Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1857/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “əmrin ləğv ounması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işdən azad olunması barədə 17.09.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Hippokrat” Tədris Mərkəzində qeydiyyat şöbəsində çalışmışdır. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamış və öz vəzifəsinə məsuliyyətlə yanaşmış, işlədiyi müddət ərzndə heç bir pozuntuya yol verməmişdir. Cavabdehin 17.09.2020-ci il tarixli əmrinə (əmrin surəti bu günə qədər yazılı və şifahi müraciətlər etsə də, təqdim olunmamışdır) əsasən, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, əmr qanunsuz və əsassızdır. Belə ki, işdən azad olunmağı barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, iddiaçı indiyə kimi vəzifələrinin icrası zamanı pozuntuya yol verməmişdir. İddiaçı həmçinin bildirir ki, əmr verilən tarixdə artıq 1 ay 15 gün indiki ana olmuş və belə bir əmrin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinin birbaşa və kobud surətdə pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 iddia ərizəsinə təqdim etdiyi etiraza uyğun izahat verərərək bildirmişdir ki, iddiaçı Aslanova X3 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin onun işdən azad olunması barədə 17.09.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh hesab edir ki, qeyd edilən iddia tələbi əsassızdır. İddiaçı iddia ərizəsində heç bir dəlil və sübut təqdim etmədən, iddia ərizəsində qanunvericiliyin işin faktiki halları ilə uzlaşmayan bir sıra normalarını sadalamaqla kifayətlənərək tələbini yalnız onun əsaslandırmışdır ki, o, “Hippokrat” Tədris Mərkəzində qeydiyyat şöbəsində çalışmış, işlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamış, öz vəzifəsinə məsuliyyətlə yanaşmış, işlədiyi müddətdə heç bir pozuntuya yol verməmiş, işdən azad olunmasına dair əmr verilən tarixdə artıq 1 ay 15 gün idi ki ana olmuş və belə bir əmrin verilməsi Əmək Məcəlləsinin pozulması deməkdir. Cavabdeh hesab edir ki, iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, ərizədə qeyd edilənlər ümumi sözlərdən başqa bir şey deyildir və göstərilənlərin hüquqi əsası yoxdur. Qeyd etdiklərini aşağıda göstərilənlərlə əsaslandırır. İddiaçı hamilə və yenicə ana olması barədə heç vaxt nə şifahi, nə də yazılı olmaqla cavabdehə məlumat verməmişdir. Bundan başqa iddiaçı ilin əvvəlində işə gəlmədiyi üçün ona təcili işə gələrək, işə gəlməməsinin səbəbləri barədə məlumat verməyi barədə cavabdeh tərəfindən rəsmi müraciət edilmişdir. Lakin iddiaçı bu müraciəti də cavabsız qoymuşdur. Bütün bunlarla yanaşı qeydiyyatçı kimi İddiaçınm vəzifəsinə müraciət etmiş şəxsin qeydiyyatını aparmaq, təhsil haqqını həmin şəxsdən qəbul edərək, pul vəsaitinin alınmasına dair müraciət etmiş şəxsə qəbz vermək, pulun məbləği barədə özündə qeydiyyat aparmaq və günün sonunda qeydiyyata alınmış şəxslərin sayı və toplanmış vəsait barədə cavabdehə hesabat vermək daxildir. Qeydiyyatçı vəzifəsində işləmiş İddiaçı fəaliyyəti nəticəsində onun tərəfindən müraciət etmiş şəxslərdən alınan təhsil haqqlarının bir qisminin mənimsənilməsinə kifayət qədər şübhələr olduğundan, onun fəaliyyətinin yoxlanılması üçün cavabdeh tərəfindən sərbəst auditorla müqavilə bağlanmışdır. İddiaçı fəaliyyəti sərbəst auditor X8 tərəfindən yoxlanılarkən İddiaçı 21 may 2020-ci il tarixdə ***- ***-**-** saylı telefona ***-***-**-** saylı telefonla zəng edildi. Saat 17-57 də telefona Zenfiranm atası Yusif, anası və həyat yoldaşı ilə danışılaraq audit yoxlamasında iştirak etməyə dəvət edildilər, lakin hər üçü və Zenfira araşdırmada iştirak etməkdən imtina etdilər. Qeydiyyatçı vəzifəsində işləmiş X1 fəaliyyəti 16 mart 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixlərində sərbəst auditor tərəfindən yoxlanılmış, yoxlama zamanı müəyyən edilmişdir ki, X9, toplanmış vəsaitdən 1460 (bir min dörd yüz altmış) manat məbləğində pul vəsaitini ödəməkdən yayındıraraq mənimsəmişdir. Təşkil edilən kursda qeydiyyatçı vəzifəsində işləmiş X1 vətəndaşlardan təhsil haqqı kimi qəbul etdiyi pul vəsaiti X5 etibar edilmiş vəsait olmuşdur. Qeyd olunanlarla əlaqədar cavabdeh tərəfindən iddiaçının əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edilmiş və hazırda iddiaçının cinayət tərkibli əməlləri araşdırılır. Yalnız bütün sadalananlardan sonra iddiaçı Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduğu vəsifəsindən azad edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuşdur. İddiaçı tərəfindən 03.02.2021-ci il tarixdə “Hippokrat” Tədris Mərkəzinin direktoru X4 ərizə ilə müraciət edərək göstərmişdir ki, iş fəaliyyəti ilə əlaqədar xitam əmrinin surətini ona təcili təqdim edilməsi xahiş edilmişdir. 0343948 nömrəli əmək kitabçasının surətindən görünür ki, X6 ali təhsilli, peşəcə filoloqdur və əmək kitabçası 11.11.2016-cı il tairxdə doldurulmuşdur. Asan-1 tərəfindən verilmiş 11.07.2018-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 19136374 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X11 18.03.1989-cu ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu,2-ci şimal şit, ev.5A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış **********4 nömrəli 15.12.2014-cü il tarixdə məktubun məzmunundan görünür ki, f/ş A.Gülməmmədov tərəfindən təqdim olunmuş sənədlərdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, qanunverciliyin tələblərinin pozulduğu aşkar olunmuşdur. İddiaçıya hamiləlik və doğuşa görə məzuniyyət haqqının, həmçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın hesablanıb ödənilməsində də qanunverciliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən f/ş X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddələrinə müvafiq olaraq, 12.10.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, son haqq-hesabın və hamiləlik və doğuşa görə məzuniyyət haqqının düzgün hesablanıb ödənilməsi ilə bağlı f/ş X7 rəsmi məktub göndərilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət edilməsi hüququ vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin İddiaçı ünvanladığı 17.06.2020-ci il tarixli **********754600 nömrəli araşdırmanın aparılması barədə məktubun məzmunundan görünür ki, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını alınması, habelə dövlət müəssələrində tibbi-proflaktik, dezenfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirildiyini nəzərə alaraq, müraciətdə qeyd olunanlara dair ətraflı izahatı və müvafiq təsdiqedici sənədləri 02.07.2020-ci il tarixədək baş idarəyə göndərilməsi tövsiyyə olunur. Müraciətdə göstərilənlərlə bağlı zəruri hesab edilən məlumatları bu məktubda qeyd olunan iş və ya mobil telefon nömrələrinə zəng edərək izah edilməsi izah edilmişdir. Müraciətdə qanunla müəyyən edilmiş müddətdə baxılacaq və nəticəsi barədə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında X12 Xidmətinin məhkəmə sorğusuna 13.04.2021-ci il tarixli **********4 nömrəli cavab məktubundan görünür ki, İddiaçı ilə 10.08.2019-cu il tarixdən işəgötürən X11 tərəfindən müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə 17.09.2020-ci il tarixdə 70-ci maddənin “Ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Auditorlar palatasının sərbəst audiotru X8 tərəfindən 21 sentyabr 2020-ci il tarixli müstəqil auditor hesabatından (rəy) görünür ki, qeydiyyatçı İddiaçı işlədiyi dövr araşdırlarkən onun hesabında 1460 (bir min dörd yüz altmış) manat dəyərində pul kəsiri müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 10.08.2019-cu il tarixdən “Hippokrat” Tədris Mərkəzində qeydiyyat şöbəsində 17.09.2020-ci il tarixinə qədər qeydiyyatçı vəzifəsində işləmişdir. O, “Hippokrat” Tədris Mərkəzində işlədiyi müddətdə həmin Tədris Mərkəzinin rəhbəri X11 tərəfindən əmək pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh fiziki şəxs X2 etirzından və izahatından məlum olur ki, qeydiyyatçı vəzifəsində işləmiş İddiaçı əmək fəaliyyəti 16 mart 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixlərində sərbəst auditor tərəfindən yoxlanılmış, yoxlama zamanı İddiaçı, toplanmış pul vəsaitindən 1460 (bir min dörd yüz altmış) manat məbləğində pul vəsaitinin tədris mərkəzinin xəzinəsinə ödəməkdən yayındıraraq mənimsəmişdir. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “Ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında isə iddiaçının bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Belə ki, cavabdehin iddiaya dair təqdim etdiyi etirazdan və məhkəmə iclasında İddiaçı cavabdehə ziyan vurmasına dair təqdim etdiyi Azərbaycan Respublikası Auditorlar palatasının sərbəst audiotru X8 tərəfindən qeydiyyatçı İddiaçı işlədiyi dövr araşdırlarkən onun hesabında 1460 (bir min dörd yüz altmış) manat dəyərində pul kəsiri müəyyən olunmasına dair müstəqil auditor hesabatı (rəy) 21 sentyabr 2020-ci il tarixdə tərtib edilmişdir. Bununla belə İddiaçı həmin rəyin tərtib edilməısindən əvvəl, yəni 17 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz olaraq müəssisəyə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində maddi ziyan vurmasını əsaslandırmağa çalışsa da maddi ziyanın vurulması ilə bağlı hər hansı sübut da təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cavabdeh işəgötürən əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan və iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin İİ hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1 -ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçının iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Məhkəmə yuxarıda sadalanan maddi və prossesual hüquq normalarının tələblərinə uyğun olaraq hesab edir ki, “Hippokrat” Tədris Mərkəzinin rəhbəri X2 17 sentyabr 2020-ci il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, həmçinin cavabdeh X11 tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinə dair cavabdeh X2 17 sentyabr 2020-ci il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh X11 tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1857/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1857/2021
26.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver