Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1824/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi ilə, İddiaçı Seyfulla oğlunun cavabdeh “Hidro İnşaat Servis” MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə pulun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Seyfulla oğlu cavabdeh “Hidro İnşaat Servis” MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh “Hidro İnşaat Servis” MMC-nin hüquqi ünvanı ünvan 1 Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual normaların tələbindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM–nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM İddiaçı Seyfulla oğlunun cavabdeh “Hidro İnşaat Servis” MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1824/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1824/2021
26.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver