Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1877/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, təqdim edilən hüquqmüəyyənedici sənədlərdə “Binət”, “Biniət” və “Binnət”-in eyni şəxs olması, ona məxsus doğum haqqında şəhadətnamədə atasının adının “Binnət” olaraq müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı səhv yazılmışdır. Atasının adı onun əmək kitabçasında, hərbi biletində və oğlu Binnətov Kamilin doğum haqqında şəhadətnaməsində düzgün olaraq “Binnət” kimi qeyd olunmuşdur. Bununla bağlı Nərimanov Rayon Qeydiyyat Şöbəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, ona məxsus doğum haqqında şəhadətnamədə iki qrafada da atasının adının müxtəlif şəkildə qeyd olunması ziddiyyəti ifadə edir. Həmçinin oğlunun doğum haqqında şəhadətnaməsində, atasının hərbi biletində və əmək kitabçasında adı “Binnət” olaraq qeyd olunmuşdur. Oğlu xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı vərəsəliyin açılması və digər hərəkətlərin edilməsi üçün atasının adının “Binnət” olaraq müəyyən olunması zəruridir. Atasına məxsus doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasından qaçqın düşdükləri zaman itdiyindən, hazırda hüquqmüəyyənedici sənədlər qismində təqdim etdiyi oğlunun doğum haqqında şəhadətnaməsi, atasının hərbi bileti və əmək kitabçası əsas götürülməlidir. Daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, təqdim edilən hüquqmüəyyənedici sənədlərdə “Binət”, “Binyət” və “Binnət”in eyni ona məxsus doğum haqqında şəhadətnamədə atasının adını “Binnət” olaraq müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Ermənistanda yaşayan zaman atasının adı səhv yazılmış, atasının adı Binnət olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atasının adı düzgün olaraq Binnət yazılmışdır. İş materiallarında olan: Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 14 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydində atanın adını “Binyət”dən “Binnətə”ə dəyişiklik edilməsinə dair ərizəsinə baxılmış və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olmadığından müraciətin icrasından imtina edilmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; V-CЛ seriyalı, 265850 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin oğlu Kamilin soyadı “Binnətov” kimi qeyd olunmuşdur; İİİ-CЛ seriyalı, 321024 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Binət oğlu xx.xx.1963-cü il tarixdə doğulmuşdur; AZ-İİ seriyalı, 456585 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2025-ci ildə ölmüşdür; H3 seriyalı, ******* nömrəli, Ərizəçi atasına məxsus hərbi biletin surətindən görünür ki, ərizəçinin atasının məlumatları “X5” kimi qeyd olunmuşdur; xx.xx.1965-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, ərizəçinin atasının məlumatları “X4” kimi qeyd olunmuşdur; AZ-İİ seriyalı, 403610 nömrəli ölüm haqqında şəhadətnamənin təkrarından görünür ki, X4 xx.xx.2013-cü ildə ölmüşdür. İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi atasının adının səhv qeyd edilməsinə görə oğlunun vəfatı ilə bağlı vərəsəliyin açılması və digər hərəkətlərin edilməsi üçün bir sıra sənədləşmə işlərində çətinlik çəkir. O, atasının adının “Binnət” olaraq müəyyən olunması məqsədilə qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnamədə atasının adına dəyişiklik edilməsini xahiş etmiş, lakin şəhadətnaməyə dəyişikliklər edilməsi üçün kifayət qədər əsas olmadığından imtina edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin (Ərizəçi) doğum haqqında şəhadətnaməsinə başqa qaydada dəyişiklik edilə bilməməsi nəzərə alınaraq, ərizə təmin edilməli, ona məxsus doğum haqqında şəhadətnamədə atasının adının “Binnət” kimi qeyd edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.5-ci, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Keşişkənd (Yexednadzor) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, İİİ-CЛ seriyalı, 321024 nömrəli doğum akt qeydinin hazırda ərizəçi olan xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Keşişkənd (Yexednadzor) rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, İİİ-CЛ seriyalı, 321024 nömrəli doğum haqqında şəhadətnamədə hazırda ərizəçi olan xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi ata adının “Binnət” olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əsgərov”, adı “Valeh”, ata adı “Binnət”, doğum tarixi “xx.xx.1963”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Keşişkənd rayon (Yexednadzor)”, ata qrafasında “X4, milliyyəti azərbaycanlı”, ana qrafasında “X2, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1877/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1877/2025
23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver