Məhkəmə qərarları › İş №2(005)-1853/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1853/2022

17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1853/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi adına verilmiş 18 dekabr 1972-ci il tarixdə Ermənistan SSR-nin Quqark rayonuna X1 Qeydiyyatı şöbəsində 147 №li 1-SL 288836 seriyalı doğum haqqında şəhadətnamənin bərpa edilməsi və şəxsiyyət vəsiqəsində Ərizəçi kimi yazılmış ad, soyad və ata adının doğum haqda şəhadətnamədə göstərilmiş Ərizəçiə Lətif qızı kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1972-ci ildə Ermənistan SSR-nin Quqark rayonunun Mollaqışlaq kəndində anadan olmuşdur. Ona 1972-ci ilin dekabr ayının 18-də Quqark rayonunun X1 qeydiyyatı şöbəsindən 147 nömrəli qeydiyyatla 1-SL 288 836 №li doğum haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədəki yazılı qeydiyyatlar rus dilində aparılmışdır. Həmin vaxt ad, soyad və ata adı Ərizəçiə Lətif qızı kimi göstərilmişdir. Ailələri 1988-ci ildə genosid və etnik təmizləmə nəticəsində Ermənistan adlandırllmış Qərbi Azərbaycandan deportasiya olunmuşdur. O, Azərbaycana gəldikdən sonra bir neçə dəfə həmin dövrdə qüvvədə olan qanunlara uyğun qaydada vətəndaşlıq pasportu və şəxsiyyət vəsiqəsi almışdır. Həmin sənədlərdə şəxsiyyəti Ərizəçi kimi göstərilmişdir. Lakin ata adında şovinist, milliyyətçi erməni məmuru tərəfindən çox ehtimal ki, ata adının düzgün yazılmadığından sonradan pozuntu edilərək Lətif yazılaraq səhv düzəldilmişdir. O, 1989-cu ildə pasport aldığı zaman pozuntu AR DİN-nin Bakı şəhəri Nərimanov Rayon Daxili İşlər Şöbəsində səhvə “inanılsın" kimi qeyd aparılan möhürlə təsdiqlənmişdir. Buna baxmayaraq Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət edərkən həmin şöbədən 11 mart 2022ci il tarixdə ona doğum haqqında akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhz bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi bildirmişdir ki, ötən dövrdə ərinin doğum haqqında akt qeydinin bərpasına hər hansı zərurət olmamışdır. Lakin hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Ərizəsində göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Hallavar kənd soveti, Quqark rayonu, Ermənistan SSR tərəfindən 18.12.1972-ci il tarixdə verilmiş İ SL seriyalı, 28836 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə doğulmuş Ərizəçi anası – X4 və atası – X3r; AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə doğulmuşdur. 14.10.2005-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 04688868 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 19.09.1936-cı il tarixdə Ermənistan, Quqark rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin 1103.2022-ci il tarixli, 39 nömrəli məktubunun surətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, X1 qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. 18.03.2022-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi hazırda ünvan 4 ünvanda yaşayır. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün özünün doğum faktının müəyyən edilməsini ehtiyacı vardır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi üçün Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1972-ci il tarixdə Mollaqışlaq kəndi, Quqark rayonu, Ermənistan SSR anadan olması, atasının “X6”, anasının “X4” olması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1972-ci il, doğum yeri qrafasında Zaqatala rayonu Mollaqışlaq kəndi, Quqark rayonu, Ermənistan SSR, atası qrafasında X6, anası qrafasında «X4» göstərilməli, X5 doğum haqqında akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq, doğum tarixi qrafasında xx.xx.1972-ci il, doğum yeri qrafasında, Mollaqışlaq kəndi, Quqark rayonu, Ermənistan SSR, atası “X6” (milliyyətcə azərbaycanlı olan), anası “X4» (milliyyətcə azərbaycanlı olan) göstərilsin. Doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar