Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1831/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı Azad oğlunun cavabdeh BOKT "xxxx" MMC-yə qarşı müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Azad oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il iyunun 08-dən iyulın 06-dək əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən müalicədə olduğu dövrdə buraxılan ümumilikdə 28 günün 14 təqvim iş günü üçün hesablanmış 762,24 manat müavinətin tutulmasını xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Nərimanov məhkəməsinin № 2(005)-731/2021 saylı 04 mart 2021-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından 1524,48 manat müavinət İddiaçı xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7119/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının şikayəti qismən təmin olunmuş, qətnamə qismən ləğv olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı olan iddia tələbinə münasibətdə ləğv edilmiş, həmin hissədə iş üzrə icrаata xitam verilmişdir. İddiaçı Azad oğlunun hazırda verdiyi iddia ərizəsi (BOKT "xxxx" MMC-yə qarşı hissədə ) üçün yeni hallar, əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsi eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslarla məhkəmənin aktı (qətnaməsi, qərardadı) mövcud olarsa ikinci icraatın başlanılmasını istisna edilir. Lakin iddiaçı başqa əsaslarla, tələblə məhkəmədə iddia qaldırmağa haqlıdır. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azad oğlunun cavabdeh BOKT "xxxx" MMC-yə qarşı müavinətin ödənilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1831/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1831/2022
01.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver