Məhkəmə qərarları › İş №2(005)-1808/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1808/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1808/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 BOKT ASC-yə qarşı (Sumqayıt şəhəri üzrə İcra İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair “xxxx” MMC tərəfindən 30 avqust 2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 56/01 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(005)-3284/2018 saylı Laçın Rayon Məhkəməsinin 2(047)-1098/2016 saylı 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin iddia tələbi qismən təmin edilmiş, Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızından Cavabdeh1 BOKT ASC-nin xeyrinə 29525.80 ABŞ dolları kredit borcu, 4197.80 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 34.223.60 ABŞ dollarının, həmçinin iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun ödənilməsi, tutma cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka yönəldilməsi, qeyd edilən mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilmiş; əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitini hesabına X2 Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, mənzil satıldıqdan sonra 1 ay ərzində ilkin iddia üzrə cavabdehlər tərəfindən boşaldılması və sair qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra İdarəsi tərəfindən “xxxx" MMC-yə ona məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın hərrac vasitəsi ilə satılması üçün şifariş verilmişdir. Mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilmişdir. Bundan sonra tərəfindən Cavabdeh1 BOKT ASC-yə müraciət olunaraq, işin icra orqanından kənar həll edilməsi xahiş edilmişdir. Şirkətin məsul əməkdaşı bizi qəbul edərək bildirdi ki, müəyyən qədər ödəniş edin ki, işin icra orqanından kənar həll edilməsi mümkün olsun. Razılaşmaya əsasən tərəfindən ayrı-ayrı vaxtlarda cəmi 4064 ABŞ dolları məbləğində pul “Cavabdeh1" BOKT ASC-yə ödənilmişdir. Lakin, bir neçə gün öncə əldə etdiyim şifahi məlumata əsasən məlum olmuşdur ki, Laçın Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi icraya yönəldilmişdir. İcraya yönəldikdən sonra isə ona məxsus ünvan 2 ünvanda yerləşən mənzil keçirilmiş hərraclarda satılmadığı üçün ipoteka saxlayan olan Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir. Keçirilən hərracların vaxtı və yeri barədə məlumatım olmadığı üçün hərracda iştirak edə bilməmişdir. Nəticədə ona məxsus əmlak dəyər-dəyməzə özgəninkiləşdirilmişdir. Məlumdur ki, qanunvericilik tələblərinə uyğun olaraq ipoteka qoyan olaraq keçirilən hərracın keçirilməsi vaxtı barədə ona rəsmi məlumat verilməli idi. Bununla bağlı tərəfindən cavabdeh “xxxx” MMC-yə müraciət edilsə də, onlar müxtəlif bəhanələr gətirərək, gah bildirişi qeydiyyatda olduğu, gah da faktiki yaşadığı ünvana göndərdiklərini bildirmişlər. Ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə dair keçirilən hərraclarla bağlı rəsmi məlumatı olmamışdır. Göründüyü kimi hərrac qanunsuz olaraq təşkil edilib və bu səbəbdən də ləğv edilməlidir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı 06.04.2021, 20.05.2021-ci il tarixlərində məhkəmənin dəftərxana vasitəsilə teleqramlar vuraraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh1 BOKT ASC məhkəmənin dəftərxana vasitəsi ilə 11.03.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı öz iddia ərizəsini onunla əsaslandırıb ki, hərracın keçirilməsinə dair məlumatı olmamışdır və ona məxsus olan mənzil ondan gizli satılmışdır. İddiaçının öz iddia ərizəsini əsaslandırmağa çalışdığı hallar tamamilə uydurmadır və yalandır. Laçın Rayon Məhkəməsinin 2(047)-1098/2016 saylı 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin ləğv edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 cəmi 34 223.60 ABŞ dolları borcun Cavabdeh1 BOKT ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci MKR, ev 22/136, mənzil 8-ə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 50.000 manat müəyyən olunmaqla açıq hərracda satılması qət olunmuşdur. Qeyd olunan qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X5 və İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı, 20.09.2017 saylı qətnaməsinə əsasən, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X5 və İddiaçı Laçın Rayon Məhkəməsinin 2(047)-1098/2016 saylı 21 dekabr 2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, faiz borcu 4197.80 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı 20.09.2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, icra olunması üçün Sumqayıt şəhəri üzrə icra İdarəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq icra məmuru icra vərəqəsində qeyd olunan borclu İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci MKR, ev 22/136, mənzil 8-i satılması üçün açıq hərraca çıxarmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ipoteka predmeti olan əmlak təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, yəni 31 875 manata təkşilata təklif edilmişdir. Təklif qəbul edilmiş və 30.08.2019-cu il tarixli, 56/01 saylı protokola əsasən Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilmişdir. Protokola əsasən, Cavabdeh1 BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. İddiaçı keçirilən hərracların vaxtı və yeri barəsində məlumat verilmişdir. 29.07.2019-cu il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşaiət məktubu İddiaçı qeydiyyatda olduğu və girov qoyduğu mənzilin ünvanına göndərilmişdir. Məktub 09.07.2019-cu il tarixində Murtuzəliyev soyadlı şəxs tərərfındən imzalanaraq qəbul edilmişdir. 02.09.2019-cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu İddiaçı qeydiyyatda olduğu və təşkilata girov qoyduğu mənzilin ünvanına göndərilmişdir. Müşaiyət məktubu 06.08.2019-cu il tarixində Murtuzəliyeva soyadlı şəxs tərərfındən imzalanaraq qəbul edilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər çatdırılmışdır. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Laçın rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(047)-1098/2016 saylı qətnaməsi ilə ilkin iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehlər Bəyiərova (Mirzəliyeva) Əfsanə Kamran qızına və İddiaçı qarşı kredit öhdəliyi üzrə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılmasına dair ilkin, qarşılıqlı iddiaçılar Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızının və İddiaçı Cavabdeh1 BOKT ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə dair iddiaları qismən təmin edilərək ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızından əsas borc üzrə 29525,80 ABŞ dolları, faiz borcu üzrə 4197,80 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 34,223.60 (otuz dörd min iki yüz iyirmi üç ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının ABŞ dolları məzənnə kursuna uyğun borcun və ödənilmiş 31 (otuz bir) ABŞ dolları məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, qeyd edilən mənzilin ilkin satış qiymətinin 50000 (əlli min) ABŞ dolları müəyyən edilməklə həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına hazırkı qətnamə ilə tutulan borcun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin ipoteka qoyan İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra 1 (bir) ay ərzində qarşılıqlı iddiaçılar Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızı və İddiaçı həmin mənzildən çıxarılmaları qət edilmişdir. İlkin iddia tələbi qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək Cavabdeh1 BOKT ASC ilə Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızı arasında 12 sentyabr 2015-ci il tarixdə bağlanmış 2015/00187-01 saylı istehlak krediti müqaviləsi ləğv edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir; Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı, 20.09.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən ilkin iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehler Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızına və İddiaçı qarşı kredit öhdəliyi üzrə pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq nərracda satılmasına dair ilkin, qarşılıqlı iddiaçılar Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızının və İddiaçı Cavabdeh1 BOKT ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2(047)-1098/2016 saylı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsindən qarşılıqlı iddiaçılar X5, İddiaçı və onun nümayəndəsi, X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Laçın rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(047)-1098/2016 saylı qətnaməsi 4197,80 ABŞ dolları faiz borcunun cavabdeh X1 tutulması hissəsində dəyişdirilərək faiz borcu 4168,80 ABŞ dolları müəyyən edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2018-ci il tarixli, 2(102)-843/2018 saylı qərarının surətindən görünür ki, cavabdehlər Bəylərova (Mirzəliyeva) Əfsanə Kamran qızı və İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-810/2017 nömrəli iş üzrə 20 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 30.08.2019-cu il tarixli müqavilənin surətinə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzil Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: “xxxx” MMC tərəfindən tələbkar Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinə (etibarnamə əsasında nümayəndəsi X10) 31875,00 manata satılmışdır; Cavabdeh1 BOKT ASC-nin İddiaçı və X3 və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 16.08.2019-cu il tarixli, 01/2861 saylı təklifin surətinə əsasən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 99/6 saylı, 11.06.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Sumqayıt ş. 5-ci mkr. ev 22/136 mənzil 8-in təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 16.08.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 31875.00 (otuz bir min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8 -ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR “Mülki Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13 ,150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir; Cavabdeh1 BOKT ASC-nin İddiaçı və X3 ünvanlanmış 08.07.2019-cu il tarixli məktubun surətində “Nəsimi rayon Məhkəməsinin 2(006)-3075/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən Sizin mülkiyyətinizdə olan Sumqayıt şəhəri, 5-ci mkr. ünvanında yerləşən 22/136 saylı evin, 8 saylı mənziliniz Sumqayıt şəhər Üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən 50000 manata “xxxx“ MMC-də satışa çıxarılmışdır. Hərrac 29.07.2019-cu il tarixdə saat 11:00-da, ünvan 8 ünvanında keçirilcəkdir. Təklif edirik ki, hərrac baş tutmamışdan əvvəl təşkilatımıza olan borcunuzu tam olaraq ödəyəsiniz.” qeyd olunmuşdur; Respublika Xammal və Əmtəə Birjasının “xxxx“ MMC-nin 28.06.2019-cu tarixli, 01/2328 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 29 iyul 2019-cu il tarixdə saat 11:00-da ünvan 9 ünvanında keçiriləcəyi barədə X3, İddiaçı və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının “xxxx“ MMC-nin 12.07.2019-cu tarixli, 01/2484 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2500 manat olmaqla hərraca çıxarılması və hərracın 29 iyul 2019-cu il tarixdə saat 11:00-da ünvan 9 ünvanında keçiriləcəyi barədə X3, İddiaçı və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının “xxxx“ MMC-nin 02.08.2019-cu tarixli, 01/2713 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000-15%=42.500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 2125 manat olmaqla hərraca çıxarılması və hərracın 29 iyul 2019-cu il tarixdə saat 11:00-da ünvan 9 ünvanında keçiriləcəyi barədə X3, İddiaçı və məlumat üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 41.55 kv.m olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət hüququ kimi «Cavabdeh1 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 13.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Hərracın yekunları barədə 30.08.2019-cu-ci il tarixli, 56/01 nömrəli protokolunun surətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinin, Sumqayıt şəhəri üzrə icra İdarəsinin 99/6 saylı, 11.06.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 50.000 (əlli min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 42500,00 (qırx iki min beş yüz) manat olan İddiaçı mülkiyyətindəki Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzili 31875,00 manata ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi X10 əldə etmişdir; AR Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri sektoru tərəfindən verilmiş 05.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı məcburi köçkündür; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-810/2017 saylı, 20.09.2017-ci il tarixli icra vərəqəsinin, Sumqayıt şəhəri üzrə icra İdarəsinin 99/6 saylı, 11.06.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilə dair açıq hərrac keçirilmiş və bu barədə iddiaçıya bildirişlər göndərilmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 22/136 saylı evin 8 saylı mənzilin ilkin satış qiyməti 50.000 manat olmaqla müəyyən edilmiş, ipoteka predmeti olan mənzili tələbkar Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X10 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki yaşayış yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə mənzilin qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracla bağlı sənədləri məhkəməyə təqdim etmiş, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmiş və həmin ünvandan qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 BOKT ASC-yə qarşı (Sumqayıt şəhəri üzrə İcra İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 BOKT ASC-yə qarşı (Sumqayıt şəhəri üzrə İcra İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar