Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1858/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçınun cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2022-ci il tarixli 2033/K nömrəli əmrin ləğv olunması, işə bərpa olunmağı, məcburi iş buraxma müddəti üçün 1683 (min altı yüz səksən üç) manatın, mediasıya ilə bağlı ödənilən rüsum üçün 50 (əlli) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci tarixindən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Departamenti Hidrometeorologiya Elmi X4 X5 aparıcı mühəndis, X3 ətraf mühitin keyfiyyəti üzrə mütəxəssis vəzifələrində çalışmışdır. İddiaçı bildirir ki, işlədiyi müddətdə həmişə işinə məsuliyyətlə yanaşmış, işini vicdanla yerinə yetirmiş, hətta iş saatından çox işlərə cəlb edilsə də, heç zaman səsini çıxarmamış, başını aşağı salıb öz işini görmüşdür. İş kollektivi arasında xüsusi hörmətə malik olmuş, hər kəs ilə normal həm işgüzar, həm də insani münasibətlər saxlamışdır. Həmçinin həmin ərazinin sakinləri arasında hörmətə malik olmuşdur. İşlədiyi müddət ərzində hər-hansı intizam tənbehi almamış, iddiaçıya qarşı heç bir xəbərdarlıq və ya töhmət verilməmişdir. 14 dekabr 2023-cü il tarixdə attestasiya komissiyasının imtahanı keçirildi. Keçirilən imtahanın nəticələrinə görə iddiaçının nəticəsi 60 bal üzərindən 26 ballıq qiymətləndirildi. Amma bu barədə iddiaçı xidmət rəhbərinə 15 dekabr 2023-cü il tarixdə, həmçinin 18 dekabr 2023-cü il tarixdə imtahan nəticələri ilə tanış olmağı və yenidən baxılması ilə bağlı ərizələr ilə müraciət etmiş, ərizənin nəticəsinə baxılması üçün xx.xx.2023-cü il tarixdə çalışdığı qurumda rəhbərliklə görüşü olmuşdur. Görüş zamanı iddiaçıya imtahan nəticələri qısa zaman kəsiyində göstərildikdə özü o anda müəyyən etmişdir ki, iki qapalı sualdan hər ikisinə düzgün cavab verdiyi halda həmin suallardan birinin səhvən cavablandırmadığı, digər qapalı sualın isə səhv cavablandırdığı qeyd olunmuşdu. Bu barədə onlara bildirdikdə, cavab olaraq “2 bal da əlavə etsək, 28 bal olacağını, yəni məqbul hesab edilən 30 balı keçməyəcəyini” bildirdilər. İddiaçı isə digər qapalı suallara da baxmaq istədiyini, həmçinin 4 açıq sualdan doğru yazdığına əmin olduğu halda 2 sualın 0 bal ilə qiymətləndirildiyini, digər 2 açıq sualın isə 1 bal ilə qiymətləndirildiyini dediyi halda nəticənin dəyişməyəcəyini bildirdilər. Bundan sonra isə xx.xx.2023cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr əmək kitabçasında qeyd olunaraq iddiaçıya təhvil verildi. İddiaçı çalışdığı qurumun ona qarşı müəyyən səbəblərə görə qərəzli mövqedə olduğunu, buna görə düzgün qiymətləndirilmə aparılmadığını bildirir. Məcburi iş buraxma müddəti üçün məhkəmə tərəfindən qətnamənin 2024-cü ilin may ayının ortalarınadək çıxarılacağını ehtimal edərək 29 dekabr 2023-cü il tarixindən 15 may 2024-cü il tarixinədək 4 ay 15 gün nəzərə alınmaqla, ümumilikdə 1683 (min altı yüz səksən üç) manat pulun qarşı tərəfdən alınaraq iddiaçıya ödənilməsini tələb edir, həmçinin, mediasıya xərcinin qarşı tərəfdən alınıb ona verilməsini xahiş edir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı işə bərpa olunmasını, məcburi iş buraxma müddəti üçün 1683 (min altı yüz səksən üç) manatın və mediasiya rüsumu ilə bağlı ödənilən 50 (əlli) manatın alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1858/2024 nömrəli iş üzrə iddiaçı Afət Fuad qızı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı xx.xx.2022ci il tarixli 2033/K nömrəli Əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün 1683 manat və mediasıya rüsumunun cavabdehdən alınması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bildirilir ki, İddiaçı xx.xx.2015-ci il tarixindən Milli Hidrometeorologiya Departamenti Hidrometeorologiya Elmi X4 X5 aparıcı mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 3İ8/Ü sayh Əmri əsasında X7 institutunun ləğvi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixində Milli Hidrometeorologiya Xidmətinin 678/K nömrəli Əmri ilə X2 ətraf mühitin keyfiyyəti üzrə mütəxəssis vəzifəsinə təyin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən İşçilərin peşəkarlıq yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğunluğu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.Milli Hidrometeorologiya Xidmətinin tabeliyində olan yerli və regional mərkəzlər üzrə işçilərin attestasiyasının keçirilməsi barədə” Milli Hidrometeorlogiya Xidmətinin 1177/Ü nömrəli xx.xx.2023cü il tarixli əmrinə əsasən Xidmətdə attestasiya keçirilmişdir. xx.xx.2023-cü il tarixində Xidmətdə təşkil edilmiş attestasiya zamam iddiaçı X1 ətraf mühitin keyfiyyəti üzrə mütəxəssisi İddiaçı vəzifəsi tərtib edilmiş 40 qapalı tipli və 4 açıq tipli sualdan ibarət test kitabçası təqdim edilmişdir. İddiaçının sual kitabçasında təqdim edilmiş 40 qapalı tipli test tapşırığından 24-ü düzgün, 15-i yanlış, cavablandırılmamış, 4 açıq tipli test tapşırıqları isə 2 sual hər biri 1 bal, 2 sual 0 bal olmaqla ümumi qiymətləndirilmişdir. Lakin iddiaçı imtahan nəticəsi ilə razılaşmayaraq sual kitabçasının yenidən yoxlanılması məqsədi ilə müraciət etmiş və işçinin attestasiya nəticəsinə onun iştirakı ilə yenidən baxılaraq nəticəsi Xidmətin xx.xx.2023-cü il tarixli 11 nömrəli protokolu ilə rəsmiləşdirilmişdir. İddiaçıya təqdim edilən qapalı tipli test tapşırıqlarından 32-ci sual texniki baxımdan yanlış qiymətləndirildiyindən, mahiyyəti üzrə yenidən baxılaraq, işçinin lehinə 1 bal əlavə edilmiş, həmçinin ilkin qiymətləndirilmə zamanı qapalı tipli test tarşırıqlarından 1-i cavablandırılmamış kimi nəzərə alınsa da, işçi tərəfindən həmin test tapşırığının cavablandırıldığı aşkar olunmuş ve işçinin attestasiya balına 1 bal əlavə edilərək yekun olaraq 28 balla qiymətləndirilmişdir. Attestasiyanın keçirilmə qaydaları, şərtləri və nəticələrin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının Qaydaları”na uyğun olaraq həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 140/Ü nömrəli 15 fevral 2022-ci il tarixli əmri ilə təsdiq edilmiş ”Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda çalışan dövlət qulluqçusu olmayan işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq hər bir qapalı tipli testin düzgün cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Açıq tipli test tapşırığının tam düzgün cavablandırılması 5, mahiyyət etibarilə düzgün cavablandırılması 4, müəyyən həcmdə doğruluq ehtiva edərək cavablandırılması 3, az həcimdə doğruluq ehtiva edərək cavablandırmasa 2, əsasən yanlış lakin nadir hallarda doğruluq ehtiva edərək cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyə olunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları 690599 №-li əmək kitabçasından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 28 dekabr 2023-cü il tarixli 2033/K nömrəli əmrinə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoloji araşdırmalar mərkəzində işçilərin attestasiya nəticələrinə yenidən baxılması barədə xx.xx.2023-cü il tarixli 11 №-li protokoldan müəyyən olunur ki, Hidrometeoloji araşdırmalar mərkəzinin mütəxəssisi İddiaçı vəzifəsi üzrə tərtib edilmiş test kitabçasında təqdim edilmiş 40 qapalı tipli və 4 açıq tipli suallarda onun tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına, yerinə yetirdiyi işlərə dair hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Qapalı tipli test tapşırıqlarından 32-ci sual texniki baxımdan yanlış qiymətləndirildiyindən, mahiyyəti üzrə yenidən baxılaraq işçinin lehinə 1 bal əlavə edilmiş, həmçinin qapalı tipli test tapşırıqlarından 1-i cavablandırılmamış kimi nəzərə alınsa da, işçi tərəfindən həmin test tapşırığının əslində cavablandırılması aşkar olunmuş və işçinin lehinə 1 bal əlavə edilmişdir. Hidrometeoloji araşdırmalar mərkəzinin mütəxəssisi İddiaçı attestasiya nəticəsinə 2 bal əlavə edilməsi və işçinin topladığı yekun nəticə 28 bal olaraq qiymətləndirilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxxxxx000204 №-li əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun 28 dekabr 2023-cü il tarixli 2033/K nömrəli Əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) 29 dekabr 2023-cü il tarixdən Hidrometeoloji araşdırmalar mərkəzinin mütəxəssisi vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Attestasiyadan keçən işçiyə təqdim olunan sual kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim olunmuş test tapşırıqılarını şəxsən cavablandırdığını öz imzası ilə təsdiqləmişdir. Attestasiya vərəqəsinin surətindən görünür ki, İddiaçı ona verilən 40 test suallarından və 4 açıq tipli sualın nəticələri test suallarından 24 düzgün, 15 yanlış, 1 cavablandırılmamış, açıq tipli suallardan 1-ci 1 bal, 2-ci 1 bal, 3-cü və 4-cü 0 bal olmaqla, cəmi 26 bal dəyərləndirilmişdir. Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə “uyğun deyil” qiymət verilmişdir. İddiaçı attestasiya vərəqəsi ilə tanış olduğunu öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, 2023-cü təqvim ilində Milli Hidrometeorologiya Xidmətinin tabeli qurumlarının işçilərinin attestasiyası keçirilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixli 1177/ü №-li əmrindən görünür ki, 01 sentyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək Milli Hidrometeorologiya Xidmətinin tabeliyində olan yerli və regional mərkəzlər üzrə işçilərin attestasiyası keçirilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində işçilərin attestasiyasının keçirilməsinin qaydalarından görünür ki, işçilərə test imtahanı üsulu ilə attestasiya zamanı 40 qapalı 4 açıq tipli olmaqla, ümumilikdə 44 test tapşırığı təqdim olunur. (2.9) İşçilərə attestasiya zamanı bir qapalı testin cavablandırılması üçün 1 dəqiqə 30 saniyə, açıq testin cavablandırılması üçün 10 dəqiqə ayırmaqla, ümumilikdə, 100 dəqiqə vaxt verilir.(2.10) Hər bir qapalı tipli testin düzgün cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. (2.11) Attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyə olunur. (5.4) b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində Hidrometeoloji araşdırmalar mərkəzinin mütəxəssisi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoloji araşdırmalar mərkəzində attestasiya keçirilmiş və həmin attestasiyanın nəticələrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 28 dekabr 2023-cü il tarixli 2033/K nömrəli əmrlə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 64.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. 64.2 İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. 65.1 İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 65.8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Mülki iş materiallarında olan sübutlarla müəyyən edilir ki, İddiaçı işəgötürən tərəfindən attestasiya vərəqəsi ilə tanış edilmiş, 14 dekabr 2023-cü il tarixdə attestasiyadan keçmiş və attestasiya nəticəsində 28 bal toplamışdır. Həmin Atestasiyanın nəticələrinə yenidən baxılmasına dair xx.xx.2023-cü il tarixli 11 №-li protokoldan müəyyən olunur ki, Hidrometeoloji araşdırmalar mərkəzinin mütəxəssisi İddiaçı MHX-nin işçilərinin attestasiyasının keçirilməsi qaydalarının 5.4-cü bəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilməsi tövsiyyə edilmişdir. Bundan sonra işçi İddiaçı işəgötürənin 28 dekabr 2023-cü il tarixli 2033/K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində işçilərin attestasiyasının keçirilməsinin qaydalarının 5.4-cü bəndinə əsasən attestasiya nəticəsində 29 və ondan daha aşağı bal toplayan işçilər tutduğu vəzifəyə uyğun hesab edilməməklə işəgötürənə işçinin işdən azad edilməsi ilə bağlı tövsiyyə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoloji araşdırmalar mərkəzində işçilərin attestasiya nəticələrinə yenidən baxılması barədə xx.xx.2023-cü il tarixli 11 №li protokola əsasən müəyyən olunur ki, İddiaçı isə attestasiya nəticəsinə 2 bal əlavə edilmiş və işçinin topladığı yekun nəticə 28 bal olaraq qiymətləndirilmişdir. Bu halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən attestasiya keçirilərkən, həmçinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Buna görə də, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 28 dekabr 2023-cü il tarixli 2033/K nömrəli əmrinin ləğvi üçün əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı attestasiya keçirilməsi ilə bağlı inzibati orqanın qərarını məhkəmədə mübahisələndirməmişdir. Belə olan halda, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyin tələblərinə uyğun olduğundan iddiaçının işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının da təmin edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə münasibətdə qeyd edir ki, əmrin ləğv olunması, işə bərpa tələbləri rədd olunduğundan, qalan hissədə iddia tələbi ondan törəmə tələbdi, təmin oluna bilməz. İddia tələbi rədd edildiyindən iddiaçının ödədiyi mediasiya xərci cavabdehdən tutula bilməz, həmin xərc iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1858/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1858/2024
01.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver