Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1818/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 1600 (min altı yüz) manat ödənilməmiş hissə, 420 (dörd yüz iyirmi) manat dəbbə pulu cəmi 2020 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50894 olan Xiaomi Redmi 7 markalı telefon üçün 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə, cəmi 443 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı paltaryuyan, Samsung LED markalı telvizor üçün 2992 (iki min doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 792 (yeddi yüz doxsan iki) manat dəbbə pulu, cəmi 3784 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********65929 olan NOKİA 3.1 PLUS markalı telefon üçün 241 (iki yüz qırx bir) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə pulu, cəmi 315 manat olmaqla ümumilikdə 6562 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6592 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx“ MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il cu il, xx.xx.2019-cu il, tarixlərindəki müqavilələrinə əsasən, Samsung markalı soyuducu, İMEİ kodu **********50894 olan Xiaomi Redmi 7 markalı telefon, LG markalı paltaryuyan, Samsung LED markalı televizor, İMEİ kodu **********65929 olan NOKİA 3.1 PLUS markalı telefon almış və nəticədə 6562 (altı min beş yüz altmış iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-salqı qiyməti 2179 (iki min yüz yetmiş doqquz) manat (iş ay x 100 manat + 379 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün yüz (yüz bir) manat olmaqla ondan, 1600 (min altı yüz) manat ödənilməmiş hissə, 420 (dörd yüz iyirmi) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (yüç yüz yetmiş iki) manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********50894 olan Xiaomi Redmi 7 markalı telefon üçün 443 (dörd yüz qırx üç) manat olmaqla ondan 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, 102 (yüz iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3446 (üç min dörd yüz qırx altı) manat (18 ay x 176 manat + 278 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan, Samsung LED markalı televizor üçün 3784 (üç min yeddi yüz səksən dörd) manat olmaqla ondan 2992 (iki min doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 792 (yeddi yüz doxsan iki) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 425 (dördyüz iyirmi beş) manat (12 ay x 31 manat +53 manat ilkin ödəniş) olan İMEİ kodu **********65929 olan NOKİA 3.1 PLUS markalı telefon üçün 315 (üç yüz on beş) manat olmaqla ondan 241 (iki yüz qırx bir) manat ödənilməmiş hissə, 74 (yetmiş dörd) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1248 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz, olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştər-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 2020 (iki min iyirmi) manat məbləğində, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 443 (dörd yüz qırx üç) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 3784 (üç min yeddi yüz səksən dörd) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 315 (üç yüz on beş) manat olmaqla, cəmi 6562 (altı min beş yüz altımış iki) manatdır. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2019-cu il tarixli 00947990 nömrəli müqavilə üzrə cavabdehə soyducu Samsung RT53K6530SL/WT, xx.xx.2019-cu il tarixli 00958856 nömrəli müqavilə üzrə cavabdeh Xiaomi Redmi 7 2GB/16GB, xx.xx.2019-cu il tarixli 00958909 nömrəli müqavilə üzrə cavabdeh Paltaryuyan LG F2J6HS8S (gümüşü), xx.xx.2019-cu il tarixli 00961409 nömrəli müqavilə üzrə cavabdehə Nokia 3.1 plus DS satılmışdır. xx.xx.2019-cu il tarixli 00947990 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əlavəyə əsasən cavabdeh qrafik üzrə hər ay 100 (yüz) manat məbləğində ödəniş öhdəliyini, xx.xx.2019-cu il tarixli 00958856 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əlavəyə əsasən cavabdeh qrafik üzrə hər ay 31 (otuz bir) manat məbləğində ödəniş öhdəliyini, xx.xx.2019cu il tarixli 00958909 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əlavəyə əsasən cavabdeh qrafik üzrə hər ay 176 (yüz yetmiş altı) manat məbləğində ödəniş öhdəliyini, xx.xx.2019cu il tarixli 00961409 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əlavəyə əsasən cavabdeh qrafik üzrə hər ay 31 (otuz bir) manat məbləğində ödəniş öhdəliylərini üzərinə götürmüşdür. Məlumat vərəqəsindən görünür ki, cavabdeh iddiaçıya verdiyi bütün məlumatların həqiqətə uyğun olduğunu öz imzası ilə təsdiqləyir və bu məlumatların “ABC” Telecom tərəfindən hərtərəfli araşdırılmasına etiraz etmir. Kommersiya qrumlarının dövlət reyesteri məlumatlarından görünür ki, “xxxx” MMCnin hüquqi ünvanı ünvan 1anlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğini qısa bir zamanda ödənilməsini və ya əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacaq. xx.xx.2019-cu il tarixli 00947990 saylı müqavilə üzrə maliyyə arayışına əsasən cavabdehin aylıq ödəniş məbləği 100 (yüz) manat məbləğində, xx.xx.2019-cu il tarixli 00958856 saylı müqavilə üzrə maliyyə arayışına əsasən aylıq ödəniş məbləği 31 (otuz bir) manat, xx.xx.2019-cu il tarixli 00958909 saylı müqavilə üzrə maliyyə arayışına əsasən aylıq ödəniş məbləği 176 (yüz yetmiş altı) manat, xx.xx.2019-cu il tarixli 00961409 saylı müqavilə üzrə maliyyə arayışına əsasən 31 (otuz bir) manat məbləğində müəyyən edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996cı il tarixdə doğulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 00947990 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli 00958856 nömrəli, xx.xx.2019-cu il tarixli 00958909 nömrəli, xx.xx.2019-cu il tarixli 00961409 nömrəli müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilələr üzrə əsas borcu 6592 (altı min beş yüz doxsan iki) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli 00947990 nömrəli müqavilə üzrə 1600 (min altı yüz) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 420 (dörd yüz iyirmi) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 42 (qırx iki) manata, xx.xx.2019-cu il tarixli 00958856 nömrəli müqavilə üzrə 341 (üç yüz qırx bir) manat əsas borcuna görə 102 (yüz iki) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 10 (on) manata, xx.xx.2019-cu il tarixli 00958909 nömrəli müqavilə üzrə 2992 (iki min doqquz yüz doxsan iki) manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 792 (yeddi yüz doxsan iki) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 100 manata, xx.xx.2019-cu il tarixli 00961409 nömrəli müqavilə üzrə 241 (iki yüz qırx bir) manat məbləğində əsas borcuna görə, 74 (yetmiş dörd) manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 10 (on) manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1600 (min altı yüz) manat məbləğində ödənilməmiş əsas borc, 42 (qırx iki) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 341 (üç yüz qırx bir) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2992 (iki min doqquz yüz doxsan iki) manat əsas borc, 100 (yüz) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli 241 (iki yüz qırx bir) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1600 (min altı yüz) manat məbləğində ödənilməmiş əsas borc, 42 (qırx iki) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 341 (üç yüz qırx bir) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2992 (iki min doqquz yüz doxsan iki) manat əsas borc, 100 (yüz) manat məbləğində cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 241 (iki yüz qırx bir) manat məbləğində ödənilməmiş əsas borc, 10 (on) manat məbləğində cərimə məbləği olmaqla, ümumilikdə 5336 (beş min üç yüz otuz altı) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1818/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1818/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver