Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1851/2020 26.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “eyni şəxs olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “eyni şəxs olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1945-ci ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuş və xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölmüş X6 onun atası olması, Ermənistanın Basarkeçər rayonu VVAQ Şöbəsində qeydə alınmış doğum haqqında qeydiyyat kitablarında tərtib edilmiş xx xxxxxxxx 1945-ci il tarixli doğum qeydində göstərilən “X13” ilə, Ermənistanın Daşkənd kənd sovetliyində xx xxxxxx 1970-ci ildə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə göstərilən “X7”nun, Ermənistanın Vardenis rayonu VVAQ Şöbəsində xx xxxx 1982-ci ildə qeydə alınmış doğum haqqında şəhadətnamədə ata adı kimi göstərilmiş “X8”nun, bacısı X12 Özbəkistan Respublikası Daşkənd şəhəri Lenin rayonunda qeydə alınmış və “X13” ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X14”nun eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1976-cı ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur. Atası X14 xx xxxxxxxx 1945-ci ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur. Atasının doğumu Ermənistanın Basarkeçər rayonu VVAQD Şöbəsində qeydə alınmış və adı X3 göstərilmişdir. Atası ilə anasının rəsmi nikahı Ermənistanın Daşkənd kənd sovetliyində xx xxxxxx 1970-ci ildə qeydiyyata alınmış və atasının adı nikah haqqında şəhadətnamədə X1 göstərilmişdir. Onun doğumu Ermənistanın Vardenis rayonu VVAQS Şöbəsində xx xxxx 1982-ci ildə qeydə alınmış və doğum haqqında şəhadətnamədə ata adı X2 göstərilmişdir. X29 xx xxxxxx 1970-ci ildə anadan olmuş və onun doğumu Özbəkistan Respublikası Daşkənd şəhərinin Lenin rayonunda qeydə alınmış və onun doğum haqqında şəhadətnaməsində adı X18 kimi gösdtərilmişdir. Digər bacısı xx xxxxxx 1982-ci ildə Özbəkistan Respublikası Daşkənd şəhəri Sergelinskiy rayonunda qeydə alınmış və onun doğum haqqında şəhadətnaməsində adı X18 kimi göstərilmişdir. Atasının adı şəxsiyyət vəsiqəsində X14, ölüm haqqında şəhadətnaməsində isə X4 göstərilmişdir. Atasının vəfatından sonra vərəsəlik məsələlərinin həlli ilə əlaqədar notariat kontoruna müraciət edən zaman sənədlərdəki uyğunsuzluq müəyyən edilmiş, sənədlər arasında ziddiyyət olduğundan, həmin ziddiyyətin aradan qaldılrılması zəruri hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq, xx xxxxxxxx 1945-ci ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuş, xx xxxxxx 2019-cu il tarixdə Bakı səhərində ölmüş X6 onun atası olması, Ermənistanın Basarkeçər rayonu VVAQ Şöbəsində qeydə alınmış doğum haqqında qeydiyyat kitablarında tərtib edilmiş xx xxxxxxxx 1945-ci il tarixli doğum akt qeydində göstərilən “X13” ilə, Ermənistanın Daşkənd kənd sovetliyində xx xxxxxx 1970-ci ildə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə göstərilən “X7”nun, Ermənistanın Vardenis rayonu VVAQ şöbəsində xx xxxx 1982-ci ildə qeydə alınmış doğum haqqında şəhadətnamədə ata adı kimi göstərilmiş “X8”nun, bacısı X12 Özbəkistan Respublikası Daşkənd şəhəri Lenin rayonunda qeydə alınmış və “X13” ilə 5 nömrəli Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X15”nun eyni şəxs olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahid ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Ermənistanın Basarkeçər rayonu VVAQ Şöbəsi tərəfindən xx xxxxxx 1967-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 xx xxxxxxxx 1945-ci il tarixdə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxxxxxx 1945-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir; Ermənistanın Vardenis rayonu Daşkənd kənd soveti tərəfindən xx xxxxxx 1970-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı 271219 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X9 arasında xx xxxxxx 1970-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının nikah kitabında xx xxxxxx 1970-ci il tarixdə 1 nömrə ilə qeyd edilmişdir; Özbəkistan SSR Daşkənd şəhəri Lenin rayonu VVAQ Şöbəsi tərəfindən xx xxxxxx 1970-ci il tarixdə verilmiş İİİ-УЗ seriyalı 395798 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X18 xx xxxxxx 1970-ci il tarixdə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxxxx 1970-ci il tarixdə 2347 nömrə ilə qeyd edilmişdir. Atası X16, anası X10r; Ermənistanın Vardenis rayonu VVAQ Şöbəsi tərəfindən xx xxxx 1982-ci il tarixdə verilmiş İİİ- СЛ seriyalı 442965 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Moqubbat oğlu xx xxxx 1976-cı il tarixdə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxx 1976-cı il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. Atası X8, anası X10r; Özbəkistan SSR Daşkənd şəhəri Sergelinskiy rayonu VVAQ Şöbəsi tərəfindən xx xxxx 1982-ci il tarixdə verilmiş İV-ЮС nömrəli doğun haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X17 xx xxxxxx 1982-ci il tarixdə Özbəkistan SSR Daşkənd şəhəri Sergelinskiy rayonunda anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxx 1982-ci il tarixdə 284 nömrə ilə qeyd edilmişdir. Atası X16, anası X10r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı və ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qarabulaq kəndində 0,06 ha torpaq sahəsi üzərində yerləşən 149,6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx xxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır; 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 059541 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxxxx 2019-cu il tarixdə “dəm qazının toksik təsiri” səbəbi ilə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir; 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 2020-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli 74 nömrəli məktubun məzmunundan görünür ki, doğum haqqında akt qeydinin bərpa olunması haqqında ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “’Vətədaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar, müvafiq şöbəyə daxil olmuş müraciətin həyata keçirilməsi onların imkanları xaricində olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx xxxxxxxx 1945-ci il tarixdə anadan olmuşdur; xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid Bayramzadə Sevinc Möhübbət qızı ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. O, Özbəkistan Respublikası Daşkənd şəhərində xx xxxxxx 1982-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ata qrafasında X16 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx xxxx 1976cı ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur. X30 (Möhübbət) Mikayıl oğlu xx xxxxxxxx 1945-ci ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur. Atasının doğumu Ermənistanın Basarkeçər rayonu VVAQD Şöbəsində qeydə alınmış və adı X3 göstərilmişdir. Atası ilə anasının rəsmi nikahı Ermənistanın Daşkənd kənd sovetliyində xx xxxxxx 1970-ci ildə qeydiyyata alınmış və atasının adı nikah haqqında şəhadətnamədə X1 göstərilmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata adı X2 göstərilmişdir. X29 xx xxxxxx 1970-ci ildə anadan olmuş və onun doğum haqqında şəhadətnaməsində adı X18 kimi gösdtərilmişdir. xx xxxxxx 1982-ci il təvəllüdlü digər bacısının doğum haqqında şəhadətnaməsində adı X18 kimi göstərilmişdir. Ərizəçinin atasının adı şəxsiyyət vəsiqəsində X14, ölüm haqqında şəhadətnaməsində isə X4 göstərilmişdir. Ərizəçinin atasının vəfatından sonra vərəsəlik məsələlərinin həlli ilə əlaqədar qeyd edilən sənədlər arasında ziddiyyətlər olduğundan, müvafiq qaydada hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılması barədə ərizə ilə Ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx xxxxxxxx 1945-ci ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuş və xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölmüş X6 Ərizəçi atası olması, Ermənistanın Basarkeçər rayonu VVAQ Şöbəsində qeydə alınmış doğum haqqında qeydiyyat kitablarında tərtib edilmiş xx xxxxxxxx 1945-ci il tarixli doğum qeydində göstərilən “X13”nun, Ermənistanın Daşkənd kənd sovetliyində xx xxxxxx 1970-ci ildə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə göstərilən “X7”nun, Ermənistanın Vardenis rayonu VVAQ Şöbəsində xx xxxx 1982-ci ildə qeydə alınmış doğum haqqında şəhadətnamədə ata adı kimi göstərilmiş “X8”nun, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X14” ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Belə ki, qeyd edilən xüsusatlar məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin ərizəçi şəxs Ərizəçi “bacısı X12 Özbəkistan Respublikası Daşkənd şəhəri Lenin rayonunda qeydə alınmış və “X13” nun 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X15”nun eyni şəxs olması hissəsində təmin edilməməlidir. Belə ki, ərizəçinin bacısı X11 məhkəməyə ərizə vermək hüququ vardır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx xxxxxxxx 1945-ci ildə Ermənistanın Vardenis rayonu Daşkənd kəndində anadan olmuş və xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində ölmüş X14 Ərizəçi atası olması faktı müəyyən edilsin. Ermənistanın Basarkeçər rayonu VVAQ Şöbəsində qeydə alınmış doğum haqqında qeydiyyat kitablarında tərtib edilmiş xx xxxxxxxx 1945-ci il tarixli doğum qeydində göstərilən “X13” ilə, Ermənistanın Daşkənd kənd sovetliyində xx xxxxxx 1970-ci ildə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə göstərilən “X7”nun, Ermənistanın Vardenis rayonu VVAQ Şöbəsində xx xxxx 1982-ci ildə qeydə alınmış doğum haqqında şəhadətnamədə ata adı kimi göstərilmiş “X8”nun 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X14”nun eyni şəxs olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1851/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1851/2020
26.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver