Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-182/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilin boşaldılması, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə iddia tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilin boşaldılması, sökülməsi, yeni mənzil ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 42.1 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzilin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 42.1 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6-cı binanın 3cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 64 kv metrdən ibarət olan təmirli yaşayış sahəsinin paylarına uyğun cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3a təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin iddiaçı “Ailə Park" QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı ‘Ailə Park" QSC tərəfindən cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3a hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqının paylarına uyğun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra tərəflər barışıq sazişi imzalayaraq, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Buna dair İddiaçı QSC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixində EMİS vasitəsilə tərəflər arasında imzalanmış barışıq sazişini məhkəməyə təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə iddiaçının nümayəndəsi (vəkili) X8 və cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə yazılı vəsatət təqdim edərək, tərəflər bir-birinə qarşı irəli sürdükləri iddia tələblərindən imtina etdiklərini, buna dair cavabdehlərlə aralarında barışıq sazişi bağlandığı üçün hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X8 bildirdi ki, iddiaçı ilə cavabdehlər arasında bütün mübahisəli məsələlər barədə razılıq əldə olunmuşdur. Bu səbəbdən, barışıq sazişi təsdiq olunmaqla, mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdehlər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-182/2025 saylı, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1257/2025 saylı mülki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı MTK-ya qarşı sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi üzrə 2-1(112)-3071/2025 saylı inzibati işlər vardır.
2. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 42,1 kv.metrdən (faktiki sahəsi 60.1 kv.metr) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzil reyestr nömrəsi - **********21-05101-093012, qeydiyyat nömrəsi - **********, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir.
3. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı MTKya təhvil verilir və həmin mənzil iddiaçı “Ailə Park" MTK tərəfindən sökülür.
4. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 42,1 kv.metrdən (faktiki sahəsi 60.1 kv.metr) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6-cı binanın 6-cı mərtəbəsində (yaşayışın 5- ci mərtəbəsi) yerləşən faktiki sahəsinə 30% əlavə edilməklə içdən-içə 80 kv.metr ölçüdə yüksək (Standart təmirlə verilən mənzillərlə müqayisədə 2 (iki) dəfə artıq hesablanmaqla) təmirli (kombi sistemi, İtalya istehsalı olan kombi cihazı, radiatorlar, dəyəri 2000 (iki min) manat olan mətbəx mebeli, sayğaclar, domofon, sürətli internet və telefon xətləri, sanitar qovşaqda, korridor və giriş hissədə isti döşəmə olmaqla) 2 otaqlı 29 saylı mənzil İddiaçı MTK tərəfindən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 təhvil verilir.
5. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyalarının müvəqqəti yaşayış yerinə və yeni mənzil təhvil verilərkən geriyə köçürülməsi İddiaçı MTK tərəfindən işçilərlə və yük maşını ilə təmin edilir.
6. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi olaraq hər ay 750 (yeddi yüz əlli) manat məbləğində kirayə haqqı tərəflərin bank hesablarına köçürüləcəkdir.
7. Təhvil veriləcək yeni mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən təhvil alındığı gündən etibarən iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmaqla kommunal xidmətlərin deyəri(yerli sakinlərə 50% endirim şərti ilə yəni 1 kv.m- 0,45 manat müəyyən edilməklə) vaxtlı-vaxtında və tam ödənilməsi təmin edilir.
8. Təhvil verilməsi nəzərdə tutulan yeni mənzildə aparılacaq təmir işlərini bütün mərhələlərində mütamadi izləmək və tənzimləmək məqsədi ilə İddiaçı MTK tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvafiq şərait yaradılır.
9. Layihə başa çatdıqdan sonra təhvil verilmiş mənzilə dair mülkiyyət hüquqularının rəsmiləşdirilməsi üçün İddiaçı MTK tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zəruri sənədlərlə təmin edilir.
10. Saziş imzalandıqdan sonra 3 gün müddətində tərəflər sazişin 1-ci bəndində qeyd edilən tələblər üzrə iddia ərizələrinin (Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-182/2025 saylı, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1257/2025 saylı mülki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Bakı şəhər icra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı MTK-ya qarşı sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi üzrə 2-1(112)- 3071/2025 saylı inzibati iş) geri götürülməsinə dair, həmçinin barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə aidiyyəti məhkəmələrə müraciət edirlər.
11. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.
12. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazıminca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.
13. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan güvvəyə minir.
14. Nərimanov rayon Məhkəməsinin 2(005)-1714/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X4 Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsiondə yerləşən təhvil verilməsi nəzərdə tutulan 6 saylı binasnın 6 cı mərtəbəsində yerləşən 80 kv.m ölçüdə 29 saylı mənzil, X5 ilə Ailə Park MTK arasında imzalanmış xx.xx.2024-cü ildə yazılmış “Razılaşma”-nı rəhbər tutaraq 7-ci mərtəbədə 80 kv.m ölçüdə yerləşəcək 36 saylı mənzil ilə dəyişdirilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumları onlara geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilin sökülməsi, yeni ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
Barışıq sazişi: Hazırki barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaqdır) İddiaçı MTK, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (bundan sonra “Tərəflər” adlandırılacaqdır) aşağıdakı şərtlərlə imzalandı:
1. Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-182/2025 saylı, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1257/2025 saylı mülki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı MTK-ya qarşı sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi üzrə 2-1(112)-3071/2025 saylı inzibati işlər vardır.
2. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 42,1 kv.metrdən (faktiki sahəsi 60.1 kv.metr) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzil reyestr nömrəsi - **********21-05101-093012, qeydiyyat nömrəsi - **********, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir.
3. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı MTKya təhvil verilir və həmin mənzil iddiaçı “Ailə Park" MTK tərəfindən sökülür.
4. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 42,1 kv.metrdən (faktiki sahəsi 60.1 kv.metr) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6-cı binanın 6-cı mərtəbəsində (yaşayışın 5- ci mərtəbəsi) yerləşən faktiki sahəsinə 30% əlavə edilməklə içdən-içə 80 kv.metr ölçüdə yüksək (Standart təmirlə verilən mənzillərlə müqayisədə 2 (iki) dəfə artıq hesablanmaqla) təmirli (kombi sistemi, İtalya istehsalı olan kombi cihazı, radiatorlar, dəyəri 2000 (iki min) manat olan mətbəx mebeli, sayğaclar, domofon, sürətli internet və telefon xətləri, sanitar qovşaqda, korridor və giriş hissədə isti döşəmə olmaqla) 2 otaqlı 29 saylı mənzil İddiaçı MTK tərəfindən cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 təhvil verilir..
5. Tərəflər qəbul edirlər ki, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 21 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyalarının müvəqqəti yaşayış yerinə və yeni mənzil təhvil verilərkən geriyə köçürülməsi İddiaçı MTK tərəfindən işçilərlə və yük maşını ilə təmin edilir.
6. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi olaraq hər ay 750 (yeddi yüz əlli) manat məbləğində kirayə haqqı tərəflərin bank hesablarına köçürüləcəkdir.
7. Təhvil veriləcək yeni mənzil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən təhvil alındığı gündən etibarən iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmaqla kommunal xidmətlərin deyəri(yerli sakinlərə 50% endirim şərti ilə yəni 1 kv.m- 0,45 manat müəyyən edilməklə) vaxtlı-vaxtında və tam ödənilməsi təmin edilir.
8. Təhvil verilməsi nəzərdə tutulan yeni mənzildə aparılacaq təmir işlərini bütün mərhələlərində mütamadi izləmək və tənzimləmək məqsədi ilə İddiaçı MTK tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvafiq şərait yaradılır.
9. Layihə başa çatdıqdan sonra təhvil verilmiş mənzilə dair mülkiyyət hüquqularının rəsmiləşdirilməsi üçün İddiaçı MTK tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 zəruri sənədlərlə təmin edilir.
10. Saziş imzalandıqdan sonra 3 gün müddətində tərəflər sazişin 1-ci bəndində qeyd edilən tələblər üzrə iddia ərizələrinin (Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mübahisəli mənzilin boşaldılması, sökülməsi, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-182/2025 saylı, İddiaçı MTKnın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1257/2025 saylı mülki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Bakı şəhər icra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı MTK-ya qarşı sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi üzrə 2-1(112)-3071/2025 saylı inzibati iş) geri götürülməsinə dair, həmçinin barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə aidiyyəti məhkəmələrə müraciət edirlər.
11. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.
12. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazıminca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.
13. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan güvvəyə minir.
14. Nərimanov rayon Məhkəməsinin 2(005)-1714/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X4 Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən təhvil verilməsi nəzərdə tutulan 6 saylı binasının 6-cı mərtəbəsində yerləşən 80 kv.m ölçüdə 29 saylı mənzil, X5 ilə Ailə Park MTK arasında imzalanmış xx.xx.2024-cü ildə yazılmış “Razılaşma”-nı rəhbər tutaraq 7-ci mərtəbədə 80 kv.m ölçüdə yerləşəcək 36 saylı mənzil ilə dəyişdirilmişdir. Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri izah edilmiş və şərtləri tərəflərə aydındır. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla məhkəmədə və digər nüsxələri tərəflərdə saxlanılır. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilin sökülməsi, yeni ilə əvəz edilməsi və kirayə haqqı” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə biər.
Sədrlik edən: Solmaz Ədilova