Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1835/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə evin alqı-satqısı üçün ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa eldiyi və xx xxxxxx 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh istifadəsinə verdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3153-3152 məhəlləsində yerləşən 2ci binanın, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otaqlı mənzilə (hazırda Bakı səhəri, Yasamal rayonu, A.M,Şərifzadə küçəsi, ev 168, mənzil 13) dair istifadə hüququ xx xxxxxxx 2013-cu il tarixdə Bakı şəhəri 14 nömrəli notariat kontorunca təsdiq edilmiş ilkin müqavilə əsasında İddiaçı 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinə satılmışdır. Bununla bağlı iddiaçı tərəfindən 120.000 (bir yüz iyirmi min) manat pul vəsaiti xx xxxxxxx 2013-cü il tarixdə “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında yerləşən Bakı şəhəri 14 nömrəli notariat kontorunun depozit hesabına köçürülmüş, bununla bağlı əlavə olaraq 240 (iki yüz qırx) manat məbləğdə pul vəsaiti eyni hesaba notariusda bağlanmış müqavilə üçün rüsum kimi ödənilmiş və xəzinə mədaxil orderləri alınmışdır. Cavabdeh həmin vəsaiti xx xxxxxxx 2013-cü il tarixində almışdır. Satıcı-Cavabdeh həmin mənzili müqaviləyə əsasən alıcının istifadəsinə verməli olsa da, indiyə qədər müqavilə öhdəliklərinə əməl etməmişdir. Bu səbəbdən alıcı istifadə hüququ ilə aldığı mənzildən hələ də istifadə edə bilməmişdir. Bir müddətdən sonra mənzilinə gəldikdə və mənzilin qapısını döydükdə onun açılmadığını və orada kimsənin yaşamadığını görmüşdür. O, “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə müraciət etdikdə ona bildirmişdilər ki, anlaşılmazlıq olub və həmin mənzildə satıcı-Cavabdeh Maksi qızı artıq yaşamır və sözügedən mənzilin kimin istifadəsinə verilməsini aydınlaşdırıb ona xəbər veriləcəkdir. Həmin zamandan artıq xeyli vaxt keçməyinə baxmayaraq Cavabdeh və “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti mənzilini ona təhvil vermək istəmirlər. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı mənzili müqavilə bağlandığı andan alıcıya verməli idi. Göründüyü kimi altı ildən artıq bir müddətdir ki, cavabdehlər müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmirlər. Yuxarıda qeyd edilmiş müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə onun tərəfindən pretenziya qaydasında Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində şəxsən direktor Şakir Qarayevə xx xxxxx 2019-cu il tarixdə bildiriş verilmişdir. Lakin bu günə qədər sözügedən mənzil onun istifadəsinə və sahibliyinə verilməmişdir. Bu səbəbdən onun tərəfindən həmin mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə iclasları zamanı ona məlum olmuşdur ki, Cavabdeh mübahisəli mənzili 2017-ci ildə başqa şəxsə satmışdır. Lakin ilkin müqavilədə mənzilin 120.000 (bir yüz iyirmi min) manat qiymətə satıldığı nəzərdə tutulsa da, həmin alqı-satqının nə zaman bağlanacağı göstərilməmişdir. Bu səbəbdən da qanunun tələbi ilə 1 (bir) il müddətində alqı-satqı müqaviləsi bağlanmadığından ilkin müqaviləyə xitam verilir. Belə olan halda ilkin müqavilə üzrə tərəflər, yəni Cavabdeh və İddiaçı əvvəlki vəziyyətə qayıtması Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitini İddiaçı qaytarması ilə baş verə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı şəxs xx xxxxxxx 2013-cü il tarixli ilkin müqaviləyə istinad edərəkcavabdehin müqavilə üzrə öhdəliklərinə əməl etmədiyini bildirmiş və yeddi ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı şəxs cavabdehə hər hansı məbləğdə pul vəsaitini verməsi və bu faktın iddiaçı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmadığından onun müvafiq tələbi əsassızdır. Qeyd edilənlərə əsasən, müvafiq iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxxx 1997-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 460473 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 arasında xx xxxxxxx 1997-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxx 1997-ci il tarixdə 1678 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada Vəliyeva soyadı verilmişdir; “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti-icraçı ilə Cavabdeh-sifarişçi arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, 3153/3157 nömrəli məhəllədə inşa edilən yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini öz öhdəsinə götürür (1-ci bənd). İcraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürür (2-ci bənd). Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir (3-cü bənd). Sifarişçi mənzilin dəyərini birdəfəlik yaxud hissəhissə ödəyə bilər və mənzilin dəyəri tam ödənildikdən sonra mənzil üzərində tam sərəncam vermək hüququna malik olur (4-cü bənd). Mənzilin inşaası başa çatdıqdan sonra tərəflər arasında alqı-satqı müqaviləs bağlanaraq, qeydiyyat qanunvericiliyə müvafiq qaydada dövlət notariat orqanları tərəfindən həyata keçirilir (6-cı bənd); Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx xxxx 2007-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Musabəyov yaşayış sahəsi, A.Şərifzadə küçəsi, 3153-3157-ci yaşayış binasına ünvan 1 nömrəli ünvan təyin edilmişdir; Bakı şəhəri 14 nömrəli notariat kontoru tərəfindən 7-E-18-15253 nömrəli reyestrlə qeydiyyatdan keçərək təsdiq edilmiş ƏN-İ seriyalı 393369 nömrəli xx xxxxxxx 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verməyi və bununla bağlı bütün zəruri işlərin görülməsini X10 etibar etmişdir. Həmin etibarnamə ilə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə beş il müddətinə verilmiş və xx xxxxxxx 2018-ci ilədək qüvvədə olması müəyyən edilmişdir; ünvan 3 ünvanında yaşayan X7 notariat kontoruna ünvanladığı və müvafiq notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2013-cü il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 nömrəli məhəllədə “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən 4 (dörd) otaqlı, ümumi sahəsi 166,7 kv.metr olan mənzilə dair ilkin müqavilə bağlanmasına və gələcəkdə satılmasına etiraz etməmişdir; X8 notariat kontoruna ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə yerləşən 2-ci binanın, 6cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağının İddiaçı 120.000 (bir yüz iyirmi min) manat qiymətə satılması ilə bağlı razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə tərəflərin təsdiqi həyata keçirildikdən sonra müvafiq notariat kontorunun depozit hesabı vasitəsi ilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah olunmuşdur; İddiaçı notariat kontoruna ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə yerləşən 2-ci binanın, 6cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağının ona 120.000 (bir yüz iyirmi min) manat qiymətə satılması ilə bağlı razılığa gəlmişlər. Alqı-satqı müqaviləsinin notariay qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini öz üzərinə götürmüşdür Bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin müvafiq notariat kontorunun depozit hesabına qəbul olunması xahiş edilmişdir; “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx xxxxxxx 2013-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən müvafiq mənzilin alqı-satqı qiyməti olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti notariat kontorunun depozit hesabına köçürülmüşdür; “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx xxxxxxx 2013-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən xidmət haqqı olaraq 240 (iki yüz qırx) manat məbləğində rüsum ödəmişdir; X6 adına “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında açılmış AZ63DEKB******************** nömrəli hesabının xx xxxxxxx 2013-cü il tarixinə olan çıxarışının surətindən və məzmunundan görünür ki, 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti xx xxxxxxx 2013-cü il tarixdə müvafiq hesaba daxil edilmişdir; Bakı şəhəri 14 nömrəli notariat kontorunun “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialına ünvanladığı xx xxxxxxx 2013-cü il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, ünvan 4 mənzil 9 ünvanında yaşayan İddiaçı notariat qaydasında təsdiq ediləcək alqısatqı müqaviləsi üzrə ödənilməli olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin müvafiq müqavilə qeyd edilən notariat kontoru tərəfindən təsdiq edildikdən sonra həmin notariusun məktubu əsasında ünvan 3 ünvanında yaşayan X11verilməsi üçün müraciət edilmiş bankda olan ******************** nömrəli depozit hesabına qəbul olunması xahiş edilmişdir; Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 14 nömrəli notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2013-cü il tarixli ilkin müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağına dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir (1.1-ci bənd). Bu müqavilənin predmeti olan mənzilin qiyməti 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən olunmuşdur (2.1-ci bənd). Tərəflər arasında mənzilin qiyməti ilə əlaqədar hesablaşma qaydası: alıcı mənzilin bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir (2.2-ci bənd). Bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir (2.3-cü bənd). Satıcı “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2005-ci il tarixli müqaviləsinə əsasən istifadəsində olan, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otağını, bu müqavilə bağlandığı andan alıcıya verməyə borcludur (3.1-ci bənd). Alıcı isə Bakı şəhəri, Yasamal rayonu, (A. Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otağını istifadə üçün öhdəsinə götürür və gələcəkdə qeyd olunan mənzilin sənədləşdirmə işlərini və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın alınmasını öz üzərinə götürür (3.2-ci bənd). Tərəflərin üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsində asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldığı vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur (4.3-cü bənd); ünvan 3 ünvanında yaşayan X7 “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı və Bakı şəhəri 53 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 nömrəli məhəllədə inşa edilən yaşayış sahəsində 2-ci binanın, 6-cı mərtəbəsində, 4 (dörd) otaqlı, ümumi sahəsi 166,7 kv.metr olan mənzillin və pay haqqının, arvadı Cavabdeh tərəfindən vətəndaş X3 xeyrinə imtina etməsinə etiraz etməmiş və gələcəkdə “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı heç bir iddia və tələbi olmayacağını bildirmişdir; “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti-icraçı ilə X5-sifarişçi arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçi ailənin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 168A (köhnə ünvan: 3153/3157 nömrəli məhəllədə) inşa edilən yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) 13 nömrəli mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini öz öhdəsinə götürür (1-ci bənd). İcraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürür (2-ci bənd). Mənzilin dəyəri qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir (3-cü bənd). Sifarişçi mənzilin dəyərini birdəfəlik yaxud hissə-hissə ödəyə bilər və mənzilin dəyəri tam ödənildikdən sonra mənzil üzərində tam sərəncam vermək hüququna malik olur (4-cü bənd). Mənzilin inşaası başa çatdıqdan sonra tərəflər arasında alqı-satqı müqaviləs bağlanaraq, qeydiyyat qanunvericiliyə müvafiq qaydada dövlət notariat orqanları tərəfindən həyata keçirilir (6-cı bənd); “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, 168A ünvanında yeni tikilən yaşayış binası “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Bu binanın 2-ci giriş, 6-cı mərtəbəsində ümumi sahəsi 166,7 kv.metr olan, 4 otaqlı,13 nömrəli yaşavış sahəsinin dəyəri Radayev ValeriyKonstantinoviç tərəfindən tam ödənilmişdir və hazırda Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdehlər “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “mənzilin cavabdehlər tərəfindən qanunsuz istifadə və sahibliyinin qarşısının alınması və mənzilin iddiaçının istifadə və sahibliyinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi təmin edilməmiş, iddiaçı şəxs tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 13424/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Ləğv prosesində olan “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli **********401 nömrəli məktubunun məzmunundan görünür ki, X6 hesabından çıxarışda 120.000 (bir yüz iyirmi min) manat məbləğində vəsaitin məxaric edilməsi göstərilmiş, lakin arxivdə X13 tərəfindən X1dan hesabından 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin alınmasına dair kassa məxaric qəbzinin əsli və ya surəti aşkar edilməmişdir; Nəsimi RPİ tərəfindən xx xxxxx 2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1970-ci il tarixdə Ermənistanın Kalinin rayonunda anadan olmuş İddiaçı ünvan 9 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxx 2019cu il tarixli arayışın məzmunundan görünür ki, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 9, mənzil 24 ünvanında qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır; 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən aAşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X13 ilə X9 arasında xx xxxxxxx 1997-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Vəliyeva soyadı verilmişdir. “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti-icraçı ilə Cavabdeh-sifarişçi arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, sifarişçi ailəsinin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, 3153/3157 nömrəli məhəllədə inşa edilən yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini, icraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verməyi və bununla bağlı bütün zəruri işlərin görülməsini xx xxxxxxx 2013-cü il tarixli etibarnamə ilə X10 etibar etmişdir. X14 ilə İddiaçı arasında Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 3153-3152 məhəllədə yerləşən 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağının 120.000 (bir yüz iyirmi min) manat qiymətə satılması ilə bağlı razılıq əldə edilmiş və “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialının xx xxxxxxx 2013-cü il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən müvafiq mənzilin alqı-satqı qiyməti olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti notariat kontorunun depozit hesabına köçürülmüş, həmçinin İddiaçı xidmət haqqı olaraq 240 (iki yüz qırx) manat məbləğində rüsum ödəmişdir. X1 adına “Dekabank” Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialında açılmış AZ63DEKB******************** nömrəli hesabına xx xxxxxxx 2013-cü il tarixdə 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti daxil edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2013cü il tarixli ilkin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,70 kv.metrdən ibarət 4 otağına dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Müqaviləyə əsasən mənzilin qiyməti 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən olunmuşdur. Alıcı mənzilin qiymətini notariusun bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəyir. Satıcı “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2005-ci il tarixli müqaviləsinə əsasən istifadəsində olan, Bakı şəhəri, Yasamal rayonu, (A.Şərifzadə küçəsi) 3153-3152 məhəllədə “AVE-İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 2-ci binanın, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 166,7 kv.metrdən ibarət 4 otağını, bu müqavilə bağlandığı andan alıcıya verməyə borcludur. Tərəflərin üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsində asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldığı vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Habelə müəyyən edilmişdir ki, “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti-icraçı ilə X5sifarişçi arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən sifarişçi ailənin mənzil təminatını ödəmək üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 168A (köhnə ünvan: 3153/3157 nömrəli məhəllədə) inşa edilən yaşayış sahəsində 2-ci binanın 6-cı mərtəbəsində 4 otaqlı (ümumi sahəsi 116,7 kv.metr olan) 13 nömrəli mənzilə ehtiyacı olduğunu və bunun tikilməsinə çəkiləcək xərclərin ödənilməsini, icraçı sifarişçinin istəyinə uyğun mənzilin ayrılmasını və tikilib təhvil verilməsini öz üzərinə götürmüşdür. Müvafiq yaşavış sahəsinin dəyəri Radayev ValeriyKonstantinoviç tərəfindən tam ödənilmiş və hazırda onun qeyd edilən Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu yoxdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “AVE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “mənzilin cavabdehlər tərəfindən qanunsuz istifadə və sahibliyinin qarşısının alınması və mənzilin iddiaçının istifadə və sahibliyinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13424/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4216/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən satıcı mənzili müqavilə bağlandığı andan alıcıya verməli idi. Lakin cavabdeh şəxs müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etməmişdir. Bu səbəbdən iddiaçı şəxs tərəfindən həmin mənzilin ona təhvil verilməsinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mübahisəli mənzili 2017-ci ildə başqa şəxsə satmışdır. Halbuki, ilkin müqavilədə mənzilin 120.000 (bir yüz iyirmi min) manat qiymətə satıldığı nəzərdə tutulsa da, həmin alqı-satqının nə zaman bağlanacağı göstərilməmişdir. Bu səbəbdən də müvafiq qanunvericiliyin tələbi ilə 1 (bir) il müddətində alqı-satqı müqaviləsi bağlanmadığından ilkin müqaviləyə xitam verilmiş, belə olan halda ilkin müqavilə üzrə tərəflər, yəni Cavabdeh və İddiaçı əvvəlki vəziyyətə qayıtması cavabdeh şəxsin 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə mümkündür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 120.000 (bir yüz iyimri min) manat məbləgindəoul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1835/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1835/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver