Məhkəmə qərarları › İş №2(005)-1837/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1837/2022

13.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1837/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh «Kalyon RSY X3 Ticari İşletmesi» Şirkətinin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh «Kalyon RSY X3 Ticari İşletmesi» Şirkətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Kalyon RSY X3 Ticari İşletmesi» Şirkətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, 03 09.2021-ci il tarixdən cavabdeh təşkilatda “İnzibatı köməkçi” vəzifəsində işə qəbul edilərək işləmiş və iş zamanı əmək intizamına əməl elməklə heç bir qüsura yol verməmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd olunan intizam tənbehi almamışdır. Lakin işdən heç bir problem olmadan iş vaxtı qurtarıb evə gedərkən, 08 11 2021-ci il tarixdə ona Ramazan Düzmə adlı şəxs dedi kı, “sən sabah işə gəlmə”. Bundan sonra işə getməmiş, 09 11 2021cı ıl tarixdə isə idarənin e-mailində onunla birtərəfli qaydada əmək müqaviləsinin pozulması barədə məlumat qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Poçtunun mohurü vurulmuş konvertlə xx.xx.2021-ci il tarixdə ona təqdim olunmuş məktubla şirkətin direktoru Alı Durdunun imzası ilə niyə işə gəlməməyi barədə ona sorğu edildiyindən, bu barədə İdarəyə xx.xx.2021-ci il tarixdə qeyd etdiklərini yazılı bildirmişdir. Heç bır əmək intizamını pozmamış, nə mudrıyyətə, nə də əmək kollektivinə heç bır ziyan vurmamışdır. Yalnız, ona “sabah işə gəlmə” dediklərinə gorə işə getməmiş və bundan sonra ərizəyə əlavə etdiyi e-maildən əldə etdiyi vərəqəyə əsasən müdiriyyətə onun proqul etməyini bildirdikləri aşkar etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Kalyon RSY X3 Ticari İşletmesi» Şirkətinin vəkili X2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; «Kalyon RSY X3 Ticari İşletmesi» Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ünvanlanmış məktubda görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmiş, ən qısa müddətdə işə gəlməməsi səbəbini rəsmi surətdə bildirilməsi, əks halda AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad ediləcəyi xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkəti ilkin mediasiya sessiyasını tarixi, saata və yeri barədə 5 gün əvvəlcə poçt vasiyəsi ilə məlumatlandırılmış, lakin iştirak edilməmişdir. “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialından xitam olunması barədə xx.xx.2021-ci il tarixli, X-201/21 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən AR Əmək Məcəlləsnin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Kalyon RSY X3 Ticari İşletmesi» Şirkətinin xx.xx.2021-ci il tarixli işçi davamiyyətsizliyi barədə aktda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdən inzibati köməkçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq bütün iş günü işə gəlməmişdir. Kalyon RSY X3 Ticari İşletmesi» Şirkətinin xx.xx.2021-ci il tarixli işçi davamiyyətsizliyi barədə aktda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdən inzibati köməkçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq iş günləri ərzində işə gəlməmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 03 09.2021-ci il tarixdən cavabdeh təşkilatda “İnzibatı köməkçi” vəzifəsində işə qəbul edilərək işləmişdir. 08 11 2021-ci il tarixdə ona Ramazan Düzmə adlı şəxs dedi kı, “sən sabah işə gəlmə”. Bundan sonra işə getməmiş, 09 11 2021-cı ıl tarixdə isə idarənin e-mailində onunla birtərəfli qaydada əmək müqaviləsinin pozulması barədə məlumat qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli, X- 201/21 nömrəli əmrlə İddiaçı xx.xx.2021-ci il tarixdən AR Əmək Məcəlləsnin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “Ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin”qanuni qüvvəyə minmiş”qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında isə iddiaçının bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən iddiaçının işdən azad edərkən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktları əsas götürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin;

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Sadalanan əmək qanunvericiliyinin normalarının məzmunundan göründüyü kimi ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Hətta işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədikdə belə xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Odur ki, iddia təmin edilməli, “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2021-ci il tarixli, X-201/21 nömrəli əmri ləğv edilməli, İddiaçı “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialında əvvəlki işinə bərpa edilməli, cavabdeh “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqısı hesablanaq ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2021-ci il tarixli, X-201/21 nömrəli əmri ləğv edilsin. İddiaçı “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialında əvvəlki işinə bərpa edilsin. Cavabdeh “Kalyon RSY X3 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqısı hesablanaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar