Məhkəmə qərarları › İş №2(005)-1845/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1845/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1845/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında fəaliyyət göstərən cavabdehlər "xxxx" Dizayn Təmir-Tikinti Şirkətindən və Cavabdeh2 müştərək qaydada 15.000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şifahi vəsatət təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsinin aidiyyatı üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf işin aidiyyatı üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Məhkəmə mülki işin hallarını nəzərə alaraq hesab edir ki, hazırda İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyatı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi deyil, Şamaxı Rayon Məhkəməsidir. Bu səbəbdən mülki iş adiyyatı üzrə göndərilməlidir. Belə ki, mülki iş üzrə Cavabdeh2 adına qeydə alınmış VÖEN mövcuddur, onun hüquqi ünvanı Şamaxı rayonu, Şamaxı şəhəri, Bakı-Qazax yolunun yanı, ev 118 km-dir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana uyğun məhkəməyə verilməmişdir. Buna görə də vəsatət təmin olunaraq mülki iş aidiyyatı üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməlidir. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərək ərazi aidiyyatına riayət olunması iddianın yolverilən olması baxımından mühüm şərtlərdən biridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar