Məhkəmə qərarları › İş №2(005)-1806/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1806/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1806/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştiraki ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “nikahda olma faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “nikahda olma faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək X3 ilə nikahda olma faktının müəyyən edilməsinə və nikah haqqında akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mərhum X3 ilə rəsmi olaraq 4 noyabr 1968-ci il tarixdə Ağdam rayon Əlimədədli kənd Sovetində nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 16 dekabr 1969-cu il təvəllüdlü X2 dünyaya gəlmişdir. Nikahları 08 № ilə qeyd edilmişdir. Lakin nikah haqqında Şəhadətnamədə olan məlumatların qeydiyyatı aparılmamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 188-05/15 №-li cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.1968-ci il tarixində 08 nömrə ilə Ağdam rayon Əlimədədli İ/N tərəfindən verilmiş İ-ИЕ 531722 saylı nikah haqqında şəhadətnamədə olan məlumatlar Maraqlı şəxs arxivində və ‘‘Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 188-05/15 №-li məktubdan görünür ki, xx.xx.1968-ci il tarixində 08 nömrə ilə Ağdam rayon Əlimədədli İ/N tərəfindən verilmiş İ-ИЕ № 531722 saylı nikah haqqında şəhadətnamədə olan məlumatlar Maraqlı şəxs arxivində və ‘‘Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah barədə heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2015-ci il tarixli AZ-İ № 773299 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə kəskin ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. İ-ИЕ № 531722 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 nikahları xx.xx.1968-ci ildə 8 nömrəli nikah qeydi ilə Ağdam rayonunun Əlimədədli kənd Sovetində qeydə alınmışdır. Ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi xx.xx.1950ci il tarixdə Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. X3 ilə nikahları xx.xx.1968ci ildə 8 nömrəli nikah qeydi ilə qeydə alınsa da nikah haqqında şəhadətnamədə olan məlumatlar Maraqlı şəxs arxivində və ‘‘Vətəndaşların vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah barədə heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VM-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1- ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli oian digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti oian faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaiar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədiər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Hazırda ərizəçi X3 ilə faktiki nikahda olması barədə, sübutları sabitdir. Məhkəmə onlar arasında nikahın bağlanmasını, lakin müəyyən edilməmiş səbəbdən nikah barədə qeydlərin qeydiyyat orqanı və ümumiləşdirilmiş elektron baza məlumatlarında tapılmamışdır. Hazırda ərizəçinin X3 ilə nikah qeydlərinin bərpasına dair qanunvericiliklə müəyyən edilmiş bütün vasitələr tükənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. Həmin qərarın 5.1-ci bəndinə əsasən məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X7 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Qey olunan hüquqi mövqeni rəhbər tutan məhkəmə, hazırda yaranmış halın ərizəçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilinməməsini müəyyən etdiyindən sonuncunun qanunvericiliklə pozulmuş hüquqlarının bərpa edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi X3 ilə nikahda olma faktı müəyyən edilərək, xx.xx.1968-ci il tarixində 08 nömrə ilə Ağdam rayon Əlimədədli İ/N tərəfindən verilmiş İ-ИЕ № 531722 saylı nikah haqqında akt qeydi bərpa edilməli və yeni nikah haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1950-ci il təvəllüdli Ərizəçi 30 iyun 1940-ci il təvəllüdli X3 ilə aralarında olan faktiki nikah münasibəti müəyyən edilsin. xx.xx.1968-ci il tarixində 08 nömrə ilə Ağdam rayon Əlimədədli İ/N tərəfindən verilmiş İ-ИЕ № 531722 saylı nikah haqqında akt qeydi bərpa edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar