Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1796/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixindən etibarən uzun müddətdir işsiz olduğundan işə qəbul üçün müxtəlif şirkətlərə müraciət etmişdir. İşə qəbul üçün müraciət etdiyi şirkətlərdən biri ilə razılaşıb əmək müqaviləsi bağlayan zaman ona məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixindən etibarən heç bir iradə ifadəsi olmadan xxxxxxx000200 nömrəli əmək müqaviləsi əsasında adını və hətta fəaliyyət ünvanını belə bilmədiyi "Cavabdeh" X1 (Vöen: **********) tərcüməçi vəzifəsində işə qəbul edilmişdir. Bu səbəbdən onun müraciət edərək razılaşdığı yeni iş yerində əmək müqaviləsi bağlamağı əsas iş yeri kimi elektron portalda "Cavabdeh" MMC olduğu üçün müvəqqəti olaraq dayandırılmışdır. Bildirmək istəyir ki, o, dərhal "Cavabdeh" MMC-nin hüquqi ünvanı olan ünvan 1rilməsinə dair xx.xx.2021 -ci il tarixli ərizə (pretenziya) vermişdir. Göndərdiyi pretenziya məktubu ünvanda belə bir şirkət fəaliyyət göstərmədiyi üçün xx.xx.2021-ci il tarixində geri qayıtmışdır. Daha sonra şəxsən həmin ünvanda belə bir şirkətin olub olmaması barədə araşdırma apardıqdan sonra məlum olmuşdur ki, həqiqətən həmin ünvanda belə bir şirkət fəaliyyət göstərmir. Məlumat üçün bildirmək istəyir ki, iştirakı olmadan, lakin onun adından Cavabdeh ilə bağlanmış xxxxxxx000200 nömrəli, xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə xitam verilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, tərəflər arasında bağlanmış xxxxxxx000200 nömrəli, xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə xitam verilməsi üçün məhkəməyə müraciət edilməlidir. İşin hallarından və qanunvericilkdən də aydın görünür ki, işçinin iş yerini sərbəst surətdə seçmək, əmək müaviləsinin məzmunu ilə birbaşa tanış olmaq, imzalamaq hüququ təmin edilmədən tərəflə əmək müqaviləsi bağlanmışdır. Bu səbəbdən hesab edir ki, onun iştirakı olmadan, lakin onun adından ilə Cavabdeh ilə bağlanmış xxxxxxx000200 nömrəli, xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xxxxxxx000200 nömrəli, xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan my.gov.az saytından çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2019-cu il tarixdən tərcüməçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “a” bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü əsasında əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmışxxxxxxx000200 №-li, xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmışxxxxxxx000200 №-li, xx.xx.2019-cu il tarixli Əmək Müqaviləsinə xitam verilsin. Cavabdeh MMC qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1796/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1796/2021
09.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver