Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1900/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh “X2” xxxx-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X2” xxxx-nə qarşı təmir xərclərinin və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” xxxx-nə qarşı təmir xərclərinin və kirayə haqqının ödənilməsi tələbinə dair müqavilənin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 99 saylı evin 26 saylı mənzilinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 264 nömrəli sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli xx/xx-1176 nömrəli rəyinə əsasən Nərimanov rayonu Təbriz, F.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün 7,5 ha torpaq sahəsi “ X2 ” xxxx-nin istifadəsinə verilmişdir. Göstərilən sənədlərə əsasən, ona məxsus mənzilin yerləşdiyi bina sökülmüş və ona məxsus mənzilin əvəzinə yeni inşa ediləcək binada ona mənzil verilməsi barədə“ X2” xxxx ilə onun arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin predmeti ondan ibarətdir ki, 1.1. bu müqaviləyə əsasən “xxxx” mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 65,65 kv.metr ( faktiki - 111 kv.metr) olan 26 saylı mənzili “xxxx”-yə təhvil verir. 1.2. „xxxx " isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə “ xxxx“ə təhvil verir. Mənzilin təmirində döşəməyə əla növ palıd parketdən istifadə olunacaqdır. Binanın tikintisi başa çatmış və mənzilin təmirinə başlanan andan “xxxx” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, təmirdə istifadə edilən materiallar aşağı keyfiyyətli materiallardır. Dəfələrlə cavabdehə müraciət edərək təmir işlərinin smeta sənədlərinin tanış olaraq razılaşdırmaq üçün təqdim edilməsini xahiş və tələb etsələr də, smeta sənədləri onlara təqdim edilmir. Bu hal isə əla təmirli mənzilin təhvil verilməsini sual altında qoyur. Onun tərəfindən mənzilin əla təmiri ilə bağlı smeta sənədi hazırlanmış və təmirin dəyəri 89.210 manat müəvən edilmişdir, yəni 1 kv.metrin qiyməti 641 manat edir. Mənzildə müqavilədə göstərildiyi kimi, əla təmir aparılmadığından cavabdeh tərəfindən təmirin aparılmasına icazə vermir. Bu barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Təmir onun tərəfindən aparılacaqdır. Hesab edir ki, mənzilin təmir xərci - 89.210 ( səksən doqquz min iki yüz on ) manat cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan başqa mənzil “xxxx”ə təhvil verilənə kimi xxxx kirayə haqqı ödəməlidir, lakin 2020ci il yanvarın 01-dən kirayə haqqı da ödənilmir. Halbuki, müqavilənin 2.1.2-ci bəndinə əsasən, əla təmirli mənzil inşa edilib başa çatanadək və “xxxx”nin istifadəsinə verilənədək, xxxx “xxxxdə müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla ödəyir. Hesab edir ki, əla təmirli mənzil inşa edilib başa çatanadək və onun istifadəsinə verilənədək, cavabdeh “ X2 ” xxxx müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 600 manat olmaqla ona ödəməlidir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh “X2 ” xxxx tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyindən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh “X2'' xxxx tərəfindən əla təmirli mənzilin verilməsi ilə bağlı müqavilə şərtlərinə əməl edilmədiyinə görə tərtib olunmuş smeta sənədlərinə əsasən ünvan 1 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138.7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı mənzilin əla təmirinin dəyəri olan 89.210 ( səksən doqquz min iki yüz on ) manat pulun və mənzilin təmiri qurtarana kimi müvəqqəti yaşadığı mənzilin kirayə haqqının bir aylıq 600 manat olmaqla cavabdeh “X2 ” xxxx tərəfindən ona ödəilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh “X2” xxxx-nin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən “xxxx” mülkiyyətində olan, ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 65,65 kv.metr ( faktiki - 111 kv.metr) olan 26 saylı mənzili “xxxx”-yə təhvil verir. 1.2. „xxxx " isə həmin mənzilin əvəzinə ünvan 1 ünvanında inşa olunacaq 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan 3-cü bina, 5-ci blok, 14-cü mərtəbədə yerləşən 60 nömrəli 3 otaqlı əla təmirli mənzili 18 ay müddətinə “ xxxx“ə təhvil verir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X4” xxxx-nin xx.xx.2017-ci il tarixli, ƏEM/N 74-1326/17 saylı hesabatından görünür ki, ünvan 2 ünvanında olan 26 saylı mənzilin xx.xx.2017-ci il tarixinə 175000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.095 ha torpaq sahəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binada yerləşən 65,65 kv.m ümumi, 48 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 604 nömrəli reyestr kitabının 55515 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəniqi, polis mayoru Möhsüm Cabbarovun xx xxx 2019-cu il tarixli qərarı ilə X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)-4495/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Qasımov Samir Şöhrət oğluna xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanındakı yaşayış binasında yerləşən ümumi sahəsi 78,4 kv. metr ( faktiki sahəsi 111 kv.metr ) olan 25 saylı mənzilin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 99 ünvanda inşa olunan 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 138,7 kv.metr olan təmirli mənzilin verilməsi “X2” xxxx-nin üzərinə vəzifə kimi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, İddiaçı xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində istifadədə olan 0.095 ha torpaq sahəsində yerləşən 99 nömrəli, 4 mərtəbəli binada yerləşən 65,65 kv.m ümumi, 48 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzilin cavabdeh “X2” xxxx tərəfindən sökülməsinə razılıq vermiş, əvəzində onunla cavabdeh arasında tərəflər arasında olan razılaşmaya əsasən yeni əla təmirli mənzil verilməli idi. Hal hazırda iddiaçı cavabdehin mənzilin təmiri zamanı aşağı keyfiyyətli məhsullardan istifadə edildiyindən narazılıq edir və cavabdehin üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirilmədiyini bildirir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təmir xərcinin və əlavə olaraq kirayə haqqının ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğlunun cavabdeh “X2” xxxx-nə qarşı təmir xərclərinin və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus mənzilin sökülməsi ilə bağlı cavabdeh iddiaçıya yeni inşa edilən hündürmərtəbəli tikilidə əla təmirli mənzilin verilməsi öhdəliyini öz üzərinə götürdüyündən, iddiaçının məhz həmin öhdəliklərin icra edilməsi tələb etmək hüququ vardır. Başqa sözlə, yeni tikilən mənzilin təmirinin aşağı səviyyədə olması belə, əla təmirin dəyərinin cavabdehdən tələb edilməsi anlamına gəlmir. Odur ki, məhkəmə 89.210 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər iddia tələbi təmir qurtarana kimi kirayə haqqının iddiaçıya ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu tələb öz mənasına görə təmir pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bilavasitə bağlı olduğundan, əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X2” xxxx-nə qarşı təmir xərclərinin və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1900/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1900/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver