Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1834/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçinin nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi “nikah haqqında akt qeydinin bərpası faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X4 nikah akt qeydinin bərpası barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1951-ci ildə Ermənistan SSR, Alaverdi şəhərində doğulmuşdur. O, 20 sentyabr 1970-ci ildə Əhmədova (Əliyeva) Məleykə Əlpaşa qızı ilə nikaha daxil olmuşdur. Nikah Quqark rayonu, Arçut kəndi icra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. Onun arvadı Məleykə Əliyeva nikahdan sonra Əhmədova soyadını qəbul etmişdir. Həmin nikahdan onların 4 övladları olmuşdur. 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçüb, Bakı şəhəri, Nərimanov rayonu ərazisində məskunlaşmışdır. Ərizəçi nikah haqqında şəhadətnaməni naməlum şəkildə itirmişdir. Hazırda o, İ qrup əlildir, əlilliyi ilə əlaqədar həyat yoldaşı Məleykə Əhmədovanın ona qəyyum təyin edilməsini istəyir. Məleykə Əhmədovanın qəyyum olaraq rəsmiləşdirilməsi üçün nikah haqqında şəhadətnamə tələb edilir. Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X9nə müvafiq ərizə ilə müraciət olunmuş, lakin Şöbənin 26 mart 2023-cü il tarixli məktubu ilə imtina olunmuş, məsələnin həlli üçün məhkəmə qaydasında müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizəçi nümayəndəsi X14 məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət X9 məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı Asan Xidmət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X7 bildirmişdir ki, ərizəçi ilə 35 il birlikdə qonşuluqda yaşamışdır. O, 1970-ci ilin 20 sentyabrında X8 ilə ailə həyatı qurmuşdur. Məhkəmə iclasında iştirakı ərizəçi tərəfindən təmin edilmiş şahid X11 bildirmişdir ki, ərizəçinin qaynıdır. O, 1970-ci ilin 20 sentyabrında, onun bacısı X8 ilə ailə həyatı qurmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1979-cu il tarixində anadan olmuşdur. X2, anası X6r. xx.xx.1976-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X14, 23 yanvar 1976-cı il tarixində anadan olmuşdur. X2, anası X6r. xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X12, 14 may 1981-ci il tarixində anadan olmuşdur. X2, anası X6r. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə doğulmuşdur AZE seriyalı, 04321980 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1952-ci il tarixdə doğulmuşdur. 1 saylı Bakı Asan Xidmət X5 xx.xx.2023-cü il tarixli məktubunun surətinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydası ilə müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Ərizəçi tərəfindən müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.4-cü maddəsinə əsasən ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 4.1-ci maddəsinə görə, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlannda qeydə alına bilmir. Həmin qərarın 5.1-ci maddəsində göstərilmişdir ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlannda qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi ilə X4 nikah münasibətlərində olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X8 arasında xx.xx.1970-ci il tarixində qeyd edilmiş nikah haqqında akt qeydi bərpası edilsin. Nikah haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1834/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1834/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver