Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3310/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MTK-ya qarşı “əmlakın və torpaq sahəsinin bərpa edilməsi və yaşayış sahəsindən çıxarılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2.600 (iki min altı yüz) manat olmaqla, ümumilikdə 136.500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməsi və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli,2(004)-147/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MTK-ya qarşı “əmlakın və torpaq sahəsinin bərpa edilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi yaşayış evi iddiaçıların paylı mülkiyyətindədir. İddiaçıların payları ayrı girişləri olan evlərdən ibarətdir. Həmin evin yerləşdiyi torpaq sahəsi də paylarına müvafiq iddiaçılara məxsusdur. Sözügedən əmlaklar cavabdeh tərəfindən tam sökülmüş və həmin yerdə bina tikintisinə başlanılmışdır. Nəticədə, iddiaçıların əmlakı məhv edilmiş, onlara maddi və mənəvi zərər vurulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2.500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 131.250 manat kompensasiya ödənilməsi və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddia tələbi dəqiqləşdirilmiş və Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2.600 (iki min altı yüz) manat olmaqla, ümumilikdə 136.500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməsinə və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X8 cavabdehlərin ailə üzvü olmuş və o, vəfat etmişdir. Cavabdeh İddiaçı1 X6 arvadı, digər 3 cavabdeh isə övladlarıdır. Onların hər birinin payı 1/2 hissədən 1/15 hissə təşkil edir. Fərdi yaşayış evinin ümumi sahəsi 341.7 kv.m. təşkil edir. X1 payı açıq qalmışdır. Cavabdehlərə aid hissədə faktiki ölçülər üzrə sahə 52.5 kv.m. təşkil edir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 141 saylı xx.xx.2023-cü il tarixli müvafiq ərazi Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Danışıqlar mərhələsində cavabdehlərin adından İddiaçı2 ilə danışıqlar aparılmış və mənzilin 1 kv.m. hissəsi 2.500 manatdan hesablanmaqla müvafiq şifahi razılıq əldə edilmişdir. Razılaşmadan sonra MTK tərəfindən mənzildəki əşyaların daşınması üçün 300 manat pul ödənilmiş və mənzil boşaldılmışdır. Bundan sonra cavabdehlər tərəfindən razılıq pozulmuş və hər kv.m. sahəyə görə 3.000 manat ödəniş tələb edilmişdir. Bu səbəbdən, tərəflər arasında razılaşma pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, e-2(004)- 147/2025 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsi müvafiq paylara uyğun olaraq hər bir kvadrat metrin əvəzinə 2.600 (iki min altı yüz) manat olmaqla hər birinə 34.125 (otuz dörd min yüz iyirmi beş) manat olmaqla, ümumilikdə 136.500 (yüz otuz altı min beş yüz) manat kompensasiyanın ödənilməsi və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi, həmçinin iş üzrə aparılmış ekspertiza üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 (yüz) manat hissəsinin "xxxx" MTK-dan, 100 (yüz) manat hissəsinin isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada tutularaq “X9 Mərkəzi” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 birlikdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə, kobud qanun pozuntularına yol vermiş Yasamal Rayon Məhkəməsinin hakimi Fariz Əlizadə barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul müqabilində yaşayış sahələri razılıqları olmadan sökülməsi niyyətində deyillər. Mülkiyyətdəki yaşayış və torpaq sahələri dövlət ehtiyacları üçün alınmayıb ki, ona görə kompensasiya ödənilsin. Yaşayış sahələri cavabdeh tərəfindən onun biznes maraqları üçün məhv edilib. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən isə cavabdeh yalnız onların razılığı ilə əmlakları sökə bilərdi. Mülkiyyətlərindəki torpaq sahəsində ayrı-ayrı mətbəxi, sanuzeli olan 2 və 1 otaqdan ibarət ayrı yerləşmiş iki yaşayış sahəsi olub. Yəni yaşayış sahəsi 3 otaqdan ibarət olub. Buna görə də dağıdılmış 2+1 otaqdan ibarət yaşayış sahəsinin əvəzinə 2+1 otaqdan ibarət yaşayış sahəsinin tikilib təhvil verilməsini, dəymiş zərərin, o cümlədən yeni yaşayış sahəsi təmirli vəziyyətdə təhvil verilənədək ödədikləri kirayə haqlarının ödənilməsini məqbul hesab edirlər. Məhkəmə isə cavabdehin maraqlarının müdafiəçisi kimi çıxış edərək məsələyə yeni yaşayış sahələri tikilib təhvil verilməsi əvəzinə özünün kompensasiya ödənilməsi mövqeyindən yanaşıb. Sədrlik edən onların xəbərləri və razılıqları olmadan 04 Sentyabr 2024-cü il tarixli qərardadı ilə ekspertiza keçirərək dağıdılmış, mövcud olmayan yaşayış sahələrinin qiymətləndirilməsi barədə ekspert rəyi alıb. Ekspertiza keçirərkən və qətnamə çıxararkən sədrlik edən reallıq hissini unudaraq mülkiyyətdə olmuş torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert qarşısında sual qoymayıb, qətnamədə mülkiyyətdəki torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini nəzərə almadan, torpaq sahəsini qiymətləndirmədən həmin torpaq sahəsini kooperativə bəxşiş olaraq verib. Sədrlik edən kobud qanun pozuntusuna yol verərək "xxxx" Qiymətləndirmə Mərkəzi MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəyin elektron məhkəmə sistemində yerləşdirməyərək və ünvanlarına göndərməyərək onlardan gizlədib, lakin qətnamədə göstərib ki, guya həmin rəy iş materallarına əlavə olunub. Bu qanunsuzluğu ilə məhkəmə iddiaçı olaraq həmin sübuta münasibət bildirmək hüququndan məhrum edib. Sədrlik edən nəzərə almayıb ki, yaşayış sahələri dağıdılarkən onlarla kooperativ arasında evlərin əvəzinə onlara hansı evin tikilib veriləcəyi barədə notariat qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmayıb. Sədrlik edən faktları təhrif edərək qətnamədə göstərib ki, guya onların hər biri 1 və 2 otaqlı mənzillər tələb etmişlər. Lakin onların tələbi Yasamal rayonu Sadıx Dadaşov küçəsi ev 40 ünvandakı torpaq sahəsində yerləşmiş, fərqli çıxışları, mətbəxləri və sanuzelləri olmuş iki otaqlı və bir otaqlı yaşayış sahələrindən ibarət fərdi evlərinin sökməsinin, əmlaklarının məhv etməsinin, mülkiyyətdəki torpaq sahəsini zəbt etməsinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə onlara məxsus 1+2 otaqdan ibarət olmuş yaşayış sahələrini və digər əmlakları bərpa etmək vəzifəsinin qoyulması olub. Sədrlik edən bütün məhkəmə prosesi boyu kooperativin maraqlarının müdafiəçisi kimi çıxış edib, sonda da onların mülkiyyət hüquqlarını pozan qətnamə qəbul edib. Məhkəmə iclaslarında sədrlik edən açıq-aşkar kooperativin mənafeyini müdafiə edib, hər dəfə izahat verməsi üçün ilk olaraq cavabdeh tərəfə söz verib. Bundan əlavə iddiaçının nümayəndəsi olaraq izahat verərkən sədrlik edən heç bir əsas olmadan əsəbi halda və səsini qaldıraraq hakimə yaraşmayan kobud tərzdə nümayəndənin sözünü kəsib, onun fikrini izah etməyə imkan verməyib, onlarla hakimə yaraşmayan tərzdə kobud rəftar edib. Sədrlik edən qanunsuz hərəkətlərə yol verdiyi üçün ona etiraz vermiş və şikayətlər edilmişdir. Sədrlik edən nəzərə almayıb ki, cavabdehin vəzifəli şəxsləri öz qulluq mövqelərindən sui-istifadə etməklə əmlaklarını məhv edərək onlara külli miqdarda ziyan vurublar, mülkiyyətdəki torpaq sahələrini zəbt ediblər, orada razılıqları olmadan tikinti işləri aparırlar. Sədlik edən nəzərə almayıb ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onların mülkiyyətlərində ünvan 1 ünvanda yaşayış sahələrinin torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. **********57-10301 saylı texniki pasporta əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 2 və 1 otaqdan ibarət yaşayış sahələrindən ibarət olub. Hər iki sahənin ayrıca girişi, mətbəxi sanuzeli olub. Onlardan biri birinci mərtəbədə, digəri isə ikinci mərtəbədə yerləşib. Qətnamədə qeyd olunan sübutlara düzgün hüquq qiyməti verilməyib. Paylarına düşən təkcə torpaq sahəsi 56 kv.m. təşkil edib. Bakı Şəhəri Elmlər Akademiyası Metrostansiyasının yaxınlığında həmin ölçüdə torpaq sahəsinin dəyəri 200.000 manat təşkil edir. Məhkəmə ekspert rəyini onlara göndərməyib, elektron məhkəmə sistemində yerləşdirməyib. Məhkəmə mülkiyyətdəki torpaq sahəsini qiymətləndirməməsi, cavabdehin onlarla notarial qaydada təsdiq olunmuş əvəzləşdirmə müqaviləsi bağlamadan evləri razılıqları olmadan dağıtmasını aydınlaşdırmaması səbəbindən mülkiyyətdəki əmlakın əvəzsiz olaraq cavabdehə keçməsi kimi düzgün olmayan nəticəyə gəlib. Məhkəmə mülkiyyətdəki zəbt olunmuş torpaq sahəsinin dəyərini, habelə mülkiyyətdəki evin dağıdılması nəticəsində kirayələrdə qalmaqları səbəbindən onlara dəyən ziyanı sübut etməyib, bununla da torpaq sahəsinin əvəzsiz olaraq evlərini dağıtmış cavabdehə məxsus olmasına zəmin yaranmışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3310/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, qiymətləndirilmənin keçirilməsi "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. "xxxx" MMC-nin 18 iyun 2025-ci il tarixli məktubu ilə tərəflər arasında razılıq müqaviləsinin bağlandığı bildirilmiş, qərardad icra edilmədən geri qaytarıldığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, eyni zamanda mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçıların nümayəndəsivəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçılar Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi yaşayış evi paylı mülkiyyət üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 1/2 hissədən 1/15 hissədə məxsusdur. (X5 ailə üzvü və paylı mülkiyyətçi olsa da iş üzrə tərəf deyil) Həmçinin iş materiallarından görünür ki, fərdi yaşayış evinin ümumi sahəsi 341.7 kv.m. təşkil edir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 141 saylı xx.xx.2023-cü il tarixli sərəncamı ilə müvafiq ərazi "xxxx" MTK-nın istifadəsinə verilmişdir. MTK tərəfindən mənzildəki əşyaların daşınması üçün 300 manat pul ödənilmiş və mənzil boşaldılmışdır. Bundan sonra həmin ev MTK tərəfindən sökülmüş (mülki işin mübahisəsiz halıdır) və yerində tikiləcək binanın bünövrəsi qazılmışdır, hazırda isə həmin bina tikilməkdə davam edir. Yəni, mübahisə predmeti olan daşınmaz əmlak hazırda fiziki olaraq mövcud deyildir. Birinci instansiya məhkəməsi baxışı zamanı mübahisə predmeti olan ünvan 2 ünvanında mövcud olmuş (sökülmüş) orta təmirli mənzilin orta bazar dəyərinin və ünvanda mövcud olmuş (sökülmüş) orta təmirli mənzilin 1 kv.metrinin hazırki dövrə dəyəri nə qədər olması barədə iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mövcud olmuş (sökülmüş) mənzilə münasibətdə qiymətləndirmə təyin etsə də, həmin mənzilin yerləşdiyi torpaq sahəsinin dəyəri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı ünvan 2 ünvanında mövcud olmuş (sökülmüş) orta təmirli mənzilin orta bazar dəyərinin və ünvanda mövcud olmuş (sökülmüş) orta təmirli mənzilin 1 kv.metrinin hazırki dövrə dəyəri ilə yanaşı mənzilin yerləşdiyi torpaq sahəsinin dəyərinin də müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilmiş, işin icraatı dayandırıllmışdır. Lakin "xxxx" MMC-nin 18 iyun 2025-ci il tarixli məktubu ilə qərardad icra edilmədən geri qaytarılmış və tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin surətləri təqdim edilmişdir Təqdim edilmiş sənədlərdən görünür ki, 05 iyun 2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 mübahisəli əmlakın özlərinə aid hissələrini hər birinə ayrı-ayrılıqda 44.000 manat müqabilində ümumilikdə qeyd edilən ailəyə 220.000 manat verilməsi ilə (X5 da daxil olmaqla) cavabdeh "xxxx" MTK-nın mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər. Qərardad icra edilmədən geri qaytarıldıqdan sonra icraat təzələnmişdir. Bundan sonra iddiaçı tərəf iddia tələbini dəyişərək xüsusi mülkiyyətlərində olan torpağa görə cavabdehdən onların xeyrinə 140.933 manat tutulmasını xahiş etmişlər. Məhkəmə Kollegiya iddia tələbinin dəyişdirilməsi barədə ərizəni qəbul edilməsini mümkün saymayaraq geri qaytarılmasını qənaətinə gəlir. Belə ki, iddiaçı tərəf əvvəlki tələbində torpaq sahəsinin bərpa edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki,hazırkı tələbdə torpağa görə pul tələbi iddiası əvvəlki tələbi bir növ əhatə edir. Eyni zamanda cavabdeh tərəfindən kollegiyaya təqdim edilmiş cıxarışla müəyyən edilmişdir ki, iddiaçılara məxsus olmuş ev və onun altındakı torpaq sahəsi artıq cavabdehin adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır . Cavabdeh tərəfin mövqeyinə görə alqı-satqı müqavilələrində torpaq sahəsinin satılması konkret göstərilməsə də, payların satılması həm də onun altında yerləşən torpaq sahələrini də, yəni vahid əmlak şəklində satılmasını özündə ehtiva edir.Buna görə də iddiaçı tərəfin həm ev (paya), həm də torpağa görə ayrılıqda pul tələb etməsi əsassızdır. Məhkəmə Kollegiyası cavabdehin mövqeyi ilə razılaçaraq eyni zamanda xatırladır ki, hazırki ilkin iddia tələbi - “əmlakın və torpaq sahəsinin bərpa edilməsi və yaşayış sahəsindən çıxarılmasından, qarşılıqlı iddia isə Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadrat metrinin əvəzinə 2.600 (iki min altı yüz) manat olmaqla, ümumilikdə 136.500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməsinə və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi barədə olmuşdur. Lakin işin yuxarıda sadalanan halları ilə müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh arasında razılıq əldə edilməklə hər bir tərəf özünə məxsus payı dəyəri müəyyən edilməklə cavabdehə vahid əmlak formasında (torpaq və üzərindəki tikili) satmış və bu barədə alqı-satqı müqavilələri bağlanmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırda isə tərəflər arasında müvafiq razılıq əldə edilmişdir ki, bununla da tərəflər arasında hər-hansı mübahisə qalmamışdır. Çünki apellyasiya baxışı zamanı tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri ilə tərəflər ilkin və qarşılıqlı iddia tələbinin mahiyyəti üzrə razılıqlarını ifadə etmişlər. Xüsusilə qeyd edilir ki, artıq mübahisənin predmetı mövcud deyil və iddiaçı tərəf bağladığı müqavilələrin qanuniliyini də mübahisələndirmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi hazırda ilkin və qarşılıqlı iddia tələbinə münasibətdə hər-hansı mübahisə mövcud deyil, çünki tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə edilmişdir və iddia tələblərinə məhkəmə baxılması üçün hər-hansı zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 384, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, e 2(004)-147/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MTK-ya qarşı “əmlakın və torpaq sahəsinin bərpa edilməsi və yaşayış sahəsindən çıxarılması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadix Dadaşov küçəsi 40 saylı fərdi evin, cavabdehlərin paylı mülkiyyətində olan 52,5 kv.m. hissəsinin hər bir kvadratmetrinin əvəzinə 2.600 (iki min altı yüz) manat olmaqla, ümumilikdə 136.500 (yüz otuz altı min beş yüz) manat kompensasiya ödənilməsi və həmin 52,5 kv.m. sahənin Cavabdeh MTK-ya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə xitam verilsin. İddiaçı tərəfin iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi geri qaytarılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3310/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3310/2025
29.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver