Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1854/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanılması xərclərinə (kommunal xidmət haqqına) görə xx.xx.2024-cü il tarixədək borcları yaranmış cavabdehlər: Cavabdeh1 – 410,40 manat, Cavabdeh2 459 manat, Cavabdeh3 -185 manat, Cavabdeh4- 951,60 manat pul vəsaitlərinin və həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 49 manat, korrespendensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərədən tutularaq İddiaçı nə ödənilməsi və binanın saxlanılması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdıırlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia ərizəsinə əlavə təqdim edilmişdir) Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə təqdim edərək, Cavabdeh5 qarşı hissədə iddia ərizəsini geri götürdüyünü bildirmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o, cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri “Nəsimi-45" MMMC tərəfindən həyata keçirilir. “Nəsimi-45" MMMCnin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Belə ki, “Nəsimi-45" MMMC tərəfindən yuxarıda göstərilən binanın saxlanması xərclərinə görə cavabdehlərin 01.03 2024-cü ıl tarixinə aşağıda göstərilən məbləğdə borcları yaranmışdır. Məlum edir ki, cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Sonradan tərəfimizdən qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, 07 noyabr 2003-cü il tarixdə "xxxx" Mənzil Tikinti koperativi, Kooperativin sədri X3 ilə bağlanmış B-123/7 saylı müqavilə əsasında Bakı Şəhər İcra Hakimiyyətinin 117 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən "xxxx" MTK tərəfindən Xətai prospekti 38 ünvanında 20 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti "xxxx" MTK üzvlərinin (payçıların) vəsaiti və imkanlan hesabına həyata keçirmişdir. Buna əsasən Xətai prospekti 38 ünvanınca 20 mərtəbəli yaşayış binalarının “B" blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 7 mərtəbəsində yerləşən və ümumi sahəsi 123m2 təşkil edən yaşayış sahəsini kooperativ, mənə (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, mən isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşəm. Yaşayış sahəsini kooperativ Mənə aşağıdakı texniki vəziyyətdə təhvil verməlidir. Binanın ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır; Bina ətrafında abadlıq işləri tam başa çatdırmalı; Yaşayış sahənin giriş qapısı, PVC tipli metaloplastik pəncərələr quraşdırılır; bina üçün su çəni, elektrik qeneratoru quraşdırılır; Daxili elektrik xətləri və xarici işıqlanma sistemi quraşdırılır (elektrik sayğacları, rozetka və açarlar istisna olmaqla); Yaşayış sahəsinin daxilində yalnız mala işləri görülür, ümumi kommunikasiya xətləri çəkilir; Kooperativ öhdəsinə götürmüşdür. Ona məxsus evin tikintisinin layihə sənədlərinə və tikinti Norma-Qaydalarının tələblərinə uyğun surətdə, müəyyən edilmiş müddətdə başa çatdırılmasın; Tikinti başa çatdıqdan sonra müqavlə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın "B" blokunda, ümumi sahəsi 123nrr olan 7 mərtəbədə yerləşən yaşayış sahəsini mənə təhvil verilməlidir. -Müqavilənin «3» bəndində müəyyən edilmiş qrafıkə əsasən vaxtlı-vaxtında kooperativə maliyyə vəsaitinin ödənilməsini; Müqavilənin «3» bəndində müəyyən edilmiş qrafıkə əsasən sahə haqlarının ödənilməsini geciktirdiyi təqdirdə kooperativi tərəfindən bu müqaviləni bir tərəfli qaydada ləğv edilməsinə və ödədiyi maliyyə vəsaitlərinin müqavilənin «2.1.» bəndinin «c» bəndində göstərilmiş şərtlər ilə ona qaytarılmasına etiraz etməməyi. Təfıl veriləcək ümumi sahəsinin ölçüsü 123 m2 təşkil edir, bu sahənin ümumi 25830 ABŞ dollar (iyirmi beş min səkkiz yüz otuz ABŞ dolları) məbləğində müəyyən qiyməti tərəflərin razılığı ilə təyin edilmişdir. O müqavilə imzalandığı tarixdə bu müqavilənin «1.1» bəndində göstərilmiş ümumi sahənin dəyərinin 100% təşkil edən 25830 ABŞ dolları məbləğində vəsaiti ilk ödəniş olaraq koopetativin hesabına nəğd pulla ödəmişdir. Müqavilənin 5.3 bəndinə əsasən şərtlərinin icrası nəticəsində yaranan narazılıqlara səbəb olan məsələlər Azərbaycan Respublikasında mövcud olan Qanunvericilikdə nəzərdə tutulmuş qaydalarla məhkəmədə həll olunacağı göstərilmişdr. xx.xx.2023-cü il tarixdə Hüquq MTK-nın Xətai prospekti 38 ünvanında inşa edoilmiş, 20 mərtəbəli yaşayış binasından “B" bloku, 7 mərtəbə, mənzil 123kv.m yaşayış sahəni almaq üçün ********* (bir yüz iyirmi altı milyon beş yüz altmış yeddi min manat) pul ödəmişdir. Beləki, çox mənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaqyeri) sahələrinin, eləcədə balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydalara əsasən yaşayış binasında otaqların və digər ərazilərin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə, isteminə daxil olan sobsnın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər ərazilərin sahələrinə daxil edilmir. Qaydalara əsasən balkon və terras arın sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiqedilir. Belə ki, balkon və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil olunur. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan - binaya bitişikvə yal-onun içərisində tikilmiş, isidilmə yən, açıq və ya şüşələnmış ərazidir. Beləliklə balkon və terrasların sahələrinin 30 faizi, şüşəbənd və lociyaların 50 faizi, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 kvadratmetr olduqda 0,3 azaltma əmsalı tətbiq edərək balkonadair 3 kv adratmetr sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Qeyd edir ki, ona məxsus evin kamunal pulu 0,30 manat təşkil olunduğu halda, aldığım evin təmirinə başladıqdan sonra 123kv, yaşayış sahəsinə görə hər ayın sonu 40.50 manat pul ödəmişəm. Ödədiyim pulların qəbzləri məndərir. Sürətlərini ərizədə qoşmaya əlavə etmişəm. xx.xx.2020 il tarixdə Azərbaycan Respublikasını Əmlak məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət rester xidmətindən çıxarış almışdır. Ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə A,B,D blokları, 38, mənzil 198 ünrumi sahəsi 110.40 olmuşdur. Bununla da, 2020-ci tarixdən 110.40kv.m yaşayış sahəsinə görə hər ay 33 manat kaminal pulu ödəmişdir. Əlavə qeyd edir ki, 123kv.m yaşayış sahəsinə görə 0.30 manat təşkil olduğu halda, 2008-ci il tarixdən 2020-ci il tarixdək məndən hər ay 40.50 kamunal pulu almışdır. xx.xx.2020-ci il tarixdən isə 110.40 kv.m olan evimə görə hər ay 33 manat pul ödəmişdir. Bununla da “Nəsimi 45" MMMC-nin sədri Gülnarə Cəbrayılova razılaşmışdır. Mənzilinin ümümi sahəsin hər kv.m üçün 30 qəpikdən pul ödəmişdir. Onun heç bir borcu yoxdur. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 25 fevral 2019-cu il tarixli ümumi yığıncağının qərarlarının 13 mart 2019-cu il tarixli protokolundan görünür ki, AR Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış alması üçün lazım olnb tədbirlərin görülməsi idrəedici təşkilata həvalə edilməsi və idarəedici təşkilat olaraq "xxxx" MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0,30 manat müəyyən olunması qərara alınmışdır. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə A, B,D blokları, ev 38, mənzil 198 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 166, M7, m3 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. - AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Fəaliyyə məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdiirlmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. - Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında 06 yanvar 2023-cü il tarixli razılaşmadan görünür ki, "xxxx" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78845 manat məbləğində tələb hüququ İddiaçınə ötürülmüşdür,78845 manat məbləğində borca dair tələb hüququnun İddiaçınə ötürülməsi ilə hüququnun İddiaçınə ötürülməsi ilə əlaqədar olaraq bunun qarşılığında "xxxx" MMC borc öhdəliklərini İddiaçı öz öhdəsinə götürür. - İddiaçı sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, sahə mülkiyyətçilərinin 2019-cu ildə keçiirlmiş ümumi yığıncağında müəyyən edilmiş qiymət saxlanılmaqla İddiaçındə binanın saxlanılması xərcləri xx.xx.2024-cü il tarixdən etibarən mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun olaraq 1 kv.m=30 qəpik, qeyri-yaşayış sahəsinə görə isə 1 kv.m=15 qəpik hesablanması, İddiaçındə səsvermə zamanı səslərin mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun (1 kv.m-1 səs) hesablanması, İddiaçındə bundan sonra yalnız binanın saxlanmasına görə ödənişlər üzrə borcu olmayan şəxslər üzvlüyə qəbul edilməsi və üzv olmaq istəyən şəxslər üçün 100 manat məbləğində giriş haqqı müəyyən edilməsi və həmin vəsait həyata keçirilməsi nəzərdə tutulan abadlıq işlərinə sərf edilməsi, İddiaçı İdarə Heyətinin sədri üçün aylıq mükafatlandımanın məbləği ay ərzində binanın saxlanmaıs xərcləri üçün yığılan məbləğin 6 faizi miqdarında müəyyən edilməsi, binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlərin görülməsi, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqinin İdarə Heyətinə tapşırılması qərara alınmışdır. - İddiaçı 2023-cü ilin maliyyə fəaliyyətinə dair illik hesabatından görünür ki, cəmiyyət üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xərclərin tərkibi 136394 manat olmuşdur. - İddiaçı 2023-cü ilin yekunu üzrə təftiş komissiyasının hesabatından görünür ki, cəmiyyətin xx.xx.2024-cü il tarixinə debitor borcu 73116 manat, kreditor borcu isə "xxxx" ASC-yə 66283 manat, "xxxx" MMC-yə 4500 manat, icarə haqqı 25045 manat təşkil etmişdir. - İddiaçı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İsmayılova \sevil Məhərrəm qızı "xxxx" MTK tərəfindən yeni qaydalarla AZ 1008 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166 (Xətai prospekti 38) ünvanda inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 3 nömrəli mənzili üzrə (blok B, 198 nömrəli mənzili üzrə) xx.xx.2024-cü il tarixədək binanın saxlanması xərclərinə görə qalıq borcu 78,90 manatdır. - İddiaçı tərəfindən Cavabdeh4 ünvanlanan fevral 08 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə görə 2014,40 manat borcu olması, 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı tərəfindən Cavabdeh3 ünvanlanan 09 fevral 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə görə 258 manat borcu olması, 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir - İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan 09 fevral 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə görə 309,50 manat borcu olması, 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanan 12 fevral 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona xx.xx.2024-cü il tarixədək kommunal xidmətlərə görə 549,70 manat borcu olması, 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - İddiaçı sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsvermənin nəticələrinə dair 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 2023-cü il üçün maliyyə fəaliyyətinə dair illik planın icrası ilə bağlı hesabatın təsdiq edilməsi, 2023-cü ilin yekunu üzrə təftiş komissiyasının hesabatının təsdiq edilməsi, 2025-ci il üçün maliyyə fəaliyyətinə dair illik planın təsdiq edilməsi, binanın saxlanılması xərclərinə görə 1 kv.m üçün 30 qəpik xidmət haqqı saxlanılmaqla aylıq ödənişləri bir aydan artıq gecikdirən mənzil mülkiyyətçilərinə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 0,3 faizi miqdarında cərimənin hesbalanması qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. İddiaçındə binanın saxlanılması xərcləri xx.xx.2024-cü il tarixdən etibarən mənzillərin çıxarışlarda göstərilmiş sahəsinə uyğun olaraq 1 kv.m=30 qəpik, qeyri-yaşayış sahəsinə görə isə 1 kv.m=15 qəpik olması qərara alınmışdır. Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında 06 yanvar 2023-cü il tarixli razılaşmadan görünür ki, "xxxx" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78845 manat məbləğində tələb hüququ İddiaçınə ötürülmüşdür, 78845 manat məbləğində borca dair tələb hüququnun İddiaçınə ötürülməsi ilə hüququnun İddiaçınə ötürülməsi ilə əlaqədar olaraq bunun qarşılığında "xxxx" MMC borc öhdəliklərini İddiaçı öz öhdəsinə götürülmüşdür. İddiaçı tərəfindən pretenziya qaydasında cavabdehlərə müraciət edilsə də, ödənişlər həyata keçirilməmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.5-ci maddəsinə əsasən, tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək 121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çoxmənzilli binanın sahə mülkiyyətçiləri onlara məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduqları halda borcu ödəməmişdirlər. AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin etirazına münasibət olaraq bildirir ki, cavabdeh ödənişlər etdiyini, onun borcu olmadığını bildirsə də, qəbzlərdən görünür ki, Cavabdeh1 tərəfindən 2017-ci ilə qədər ödənişlər edilmişdir. Cavabdeh1 tərəfindən 2024-cü il üzrə kommunal ödənişlərin edilməsi ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi cavabdehin təqdim etdiyi sənədlər onun borcdan azad olması üçün əsas ola bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 410,40 manat məbləğində kommunal xidmətə görə pul, Cavabdeh2 459 manat kommunal xidmətə görə pul, Cavabdeh3 185 manat kommunal xidmətə görə pul, Cavabdeh4 951,60 manat kommunal xidmətə görə pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “hüquqi yardım göstərilməsinə görə vəkilə ödənmiş pulun və korrespendensiya xərcləri 50 manat məbləğinin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə həmin məbləğlərin ödənilməsi öz təsdiqini tapmadığından həmin pulların tutulması üçün əsaslar mövcud olmadığından iddia tələbi bu hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş edilən hissəsinə mütənasüb olaraq 40 manat dövlət rüsumunun 31 manatı cavabdehlərdən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 410,40 (dörd yüz on manat qırx qəpik) manat, Cavabdeh2 459 (dörd yüz əlli doqquz) manat, Cavabdeh3 185 (bir yüz səksən) manat, Cavabdeh4 951,60 (doqquz yüz əlli bir manat altmış qəpik) manat məbləğində kommunal xidmətə görə pul tutularaq İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun 31 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq ididaçı İddiaçı xeyrinə ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1854/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1854/2024
17.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver