Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1890/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edərək mülkiyyət hüququ əsasında ona məxsus 1999-cu il buraxılışlı “BMW 740” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınıb ona qaytarılması, bu mümkün olmadıqda 1999-cu il buraxılışlı “BMW 740” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək orta bazar qiymətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi və Cavabdeh1 1.050,00 (min əlli) manat maddi ziyanın, vurulmuş mənəvi ziyana görə 20.000,00 (iyirmi min) manatın və 30 (otuz) manat dövlət rüsumunun - cəmi 21.080,00 (iyirmi bir min səksən) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəllər tanıdığı Cavabdeh1 məxsus “xxxx” MMC şirkətində 05.10.2020-ci ildən “Menecer” vəzifəsində işləməyə başladı. 23.10.2020-ci il tarixdə Cavabdeh1 “xxxx” MMC şirkətinin nümayəndəsi olan Elçin adlı şəxslə günorta ofisə gəldikdə ona bildirdi ki, təcili pul lazımdır, gərək ona etibarnamə versin ki, ona məxsus 1999-cu il buraxılışlı “BMW 740” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyub pul çıxartsın. Həmin ərəfədə maddi vəziyyəti ilə bağlı olaraq “BMW 740” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilinin xırda təmir işlərini yekunlaşdırıb satmaq fikri vardı. Bunu bilən Əlixan maşını çox bəyəndiyini və onu girov qoyub pul çıxardaraq işlərini həll edib qısa müddətdə (təxminən 2-3 ay müddətində) maşını girovdan çıxartdıqdan sonra 15.000,00 (on beş min) manat müqabilində özünə almaq istədiyini bildirdi. Qısa şəkildə desək, onu aldatmağa nail oldu və nəticədə onu inandıraraq buna razı saldı. Daha sonra isə avtomobilin girova qoyulması ilə bağlı onu işindən ayırmamaq üçün onda mülki etibarnamə istədi. İşlədiyi şirkətin direktoru olduğundan və orada işləyib maaş alacağından Əlixana inanmaya bilmədi və avtomobillə bağlı ona Bakı şəhəri 6 saylı notariat ofisində 23.10.2020-ci il tarixdə mülki etibarnamə verdi. X2 birlikdə maşını götürüb getdilər. 2 (iki) gündən sonra maşının vəziyyətini soruşduqda ona bildirdi ki, maşın Sumqayıtda dəmirçi yanındadır, xırda kosmetik işləri yekunlaşır, işlər tam qaydasındadır. Amma 2020-cil in noyabr ayının əvvəlindən Əlixan ofisə gəlməməyə başladı və ofisə tanımadığı adamlar gələrək Əlixanın onlara borcu olduğunu bildirdilər. Əlixanla əlaqə saxlayıb bütün bunların nə məsələ olduğunu soruşdu. O, bildirdi: “05.11.2020-ci il tarixinədək hesabına pul oturmalıdır ödənişləri edib ofisə gələcək”. Həmçinin ona bildirdi ki, “avtomobili satıb və onun ödənişini də 05.11.2020-ci il tarixdə edəcək. Ondan soruşdu ki, “satmışam nə deməkdir? Axı mənə demişdin maşını girov qoyub işinə görə pul çıxardacaqsan.” Cavab olaraq ona bildirdi ki, “girova görə kifayət qədər pul verilmədiyindən maşını satıb və maşına görə 05.11.2020-ci il tarixinədək 15.000,00 (on beş min) manat ödəyəcəkdir. ” Halbuki, sonradan Cavabdeh2 ona zəng edərək Əlixandan “BMW 740” markalı, ** KF *** d.q.n. avtomobili 8.500,00 (səkkiz min beş yüz) manata aldığını bildirdi. 15.000,00 (on beş min) manat dəyərində olan avtomobilinin az qala yarı qiymətə tələm-tələsik 8.500,00 (səkkiz min beş yüz) manata Sahibə satılması satıcı olaraq Əlixanın, həmçinin alıcı olaraq Sahibin necə bir şəxs olmasını açıq-aşkar sübut edir. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, söhbət Rusiya istehsalı olan LADA (VAZ) 2107 markalı avtomobilindən deyil, Almaniya istehsalı olan 1999-cu il buraxılışlı “BMW 740” markalı avtomobildən gedir. Bu özbaşınalığa və ədalətsizliyə məhkəmə tərəfindən son qoyulacağına heç şübhə etmir. Hazırda da qeyd olunan onun avtomobilinin Cavabdeh2 qanunsuz istifadəsindədir. Cavabdeh2 ona məxsus olan avtomobilini ona geri qaytarmasını dələlərlə xahiş və tələb etsə də, o da Əlixan kimi onun dediklərinə məhəl qoymamış və əmlakını öz əmlakı kimi istifadə etməsinə davam etmişdir. 05.11.2020-ci il tarixdə Əlixan arvadı Taisiyanın mobil nömrəsini ona verərək bildirdi ki: “arvadı Taisiya Azərbaycan Beynəlxalq Bankından çıxıb ofisə gələcək və maşınımın pulunu mənə verəcək. ” Saat 18:00 radələrinə qədər Taisiyanın telefonu zəng qəbul edirdi və bankda növbə gözlədiyini deyirdi. Sonradan həm Taisiyanın, həm də Əlixanın telefonları söndürüldü. Bir neçə gün Əlixanla mənə məlum olan onun bütün mobil nömrələri ilə əlaqə yarada bilmədi. 14.11.2020-ci il tarixdə Əlixan arvadı Taisivanın mobil nömrəsinin (*** *** ** **) “Whatsapp”ı ilə ona yazdı ki, “böyük problemləri var idi və ona görə də telefonları söndürmüşdü və həmin günü mənə bütün ödənişləri: 1) “BMW 740 " markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 15.000,00 (on beş min) manatı; 2) “xxxx” MMC üçün onun adına aylıq icarəyə götürülən və 23.11.2020-ci il tarixdə qaytarılmalı olan “Toyota Prado ” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1.300,00 (min üç yüz) manatı; 3) “xxxx” MMC üçün onun adına aylıq icarəyə götürülən və 28.11.2020-ci il tarixdə qaytarılmalı olan “Hyundai Accent” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 500,00 (beş yüz) manatı ödəyəcək. Lakin Əlixan həmişəki kimi 16.11.2020-ci il tarixədək bütün ödənişləri edəcəyinə söz verərək verdiyi vədlərini icra etmədi və yenə də gecə radələrindən telefonunu söndürdü. “BMW 740” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 15.000,00 (on beş min) manatın və 1.050,00 (min əlli) manatın Cavabdeh1 tərəfindən ona ödəniləcəyini onun özü tərəfindən “Whatsapp” vasitəsilə ona göndərdiyi səs və vazı mesajları da açıq-aşkar sübut edir. Artıq Əlixana inanmadığından, dəfələrlə verdiyi vədləri yerinə yetirmədiyindən, həmçinin ofisə gələn şəxslərin Əlixanın onlara borclu olması səbəbindən “BMW 740” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Bakı şəhəri 6 saylı notariat ofisində verdiyi mülki etibarnaməni 14.11.2020-ci il tarixdə xitam etdi. Hazırda həmin avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. Əlixan o vaxtdan bəri dəfələrlə söz verib ona, lakin yenə də ödənişlər olunmayıb. Onun adına “xxxx” MMC tərəfindən icarəyə götürülən maşınları gündəlik icarədə işlədərək maşınların aylıq icarə haqqının bir hissəsini düzəltdi. Çatmayan 1.050,00 (min əlli) manatı (qeyd olunan məbləğin açıqlaması iddia ərizəsinin qoşmasına əlavə edilmiş “Cədvəl”də ətraflı şəkildə əks edilmişdir) isə borc götürərək 23.11.2020-ci il tarixdə “Toyota Prado” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili, 28.11.2020-ci il tarixdə isə “Hyundai Accent” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili geri təhvil verdi. Bu barədə Əlixana xəbər verdi ki, adına olmaqla icarəyə götürülmüş avtomobillərə görə 1.800,00 (min səkkiz yüz) manat deyil, onun yerinə borc götürüb verdiyi 1.050,00 (min əlli) manatın və “BMW 740” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin özünü geri qaytarmalıdır. Daha sonra Əlixanın ona aldatdığına tam əmin olduqdan sonra hüquq mühafizə orqanına müraciət etmək qərarına gəldi. Tərəfindən polisə edilmiş şikayət əsasında Bakı şəhər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin 15.12.2020-ci il tarixli məktubuna əsasən ona bildirildi ki: “müraciətimdə göstərilən xüsusatlar mülki məsələ olduğundan aidiyyəti üzrə məhkəmə orqanına müraciət elməyim tövsiyyə olunur. ” Məhkəməyə müraciət etməzdən əvvəl son olaraq yenidən Əlixanla görüşmək qərarına gəldi. Əlixanla onun faktiki yaşadığı ünvanda görüşdü və ona bildirdi ki: “maşına görə 15.000,00 (on beş min) manatı verə bilmirsənsə avtomobili satdığın adamla görüşək, onun pulunu ona geri qaytar və mənim maşınımı isə mənə geri qaytar. Həmçinin maşından əlavə borc götürüb icarə haqqını verdiyim 1.050,00 (min əlli) manatı da mənə geri ödə. Bu qədər məni aldatmaq olmaz.” Əlixan razılaşdı və onu dedi ki, “18-19 dekabr 2020-ci il tarixdə onun hesabına köçürmə olacaq və 21.12.2020-ci il tarixdə ad günü olacağından yaxşı gəliri olacaq, hamısını toplayıb mənə xəbər edəcək ki, gedib maşın götürək.” Təəssüflər olsun ki, Əlixan 21.12.2020-ci il tarixdən yenə də həmişəki kimi, telefonunu söndürərək zənglərinə cavab vermədi və ondan gizlənməyə başladı. Bu səbəbdən artıq məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qaldı. Qeyd olunanlarla yanaşı bildirmək istəyirəm ki, Əlixan özünün bu əməli ilə ona mənəvi ziyan da vurmuşdur. Belə ki, ona baş vermiş hadisəyə görə davamlı olaraq sarsıntı və üzüntülü hisslər keçirir və stress vəziyyətinə düşürəm ki, bütün bu narahatçılıqlar onu tərk etməyərək daim onda qalmaqla səhhətinə ciddi ziyan vurmaqda davam edir. Digər tərəfdən hazırda pandemiyanın hökm sürdüyü və ictimai nəqliyyatın qismən işlədiyi bir vaxtda piyada qaldığımdan xeyli əziyyət çəkirəm. Əsəb və təzyiqlə bağlı dərmanlara xeyli xərcləri çıxır. Əlixanın bu əməli nəticəsində əmlakından məhrum olunmuş və problemləri yaranmışdır ki, bütün bunlar ona daim əzab və sarsıntı verərək gərginliyə məruz qoyur. Ona görə də Cavabdeh1 mənəvi ziyan qismində 20.000,00 (iyirmi min) manat məbləğində pul da alınaraq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi tərəfindən verilmiş 15.12.2020-ci il tarixli məktubunun surətindən görünür ki, “Sizin 21.11.2020-cil il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanladınız müraciətə tərəfimizdən baxılmışdır. Müraciətdə göstərilən xüsusatlar mülkü məsələ olduğundan aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyiniz Sizə tövsiyyə olunur.” Bakı şəhəri 6 saylı notariat ofisinin 7E-43972 reyestr nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh1 etibar etmişdir. İddiaçı ünvan 2 ünvanladığı 8İ-11952 reyestr nömrəsi ilə qeyd edilmiş ərizənin surətindən görünür ki, 23.10.2020 tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 reyestrdə 7E-43972 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Xahiş edirəm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3651.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edəsiniz. Etibarnamənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş aşağıda göstərilən vəzifələrim və etibarnamə verdiyim şəxsdən etibarnamənin qaytarılmasını tələb etmək hüququm Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən mənə izah edildi. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri 6 saylı notariat ofisinin 7E-43972 reyestr nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh1 etibar etmişdir. Daha sonra 14.11.2020-ci il tarixli ünvan 2 ünvanladığı ərizə ilə müraciət edərək etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi tərəfindən verilmiş 15.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatlar mülkü məsələ olduğundan aidiyyatı üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə məhkəmədə işin mübahisələndirilən halları kimi müəyyən edilir ki, İddiaçı “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğu üçün onu cavabdehdən geri tələb etdiyini, lakin cavabdehlərin mübahisəli avtomobili ona geri qaytarmadığını, bu səbəbdən də avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınmalı olduğunu, cavabdeh isə Cavabdeh2 sözügedən avtomobili digər cavabdehə pul ödəməklə əldə etdiyini, bu səbəbdən də hazırda onun hər hansı cavabdehlik daşımadığını, bütün məsuliyyətin digər cavabdehə aid olduğunu bildirir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsinin tələbinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-ci il tarixli qərarında göstərilmişdir ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Bakı şəhəri 6 saylı notariat ofisinin 7E-43972 reyestr nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı mülkiyyətçi İddiaçı məxsusdur. İddiaçı ünvan 2 ünvanladığı 8İ-11952 reyestr nömrəsi ilə qeyd edilmiş ərizədən görünür ki, 7E-43972 nömrə ilə qeyd olunmuş etibarnamə ləğv edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobilə dair verilmiş etibarnamə ləğv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır, bu səbəbdən də iddia tələbi qismən təmin edilməli, “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli avtomobil hazırda Cavabdeh2 qanunsuz sahibliyindədir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən müəyyən edilir ki, hazırda iddia üzrə iddiaçının iddia tələbi MPM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyindən yəni mübahisəli avtomobilin qanunsuz sahiblikdə olması faktı sübuta yetdiyindən, iddia tələbi qismən əsaslıdır, bu səbəbdən də iddia tələbi qismən təmin edilməli, “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının bu barədə tələbi olmadığından iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus “BMW 740” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 qanunsuz sahibliyindən alınsın və İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1890/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1890/2021
30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver