Məhkəmə qərarları › İş №2(005)-1874/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1874/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1874/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 11 avqust 1980-ci il təvəllüdlü Cavabdeh ona borclu olduğu 5100 (beş min yüz) manat pulun və ödədiyi 65 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ilin sonları 2020-ci ilin əvvəllərində tanımışdır. Bu şəxs onun “Toyota Avensis” markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobilini satmaq məqsədilə götürmüş, əvəzində kreditdə olan “Hundai Santafe" markalı avtomobili 18000 manat ilkin ödəniş kimi vermişdir. Həmin vaxt belə razılığa gəlmişlər ki, hər ay ayda 250 manatdan kreditin pulun Ramil Quliyev 7000 manat bitənə qədər qalan pulu isə özü ödəyəcəkdir. Lakin cavabdeh vermiş olduğu vədinə əməl etməmişdir. Çarəsiz vəziyyətdə qalaraq avtomobilin pulunu 2021-ci ildə başladıqdan sonra ondan pullarını tələb etsə də, o ona cəmi 1500 manat ödəniş etmişdir. Qalan 5500 manatı isə verməmək üçün qaçır və zənglərinə belə cavab vermir. Bundan sonra hüquq mühafizə orqanlarına müraciətlər etsə də, orada da ona 2750 manat borcunun qalmasını İzahatında göstərmişdir. Onun 5500 manat borclu qalmasını sübut edəcək əlində yetərli qədər sübutları, səs yazıları və sms yazışmaları belə vardır. Sonucu dəfə cavabdeh polisdən çıxdıqdan sonra bildirdi ki, 20 dekabr 2021-ci il tarixində bütün pulları bağlayacaqdır, lakin bu dəfə də vədinə əməl etməyərək ondan qaçır. Sonuncu dəfə 5500 manatdan 15 fevral 2023-ci il tarixində 200 manat vermişdir. Hüquqlarının bərqərar olunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə etdiyi ərizəni cavabdeh özü yazmışdır, o sonuncu dəfə xx.xx.2023-cü ildə 100 manat məbləğində ödəniş edib. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əl yazısından görünür ki, 1980-ci il təvəllüdlü Cavabdeh İddiaçı 5500 (beş min beş yüz) manat borcludur. Aralarında razılaşmışdırlar. Pulunu qısa zamanda hissə-hissə ödəyəcəkdir. Cavabdeh DİN-in X5 Alayının komandiri polis general-mayoruna xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki: “Mən, İddiaçı təxminən 3 ilə yaxındır tanıyıram. İlkin tanışlığımız mən maşın alqı-satqısı ilə məşğulam, təxminən 3 il bundan qabaq Hundai kupe markalı maşını satışa çıxartdım. Turba.az saytına qoydum və Xətai mənə zəng vurdu, maşını istədiyini dedi. Biz görüşdük, Xətai maşını barter təklif etdi və mən Xətai ilə razılaşdım. Üstündən bir il keçəndən sonra Xətai mənə zəng edərək bildirdi ki Hyundayı başqa maşın ilə dəyişək və mən də Esmira xanıma aid olan Hyundai Santafe markalı maşını Xətaiyə təklif etdim və Xətai ilə görüşüb razılaşdıq. Hər iki maşın kreditdə idi. Xətai maşını aldıqdan sonra mənə zəng edərək dedi ki, maşına 5000 manata yaxın pul xərcləmişəm və o pulu məndən istəməyə başladı. Mən də ona dedim ki sənə kömək edəcəm, ayda sənə 200 manat verərəm. Elə də oldu. Mən ayda 200 manat göndərirdim. Sonradan ölkəmizdə xəstəlik pandemiya olduğuna görə, iş olmadığına görə çətinlik oldu. Xətai mənə zəng edərək bildirdi ki, mənim maşına qoyduğum pulu göndər. Mənim atamın xəstəliyilə başım qarışıq olduğu üçün bu Esmira gilin atasına zəng edib və məni həmin adresdən soruşub. Esmira isə Xətaiyə bildirib ki, burada Ramin yaşamır. Bundan sonra Xətai bir neçə dəfə zəng edərək Esmiranın qardaşı Məhəmmədlə danışıb və Məhəmməd Xətaiyə məni alverçi kimi təqdim edib. Bildirmək istəyirəm ki, mənim Məhəmməd Xalfayevlə heç bir qohumluq əlaqəm yoxdur. Mənim İddiaçı 2750 manat borcum qalıb, onu da yavaş-yavaş ödəyəcəm.” X1 DİN-in X5 Alayının komandiri polis general-mayoruna xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki: “Təxminən 2-3 ildir ki bacım Xəlfəyeva Esmira bankda kreditdə olan Hunday Santafe markalı 90TY616 dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə Turbo.az saytına yerləşdirib. Ramin adlı şəxs bacıma zəng edərək müştərisinin olduğunu və satmaq istədiyini bildirdi. Bacım Ramin adlı şəxsin vasitəsilə avtomobili Xətai Yusufov adlı şəxsə satmışdır. 2020-ci ilin axırlarında Xətai Yusifovun anama zəng edərək narahat etdiyini gördüm. Bu səbəbdən özüm onunla əlaqə saxlayaraq nə istədiyini soruşdum. O isə Raminin ona borcu olduğunu və onu tapmaq üçün köməklik etməyimi istədi. Mən isə Raminlə heç bir müasnibətimizin olmadığını bildirəndə o mənə mütəmadi zəng edərək narahat edirdi. Təxminən bir ilə yaxındır ki mənə zəng eləmir. İddiaçı onunla danışmaq istəmədiyimi gördükdə telefonda məni xidmətdən xaric etdirəcəyi ilə hədələyirdi. Sonuncu dəfə cari ilin iyul ayında mənə mesajlar yazaraq hədə qorxu gəlmişdir. Mən İddiaçı pulun qaytarılması ilə bağlı heç bir vəd verməmişəm. Ona heç bir hədə qorxu gəlməmişəm. Mənim Ramin adlı şəxslə heç bir qohumluq əlaqəm yoxdur. Eləcə də maşın alqı-satqısı ilə məşğul olmuram. Vətəndaş İddiaçı göstərdikləri yalan və böhtandır. Polis əməkdaşı olduğumu bildiyi üçün təsir etmək məqsədi ilə əsassız şikayət etmişdir.” İş materiallarına əlavə edilmiş DİN-in Bakı şəhəri BPİ-nin xx.xx.2021-ci il tarixli 039- 14785-1221 nömrəli məktubu əsasında aparılmış araşdırmanın nəticəsinə dair arayışdan görünür ki, təklif edilmişdir ki, polis nəfəri Məhəmməd Xalfayevin vətəndaş İddiaçı borcun qaytarılması barədə öhdəlik götürməsi, sonuncunu hədələməsi, eləcə də digər xüsusatlarla bağlı kifayət qədər əsaslar müəyyən edilmədiyindən xidməti araşdırma bitmiş hesab edilsin. X2 məxsus avtomobilin vətəndaş İddiaçı satılması mövzusunda sonuncu ilə telefon vasitəsilə danışıqlar apararaq aidiyyəti olmayan məsələyə müdaxilə etməklə vətəndaşın şikayətinə zəmin yaradan hallara yol verdiyinə görə 10-cu patrul bölüyünün polis nəfəri polis serjantı X1 ciddi xəbərdar edilsin, gələcəkdə analoji hallara yol veriləcəyi təqdirdə barəsində təşkilati tədbirlərin görüləcəyi nəzərinə çatdırılsın. İş materiallarına əlavə edilmiş “Leobank” mədaxil qəbzindən görünür ki, ödəyici “Cavabdeh” tərəfindən xx.xx.2023-cü il tarixdə saat 18:25-də qəbul edən “Xətai Y.” hesabına 200 manat məbləğ daxil edilmişdir. İş materiallarına əlavə edilmiş “Leobank” mədaxil qəbzindən görünür ki, ödəyici “Cavabdeh” tərəfindən xx.xx.2023-cü il tarixdə saat 21:44-də qəbul edən “Xətai Y.” hesabına 100 manat məbləğ daxil edilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin şifahi razılaşmasına əsasən, iddaçı və cavabdeh arasında avtomobilə dair öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəfindən verilmiş qəbzdə o, 5500 manatı qısa müddət ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Daha sonra cavabdeh öhdəliyini yerinə yetirməyərək, qeyd olunan məbləği geri qaytarmamışdır. Belə ki, qəbzdə qeyd edilən 5500 manatın geriyə qalan 5100 manatı ödənilməmiş və bu səbəbdən iddiaçı öhdəliyin yerinə yetirilməsi üçün məhkəməyə hazırki tələblə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi tərəflər arasında mülki münasibətlərin tənzimlənməsi üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında şifahi razılaşmanın olması Cavabdeh DİN-in X5 Alayının komandiri polis generalmayoruna xx.xx.2021-ci il tarixli izahatında, habelə cavabdeh tərəfindən əlyazısı ilə təsdiq olunmuş qəbzlə qeyd olunmuşdur. Lakin cavabdeh öhdəliklərini tam yerinə yetirməmişdir. Hazırda məhkəmə araşdırması zamanı – xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddia tələbində göstərilmiş məbləğin 100 manat hissəsi ödənilsə də, 5000 manat hissəsi ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 65 manat dövlət rüsumu cavavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 (beş min) manat borc və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat borc və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar