Məhkəmə qərarları › İş №2(105)-387/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-387/2022

10.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-387/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının hüquqi varisi: X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın qismən təmin edilməsi, cavabdeh X1 12.000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh onun xeyrinə 12000 manat əsas borc, 21 fevral 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək hər gün üçün 50 manat məbləğində əldən çıxmış faydanın, 3000 manat mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh ilə 21 fevral 2017-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq 21 fevral 2018-ci il tarixdə qaytarmaq şərti ilə ona 12000 manat pul vermiş, lakin cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq onun pulunu qaytarmamaqla müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Əldən çıxmış fayda olaraq cavabdehdən onun mülkiyyətində olan pulu qaytarmağa borclu olduğu 21 fevral 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək hər gün üçün 50 manat pul ödənilməsini etmək haqqı olduğunu, qarşılaşdığı haqsızlıqla bağlı keçirmiş olduğu psixoloji sarsıntı nəticəsində vurulmuş mənəvi zərərə görə ona 3000 manat kompensasiya ödənilməli olduğunu göstərərək cavabdehdən 12000 manat əsas borc, 21 fevral 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək hər gün üçün 50 manat məbləğində əldə çıxmış fayda, 3000 manat mənəvi zərərə görə kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmetinə çevrilmiş borc müqaviləsi 2017-ci ildə bağlansa da, o zaman o, İddiaçı borcun qaytarılması üçün artıqlaması ilə mal-qara vermişdir. Belə ki, o zaman İddiaçı 20.000 manat dəyərində inəklə əvəzləşdirilməsini demişdir. Sonuncu bununla razılaşmışdır. İddiaçı ilə inəklərinin saxlandığı Abşeron rayonu ərazisində yerləşən Bayqulu qışlığına getmiş və onun Novruz adlı şəxsdən aldığı mal-qaradan 50 baş inəyi seçib, Əliyara və oğlu Ələkbərə təhvil vermiş və Əliyar oğlu ilə 2 yük maşını ilə inəkləri Bakıya gətirmişlər. Həmin vaxt o, notariat kontorunda təsdiqlənmiş sənədin ləğv edilməsini dedikdə, İddiaçı guya həmin sənədi itirmiş və həmin sənəd heç bir əhəmiyyətə malik deyildir. Onun sözünə inanaraq, bu barədə heç bir narahatçılıq keçirməmişdir. İddiaçılə münasibət saxlamış və lazım olanda ondan faizə pul götürərək əvəzində çoxsaylı mal-qara ilə əvəzləşdirmişdir. Hazırda müqavilənin bağlanmasından 4 il keçəndən sonra bu məsələni qaldırması qanunsuzdur. Məhkəmə tərəfindən iddia müddəti nəzərə alınmamışdır. Qobustan Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli 2(026)-161/2020 saylı qətnaməsinin ləğv edilməsi, müqavilənin ləğv edilməsi və iddiaçının ona qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı hüquqi varisi Ə.İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən həmin müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 1 saylı notariat kontorunda bağlanmış və 3M-250 nömrə ilə reyestrdə qeydə alınmış 21 fevral 2017-ci il tarixli kredit müqaviləsində göstərilir ki, İddiaçı Cavabdeh 12000 manat borc pul vermiş, 21 fevral 2018-ci il tarixə qədər borc alan Cavabdeh krediti qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı tanışı Cavabdeh ilə 21 fevral 2017-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq 21 fevral 2018-ci il tarixdə qaytarmaq şərti ilə Cavabdeh 12000 manat pul vermiş, lakin cavabdeh onun pulunu qaytarmamaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddianın mənəvi zərərə görə 3000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Cavabdeh hərəkətlərinin İddiaçı mənəvi sarsıntı və fiziki iztirab keçirməsinə səbəb olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddia həmin hissədə təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası Cavabdeh iş üzrə iddia müddətinin tətbiq edlməməsini barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işdə olan müqavilədən müəyyən olunur ki, borc alan 21 fevral 2018-ci il tarixədək borcverənə qaytarmagı öhdəsinə götürmüşdür. Lakin bu müddət ərzində borcu qaytarmamışdır və iddiaçı müqavilə üzrə 3 il müddəti ötürmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı mənəvi iztirab və sarsıntı keçirməsinə görə iddiaçının cavabdehlərdən mənəvi zərərlə əlaqədar 3000 manat tələb hissəsi sübuta yetirilmədiyindən təmin olunmamalıdır. İddiaçı Cavabdeh hərəkətlərinin onun psixoloji sarsıntı keçirməsinə səbəb olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadı. Məhkəmə kollegiyası cavabdehin bu müqaviləsi üzrə İddiaçı mal-qara qaytarılması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, bu dəlil heç bir sənədlə sübuta yetirilmir və tərəflər arasında bağlanmış müqavilədə bu şərt öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin iş üzrə 07 avqust 2020-ci il tarixli 2(026)-161/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar