Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-19/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5 oglunun, İddiaçı2 nümayəndəsi və eyni zamanda İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cümə qızının Cavabdeh qarşı “mənzilin açıq hərracdan çıxarılması” tələbinə dair ilk; iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi mülkiyyətlərində olan mənzildən çıxarılması və mənzil boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra xx.xx.2019-cu il tarixdə verilmiş dəqiqləşmə ərizədən görünür ki, İddiaçı2 və İddiaçı1 ünvan 3-də yerləşən mənzilə köçürülməsinə kömək edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə müraciət edərək, X6 tərəfindən 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş 20 avqust 2014-cü il tarixli vəsiyyətnamənin tələbinə əsasən Bakı şəhəri Aşıq Alı küçəsi 7/19 mənzil 50-də yerləşən ev satılaraq pulun onun övladları İddiaçı1 Cuma qızı, İddiaçı2, Cavabdeh arasında üç yerə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, ünvan 3 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında vəfat etmiş ataları X2 məxsus olmuşdur. Atalarının vəfatından sonra qeyd edilən ünvanda yerləşən mənzil vərəsəlik qaydasında bərabər paylar əsasında hərəsinə 1/3 pay əsasında paylı ümumi mülkiyyətlərinə keçmişdir, bu hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində 2265 nömrəli reyestr kitabınnın 210736 nömrəli vərəqində ********** nömrə altında 01 mart 2019-cu il tarixdə qeydə alınmışdır. Miras əmlak olan həmin mənzilin 1/3 hissəsi miras qoyanın adına açıq qalmışdır. Həmin hissəni mirasqoyanın birinci növbəli vərəsə olan oğlu (onlara münasibətdə qardaşları), yəni Cavabdeh qəbul etməmişdir. Buna baxmayaraq, atalarının vəfatından sonra o miras qalmış həmin mənzilə müstəqil şəkildə təkbaşına faktiki olaraq sahiblik edərək, mənzildən sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif məqsədlərlə mənzili kirayəyə verməklə gəlir əldə edib faydalanmağa başlamışdır və hazırda da bu işi davam etdirir. Bu ilin mart ayının 01-də miras qalmış həmin mənzildə hüquqlarını müvafiq dövlət orqanında qeydiyyata aldırmaqla paylı ümumi mülkiyyət hüququ statuslarını rəsmi qaydada əldə edəndən sonra cavabdehə mənzili boşaldıb onlara təhvil verməsini tələb etsələr də, cavabdeh özünü atalarının oğul varisi kimi üstünlük hüquqlarının olmasını bəyan edərək, tələblərinin təmin edilməsini rədd etmişdilər. Hazırda mülkiyyətçi olaraq umumi mülkiyyətlərində olan mənzildən mülkiyyət hüququ əsasında sahiblik və istifadə edə bilmirlər. Hesab edirlər ki, cavabdehin qeyd etdikləri bu hərəkətləri qanunsuz olmaqla, mülkiyyət hüquqlarının gerçəkləşdirilməsinə mane olur. Cavabdehin qeyd edilən hərəkəti qanunsuz və əsassızdır, buna görə də onun mülkiyyət hüquqlarının bərpa edilməsi üçün cavabdeh həmin mənzildən çıxarılmalı və mənzilin boşaldılıb onlara təhvil verilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 21 yanvar 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, onun qarşılıqlı iddia ərizəsini təmin edib, İddiaçı1 və İddiaçı2 adına verilmiş ünvan 3, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 37, M9, 2 saylı mənzilə dair 1/3 hissədə, İddiaçı2 adına isə 1/3 hissədə pay hüququ üzrə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 2265 nömrəli reyestr kitabının 21076 nömrəli vərəqində ********** nömrə altında 01 mart 2019-cu il tarixdə qeydə alınmış RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmişdir ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notarisu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən hədiyyə verən atası X6 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 41,4 kv.metr, yaşayış sahəsi 21,8 kv.metr, yardımçı sahəsi 19,6 kv.metr olan 1 otaqlı mənzilini onun mülkiyyətinə vermişdir. Həmin müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 41,4 kv.metr, yaşayış sahəsi 21,8 kv.metr, yardımçı sahəsi 19,6 kv.metr olan 1 otaqlı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli X7 verilmişdir. İddiçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, valideynlərinin birgə mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilin cavabdehə bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci ii tarixli, 2(005)- 3120/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cumə qızının cavabdehlər Cavabdeh və 9 saylı Notariat. Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılınası və əldə olunan vəsaitin vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cumə qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin 2(013)-1548/2018 nömrəli, 14 avqust 2018-ci il tarxili qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, X3 ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş (reyestrdə 4Ə-837 nömrə ilə qeydə alınmış) “Daşınmaz əmlakın bağışlanması haqqında” 28 oktyabr 2015-ci il tarixli müqavilə etibarsız sayılmış və həmin bağışlama müqaviləsi əsasında (əqdin nəticəsində) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 nömrəli evin, 50 nömrəli mənzilinə dair Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(013)-1548/2018 nömrəli 14 avqust 2018-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 Cumə qızına təqdim edilmiş, lakin ona rəsmi qaydada təqdim edilməmiş, Bakı Apelyasiyası Məhkəməsinə rəsmi qaydada ərizə ilə müraciət edərək həmin qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir və bundan sonra həmin qətnamə ona rəsmi qaydada təqdim olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi həmin qətnamədən kassasiya şikayəti vermək hüququnun olmasını nəzərə almadan, ona münasibətdə qətnamə qanuni qüvvəyə minib-minməməsini nəzərə almadan və bununla bağlı heç bir araşdırma aparmadan Bakı Apelyasiya Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(103)-1548/2018 nömrəli qətnaməsi icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Bu vəziyyətdən sui-istifadə edən iddiaçılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı1 adına ünvan 3, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 37, M9, 2 nömrəli mənzilə dair 1/3 hissədə, İddiaçı2 adına isə 1/3 hissədə pay hüququ üzrə mülkiyyət hüququ əldə etmişlər və buna dair RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(013)- 1548/2018 nömrəli, 14 avqust 2018-ci il tarxili qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli 2(102)-5194/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(103)-12543/2019 nömrəli qətnaməsi İlə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 adına verilmiş RX seriyalı, ******* nömrəli çıxarışların verilməsinə əsas olan Bakı Apelyasiya Məhkəməsinin 2(013)- 1548/2018 nömrəli, 14 avqust 2018-ci il tarxili qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bakı şəhəri 9 saylı notariat kontoruna qarşı “valideynlərinin birgə mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzilin cavabdehə bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması, mənzilin açıq hərracdan satılması və satış pulunun vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə” iddia tələbi rədd edilmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və eyni zamanda İddiaçı1 ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Cümə oğlu məhkəmə iclasında izahat verərək, ilk iddia ərizəsinin rədd edilməsini, qarşıqlılı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3-in 1/3 hissəsi X1 adına açıq qalmış, 1/3 hissəsi İddiaçı1 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş, 1/3 hissəsi İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2265 nömrəli reyestr kitabının 210736 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 Cavabdeh adına xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2265 nömrəli reyestr kitabının 210736 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1548/2018 saylı qətnaməsindən görünür ki, Apellyasi şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(005)-3120/2017 saylı qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilərək, X6 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontoru xüsusi notariusu tərəfindən təsdiq edilmiş (reyestrdə 4Ə-837 nömrə ilə qeydə alınmış) «Daşınmaz əmlakın bağışlanması haqqında» 28 oktyabr 2015-ci il tarixli müqavilə etibarsız sayılması və həmin bağışlama müqaviləsi əsasında (əqdin nəticəsində) Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 7/19 saylı evin, 50 saylı mənzilinə dair Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, iddia qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-5194/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1548/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(103)-12543/2019 saylı qətnaməsindən görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli inaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 6ÜŞ-204/19 saylı, xx.xx.2019-u il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə ünvanımıza daxil olmuş 2(005)-2222/2019 saylı xx.xx.2019-cu iİ tarixli məktubunuza cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali nkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki əgiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edillmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12543/2019 saylı xx.xx.2019-cu il tarixli naməsi ilə mülki işə yenidən baxılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-10779/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismənn təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(005)- 3120/2017 saylı qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilmiş, X8 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-837 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması haqqında 28 oktyabr 2015-ci il tarixli müqavilə etibarsız sayılsın və həmin bağışlama müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Aşıq Alı küçəsində yerləşən 7/19 saylı evin 50 saylı mənzilinə dair cavabdeh llyasov İlqar Cuma oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş 15 manat pul Cavabdeh alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-2932/2022 saylı qərarı ilə Cavabdeh Cumə oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-10779/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Hədiyyə verən”- X8 ilə “Hədiyyə alan”- Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan 1 otaqlı mənzili “Hədiyyə alan”- Cavabdeh bağışlamışdır. xx.xx.2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, o, ünvan 3 ünvanda qeydiyyada olan, X8 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: 1. Ölən günədək ona məxsus olan bütün daşınar-daşınmaz əmlakını, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 22A, mənzil 70 qeydiyyatda olan İddiaçı2, Bakı şəhər, Gəncə pr. Ev 89m, 35 qeydiyyatda olan İddiaçı1, Bakı şəhər Babək pr., ev 74m, 78 qeydiyyatda olan Cavabdeh bərabər paylarda vəsiyyət etmişdir. Məhkəmə ilk iddia tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, ilk iddia tələbi üzrə işin hallarından görünür ki, ünvan 3 paylı mülkiyyət olmaqla İddiaçı2 Cümə qızı, İddiaçı1 və Cavabdeh Cümə oğluna hər birinin 1/3 hissədə payı tanınmaqla mülkiyyətindədir. Hazırda ilk iddia tələbi üzrə iddiaçılar məhkəməyə müraciət edərək, qeyd edilən mənzilin açıq hərracdan satılmaqla əldə edilmiş pulun tərəflər arasında 3 bərabər hissəyə bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçılar tərəfində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli şəkildə tənzimlənir. Belə ki, ilk növbədə əmlakın naturada bölgüsünün mümkün olub-olmaması müəyyənləşdirilməli, daha sonra payın dəyərinin digər mülkiyyətçilərə ödənilməli bu mümkün olmadıqda isə son olaraq açıq hərraca çıxarılmaqla tərəflər arasında əldə edilmiş gəlir bərabər hissələrə bölünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesb edir ki, iddiaçılar İddiaçı1 Cuma qızı və İddiaçı2 Cümə qızı Cavabdeh Cümə oğluna qarşı “mənzilin açıq hərracdan çıxarılması” tələbinə dair ilk iddia ərizəsi rədd edilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, ilk iddia üzrə iddiaçı məhkəmədən İddiaçı1 və İddiaçı2 adına verilmiş ünvan 3, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 37, M9, 2 saylı mənzilə dair 1/3 hissədə, İddiaçı2 adına isə 1/3 hissədə pay hüququ üzrə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 2265 nömrəli reyestr kitabının 21076 nömrəli vərəqində ********** nömrə altında 01 mart 2019-cu il tarixdə qeydə alınmış RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən çıxarışların əldə edilməsi hallarını hərtərəfli araşdırmış və çıxarışın ləğvi üçün əsaslar müəyyən etməmişdir. Belə ki, ünvan 3 mərhum X4 məxsus olmuşdur. Qeyd edilən əmlaka dair X1 ölümündən sonra onun 1-ci dərəcəli vərəsələri əmlak İddiaçı2, İddiaçı1 və Cavabdeh çıxarış verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı2 və İddiaçı1 adına çıxarışların tərtib edilməsi qanunidir və ləğvi üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir in-san təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilin açıq hərracdan çıxarılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-19/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-19/2022
27.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver