili ələ keçirmək məqsədi ilə “Miras payının müəyyən edilməsi, pay bölgüsünün naturada aparılması” tələbi ilə 2015-ci ildə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə onun tələbini rədd etmişdir. İddiaçılar: Ələşrəf Əhmədov, İddiaçı3, İddiaçı2 və anaları Fatma Əhmədovanın birlikdə tələbləri ondan ibarətdir ki, vəsiyyətnamə ilə bacıları İddiaçı1 adına verilmiş həmin mənzil məhkəmə tərəfindən pay bölgüsü aparılmaqla iddiaçı kimi İddiaçı1 mənzildə ailəsi ilə birlikdə yaşayış hüququ təmin olunsun. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçıların bölgüsünü tələb etdiyi ev onun mərhum atası X2 mülkiyyətində olmuşdur, iddiaçıların həmin evin tikilməsində hər hansı formada iştirakı olmamışdır. Qeyd edilən ev özbaşına tikilidir. İddiaçılar ailə üzvləri ilə birlikdə mübahisəli evin həyətində inşa edilmiş digər fərdi yaşayış evlərində yaşayırlar. Onların yaşamalarına maneçilik törədilmir. Bu səbəbdən iddiaçıların mübahisəli evin bölgüsünü tələb etməsi əsassızdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Zavağzalnaya küçəsi, 7 saylı evin sahibi X4r; İsmayıllı rayon Həftəsiyab Kənd soveti tərəfindən xx xxxxxx 1951-ci il tarixdə verilmiş İE seriyalı, 081191 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 ilə X9 arasında xx xxxxxx 1951-ci il tarixdə bağlanmış nikah 2 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir; Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 159698 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 716 nömrə ilə qeyd edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 02377187 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 ünvan 1 ünvanında qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünavnında qeydiyyatdadır; ASAN 1 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır; Nərimanov RPİ tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 ünvan 1 ünvanında qeydiyyatdadır; İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 125/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətinə əsasən iddiaçı X9 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-125/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında başqa məhkəmə mübahisələri olmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı miras payının müəyyən edilməsi, pay bölgüsünün naturada aparılması tələbinə dair iddiası təmin edilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli Qətnaməsi ilə iddiaçı X9 Cavabdeh qarşı “özbaşına zəbt edilmiş otağın boşaldılması və giriş qapısının bağlanması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-406/2020 nömrəli mülki işinə baxılarkən mübahisəli evə yerli baxış keçirilmiş, ünvan 3 nömrəli ünvanda tikilmiş özbaşına tikilidə iddiaçı X9 digər övladları və cavabdeh ilə bir həyətdə qalırlar. Həyətin giriş qapısından sol tərəfdə iş üzrə Cavabdeh mənzili yerləşir. Mənzillərin giriş-çıxış qapıları dəhlizə açılır. Tərəflərin yaşadığı mənzil tam şəraitsiz, rütubətli haldadır. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı1 və digərləri tərəfindən qaldırılmış iddia üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları ilə tərəflərin izahatları ilə müəyyən olunur ki, Bakı şəhəri, N.Nərimanov rayon, Ə.Əliyev küçəsi, Çermet qəs, 7 saylı evin statusu özbaşına tikilidir, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması barədə sənəd yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və iddiaçılar, eyni zamanda cavabdeh yaşayış sahəsi kimi istifadə olunur. Həmin ev iddiaçılar və cavabdehin atası X1 olmuşdur. X7 vəfat etdikdən sonra həmin evdə iş üzrə tərəflər ailə üzvləri ilə birlikdə yaşamışdır. Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyil. İddiaçılar qeyd edilən evdə pasport qeydiyyatında olduğunu, habelə həmin evin onların ata evinin olduğunu bildirərək, mübahisəli evin bölünməsini tələb edirlər. Cavabdeh tərəf iddianı qəbul etmir. Evin özbaşına tikili olduğunu, cavabdehlərin, habelə hər hansı digər şəxsin mülkiyyətində olmadığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında müxtəlif məhkəmə mübahisələri olmuş, qanuni qüvvəsini almış qətnamələr öz növbəsində qeyd edilən halın preyudisial əhəmiyyət daşıdığını dəlalət edir və bu səbəbdən hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bununla belə məhkəmə hesab edir ki, qanunvericilik özbaşına tikilinin bölgüsünün aparılması nəzərdə tutmadığından və belə bir yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olduğu halda, iddia rədd olunmalıdır. Belə ki, iddiaçılar müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə yaşayış yeri kimi bölgüsünün aparılmasını tələb etmək hüququna malik şəxslər kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Qanunvericiliyin mənasına görə iddiaçıların özbaşına tikilinin bölgüsünün aparılaraq payların müəyyən edilməsini tələb etmək hüququ mövcud deyildir. Halbuki, yalnız iddiaçıların tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa iddiaçıların məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğurur. Yuxarıda qeyd edildiyi kimi, ünvan 3ünvanında yerləşən ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir və statusu etibarilə özbaşına tikili olmaqla qətnamə çıxarılarkən də belə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli ev qanunvericiliyə əsasən yaşayış yeri və ya şəxsin olduğu yer kimi qəbul edilə və müvafiq olaraq həmin evin bölgüsünün həyata keçirilməsi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh qarşı “mənzil bölgüsünün aparılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 Cavabdeh qarşı “mənzil bölgüsünün aparılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar