Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1875/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; doğum faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “hüquqi faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 26 aprel 1954-cü il tarixində Ermənistan SSR-də doğulması faktının müəyyən edilməsi və bu barədə doğum haqqında şəhadətnamənin verilməsinin Nərimanov Rayon Qeydiyyat şöbəsinə həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum əri X9 xx.xx.1954-cü il tarixində Ermənistan SSR Yerevan şəhərində anadan olmuşdur. 1988-ci ilə qədər Ermənistan SSRnin Yerevan şəhərində yaşamışdır. 1988-ci ildə ermənilər tərəfindən Ermənistan SSR-dən qovularaq Bakı şəhərinə gəlmişdir. Ermənistan SSR-dən Azərbaycana köçən zaman mərhum əri X9 doğum haqqında şəhadətnaməni itirmişdir. Özü - Ərizəçi xx.xx.1995-ci il tarixdə X9 ilə rəsmi nigaha daxil olub ailə qurmuşdur (nigah haqqında şəhadətnamə: Vİİ 7KT № 264249). Həmin nigahdan övladları olmuşdur. X5 xx.xx.2021-ci il tarixində “COVİD 19” virusundan rəhmətə getmişdir (ölüm haqqında şəhadətnamə: AZ-İ1 № 221915). Mərhum ərim ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamışdır və qeydiyyatdadırlar. Məhrum əri Nadir Vəliyevin doğum haqqında akt qeydinin bərpa olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 04 nömrəli məktubla ərizəsini təmin etməkdən imtina etmişdir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, yoldaşının ata adı X11, anasının adı X1r. Yoldaşı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Nikah haqqında şəhadətnamədən yoldaşının doğum tarixini onunla eyni yazmışdırlar, lakin sonradan onun arxasında düzəliş aparılmışdır. Yoldaşının soyadı onun anasının soyadı ilə yazılmışdır. Yoldaşı anasının soyadını götürmüşdür. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - İ-ЗЖ seriyalı 229344 saylı nikahın bağlanması haqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, 1928-ci ildə Yerevan şəhərində anadan olmuş X11 və 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuş X3 arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Vəliyeva soyadı verilmişdir. - xx.xx.2004-cü il tarixdə verilmiş AZE seriyalı 16298804 saylı Azərbaycan Respublikası vətəndaşının şəsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X9 xx.xx.1954-cü il tarixdə Ermənistan, Yerevan şəhərində anadan olmuşdur. - xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 02633697 saylı Azərbaycan Respublikası vətəndaşının şəsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X9 xx.xx.1954-cü il tarixdə Ermənistan, Yerevan şəhərində anadan olmuşdur. -035477 saylı diplomun surətindən görünür ki, X7 1978-ci ildə Krasnodar politexnik institutuna daxil olmuş və 1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda sənayenin planlaşdırılması ixtisası üzrə tam kurs bitirmişdir. -P4508194 saylı Azərbaycan Respublikası pasportu surəti ilə müəyyən olunur ki, X9 xx.xx.1954-cü il tarixdə Ermənistan, Yerevan şəhərində anadan olmuşdur. - 18535467 saylı hərbi biletin surəti ilə müəyyən olunur ki, X7 1954-cü ildə anadan olmuşdur. - AC 085852 saylı Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X9 xx.xx.1954-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur. - AR Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 29139 saylı vəsiqə ilə müəyyən olunur ki, X9 Ermənistanın Yerevan şəhərini – yaşadığı yeri tərk etmişdir. -İİİ-SL seriyalı 323388 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X8 xx.xx.1980-ci il tarixdə doğulmuşdur, atası X7, anası Ərizəçidır. -İİİ-SL seriyalı 453831 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X6 xx.xx.1982-ci il tarixdə doğulmuşdur, atası X7, anası Ərizəçidır. - Vİİ-JQ seriyalı 264249 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, xx xxxxxx 1960-cı il tarixdə Yerevanda doğulmuş doğulmuş X7 və Ərizəçi arasında 23 noyabr 1995-ci il tarixdə nikah bağlanmışdır. -AZ-İİ seriyalı 221915 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 04 №-li məktubdan görünür ki, doğum akt qeydinin bərpas edilməsi üçün zəruri sənədlər olmadığından ərizəçiyə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1960cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuşdur. O, 23 noyabr 1995-ci il tarixdə X9 ilə rəsmi nikah bağlamışdır. X9 xx.xx.1954-cü il tarixdə Ermənistan, Yerevan şəhərində anadan olmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ərinin doğum faktını təsdiq edən sənədləri (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in: -305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. -307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. -307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: -4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1-ci bəndində qeyd edilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin doğumunun qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi həyat yoldaşının doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi doğum akt qeydinin bərpasından imtina etmişdir. Doğum haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında akt qeydini aparmaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmiş, bu barədə faktının müəyyən olunması üçün ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Doğum haqqında akt qeydinin bərpası ərizəçinin hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə hazırki halda ərizəçinin tələbi üzrə müəyyən edilməli halların ona məxsus olan hüquq müəyyənedici sənədlər olmasını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları nəzərə alaraq hesab edir ki, ərizəçinin həyat yoldaşının doğum akt qeydi bərpa edilməldir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Bu səbəbdən ərizə təmin edilməli, X2 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X9”, “doğum tarixi” qrafasında “xx.xx.1954”, “doğulduğu yer” qrafasında “Ermənistan, Yerevan şəhəri”, “Atası” qrafasında “X11”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X4”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, Ərizəçi əri, mərhum X2 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X9”, “doğum tarixi” qrafasında “xx.xx.1954”, “doğulduğu yer” qrafasında “Ermənistan, Yerevan şəhəri”, “Atası” qrafasında “X11”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X4”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi əri, mərhum X2 bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi əri, mərhum X2 doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X9”, “doğum tarixi” qrafasında “xx.xx.1954-cü il”, “doğulduğu yer” qrafasında “Ermənistan, Yerevan şəhəri”, “Atası” qrafasında “X11”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X4”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi əri, mərhum X2 bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1875/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1875/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver